İBRAHİM

Allahın ən böyük peyğəmbərlərindən biri olmuşdur. Quranda o, “Xəlilullah” (Allahın dostu) adlandırılmışdır (Quran 4: 125). Rəvayətlərə görə İbrahim peyğəmbərin böyük oğlu İsmail ərəblərin əcdadı, Məhəmməd peyğəmbərin isə birbaşa ulu babasıdır. İbrahim peyğəmbərin kiçik oğlu İshaq isə Bəni İsrailin ulu babası hesab olunur. Rəvayətlərə görə İbrahim peyğəmbər Mesopotamiyanın Ur şəhərində (indiki Türkiyənin Urfa şəhəridir) doğulmuşdur. Orada sami qəbilələri olan kəldanilər yaşayırdılar. İbrahim onların peyğəmbəri olmuşdur. Bəzi Quran təfsirçilərinə görə Quranın 6-cı surəsinin 74-cü ayəsində adı İbrahim peyğəmbərin atası kimi çəkilmiş, bütlər düzəldib satmış Azər, əslində onun əmisi və ya atalığı olmuşdur. Birinci əri Taruhdan hamilə olan İbrahimin anası Əminə isə onun ölümündən sonra Azərə ərə getmişdir. O zaman Babilin çarı Nəmrud olmuşdur. O və onun xalqı bütlərə tapınırdılar. Günlərin birində bir falçı Nəmruda ölkəsində doğulacaq bir oğlan uşağının onun çarlığına son qoyacağı və yeni dinin yaradıcısı olacağı xəbərini vermişdir. Bunu eşidən Nəmrud bütün yeni doğulmuş körpələrin öldürülməsi, hamilə qadınların isə zindanlara atılması əmrini vermişdir. O zaman İbrahimin anası hamiləliyin ilk aylarında idi və onun halı zahirdən müşahidə edilmirdi. Buna görə də, o təqiblərdən canını qurtara bilmişdir. Əminə əri Azərə onun hamilə olmasını heç kimə deməməyini xahiş etmişdir. Doğum vaxtı gəldikdə isə Əminə şəhər kənarına gedib oradakı bir mağarada İbrahimi doğmuşdur. Uşağı orada qoyub geri qayıdan Əminə, Azərə körpənin doğum zamanı öldüyü xəbərini vermişdir. Bundan sonra o, bir neçə il gizli olaraq mağaraya getmiş, İbrahimi bəsləyərək geriyə qayıtmışdır. Azər İbrahimin sağ olması haqqında çox gec xəbər tutmuşdur. Yetkinlik yaşına çatmış İbrahim dünya, onun yaradılışı haqqında çox düşünüb, Yaradıcının var olması qərarına gəlmişdir. Beləliklə, o, Allaha iman gətirmişdir (Quran, 6: 76-79). Daha sonra gənc İbrahim xalqının yanına gəlib bütpərəstliyə qarşı açıq çıxışlar etməyə başlamışdır (Quran, 21: 52-56). Bunu görən bütpərəstlər onun əməllərinə görə Azərə şikayət etmişdilər. Ancaq, Azər İbrahimi tutduğu yoldan çəkindirə bilməmişdir. Beləliklə, İbrahim Allahın elçisi olmuş kəldaniləri doğru yola və imana dəvət etmişdir. Onları bütpərəstliyi buraxmağa və bir olan Tanrıya inanmağa səsləmişdir. Allah vəhylərini İbrahimə “sühufda” nazil etmişdir. Daha sonra İbrahim peyğəmbər xalqa tapındıqları bütlərin gücsüz və mənasız olduqlarını göstərmək istəmiş, bu istəyini də kəldanilərin keçirdikləri bir böyük bayramlarında həyata keçirmişdir. Azər İbrahimin şəhər ətrafında keçirilən bu bayrama getməməsini istəmişdir. O isə xəstə olduğunu bəhanə edərək şəhərdə qalmış, insanlar gedəndən sonra məbədə girib bütün bütləri darmadağın etmişdir. Yalnız baş tanrının bütünə toxunmamışdır. Geri qayıdan şəhərlilər tapındıqları bütlərin dağıdıldığını görüb, İbrahimdən bunu kimin etdiyini soruşmuşdurlar. İbrahim də təklif etmişdir ki, bu sualı baş tanrı hesab etdikləri bütdən soruşsunlar (Quran, 21: 63-67). Bu hadisə haqqında Nəmrud bildikdən sonra o, İbrahimi öz yanına çağırmışdır. İbrahim peyğəmbər sarayına gedərək onu Allahı tanımağa çağırmışdır. Ancaq özünü tanrı hesab edən Nəmrud İbrahim peyğəmbərin çağırışına səs verməmişdir (Quran, 2: 258). Bundan sonra azğınlaşmış Nəmrud İbrahimi tutub diri-diri tonqalda yandırılmasını əmr etmiş, ancaq Allah onu qorumuş, atəşdə onun yerini sərin etmiş və onu hamının gözü önündə xilas etmişdir (Quran, 21: 69). Bundan sonra Allah bu azmış xalqa böyük əzablar vermişdir. Onlar həşəratların basqınlarına uğramışdırlar. Bu həşəratlardan biri Nəmrudun burnundan beyninə keçərək ona dözülməz əzablar vermişdir. Daha sonra İbrahim kəldanilərin yurdundan uzaqlaşaraq cənubda yerləşən Hərrana getmişdir. Onunla birlikdə həyat yoldaşı Sara, eləcə də qardaşı oğlu Lut da getmişdir. Onlar bir müddət Hərranda qaldıqdan sonra Şama (Suriyaya), daha sonra oradan Misirə getmişdirlər. Yolda olarkən İbrahim peyğəmbərin qardaşı oğlu Luta peyğəmbərlik verilmiş, o da Sədum şəhərində qalmışdır. O dövrdə Misiri olduqca azğın və dinsiz bir Firon idarə edirdi. O İbrahim və Saraya qarşı əxlaqsız davranmışdır. Ancaq bir möcüzə baş verdikdən sonra onlara toxunmamışdır. Üstəlik o, Saraya Həcər adlı bir qadını qulluqçu verərək onları sərbəst buraxmışdır. Sara Həcərlə birlikdə İbrahimin yanına qayıtdıqdan sonra onlar Fələstinə gedib orada yaşamışdırlar. Burada maldarlıqla məşğul olan İbrahim varlanmışdır. Vaxt keçdikcə başqa adamlar da buraya köçmüş, bu yeri abadlaşdırmışlar. Daha sonra İbrahim və onun ailəsi Suriyaya köçmüşdürlər. İbrahim peyğəmbərin uşaqları olmadığına görə Saranın razılığı ilə o qulluqçusu Həcərlə evlənmiş, bu evlilikdən İsmail adlı bir oğlan doğulmuşdur. Bundan sonra Saranın qısqanclığına görə Allah İbrahim peyğəmbərə Həcərlə İsmaili indiki Məkkə torpaqlarında yerləşən susuz bir qızmar çöllüyə aparmasını buyurmuşdur. O da, Tanrının əmrini yerinə yetirmiş onları Hicaza apararaq orda tərk edərək geri qayıtmışdır. Susuz çöllükdə körpəsi ilə tək qalan Həcər təlaşlı bir vəziyyətdə Məkkədəki Səfa və Mərvə təpələri arasında su axtarmağa başlamışdır. Bu an Cəbrayıl yerə enmiş və ayaqları (ya da qanadı) ilə yerə vurmuş və vurduğu yerdən su fışqırmışdır. Bu bulaq Zəmzəm adlandırılmışdır. Beləliklə, Həcər və oğlu İsmail Məkkədə qalmış və zaman keçdikcə o yerlərə başqa qəbilələr də gəlmişdir. İsmail dünyaya gəlməmişdən öncə İbrahim peyğəmbər onun oğlu doğularsa, onu yetkinlik yaşına çatdıqdan sonra Allaha qurban verəcəyinə söz vermişdir. İsmail yetkinlik yaşına çatdıqda atası Məkkəyə gəlmiş, onu qurban vermək istəmişdir. Ancaq bu an möcüzə baş vermiş, Allah İbrahimə qurban kimi bir qoçu kəsməyi əmr etmişdir. Bu hadisələrdən sonra İbrahim peyğəmbərin onun birinci xanımı Saradan da İshaq adlı oğlu doğulmuşdur. Daha sonra rəvayətlərdə İbrahim peyğəmbərin tez-tez Həcər və oğlu İsmailin yanına Məkkəyə getdiyi haqqında məlumat verilir. Orada o, İsmaillə birlikdə Kəbəni inşa etmişdirlər. Tikinti işləri başa çatdıqdan sonra, İbrahim İsmail ilə birlikdə həcc mərasiminin qaydalarını təsis etmiş və bu ibadəti yerinə yetirmişdirlər. Rəvayətlərə görə İbrahim Qüdsdə 175 yaşında vəfat etmişdir.
