HAY-KÜY Yaylanın başından hay-küy səsi gəlirdi (Mir Cəlal); ÇIĞIR-BAĞIR Yel əsir, qar yağır, qaranlıq yağır; Nədir təbiətdə bu çığır-bağır?! (M.Müşfiq); HARAY Kənddə qulaqbatıran bir haray vardı (M.Hüseyn); KÜY [Səfər bəy:] Gedək aşağıda küy salaq (M.F.Axundzadə); KÜY-KƏLƏK Hacı Mehdi: ..gedib rus həkimi gətirmişəm, buyurur ki, qoymayın küy-kələk olsun (Ə.Haqverdiyev); QAL (köhn.) Vaqif ki, düşübdür əqlü kamaldan; Əksik olmaz başı qovğadan, qaldan (M.P.Vaqif); QALMAQAL Bir dava da başladın, qalmaqal etdin (M.P.Vaqif); QIŞQIR-BAĞIR ..Çopur Abdullanın adamları yerlərindən söz atıb qışqır-bağır salmağa, Həmidi çaşdırmağa çalışdılar (H.Abbaszadə); QIŞQIRIQ Bu qədər qışqırığa durdu qonum-qonşu təmam.. (M.Ə.Sabir).