Fatma Sultan (Sultan İbrahimin qızı)

Fatma Sultan (d. sentyabr 1642 - ö. 1682) — Sultan İbrahimin qızı.

Fatma Sultan
فاطمه بینت ابراهیم
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri İstanbul, Osmanlı imperiyası
Vəfat tarixi
Atası Sultan İbrahim
Həyat yoldaşları Silahdar Yusif Paşa
Fəzli Fəzlullah Paşa

Fatma Sultan 1642-ci ilin sentyabrında dünyaya gəlmişdir. Atası Sultan İbrahimUşaqlıq illəri nənəsi Kösəm Sultanın himayəsində keçmişdir. 1645-ci ilin yanvarında hələ 3 yaşında ikən Silahdar Yusif Paşayla nişanlandı. Bunda məqsəd paşanı saraya və sultana daha yaxın saxlamaq idi. Buna baxmayaraq dövrün sədrəzəmi ilə girişdiyi mübarizədə məğlub edilən Yusif Paşa 22 yanvar 1646-cı ildə edam edildi. Paşanın edamından bir ay sonra kiçik sultan bu dəfə kaptan-ı dərya Fazil Paşayla evləndirildi. Ancaq bu nikah da tamamlanmadı və Fatma Sultan gəlin köçmədən əri 1657-ci ildə vəfat etdi.

Fatma Sultanın geri qalan həyatı ilə bağlı dəqiq məlumat yoxdur. Ancaq ögey qardaşı IV Mehmedin səltənətində 1682-ci ildə vəfat etdiyi bilinir.

  • Mustafa Çağatay Uluçay (2011). Padişahların kadınları ve kızları. Ankara, Ötüken. pp. 63–65.
  • Sakaoğlu, Necdet (2008). Bu mülkün kadın sultanları: Vâlide sultanlar, hâtunlar, hasekiler, kadınefendiler, sultanefendiler. Oğlak Yayıncılık. pp. 260–262.
  • Uluçay 1992, p. 101.