İBN TEYMİYYƏ
İBRƏT
OBASTAN VİKİ
İbrahim
İbrahim (əslində Abram) Yəhudilik, Xristianlıq və İslamda (Hz. İbrahim (ə)) kimi İbrahimi dinlərin ortaq əcdadıdır. Yəhudilikdə yəhudilərlə Allah arasındakı xüsusi əlaqənin qurucusu, Xristianlıqda bütün möminlərin mənəvi əcdadı İslamda Hz. Adəmlə (ə) başlayıb Hz. Məhəmmədlə (s.a.v.) bitən peyğəmbərlər silsiləsinin halqasıdır. Yaradılış Kitabında təsvir olunan həyatı gələcək nəsillər və torpaq mövzuları ətrafında cəmlənir. İbrahim, atası Terahın evini tərk edib özü və nəslinə vəd edilen Kənan torpağında məskunlaşmağa çağırılır. Bu vəd daha sonra İbrahimin arvadı Saredən oğlu İshaqa miras qaldı, İshaqın ögey qardaşı İsmailə isə böyük bir xalq quracağı vəd edildi. İbrahim Sara üçün Əl Xəlilde Atababalar mağarasını -dəfn yeri- alır və bununla da torpaqda öz hüququnu müəyyən edir. Varisi İshaq öz qohumlarından olan bir qadınla evlənir və bununla da Kənanlıları varislikdən məhrum edir.
Enes İbrahim
Enes İbrahim — Makedoniya Respublikası Parlamentinin millət vəkili, türk siyasi xadimi. == Həyatı == Enes İbrahim 1984-cü ilin 8 avqust tarixində Makedoniyanın paytaxtı Skopye şəhərində türk ailəsində anadan olmuşdur. İlk təhsilini Təfəyyüz məktəbində aldıqdan sonra Yəhya Kamal Kollecində təhsil almışdır. Ali təhsil almaq üçün Skopye şəhərində yerləşən Skopye Kiril və Metodiy Universitetinin filologiya faklütəsinə daxil olmuşdur. Tələbə olduğu müddətdə sosial aktivliyi ilə seçilən Enes İbrahim Makedoniyada yaşayan türk icmasının problem və çətinliklərini ölkə gündəminə gətirməyə çalışırdı. == Fəaliyyətləri == 2008-ci ildə ölkənin ictimai çevrəsi ilə birlikdə Üfüq təşkilatını yaratmış, 2012-ci ildə həmin təşkilatın sədri seçilmişdir. Eyni zamanda təşkilatın rəsmi mətbu orqanı olan Üfüq jurnalının təşkilatda rəhbər olduğu müddət ərzində baş redaktoru kimi çalışmışdır. İctimai fəaliyyətində əsasən Makedoniya yaşayan etnik azlıqların problemlərini qabardan Enes İbrahim mövzu ilə bağlı istər ölkə daxilində, istərsə də ölkə xaricində onlarca tədbir, konfrans və platformalar təşkil etmişdir. 2012-ci ildə Türk Hərəkatı Partiyasına qoşulmuşdur və 2013-cü ildə partiyanın keçirdiyi daxili qurultayda baş katibi,2018-ci ildə səs çoxluğu ilə partiyanın sədri seçilmişdir. 2014-cü ildə Makedoniyada keçirilən erkən parlament seçkilərində iştirak edərək qalib gəlmişdir.
Haneen İbrahim
Haneen İbrahim (29 iyun 2000) — Sudanlı üzgüçü. Haneen İbrahim Sudanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Haneen İbrahim birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 36.25 saniyəlik nəticəsi ilə 84-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi. O, bu nəticə ilə ölkəsinin rekordunu qırdı.
II İbrahim
II İbrahim və ya Şeyxşah – Şirvanşahlar dövlətinin 40-cı hökmdarı, Şirvanşah Fərrux Yasarın oğlu. == Fəaliyyəti == === Hakimiyyətə gəlməsi === Şah İsmayıldan qaçaraq Gilana gedən Şeyxşah h.908 (1502)-ci ildə Şirvana qayıdaraq mübarizəsiz Sultan Mahmudun tərk etdiyi Şirvanşahlar taxtına çıxdı. Şahgəldi ağa Şirvanşahı tərk etməyə məcbur oldu. Şirvan əhli Şeyxşahın ədalətli hökmranlığından razı idi. Bir qədərdən, ehtimal ki, üç ildən sonra h.911 (1505/6)-ci ildə Şah İsmayılın sarayında yaşayan Sultan Mahmud əmisini devirib yenidən Şirvanda hakimiyyəti ələ keçirmək fikrinə düşdü. O, tezliklə Şirvanşahlar taxtını özünə qaytarmaq üçün Şah İsmayılın qızılbaş qoşun dəstəsi ilə Şirvana gəldi. Sultan Mahmud Şeyxşahın öz qoşunları ilə sığındığı Gülüstan qalasını üç aydan çox mühasirədə saxladı. Şeyxşahın vəziyyəti olduqca ağır idi. Lakin təsadüf onu məğlubiyyətdən və ölümdən qurtardı. Sultan Mahmudun sevimli qulu məmlük Qara bəy ağası yuxuda ikən onun başını kəsərək, elə həmin gecə Şeyxşaha göndərdi.
I İbrahim
I İbrahim (Şirvanşah) — Şirvanşah (1382–1417). İbrahim (Osmanlı imperiyası) — Osmanlı sultanı (1640-1648).
Malik İbrahim
Malik İbrahim (tam adı: Mövlanə Malik İbrahim əs-Səmərqəndi; ö. 7 aprel 1419) və ya Sunam Qirsik və ya Kakek Bantal — Azərbaycan torpaqlarından olan qafqazlı din xadimi. O, Səmərqənddə dini təhsil aldıqdan sonra, İndoneziyaya gələrək burada İslam dinini yaymağa başlamışdır. Məhz onun İndoneziyaya gəlişi ilə İslam dini bu torpaqlarda formalaşmağa başlamışdır. Həmçinin, onun övladları da İslam dininin İndoneziyada yayılmasında yaxından iştirak etmiş və tanınmış din xadimi kimi fəaliyyət göstərmişdir. == Həyatı == Malik İbrahimin nəsəbi haqqında məlumat tam olaraq bilinməsə də ümumi nəzərə əsasən onun Yavanın xaricindən gəldiyi qəbul edilmişdir. Malik İbrahim XIV əsrin birinci yarısında dünyaya gəlmişdir. O, "Babad Tanah Yavi" və digər mətnlərdə bir çox adlarla tanınır. J. J. Meinsmanın müəllifi olduğu əsərdə onun adı Məxdum İbrahim əs-Səmərqəndi (Şeyx İbrahim Əs-Səmərqəndiyə lokallaşdırılmış) olaraq keçir. Bu indiki Özbəkistanda yerləşən Səmərqənd şəhəri ilə əlaqələndirilir.
