Nəqliyyatın intellektual idarəetmə sistemləri
Nəqliyyatın intellektual idarəetmə sistemləri (İNS ing. Intelligent transportation system) — yol hərəkətinin idarə edilməsi, bütün nəqliyyat növlərinin (fərdi, ictimai, yük) işinin monitorinqi və idarə edilməsi, region ərazisində nəqliyyat xidmətinin təşkili haqqında vətəndaşların və müəssisələrin məlumatlandırılması məsələlərini həll edən qarşılıqlı əlaqəli avtomatlaşdırılmış sistemlər kompleksidir.
Getdikcə meqapolisə çevrilən Bakı şəhərində Nəqliyyatın İntellektual İdarəetmə Sisteminin daha mütərəqqi və davamlı texnologiyalara əsaslanaraq inkişaf etdirilməsi istiqamətində mühüm işlər görülüb. Məqsəd, bu sahədə göstərilən xidmətin keyfiyyətini artırmaqdır.
== Tarixi ==
Müasir şəhərin uğurlu və dinamik inkişafı üçün onun tələbatına uyğun nəqliyyat sisteminin olması vacibdir. Belə nəqliyyat sistemi şəhərin sərnişin və yük daşımaları tələbatından bir addım öndə olmalıdır. Beynəlxalq təcrübədə şəhər yollarının həddindən artıq yüklənməsi problemi yolların sıxlığını artırmadan yol hərəkətini və şəhər sərnişin nəqliyyatını müvafiq küçə-yol şəbəkəsində effektiv surətdə idarə edə bilən intellektual nəqliyyat sistemləri (İNS) texnologiyalarının tətbiqi hesabına həll olunur.
İNS – yol hərəkətinin idarə edilməsi, bütün nəqliyyat növlərinin (fərdi, ictimai, yük) işinin monitorinqi və idarə edilməsi, region ərazisində nəqliyyat xidmətinin təşkili haqqında vətəndaşların və müəssisələrin məlumatlandırılması məsələlərini həll edən qarşılıqlı əlaqəli avtomatlaşdırılmış sistemlər kompleksidir.
Nəqliyyatı intellektual idarəetmə sistemində informasiya axınlarının istiqamətləri:
GPS
Şəxsi nəqliyyat
Təhlükəsiz ictimai nəqliyyat
Piyada/sərnişin İstifadəedicisi
Nəqliyyat axının manitorinqi
Parketmə
Ağıllı dayanacaq
Ağıllı işıqfor
=== İNS-in tətbiqinin əsas məqsədi ===
yol hərəkətinin təhlükəsizliyinin artırılması;
küçə-yol şəbəkəsinin keçiricilik qabiliyyətinin artırılması;
yol hərəkəti iştirakçılarına xidmətin keyfiyyətinin artırılması;
ətraf mühitə nəqliyyat axınlarının zərərli təsirinin azaldılması;
nəqliyyatın fəaliyyətinin səmərəliliyinin artırılması;
şəhər ictimai sərnişin nəqliyyatının nüfuzunun artırılması;
şəhərin investisiya və turist cəlbediciliyinin artırılması;
== İntellektual nəqliyyat texnologiyaları ==
İNS istifadə olunan texnologiyalarla fərqlənir: sadə avtomobil naviqasiya sistemləri, işıqforun idarəedilməsi, yük idarəetmə sistemləri, müxtəlif siqnal sistemləri (məlumat lövhələri daxil olmaqla), nömrə tanıma sistemləri və nəqliyyat vasitələrinin sürət qeydiyyatı sistemləri, video nəzarət sistemləri, həmçinin digər sistemlər, parklama idarəetməsi və məlumat sistemləri (PGI) sistemləri, hava xidmətləri, körpü açma sistemləri və digərləri kimi müxtəlif mənbələrdən məlumat və rəylərini özündə birləşdirir.
Bundan əlavə, İNS, modelləşdirmə və əvvəllər yığılmış məlumatlara əsaslanan proqnozlaşdırma texnologiyalarından istifadə edə bilər.