Hündürboy traxikarpus
Rhapis excelsa (lat. Rhapis excelsa) — bitkilər aləminin palmaçiçəklilər dəstəsinin palmakimilər fəsiləsinin rhapis cinsinə aid bitki növü.
== Təbii yayılması ==
Təbii halda Yaponiya da və Çində yayılmışdır.
== Botaniki təsviri ==
Hündürlüyü 12 m-ə çatan həmişəyaşıl bitkidir. Gövdəsi qəhvəyi-qonur liflərlə (yarpaq qınlarının qalıqları) örtülüdür. Çətiri yelpikvaridir. Çoxsaylı yarpaqları sərt, dik dayanan seqmentlərə bölünmüşdür. Yarpaqların uzunluğu 80 sm, eni 3 sm olur. Yarpaq saplağının kənarlarında, gövdənin yan tillərində, dişli, sərt tikanları vardır, üstdən tünd-yaşıl, alt tərəfdən bozumtul-göydür. Saplağının uzunluğu 70-75 sm-dir.