Məmməd İbrahim
Məmməd İbrahim (24 noyabr 1966, Yevlax) — azərbaycanlı ictimai-siyasi fəal; sabiq siyasi məhbus; Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müşaviri, AXCP Rəyasət heyətinin üzvü. Məmməd İbrahim 1966-cı il noyabrın 24-də Yevlax şəhərində anadan olub. O, 1983-cü ildə Yevlax şəhər Mirzə Ələkbər Sabir adına 2 saylı orta məktəbi bitirmişdir. Elə həmin il Bakı Maliyyə-Kredit texnikumuna daxil olub. 1985-1987-ci ildə Sovet Ordusu sıralarında Krosnayarsk diyarının Kansk şəhərində hərbi xidmətdə olmuşdur. 1988-ci ildə Maliyyə-İqtisad Kollecini bitirib. 1989-cu ildə Yevlax şəhər İctimai İaşə Birliyində təftişçi vəzifəsində çalışmışdır. Sovet İttifaqı dağıldıqdan sonra rəsmi iş yeri yoxdur. 1989-cu ildən Azərbaycan Xalq Cəbhəsinin (indiki AXCP) üzvü olan Məmməd İbrahim, 2012-ci ildən AXCP sədrinin müşaviri, 2015-ci ildən isə Azərbaycan Xalq Cəbhəsi Partiyasının Rəyasət Heyətinin üzvüdür. 2015-ci il sentyabrın 30-da Nərimanov rayon Polis İdarəsində barəsində Azərbaycanın Cinayət Məcəlləsinin 221-ci maddəsilə (xuliqanlıq) cinayət işi başlanıldı və şübhəli şəxs qismində saxlanıldı.
Sevil İbrahim
İbrahimova Sevil Həsənağa qızı — rejissor. Sevil İbrahimova 1955-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1972-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsinə daxil olmuş, 1977-ci ildə həmin ali təhsil ocağını bitirmişdir. Əmək fəaliyyətinə 1976-cı ildə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində rejissor köməkçisi kimi başlamış, sonralar ikinci rejissor və quruluşçu rejissor olmuşdur. Adı sənin, dadı mənim (film, 1980) (tammetrajlı televiziya tamaşası) (AzTV) Ağ işığın möcüzəsi (film, 2006) Atayevlər ailəsi (film, 1978) Atillanın atlıları (film, 2002) Bizim Natəvan (film, 2006) Böyük alim (film, 2001) Böyük elm adamı (film, 2007) Danışır və göstərir Bakı (film, 2006) Gənclik macərası (film) (tammetrajlı televiziya tamaşası) (AzTV) Göz həkimi (film) Kişilər (film, 1979) Qonşu qonşu olsa... (film, 1989) Mehmanxana sahibəsi (film, 1978) Mətbuat fədaisi (film, 2007) Olacağa çarə yoxdur (film, 2003) Ömrün yolları (film, 1982) Pəncərədə işıq (film, 1987) Sarıköynəklə Valehin nağılı (film, 1980) Səni axtarıram (film, 1981) Yollar görüşəndə...
İbrahim Qaboğlu
İbrahim Özdən Qaboğlu (türk. İbrahim Özden Kaboğlu; 1950 və ya 10 aprel 1950) — Türkiyə konstitusiya hüquqşünası, akademiki və siyasətçisi. O, 1950-ci ildə Borçkada lazəsilli ailənin övladı olaraq anadan olmuşdur. 1974-cü ildə Ankara Universitetinin Hüquq fakültəsini bitirmişdir. 1981-ci ildə Limoges Universitetində və Ankara Universitetində doktorluq dərəcəsini bitirmişdir. 1987-ci ildə dosent, 1994-cü ildə isə Mərmərə Universiteti Hüquq fakültəsinin professoru olmuşdur. 2018-ci ildə Türkiyədə keçirilən ümumi seçkilərdə Cümhuriyyət Xalq Partiyasından İstanbul millət vəkili seçilmişdir. "Fəxri legion" ordeni Anayasa Hukuku Dersleri (Genel Esaslar) Özgürlükler Hukuku 1 23'e 12 Kala 12 Soruda Hangi Türkiye Anayasal Sosyal Haklar (Avrupa Sosyal Şartı, Karşılaştırmalı Hukuk ve Türkiye) Anayasa ve Toplum Hangi Anayasa? Hangi İnsan Hakları?
İbrahim Toraman
İbrahim Toraman (20 noyabr 1981 və ya 20 oktyabr 1981, Sivas) — Stoper bölgəsində oynamış türk keçmiş milli futbolçudur. İbrahim Toraman futbola Sivas DSİ Sporda başlayıb və 6 il həvəskar kimi çıxış edib. Burada oynayarkən həvəskar komandalar əsasında Qaziantepspor, MKE Ankaragücü və Gençlerbirliği kimi klubların diqqətini çəkib. O, əvvəlcə "Qaziantepspor" a gedib və təxminən 7 il Qaziantepdə qalıb. Qaziantepsporun bütün gənclərdən ibarət komandalarında çıxış edib. 2004–2005 Bir çox böyük komandanın transfer siyahısında birinci olan İbrahim Toraman 2004–2005 mövsümündən əvvəl "Beşiktaş" la 3 illik müqavilə imzalamışdı. Həmin mövsüm liqada 25 matçda 1 qolla, 1 kubokda və 2 UEFA kubokunda matça çıxıb. 2005–2006 2005–06 mövsümündə liqanın ilk həftəsində Kayseri Erciyesspor ilə ilk oyununu keçirdi. O, ilk qolunu "Diyarbakırspor" və Mustafa Doğana vurub və Kürşat Duymuş müdafiənin ürəyindəki ad oldu. Mövsüm ərzində o, 16 liqa oyununa çıxıb və 3 qol vurub.
İbrahim bəy
İbrahim bəy (özb. Ibrohimbek Chaqaboev. Иброҳимбек Чакабаев ; 1889 – 1931, Daşkənd) — Türküstanda (Özbəkistan və Tacikistan), 1921-ci ildən isə əvvəl Əfqanıstan Əmirliyinin şimalında, daha sonra isə Əfqanıstan Krallığında basmaçıların (Kurbaşı) böyük rəhbərlərindən biri. Özbəklərin Lokay tayfasından olan, bəzi mənbələrə görə Buxara ordusunun toxabo rütbəsində (zabit) zabiti olan Köktaş Çakobay kəndinin ağsaqqalı (muhtarı) ailəsində anadan olub. Bəzi mənbələrə görə isə Buxara əmirinin məmuru olaraq, polkovnik rütbəsini daşımışdır. Çakobay ailəsi dörd arvad, altı qız və altı oğuldan ibarət idi. Təsərrüfat əsasən ailə təsərrüfatı sayılırdı, yalnız bəzən mövsümdə Çakobay ailəsi kənardan üç-dörd işçi tuturdu. İbrahim bəy oğulların ən kiçiyi idi. O, il yarım Məktəbdə oxuyub, bir az oxumağı öyrənmişdi, amma öz etirafına görə, heç vaxt yazmağı mənimsəyə bilməmişdi. Bəzi mənbələr onu at oğrusu, hətta quldur dəstəsinin başçısı adlandırırlar.
İbrahim Üzülmez
İbrahim Üzülməz (10 mart 1974) — sol cinah müdafiəçisi mövqeyində oynamış türk milli futbolçusu, məşqçisidir. 16 yaşında Gönenspor onun istedadını görüb transfer etdi. Burada özünü təkmilləşdirdikdən sonra sırasıyla; Kardemir Karabükspor, İskenderun Dəmir Çelik SK, Kardemir Karabükspor, Amasyaspor və yenə Kardemir Karabükspor kimi klublarda oynayıb. Daha sonra Qaziantepspora transfer oldu. Burada əvvəlki mövsümlərlə müqayisədə stabil matçlar oynayaraq böyük arzusu gerçəkləşdi və 2000–2001 mövsümünün transfer dövründə Beşiktaşa transfer oldu. Beşiktaşın 100-cü il çempion heyətində yer alıb. 2008–2009 mövsümündə o, Beşiktaşlı komanda yoldaşı İbrahim Toramanla dava edib və heyətdən kənarlaşdırılıb. Daha sonra hər ikisi bağışlandı, ancaq bu hadisədən sonra Beşiktaşda kapitanlığını itirdi. Mövsümün son həftəsində baş tutan "Dənizlispor " — "Beşiktaş" davasında məşqçi Mustafa Dənizli ona jest edərək yenidən kapitan sarğısını taxaraq çempion komandanın kapitanı kimi oyuna daxil edib. 100-cü ilində sağ ayağı ilə qol vurduğu Qalatasaray və bu mövsüm Fənərbaxça derbiləri və FC Barselona matçları 3–0, yüksək səviyyəli performansı ilə karyerasının ən yaxşı matçlarını keçirdi.
