KEVSƏR
KEYSU
OBASTAN VİKİ
Keyfiyyət
Keyfiyyət Keyfiyyət bəşər tarixi boyu üzərində ciddi düşünülmüş, müxtəlif ideyalar irəli sürülmüş və gələcək tarixin gedişatı boyu böyük maraq doğuracaq bir anlayışdır. Keyfiyyətin əhəmiyyəti kommersiya və akademik olaraq media vasitəsilə dəfələrlə qeyd edilmişdir. Son bir araşdırmaya görə, məhsul və xidmət keyfiyyətinin yüksəksəviyyəli menecerlər tərəfindən ən çox inkişaf etdirildiyi düşünülən anlayışlar arasında ön sıralarda olduğu müəyyən edilmişdir. Keyfiyyət həm də şirkətlərin beynəlxalq miqyasda yüksəlməsinə kömək edən ən mühüm qüvvə kimi müəyyən edilir. Keyfiyyət anlayışını tək bir anlayış kimi axtarmaq tədqiqatçıları yormaqdan başqa heç nə etmədi. Keyfiyyət; Dəyər, məhsulun texniki xüsusiyyətlərinə uyğunluq, ehtiyaclara uyğunluq, istifadəyə yararlılıq kimi də müəyyən edilmişdir. Konsept izah olunmağa və təyin olunmağa çalışıldığı tarixdən asılı olmayaraq dəfələrlə maraqlı və təəccüblü təriflərə malik olmuşdur. Uzun illər əvvəl ortaya atılan və bu günə qədər gəlib çatan prosesdə müxtəlif dəyişikliklərə məruz qalan Keyfiyyət Konsepsiyası Bütöv Keyfiyyət İdarəetmə Fəlsəfəsinin rəhbərliyi altında müasir adını tapmışdır və bu prosesdə yeni təriflər tapmağa davam edəcəkdir. == Tərif == Keyfiyyətin tərifi bunu edəcək şəxsə görə dəyişir. Bu, keyfiyyətin çox geniş anlayış olması ilə bağlıdır.
Keyfiyyət (şahmat)
Keyfiyyət — Şahmat termini Spesifik şahmat terminidir. Keyfiyyətin udulması – yüngül fiqurun əvəzinə topun udulmasıdır.
Keyfiyyət xərcləri
Keyfiyyət xərcləri — yarana biləcək nöqsanların qarşısının alınması, keyfiyyətin qiymətləndirilməsi, istehsal prosesi zamanı və ya məhsulun müştəriyə çatdırılmasından sonra ortaya çıxan xərclərin məcmusudur. Keyfiyyət xərcləri bəzən keyfiyyətə nail olmaq üçün çəkilən xərclər, bəzən keyfiyyət şöbəsinin istifadə etdiyi büdcə, bəzən isə uyğun olmayan (qeyri qənaətbəxş) keyfiyyətin meydana gətirdiyi xərclər olaraq başa düşülür. Ancaq, müasir dövrdə idarəetmə sahəsində çalışanlar Keyfiyyət xərcləri dedikdə bir qayda olaraq keyfiyyətlə bağlı bütün xərcləri nəzərdə tutur. == Önəmi == İstehlakçılar fərqli özəllikləri olan məhsulları daha çox istehlak etməyə başladığı üçün, istehsalçılar da bu fərqli özəllikləri keyfiyyət vasitəsi ilə yaratmağa başlamışlar. Buna görə də, keyfiyyətlə bağlı həyata keçirilən fəaliyyətlər hər hansı məhsulun uğurlu olmasında daha çox rol oynamağa başlayıb. Firma və müəssisələr keyfiyyətlə bağlı rəqabət aparmaqla yanaşı, həmçinin keyfiyyətin xərclərə təsirini də nəzarət altında saxlamaq üçün çalışırlar. Daha yaxşı nəticə əldə etmək üçün şirkətlər büdcələrinin bir hissəsini hədəflədikləri keyfiyyət göstəricilərinə çatmaq üçün istifadə edirlər. Həmin istifadə edilən vəsaitə isə keyfiyyət xərcləri deyilir. Keyfiyyət xərcləri bir şirkətin keyfiyyət dərəcəsini müəyyən edən ən vacib göstəricidir. Eyni zamanda keyfiyyətin idarə edilməsi prosesinin tətbiq olunması və standartlaşdırılması üçün keyfiyyətlə əlaəqdəar olaraq həyata keçirilən bütün fəaliyyətin ölçülməsi və qeydiyyatının aparılması da çox önəmlidir, çünki keyfiyyət xərclərinin ölçülməsi bu göstəricilər əsasında apara bilər.
