Gədikdağ — Azərbaycanın Culfa rayonu ərazisində dağ. Zəngəzur silsiləsinin ətəyində yerləşir. Yerli əhalinin yaylaq yeridir. Qavaxlısu çayının mənbə hissəsidir. Konusvari formadadır (hünd. 2705,2 m). Zəngəzur silsiləsinin suayırıcısında, Qabaqlısu çayının mənbə hissəsində, Gədik aşırımından 500 m qərbdə zirvə. Alt Pliosen yaşlı Biçənək lay dəstəsinin andezit, andezit-dasit, bazalt lavaları və piroklastlarından təşkil olunmuş konusvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-şərq cinahına aid Toğluqaya-Üçqardaş maili əyilməsinin hüdudlarında yerləşir. [1]
Gədikdağ | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Dağ silsiləsi | Zəngəzur dağları |
Mütləq hündürlüyü | 2705 m |
Yerləşməsi | |
39°21′40″ şm. e. 45°51′00″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Vilayət | |
|