İbrahim Banqura
İbrahim Banqura (8 dekabr 1982, Konakri) — Hafiya FK-da çıxış edən qvineyalı futbolçudur. 25 yanvar 2009-cu ildə İbrahim Banqura Dənizlispor FK ilə 5 illik müqavilə imzaladı. Transfer qiyməti 300.000 avro civarında olduğu təxmin edilirdi. İbrahimə tez bir zamanda azarkeşlərin sevimlisinə çevrildi.[mənbə göstərin] Futbolçu 2010-cu ildə Konyaspor FK-ya keçid etdi. Burada 1 il çıxış etdikdən sonra 2011-ci ilin fevralında Azərbaycanın Xəzər Lənkəran FK ilə iki illik müqavilə imzaladı. Lakin üç aydan sonra Xəzər Lənkəran Banquranı sərbəst buraxdı. Xəzər Lənkərandan ayrıldıqdan sonra Banqura Mali Premyer Divizionunda çıxış edən Coliba FK-ya qoşuldu. 2013-cü ilin sentyabrında Bangoura Kaserino FK-ya qoşuldu, lakin 2013-cü ilin dekabrında klubda oynamadığı üçün klubu tərk etdi. Hazırda Xafiya FK-da çıxış edir.
İbrahim Kalın
İbrahim Qalın (türk. İbrahim Kalın, 15 sentyabr 1971, İstanbul) — Türkiyə bürokratı, diplomatı, siyasətçisi, professoru, baş nazirin xarici siyasətə cavabdeh olan baş müşaviri, Baş Nazirlik İctimai Diplomatiya Koordinatorunun ilk koordinatoru, Baş nazirlik müşaviri müavini, prezidentin baş katibinin müavini, prezident sözçüsü, Prezident yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının sədr müavini və prezidentin baş müşaviri, Milli İstihbarat Təşkilatının hazırkı rəhbəri. İbrahim Qalın 1971-ci ildə Türkiyənin İstanbul şəhərində əslən Ərzurumun İspirli rayonunda olan bir ailənin övladı olaraq anadan olmuşdur. 1992-ci ildə İstanbul Universitetinin Ədəbiyyat fakültəsinin Tarix fakültəsində bakalavr təhsilini tamamlamışdır. Malayziyada İslam düşüncəsi və fəlsəfəsi üzrə magistr təhsili, 2002-ci ildə isə Corc Vaşinqton Universitetində "Molla Sədranın Bilik Nəzəriyyəsi və Anti-Subyektivist Epistemologiyanın Mümkünlüyü" adlı dissertasiya işi ilə humanitar elmlər və müqayisəli fəlsəfə üzrə doktorluq dərəcəsi almışdır. Ailəlidir, 3 övladı var.
İbrahim Qalın
İbrahim Qalın (türk. İbrahim Kalın, 15 sentyabr 1971, İstanbul) — Türkiyə bürokratı, diplomatı, siyasətçisi, professoru, baş nazirin xarici siyasətə cavabdeh olan baş müşaviri, Baş Nazirlik İctimai Diplomatiya Koordinatorunun ilk koordinatoru, Baş nazirlik müşaviri müavini, prezidentin baş katibinin müavini, prezident sözçüsü, Prezident yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının sədr müavini və prezidentin baş müşaviri, Milli İstihbarat Təşkilatının hazırkı rəhbəri. İbrahim Qalın 1971-ci ildə Türkiyənin İstanbul şəhərində əslən Ərzurumun İspirli rayonunda olan bir ailənin övladı olaraq anadan olmuşdur. 1992-ci ildə İstanbul Universitetinin Ədəbiyyat fakültəsinin Tarix fakültəsində bakalavr təhsilini tamamlamışdır. Malayziyada İslam düşüncəsi və fəlsəfəsi üzrə magistr təhsili, 2002-ci ildə isə Corc Vaşinqton Universitetində "Molla Sədranın Bilik Nəzəriyyəsi və Anti-Subyektivist Epistemologiyanın Mümkünlüyü" adlı dissertasiya işi ilə humanitar elmlər və müqayisəli fəlsəfə üzrə doktorluq dərəcəsi almışdır. Ailəlidir, 3 övladı var.
Məşədi İbrahim
Məşədi İbrahim və ya tam adı ilə Məşədi İbrahim ağa Hacı İsmayıl oğlu Kosalı - Azərbaycanlı xeyriyyəçi idi. O, özünün Qazax şəhərindəki 17 otaqlı mülkünü Qazax Müəllimlər Seminariyasına hədiyyə verməsi ilə məşhurdur. Məşədi İbrahimin mənsub olduğu nəsil Qazaxda "Dəlləklilər" adı ilə tanınırdı. Məşədi İbrahim Hacı İsmayılın oğlu idi. Atası iki dəfə Həcc ziyarətində olmuş və ikinci ziyarətdən qayıdarkən yolda Ərəbistanda vəfat edib. Yoldaşları onu orada dəfn ediblər. Məşədi İbrahim ağa 1872-ci ildə Qazaxın Kosalar kəndində anadan olmuşdur. O, ömrü boyu mirab, yəni su ağası işləyib. Qazaxdan Şəmkirədək bütün Kürqırağı obalarının əkin suyu ilə təmin olunmasına nəzarət edirdi. İşgüzar adam idi.
İbrahim Səfiyev
İbrahim Safi (əsl adı: İbrahim Qafar oğlu Səfiyev; 1898, Şərur, Şərur-Dərələyəz qəzası, İrəvan quberniyası, Rusiya imperiyası – 4 yanvar 1983, İstanbul, Türkiyə) — Azərbaycan əsilli Türkiyə rəssamı, Atatürkün portretini çəkən ilk rəssamlardan biri. İbrahim Səfiyev 1898-ci ildə Naxçıvanın Şərur qəsəbəsində doğulmuşdur. Aşıq olan atasını üç yaşında ikən itirmişdir. Uşaqlıq illəri çətinliklər içində keçən İbrahim, kiçik yaşlarından rəsmə həvəs göstərmişdir, 12 yaşında ikən "Araz balıqçıları" adlı ilk rəsmini çəkmişdir. İlk təhsilini Baş Noraşen (indiki Cəlilkənd) kənd məktəbində almış İbrahim, sonralar İrəvan Müəllimlər Seminariyasında oxumuşdur. 1920-ci ildə Türkiyədə keçirilən Avropa rəssamları müsabiqəsinin mükafatını almışdır. Bu həvəs onu Moskvadakı Rəssamlıq Universitetinə gətirdi. İmtahanları uğurla verib, tələbə adını alan İbrahim, iki il burada oxuduqdan sonra Rusiyadakı 1917-ci il inqilabi və s. hadisələrdən təsirlənərək təhsilini yarımçıq buraxıb Naxçıvana geri qayıdır. Şərurda rəsm çəkərək çörək pulu qazanan İbrahim Səfiyev, I Dünya müharibəsi illərində Zaqafqaziyadakı ordunun tərkibində Türkiyəyə gəlir və həyatının sonuna qədər burada yaşayır.
