İRAMİLƏ
İRANGÜL
OBASTAN VİKİ
İranə Qasımova
İranə Tağızadə
İranə Tofiq qızı Tağızadə (7 may 1957, Bakı – 9 aprel 2023, Bakı) — Azərbaycan Respublikasının Xalq artisti, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının rejissoru. == Həyatı == İranə Tağızadə 7 may 1957-ci ildə Bakı şəhərində anadan olub. 1976–1981-ci illərdə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram rejissoru fakültəsində təhsil alıb. İranə Tağızadə 1984-cü ildən Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında çalışıb. === Vəfatı === 9 aprel 2023-cü ildə Bakı şəhərində vəfat etmişdir. 10 aprel 2023-cü ildə Ümumşəhər qəbiristanlığında dəfn olunmuşdur. === Ailəsi === Tofiq Tağızadənin qızıdır. Firdovsi Atakişiyevin həyat yoldaşıdır. == Fəaliyyəti == === Quruluş verdiyi tamaşalar === Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında F. Dostoyevskinin "Karamazov qardaşları", U. Şekspirin "On ikinci gecə", T. Uilyamsın "Arzu tramvayı", Elçinin "Artistin taleyi", "Teleskop, ya yuxuda və reallıqda uçuşlar", M. Kamolettinin "Ah, bu Anna", A. Puşkinin "Çar Soltanın nağılı", R. Şartın "Mənim arvadımın adı Morisdir" və s. bu kimi tamaşalara quruluş verib.
İranəq (Bostanabad)
İranəq (fars. ايرانق‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 2,616 nəfər yaşayır (602 ailə).