Ahmet Taner Kışlalı
Əhməd Tanər Qışlalı (türk. Ahmet Taner Kışlalı; 10 iyul 1939, Zilə[d], Toqat ili – 21 oktyabr 1999, Ankara) — Türkiyə politoloqu, siyasətçisi (sabiq nazir), yazıçısı və təhsil qurumu üzvü.
== Həyatı ==
Atası Ziraat Bankı xəzinədarı Hüsnü bəy, anası isə Kilis Kemaliye ibtidai məktəb müəllimi olan Lütfiye xanımdır. Əhməd Tanər Kilis Kemaliye ibtidai məktəbindən sonra Kilis orta məktəbini və Kabataş oğlan Liseyini bitirib. Liseyi bitirdikdən sonra Ankara Universitetinin Siyasi Elmlər fakültəsinə daxil olmuş, oxuduğu müddətdə həm də "Yeni gün"-də idman jurnalistliyi etmişdir. 1962–1963-cü illərdə " Yeni gün" qəzetində yazı işləri şöbəsinin müdiri olmuşdur. Paris Universitetində konstitusiya və siyasət elmi çərçivəsində "Müasir Türkiyədə siyasi güclər" adlı elmi işini müdafiə edərək doktorluq dərəcəsi alıb. Fransada tanış olduğu Bordolu Nikole(Nilgün Kışlalı) ilə 1968-ci ildə evlənən Kışlalının bu evlilikdən iki qızı dünyaya gəlib.
Əsgərlikdən qayıtdıqda universitetə qəbul edilməmiş, Siyasi Elmlər fakültəsinə keçmişdir. 1972-ci ildə dosent adını almışdır.