İbrahim Akın
İbrahim Akın (1961, Ulubey[d], Uşak ili) — siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. İbrahim Akın 1961-ci ildə Uşak ilinin Ulubey ilçəsində anadan olub. 12 sentyabr 1980-ci il hərbi çevrilişindən sonra həbs edilib və 7 il həbsxanada saxlanılıb. Uşakda İnsan Hüquqları Dərnəyinin yaradılmasında yer alıb. Sosial Araşdırmalar, Mədəniyyət və İncəsənət Fondunun, həmçinin Dostluq və Yardım Fondunun təsisçisi olub. İzmir Düşüncə Cəmiyyəti və Ege Ətraf və Mədəniyyət Platformasının (EGEÇEP) üzvü olub. Azadlıq və Dayanışma Partiyası (ÖDP) İzmir il şöbəsinin sədri və ÖDP Məclisinin üzvü vəzifələrində təmsil olunub. EDP İdarə Heyətinin, YSP İdarə Heyətinin, HDP Baş Məclisinin üzvü olub. 2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq İzmir ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Ətraf mühit Komissiyasının üzvü vəzifəsində təmsil olunub.
İbrahim Özyavuz
İbrahim Özyavuz (1 aprel 1963, Şanlıurfa ili) — siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı. İbrahim Özyavuz 1 aprel 1963-cü ildə Şanlıurfa ilinin Harran ilçəsində anadan olub. İbtidai və orta təhsili Harran ilçəsində, lisey təhsilini isə Şanlıurfada alıb. Donbass Dövlət İdarəetmə Universiteti Beynəlxalq əlaqələr Bölməsindən məzun olub. Şanlıurfada ticarətlə məşğul olub. 1999, 2004 və 2009-cu illərdə Harran ilçə bələdiyyəsinin sədri seçilib. 2002-2009-cu illərdə Harraspor İdman Klubunun prezidenti olub. Siyasi fəaliyyəti ərzində ANAP, AK Partiya və MHP üzvü olub. 2012-2015-ci illərdə MHP Şanlıurfa il sədri olub. 2015 və 2018-ci illərdə MHP İdarə Heyətinin üzvü seçilib.
İbrahim Aslanlı
İbrahim Aslanlı (1 dekabr 1996) — Azərbaycan Premyer Liqasında Şamaxı FK-da müdafiəçi kimi çıxış edən azərbaycanlı futbolçu. == Karyerası == 5 noyabr 2017-ci ildə Aslanlı Azərbaycan Premyer Liqasında "Qarabağ"ın "Kəpəz"lə oyununda debüt etdi.
İbrahim Qədirzadə
İbrahim Qədirzadə — Azərbaycan futbolunun yarımmüdafiəçisi. == Klub karyerası == 6 dekabr 2015-ci ildə Qədirzadə Azərbaycan Premyer Liqasında "Xəzər Lənkəran"ın "Qəbələ" ilə oyununda debüt etdi.
İbrahim Ramazanov
İbrahim Ramazanov - Azərbaycanlı futbolçu. Qəbələ klubunun və gənclərdən ibarət Azərbaycan milli komandasında müdafiəçi kimi çıxış edir. == Karyera == === Klub === 10 oktyabr 2004-cu ildə anadan olmuş İbrahim Ramazanov "Qəbələ" futbol klubunun yetirməsidir. Uşaq yaşlarında "Qəbələ"nin akademiyasına qoşulan futbolçu, 2017-ci ildə klubun 13 yaşlılardan ibarət komandasıyla birlikdə İtaliyada təşkil edilmiş turnirdə iştirak edib. 2024-cü ilin mart ayında "Qəbələ"nin əsas komandasına dəvət edilir. 9 mart 2024-cü ildə, Azərbaycan Premyer Liqasında baş tutmuş "Qəbələ"nin Sabah klubu ilə qarşılaşmasında, futbolçunun adı "Qəbələ"nin iştirak ərizəsinə daxil edilir. 6 may 2024-cü ildə, Azərbaycan Premyer Liqasında, "Qəbələ"nin Səbail klubu ilə səfər oyununda meydana çıxaraq "Qəbələ"nin heyətində debüt edir.
İbrahim Həski
İbrahim Həski və ya İbrahim Paşa Həski Telli (kürd. Biroyê Heskê Têlî; II minillik – 25 iyul 1931, Çaldıran şəhristanı) — kürd hərbçisi, siyasətçisi və Ağrı Respublikasının prezidenti. Cəlali tayfasından idi. == Həyatı == İbrahim Həski Diyadində anadan olmuşdur. Atasının adı Həsk, anasının adı Tellidir. Cəlali tayfasının Həsəsori qolundan idi. Müxtəlif mənbələrdə onun adı "İbrahim Ağa", "İbrahim Paşa", "Həskizadə İbrahim", "Bırho", "Bro Həski Telli" və s. adlandırmışdır.
Qiyas İbrahim
İbrahim İskəndər
Sultan İbrahim ibni Əlmərhum Sultan İskəndər (22 noyabr 1958, Cohor Baru, Malay Federasiyası) — Malayziyanın on yeddinci və indiki kralı. == Həyatı == Tunku İbrahim 22 noyabr 1958-ci ildə ulu babası Cohor Sultanı İbrahimin hakimiyyəti dövründə Cohor Bahrudakı Sultan Amin Xəstəxanasında anadan olmuşdur. O, Sultan İskəndərin birinci arvadı, Torquaydan olan ingilis (korniyalı) qadın Cozefina Rubi Trevorrounun üçüncü övladı və böyük oğludur. Peşə sahibi olan Trevorrou İskəndərlə evləndikdən sonra müvəqqəti olaraq Kəlsom binti Abdullah adını götürmüşdür. İbrahimin ulu babası 8 may 1959-cu ildə Londonda vəfat etdi. Beləliklə, İbrahimin babası İsmayıl Cohorun sultanı oldu. İbrahim atasından sonra taxtda ikinci oldu. Atası onu orta təhsilini 1968-1970-ci illərdə oxuduğu Sidneydəki Trinity gimnaziyasına bitirməyə göndərmişdir. Orta məktəbi bitirdikdən sonra ilkin hərbi hazırlıq keçmək üçün Kota Tinqqidəki Ordu Tədris Mərkəzinə (PULADA) göndərilmişdir. O, həmçinin ABŞ-da, Corciya ştatındakı Fort Benninqdə, daha sonra isə Şimali Karolina ştatının Fort Braqq şəhərində hərbi təlim keçmişdir.
Eldar İbrahimov
Eldar Rza oğlu İbrahimov (12 mart 1945, Naxçıvan rayonu) — Azərbaycanın siyasi xadimi, on birinci çağırış Naxçıvan MSSR Ali Sovetinin, on ikinci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı və Milli Şuranın üzvü, Azərbaycan Respublikası I, II, III, IV, V, VI və VII çağırış Milli Məclisinin deputatı, iqtisadi elmləri doktoru, professor. == Həyatı və fəaliyyəti == Eldar İbrahimov 12 mart 1945-ci ildə Naxçıvan MSSR Babək rayonunun Cəhri kəndində anadan olmuşdur. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu və Bakı Sosial İdarəetmə və Politologiya İnstitunu bitirmişdir. 1961-ci ildə Naxçıvanda tikinti idarəsində, toxuculuq kombinatında, avtotəmir zavodunda fəhlə, çilingər, mexanik işləmişdir. 1966-cı ildən Azərbaycan Kənd Texnika Birliyi sistemində mühəndis, baş mühəndis, 1980-ci ildən Naxçıvan Vilayət Partiya Komitəsində təlimatçı olmuşdur. 1982–1988-ci illərdə Naxçıvan Dövlət Texnika Birliyinin sədri — Dövlət Aqrar-Sənaye Komitəsi sədrinin müavini, 1988-ci ildən Naxçıvan MSSR Nazirlər Soveti sədrinin birinci müavini — Dövlət Aqrar Sənaye Komitəsinin sədri və Vilayət Partiya Komitəsinin büro üzvü, 1993-cü ildən Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini — Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsinin sədri vəzifələrində çalışmışdır. Beş çağırış Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, hal-hazırda VI çağırış Milli Məclisin İntizam komissiyasının sədridir. Ağsaqqallar Şurasının sədr müavinidir. Azərbaycan-Özbəkistan Dostluq qrupunun sədridir. Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilib.