Əqli keyfiyyət
Əqli keyfiyyət – şəxsiyyətin idrak obyektinə, məsələlərin həllinə yanaşma tərzini xarakterizə edən, nisbətən davamlı və mühüm xüsusiyyəti. Hər şəxsin fikri fəaliyyəti həm alınan nəticə, həm də məsələni həlletmə üsulunun səmərəliliyi ilə müəyyən edilir və ağılın keyfiyyəti, yaxud əqli keyfiyyətdə fərdi fərqlər adlanır. Əqli keyfiyyətə əqlin genişliyi, dərinliyi, çevikliyi, təfəkkürün müstəqilliyi və s. daxildir. == Ədəbiyyat == R.Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Bakı, İnformasiya Texnologiyaları, 2009, 201 s. == Xarici keçidlər == Intelligence quotient What is IQ? What is intelligence?
Yüksək keyfiyyət
Yüksək keyfiyyət (ing. High Fidelity) — 2000-ci ildə ekranlara çıxan romantik komediya filmi. == Süjet == Rob Qordon otuz yaşlarında albom mağazasında işləyən bir kişidir. O, bu yaxınlarda sevgilisi Loranın münasibətlərinə son qoyması ilə daha bir ayrılıqla üzləşib. Rob niyə münasibətlərdə həmişə bəxti gətirməyən tərəf olduğu ilə maraqlanır. O, cavab əldə etmək üçün keçmiş sevgililərinə üz tutur və Loranı geri qazanmağa çalışır.
Keyfiyyət tədqiqatı metodları
Sosial və davranış elmlərində keyfiyyət tədqiqatı ədədi informasiyaya əsaslanmayan tədqiqat üsuludur. Bu tədqiqatda müxtəlif sənədlərin, söhbətlərin, intervyuların məzmunu, baş vermiş hadisələr ətraflı araşdırılır. Müxtəlif mənbələrdə sosial və davranış elmlərinə aid tədqiqat metodlarının fərqli təsnifatına rast gəlmək olar. Psixologiyaya aid edilən keyfiyyət tədqiqatlarını (qualitative research) başqa elm sahələrinə aid olanlardan fərqləndirmək üçün son zamanlar psixoloji keyfiyyət tədqiqatları (qualitative psychological research) ifadəsi işlənir. Qeyd etmək lazımdır ki, sadalanan metod adları bəzən şərti xarakter daşıyır. Bir çox metodları ətraflı gözdən keçirdikdə onların bir birinə çox yaxın olduğu, bəzən isə sadəcə olaraq eyni metoda fərqli adlar verildiyi aydınlaşır. Amerika psixoloqu D. Martin psixoloji keyfiyyət tədqiqatları kimi əsas üç metodu göstərir: Təbii şəraitdə müşahidə Etnoqrafik tədqiqat Hadisənin öyrənilməsi Başqa mənbələrdən bu siyahıya aşağıdakıları əlavə etmək olar: Iştirakçı kimi müşahidə aparılması Məzmun analizi Fokus qrupu Qeyri struktur intervyu === Metodların qısa təsviri === Təbii şəraitdə müşahidə aparılması əslində heyvanların davranışının öyrənilməsi üsulu kimi yaranıb. Sosial psixoloqlar kəmiyyət tədqiqatlarından uzaqlaşmağa başladıqda bu metod insanlara da tətbiq edilməyə başladı. Bu üsulun başqa adı çöl tədqiqatıdır (field study). Adından da göründüyü kimi bu üsul, obyektin ona aid olan sahədə fəaliyyəti zamanı müşahidə edilməsidir.