Elmar İbrahimov
Elməddin İbrahimli
Elnur İbrahimov
Elnur İbrahimov (kiçik gizir)
Elnur İbrahimov (əsgər)
Elsevər İbrahimov
Elton İbrahimov
İbrahimov Elton Nazim oğlu — Azərbaycanda "Eurovision - 2012" milli seçimin finalçısı, ikinci yer tutdu. Gənc müğənni, musiqiçi, rəqqas. == Həyatı == Elton İbrahimov 3 noyabr 1994-cü ildə Rusiyada, Novosibirsk şəhərində anadan olub. Orada 73 saylı orta məktəbi bitirib. 6 yaşından etibarən "Antares" klubunda idman bal rəqsləri ilə məşğul olmuşdur. Rusiyada keçirilmiş çox sayli müsabiqələrə qatılmış, 100-den cox mükafat qazanmışdır. 8 yaşından "Sintez" pop sənəti studiyasında ifaçılıqla məşğul olmuşdur. Novosibirsk 3 saylı musiqi məktəbini bitirib, gitar və pianoda ifa edir. 2006-cı ildə "Action" adlı qrupda çalışmış və bu qrup beynəlxalq müsabiqələrdə iki dəfə əsas mükafatın sahibi olmuşdur. 2012-ci ildə yerli səs müsabiqəsi olan "Qızıl Not" yarışmasının qalibi olmuşdur.
Elza İbrahimova
Elza İmaməddin qızı İbrahimova (10 yanvar 1938, Hacıqabul – 11 fevral 2012, Bakı) — Azərbaycanlı bəstəkar, Azərbaycan Respublikasının (2008) və Dağıstanın xalq artisti, milliyətcə ləzgidir. == Həyatı == Elza İbrahimova 1938-ci ildə Hacıqabul (Qazıməmməd) şəhərində anadan olmuşdur. Bakıda 8 saylı musiqi məktəbini, 1957-ci ildə A. Zeynallı adına orta ixtisas musiqi məktəbinin bəstəkarlıq sinfini, 1964-cü ildə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) bəstəkarlıq şöbəsini bitirmişdir. Hələ uşaq yaşlarından musiqiyə olan böyük məhəbbəti valideynləri tərəfindən dəyərləndirilir və o musiqi məktəbinə yazılır.. == Yaradıcılığı == Elza İbrahimova 1969-cu ildə ilk mahnısını bəstələyir. Məmməd Rahimin sözlərinə bəstələnmiş "Yalan ha deyil" mahnısının ilk ifaçısı Şövkət Ələkbərova olur. Azərbaycanda tanqo ritmini estradaya gətirən ilk bəstəkarlardan biri olan Elza İbrahimovanın Rəfiq Zəkanın sözlərinə bəstələdiyi "Qurban verərdim" əsəri sovet dövründə bədii şura tərəfindən o qədər də yaxşı qarşılanmır. Çünki tanqonun burjua ahənginin sovet ruhuna uyğun gəlmədiyi bildirilir, amma sonradan "Qurban verərdim"lə bərabər "Sən mənə lazımsan" (söz. Əliağa Kürçaylı), "Bağçadan keçmisən" (söz. Ə. Əlibəyli) və sair tanqo ritmində yazılmış musiqilər bəstəkarın sevilən mahnıları siyahısına qoşulur.
Eyvaz İbrahimov
Fikriyyə İbrahimli
Fikriyyə İbrahim qızı İbrahimli (6 iyun 1955, Naxçıvan) — kliniki farmakoloq. == Həyatı == 6 iyun 1955-ci ildə Naxçıvan Muxtar Respublikasında anadan olub. Fikriyyə İbrahimli 1978-ci ildə Azərbaycan Dövlət Tibb Universitetini bitirmişdir. 1993-cü ildə tibb elmləri doktoru, 1996-cı ildə profüssor, 1978–1981 Naxçıvan şəhəri psixonevroloji dispanserində həkim-ordinator,, 1982–1987-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin nəzdindəki elmi tədqiqat mərkəzində elmi işçi işləmişdir. 1988-ci ildən həmin mərkəzin pataloji proseslərin modelləşdirilməsi və onların eksperimental terapiyası çöbəsinin müdiri, 1996-cı ildən isə eyni zamanda Tibb İnstitutunun klinki farmologiya kafedrasının professorudur. == Fəaliyyəti == Fikriyyə İbrahimlinin əsas tədqiqatları limfologiya sahəsinə-müxtəlif patoloji proseslər zamanı limfa sistemində baş verən posuntular və onların aradan qaldırılması, terapiyası yollarının öyrənilməsinə həsr olunmuşdur. 1 monoqrafiyanın, 4 tədris vəsaitinin, 100-dən artıq elmi məqalənin, 7 müəlliflik şəhadətnaməsinin müəllifidir. == Siyasi fəaliyyəti == 1995-ci il parlament seçkilərində Fikriyyə İbrahimli Azərbaycan Demokratik İstiqlal Partiyasının poporsional seçki üzrə vahid namizədlər siyahısında 1-ci sırada olmuşdur. ADİP proporsional seçkilərdə 106 782 (ümumi səslərin 3%-ni) toplayaraq 8%-lik səs həddini keçə bilməmiş, Fikriyyə İbrahimli isə deputat seçilə bilməmişdir.
Firudin İbrahimi
Firudin Qəni oğlu İbrahimi (21 noyabr 1919, Astara, Gilan ostanı – 1947, Təbriz) — dövlət xadimi, natiq və publisist, Azərbaycan Demokrat Firqəsi (3 sentyabr 1945) Mərkəzi Komitəsinin üzvü, Azərbaycan Milli Məclisinin nümayəndəsi (İran), 1945 - 1946-cı illərdə Azərbaycan Milli Hökumətinin baş prokuroru. == Həyatı == Cənubi Azərbaycanda milli demokratik hərəkatın rəhbərlərindən biri olan İbrahimi Firudin Qəni oğlu 1918-ci ildə noyabr ayının 21-də Cənubi Azərbaycanın Astara şəhərində anadan olmuşdur. O, 1943-cü ildən İran Xalq Partiyasının üzvü olub. 1945-ci ildə Tehran Universitetinin hüquq fakültəsini bitirib. Tələbəlik illərində inqilabi hərəkata qoşulmuşdur. Təbriz şəhərində nəşr olunan İran Xalq Partiyasının orqanı olan "Xavəri nov" ("Təzə xəbər") qəzetinin redaktoru olmuşdur. 1945-ci ilin oktyabr ayında Azərbaycan Demokratik Firqəsinin qurultayında Firudin İbrahimi Milli Məclisə nümayəndə seçilmişdir. O, 1945-ci ilin dekabr ayının 12-də Azərbaycan Milli Hökumətinin Baş Prokuroru təyin olunmuşdur. Firudin İbrahimi 1946-ci ildə Parisdə Sülh konfransında iştirak etmişdir. O, əksinqibalçı qüvvələrə qarşı mübarizə aparan "Babək" adlı könüllü dəstələrin təşkilatçılarından biri idi.
Fərhad İbrahimi
Fərhad İbrahimi Korabbaslu - (d. 1935, Ərdəbil, İran, — ö. 9.2.2019, Ərdəbil, İran) azərbaycanlı şair. "Ayrılıq" mahnısının sözlərinin müəllifi. == Həyatı == Fərhad (Rəcəb) İbrahimi Korabbaslu 1935-ci ildə Ərdəbilin Yurtçu bölgəsində yerləşən Kurabazlı (Korabbaslu) kəndində anadan olmuşdur. Fərhad (Rəcəb) İbrahimi Kurabazli "Ayrılıq", "Açıl Səhər" və "Ağlama" kimi mahnıların sözlərinin müəllifidir. Fərhad İbrahimi 84 yaşında İranın Ərdəbil şəhərində vəfat etmişdir. == Mahnıları == "Ayrılıq" mahnısının sözləri Fərhad İbrahimiyə məxsusdur.
Fəzail İbrahimli
Fəzail Feyruz oğlu İbrahimli (12 aprel 1951, Çanaxbulaq, Yardımlı rayonu) — Azərbaycan tarixçisi, dövlət xadimi, Azərbaycan Milli Məclisinin deputatı və sədr müavini, Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini (1992), professor. == Həyatı == Fəzail Feyruz oğlu İbrahimli 12 aprel 1951-ci ildə Yardımlı rayonunun Çanaqbulaq kəndində anadan olub. Orta təhsilini başa vurduqdan sonra 1969–1973-cü illərdə Azərbaycan Pedaqoji Universitetinin tarix fakültəsində ali təhsil alıb. Ardınca, təyinatla Yardımlıya göndərilmiş, 1973–1977-ci illərdə rayonun Çanaqbulaq kənd məktəbində müəllim işləmişdir. 1977–1979-cu illərdə hərbi xidmətdə olub. 1979–1982-ci illərdə Bakı Dövlət Universitetinin əyani şöbəsində aspirant, 1982-ci ildən Bakı Dövlət Universitetinin Kommunist partiyası tarixi kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. Hazırda Azərbaycan Tarixi kafedrasının professorudur. 1986-cı ildə namizədlik, 1998-ci ildə doktorluq dissertasiyasını müdafiə edib. Bir monoqrafiya, bir kitabın, bir dərslik və 60-a qədər elmi əsərin müəllifidir. == Siyasi fəaliyyəti == 1992-ci ildən Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür.
Hacağa İbrahimov
Hacıağa Xəlil oğlu İbrahimov (22 mart 1923, Quba – 27 may 1992, Bakı) — Azərbaycan KP-nın Naxçıvan Vilayət Komitəsinin birinci katibi, Azərbaycan KP MK-nın katibi. == Həyatı == 1923-cü ildə anadan olub. 1992-ci ildə vəfat edib və Birinci Fəxri xiyabanda dəfn olunub. == İctimai-siyasi fəaliyyəti == 1948-ci ildən Ümumittifaq Kommunist Partiyasının üzvü idi. 1941–1946-cı illərdə Fəhlə Kəndli Qırmızı Ordusunda xidmət edib. 1946-cı ildən 1952-ci ilə qədər Bakı dənizçilik məktəbinin Lenin Kommunist Gənclər İttifaqı (LKGİ) komitəsinin katibi, Azərbaycan LKGİ rayon komitəsinin birinci katibi olub. 1952-ci ildə Azərbaycan LKGİ-nin Bakı şəhər komitəsinin 1-ci katibi vəzifəsini icra edib. 1952-ci ildən 1961-ci ilə kimi Azərbaycan Kommunist bolşevik Partiyasının şəhər komitəsində şöbə müdiri, Azərbaycan KP-da Mərkəzi Komitənin şöbə müdiri müavini vəzifəsinə təyin edilmişdir. 1961-ci il mart ayının 10-dan 1970-ci ilin mart ayına kimi Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin 1-ci katibi olmuşdur. 1961-ci il sentyabrın 9-da Azərbaycan KP MK-nin üzvü, 1970-ci il mart ayının 20-dən 1981-ci il yanvar ayına kimi Azərbaycan KP-nın MK-nin katibi olmuşdur.
Haci İbrahim xan Kələntər Şirazi
Mirzə İbrahim xan Kələntər və ya Hacı İbrahim Şirazi (d. ?-ö. 1801) — Qacarlar dövlətinin ilk baş naziri. == Həyatı == Hacı Mirzə İbrahim xan Şiraz şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Şiraz hakimi Hacı İbrahim xan Kələntər Ağa Məhəmməd xanı Şiraza dəvət edəndə xan qardaşı Mustafaqulu xanı ora göndərmişdi. Ağaməhəmməd xan Hacı İbrahim xan, Kələntərin köməyilə Şirazı tutdu və Zənd sülaləsi üzərində qələbə çaldı. Əksər cənub məntəqələrində öz hakimiyyətini möhkəmləndirib qardaşıoğlu Fətəli xanı cənub vilayətlərinin hakimi təyin etdi. О, paytaxtı Qacar mülkünün yaxınlığında adı məlum olmayan bir qəsəbəyə-Tehrana köçürdü və sonra şimali-şərq əyalətlərini tutmaq üçün qoşun göndərdi. Hüseynqulu xan Qovanlı-Qacarın göstərişi ilə kor edilən bu üç nəfərdən biri Mirzə Nəsrulla Əliabadi idi ki, şah onu Hüseynqulu xanın vəzirliyinə təyin etmişdi.
Hacı İbrahim Nehrəmli
İbrahim İbrahimov(tam adı: İbrahim Hüseyin oğlu İbrahimov; 28 may 1958) — milyonçu, "Nehrəm Xəzər" layihəsi ilə məşhurlaşan, Naxçıvan Ali Məclisinin I çağırış deputatı, iş adamı, bankir. == Həyatı == İbrahim İbrahimov 1958-ci ildə Azərbaycanda, Naxçıvan MSSR, Babək rayonunda anadan olub. İbrahim İbrahimov Hüseyn oğlu kimi tanınan Hacı İbrahim Nehrəmli Xəzər adaları layihəsi ilə məşhurlaşmış Azərbaycanın iş adamlarından biridir. Altmış dörd yaşlı İbrahim İbrahimov 1958-ci ilin 28 mayında Naxçıvan AR Babək rayonunun Nehrəm kəndində anadan olub. Orta məktəbi o, Nehrəm kəndində bitirib. Həmçinin o, Naxçıvan Dövlət Universitetinin iqtisadi fakültəsini bitirib. İbrahim İbrahimov evlidir və onun iki övladı var. == İş həyatı == İbrahim İbrahimov anadan olduğu və yaşadığı regionda bir sıra məscidlər, xəstəxanalar, məktəblər tikdirmiş və təmir etmişdi, həmçinin tarixi abidələri bərpa etmişdi. O, kəndlərdə su boruları, körpülər tikərək, yollar salaraq kəndlərin infrastrukturunu yaxşılaşdırmışdır. 1991-ci ildə Azərbaycan müstəqillik qazandıqdan sonra İbrahim İbrahimov "İkan"adlı tikinti şirkətinin əsasını qoyur.
Hacı İbrahim Paşa
Hacı İbrahim Paşa (ö. dekabr 1604) — III Murad, III Mehmed və I Əhməd səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. == Həyatı == Doğum tarixi və əsli haqqında məlumat yoxdur. Qazı olaraq xidmət etdikdən sonra Hələb əyalətinin dəftərdarı oldu. 1582-1583, 1585-1588 və 1591-1594-cü illərdə 3 dəfə baş dəftərdar olaraq xidmət etmişdir. 1594-cü ildə Konya bəylərbəyi olaarq Anadoluya göndərildi. Burada davam edən Cəlali üsyanıyla mübarizə apardı. 1596-cı ildə vəzifədən alınsa da, 1598-ci ildə Hələb bəylərbəyi, daha sonra altıncı vəzir olaraq Cəlali üsyançısı Qarayazıcıoğlunun üzərinə göndərildi. 1600-cü ildə bu üsyançıya məğlub oldu və ardından vəzifədən alınaraq Konyaya sürgün edildi. 1603-cü ilin dekabrında Misir bəylərbəyi olsa da, bir il sonra bölgədə çıxan üsyanda qətlə yetirildi (dekabr 1604).