Təhsildə Keyfiyyət Təminatı Agentliyi (Azərbaycan)
Təhsildə Keyfiyyət Təminatı Agentliyi — ali, orta ixtisas və əlavə təhsilin keyfiyyətinə nəzarət edən dövlət orqanıdır == Tarixi == 29.12.2019-cu ildə Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi Təhsildə Keyfiyyət Təminatı Agentliyinə çevrilib. Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərir.
Azərbaycanda həyat keyfiyyəti-2018
Azərbaycanda həyat keyfiyyəti-2018 — Azərbaycanın iqtisadi rayonlarında, respublika tabeli şəhərlərində və inzibati rayonlarında həyat keyfiyyətini müqayisəli şəkildə qiymətləndirmək məqsədilə AMEA İqtisadiyyat İnstitutunda gerçəkləşdirilmiş ilk tədqiqatın nəticələrini əks etdirən kitabdır. AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə çap edilən nəşrin elmi redaktoru İnstitutun direktoru, iqtisad elmləri doktoru, professor Nazim Müzəffərlidir. Kitabın müəllifləri professor Nazim Müzəffərli, iqtisad üzrə fəlsəfə doktorları, dosent Pərviz Həsənov, Bəhruz Əhmədov, məsləhətçiləri professor Akif Musayev, iqtisad üzrə fəlsəfə doktorları Allahyar Muradov və Rəsmiyyə Abdullayevadır. Kitab Azərbaycan və rus dilində nəşr edilmişdir. == Tədqiqat haqqında == Kitabda əksini tapan tədqiqat işindəki qiymətləndirmələr AMEA İqtisadyyat İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanmış Həyat Keyfiyyəti İndeksi (HKİ) əsasında aparılmışdır. Tədqiqat ölkənin 8 iqtisadi rayonunu, həmin rayonlara daxil olan 61 respublika tabeli şəhəri və inzibati rayonu əhatə edir. Azərbaycanın iqtisadi rayonlarının, respublika tabeli şəhərlərinin və inzibati rayonlarının həyat keyfiyyəti üzrə reytinqi 7 sub-indeksdə qruplaşdırılıb və 36 göstərici əsasında tərtib edilib. Həmin sub-indekslərə maddi rifah, sağlamlıq, təhsil, təhlükəsizlik, ailə möhkəmliyi, ekologiya və asudə vaxt imkanları daxildir. Təhlillərə görə Azərbaycanda həyat keyfiyyətinin ən yüksək olduğu bölgə Naxçıvan Muxtar Respublikasıdır. Şəhər və rayonların sıralamasında birinci yeri sub-indekslərin əksəriyyəti üzrə Naxçıvan şəhəri tutur.
Dünyanın həyat keyfiyyətlərinə görə şəhərləri
Dünyanın həyat keyfiyyətlərinə görə şəhərləri - Bu göstəricilərə geniş spektr iqtisadi, sosial, mədəni və ekoloyi parametrlər aiddir. Burada şəhər təsərrüfatlarının ümumi stabilliyi, səhiyyə xidmətinin səvuyyəsi, təhsilin keyfiyyəti, nəqliyyat infrastrukturunun vəziyyəti, şəhər iqliminin və suyun təmizliyi, həmçinin mədəni-əyləncə şəbəkəsinin inkişafı nəzərdə tutulur. 2011-ci il üçün dünyanın həyat keyfiyyətlərinə görə ən yaxşı şəhəri Kanadanın Vankuver şəhəri müəyyənləşib. Bu reytinqi 23 fevral 2011-ci ildə Londonda nüfuzlu Economist Intelligence Unit tədqiqt təşkilatı elan edib.