Hacı İbrahim Qasımov
Hacı İbrahim Hacı Mahmud oğlu Qasımov (1886, Bakı – 1936, Bakı) — jurnalist, teatr tənqidçisi, tərcüməçi, "Kəlniyyət" jurnalının və "Bəsirət" qəzetinin redaktoru, "Nicat" Maarif Cəmiyyəti idarəsinin üzvü və katibi. == Fəaliyyəti == Hacı İbrahim Qasımov Üzeyir bəy Hacıbəyovun "Arşın mal alan" operettasının əleyhidarı idi. 27 oktyabr 1913-cü il tarixli "Iqbal" qəzetində Hacı Ibrahim Qasımov adlı teatr tənqidçisi yazırdı: "…"Arşın mal alan" operettası bir dərəcə "fars" (lağ-lağı, məsxərə) tamaşalarına oxşayır – desək zənn edirik ki, xəta etməmiş olarıq. Belə tamaşaları müsəlmanlara göstərmək xətadan xali deyildir. Belə tamaşalar millətin əxlaqını pozar, onu indiki halından betər bir hala salar". 1913-cü ilin avqustun əvvəlində "Kaspi" qəzetində Şuşadan yazılmış bir xəbər dərc edilir və orada "Leyli və Məcnun" operasının tamaşaya qoyulacağı məlum olur. "Kaspi" qəzetinin bu məlumatına "Nicat" Maarif Cəmiyyəti idarəsinin üzvü və katibi, XX əsrin əvvəllərində mətbuat səhifələrində bir sıra maraqlı yazıları və o cümlədən teatr tənqidçisi kimi şöhrət qazanmış Hacı İbrahim Qasımov mətbuat səhifələrində etirazını bildirir. O, 1913-cü il 4 avqust tarixli "İqbal" qəzetində "Kaspi" qəzetində dərc olunmuş xəbərin "Nicat" teatr heyətini artıq dərəcədə təəccübləndirdiyini yazır və "Leyli və Məcnun" operasının bütünlüklə "Nicat" ın teatr heyətinə məxsus olduğunu və bu vaxta qədər "Nicat"dan başqa kimsə onu tamaşaya qoymadığını göstərir. Buna görə də H.İ.Qasımov "Leyli və Məcnun" operası Şişədə oynanarsa mütləq "Nicat" ın iddiasına Şişədən teatro dəstəsi cavabdeh olacaqdır" yazır. 1919-cu ildə Bakıda "Nicat" mədəni maarif cəmiyyətinin dram artistləri Namik Kamal bəyin "Vətən, yaxud Silistrə" əsərinin tamaşasını hazırlayıb, onu "Vətən, yaxud Osmanlı müharibəsi" adi ilə tamaşaçılara göstərdilər.
Hacı İbrahim ağa Axundov
Hacı İbrahim bəy Dünbili
Hacı İbrahim bəy Hüseyn ağa oğlu Dünbili (1824-?) — XIX əsr Azərbaycan ədibi, din xadimi. == Həyatı == Hacı İbrahim bəy Hüseyn ağa oğlu Dünbili 1824-cü ildə Xoy şəhərində anadan olmuşdu. Məhəmmədsadıq xan Dünbilinin nəvəsidir. "Şəhid Azərbaycani" kimi tanınır. O, İbtidai təhsilini atasından almışdı. Sonra mədrəsədə oxumuşdu. Ədəbiyyatşünas idi. Məhəmmədəli xan Tərbiyyət yazır: "O, hicri-qəməri 1262 (1845)-ci ildə oxumaq üçün Nəcəfə getmiş, o dövrün alimləri yanında təhsil almış, sonra isə vətəninə qayıtmışdı". Hacı İbrahim bəy Dünbilinin Təbrizdə kitabı daşbasma üsulu ilə çap olunmuşdur.
Hacı İbrahimov
Hacı İbrahimov Azərbaycan KP-nın Naxçıvan Vilayət Komitəsinin 1-ci katibi
Hacı İlqar İbrahimoğlu
İlqar İbrahimoğlu — "Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi"nin (DEVAMM) sədri, İçərişəhər "Cümə" məscdinin imam-camaatı, həftəlik "Dəyərlər" qəzetinin və Dəyərlər AIN (Azerbaijan Islam News) portalının sabiq baş redaktoru. İbrahimoğlu ABŞ-nin Corctaun Universiteti və mərkəzi İordaniyada yerləşən "Strateji Araşdırmalar Mərkəzi"nin keçirdiyi müsabiqədə "Dünyanın ən nüfuzlu 500 müsəlmanı" arasında 4 azərbaycanlıdan biri olub. == Həyatı == İlqar İbrahim oğlu Allahverdiyev 5 noyabr 1973-cü ildə dünyaya gəlmişdir. Gənclik illərində "Nə? Harada? Nə vaxt?" komandasının kapitanı olmuşdur. Uşaq çağlarından Azərbaycanın əməkdar məşqçisi Oleq İsaakoviç Privorotskinin rəhbərliyi altında şahmatla məşğul olmuşdur. Birinci dərəcəli şahmat ustasıdır. == Fəaliyyəti == İqtisadiyyat, fəlsəfə və ilahiyyat üzrə ali təhsil almışdır. "İslam və Qərb fəlsəfələrinin inteqrasiyası" mövzusunda elmi dissertasiya müdafiə etmişdir.
Hacıağa İbrahimbəyli
Hacıağa Məmmədəli oğlu İbrahimbəyli (8 dekabr 1890, Salyan, Cavad qəzası – bilinmir, Bakı) — azərbaycanlı hərbçi-mayor. == Həyatı == Hacıağa Məmmədəli oğlu İbrahimbəyli 1890-cu ilin dekabr ayının 8-də Salyan rayonunda anadan olmuşdur. Bakıda kommersiya məktəbini və 1913-cü ildə Tiflis hərbi məktəbini bitirmişdir. Əli bəy Hüseynzadənin qardaşı qızı Böyükxanım Hüseynzadə ilə ailə həyatı qurmuş, bu evlilikdən Hacımurad və Həyat adlı iki övladı dünyaya gəlmişdir. O, 1914–1915-ci illərdə Birinci Dünya Müharibəsində iştirakçısıdır. Bundan başqa Zaqafqaziya Hərbi Hazırlıq Məktəbinin rəisi vəzifəsində çalışmışdır. Hacıağa İbrahimbəyli 1920-ci il 27 aprel işğalının qurbanı olmuşdur. == Əsərləri == Atları hesaba almaq üçün müvəqqəti qanun və arabaların səfərbərliyə dair hesabatının dəstur əl əmə. Bakı: Azərbaycan hərbi kolleci, 1925. Методика военной подготовки учащихся: в помощь военруку и преподавателю гражданского учебнего заведения (Şagirdlərin hərbi hazırlığı metodikası: mülkü məktəblərin hərbi dərs rəhbərlərinə və müəllimlərinə kömək).
Hacıağa İbrahimov
Hacıağa Xəlil oğlu İbrahimov (22 mart 1923, Quba – 27 may 1992, Bakı) — Azərbaycan KP-nın Naxçıvan Vilayət Komitəsinin birinci katibi, Azərbaycan KP MK-nın katibi. == Həyatı == 1923-cü ildə anadan olub. 1992-ci ildə vəfat edib və Birinci Fəxri xiyabanda dəfn olunub. == İctimai-siyasi fəaliyyəti == 1948-ci ildən Ümumittifaq Kommunist Partiyasının üzvü idi. 1941–1946-cı illərdə Fəhlə Kəndli Qırmızı Ordusunda xidmət edib. 1946-cı ildən 1952-ci ilə qədər Bakı dənizçilik məktəbinin Lenin Kommunist Gənclər İttifaqı (LKGİ) komitəsinin katibi, Azərbaycan LKGİ rayon komitəsinin birinci katibi olub. 1952-ci ildə Azərbaycan LKGİ-nin Bakı şəhər komitəsinin 1-ci katibi vəzifəsini icra edib. 1952-ci ildən 1961-ci ilə kimi Azərbaycan Kommunist bolşevik Partiyasının şəhər komitəsində şöbə müdiri, Azərbaycan KP-da Mərkəzi Komitənin şöbə müdiri müavini vəzifəsinə təyin edilmişdir. 1961-ci il mart ayının 10-dan 1970-ci ilin mart ayına kimi Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin 1-ci katibi olmuşdur. 1961-ci il sentyabrın 9-da Azərbaycan KP MK-nin üzvü, 1970-ci il mart ayının 20-dən 1981-ci il yanvar ayına kimi Azərbaycan KP-nın MK-nin katibi olmuşdur.

Digər lüğətlərdə