Neftin emalı nəticəsində alınan yanacaqların keyfiyyəti
Neftin emalı nəticəsində alınan yanacaqların keyfiyyəti — tətbiq sahəsindən asılı olaraq yanacaqlar: karbürator (təyyarə, avtomobil benzinləri və traktor kerosinləri), reaktiv, dizel yanacaqlarına bölünür. == Neft emalı == Neft məhsullrından xalq təsərrüfatında geniş istifadə olunur. Ümumiyyətlə, neftdən yanacaq maddələri, yağlayıcı materiallar, plastik kütlələr, sintetik liflər, yuyucu maddələr, sintetik kauçuk, gübrə və s. kimi məhsullar alınır. Neftdən alınan bir çox qiymətli məhsullardan biri də müxtəlif təyinatlı və çeşidli yanacaqlarıdır. Karbürator yanacağı kimi ən çox neftin alçaq və orta temperaturlarda qaynayan benzin, liqroin və kerosin fraksiyalarından, sıxılmış karbohidrogen qazıntılarından və neftin təkrar emalından alınan yüngül məhsullarından istifadə edilir. === Neft məhsullarının keyfiyyətinin orqanoleptik metodu === Neft məhsullarının keyfiyyətinin təyin edilməsində istifadə olunan metodlardan biri də orqanoleptik metoddur. Bu metodla keyfiyyətin qiymətləndirilməsində xarici əlamətlər əsas götürülür. Yanacağın xarici əlamətləri onun zərərliliyi, stabilliyi və təmizliyi haqqında təxmini fikir söyləməyə imkan verir. Etilli benzin zərərsizliyi etil mayesinə əlavə edilən boyayıcının rəngi ilə şərtləndirilir.
Yüksək keyfiyyətli printer
Yüksək keyfiyyətli printer (ing. letter-quality printer) – işgüzar yazışmalar üçün məqbul çap keyfiyyətini (NEAR-LETTER-QUALITY) təmin edən hər hansı bir printer. Bu sıraya lazerli, kontakt (adətən, ləçəkli) printerlər, eləcə də tam formalaşdırılmış simvollardan istifadə edən bəzi matrisli printerlər aiddir. Yaxşı matrisli printerlər yüksək keyfiyyət almaq üçün hər bir sətri ikiqat çap edir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. Bakı: 2017, "Bakı" nəşriyyatı, 996 s.
Yüksək keyfiyyətli çap
Yüksək keyfiyyətli çap (en. letter quality (LQ)) – matrisli printerdəki çapın yazı makinasında yazılmış mətnin keyfiyyətindən geri qalmayan keyfiyyəti. Adından göründüyü kimi (ingiliscə “letter” – “məktub”), belə çap keyfiyyəti işgüzar yazışmalara qoyulan tələblərə uyğun olur. Termin bir qədər köhnəlib, çünki lazerli və şırnaqlı printerlər daha yüksək keyfiyyətli çap təmin edir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. Bakı: 2017, "Bakı" nəşriyyatı, 996 s.
Əhalinin həyat keyfiyyəti
Əhalinin həyat keyfiyyəti — əhalinin iqtisadi, siyasi-sosial, etnik-milli, konfessional (dini), təbii-coğrafi amillərin qarşılıqlı təsiri ilə müəyyən olunan xüsusiyyətləri və təkrar istehsalının məcmu xarakteristikası . Əhalinin həyat keyfiyyəti əhalinin təkrar istehsalının həm kəmiyyətcə, yəni xüsusi demoqrafik göstəricilərlə (təkrar istehsal əmsalı, ölüm sayının xüsusi göstəriciləri, körpələr və analar, əməkqabiliyyətli yaşdakı əhalinin ölüm sayı), həm də sosial (təhsil, səhiyyə, ərazi və əmək mobilliyi və s.) səviyyəsini əks etdirən keyfiyyət xarakteristikası ilə müəyyənləşdirilir. == Ümumi məlumat == Həyat keyfiyyəti, həyat səviyyəsi istər bazar və qeyri-bazar təsərrüfatı sistemində, istərsə də keçid dövründə əhalinin yaşayış təminatı kimi xarakterizə olunur. Bununla da, iqtisadiyyatda sosial kateqoriya kimi səciyyələndirilir. Belə dəyərləndirmə sadə göstəricilər dəsti, yaxud xüsusi aqreqasiya olunmuş göstəricilər vasitəsilə aparıla bilər, lakin bu fenomenin keyfiyyət göstəricilərini bütünlükdə formalaşdırmaq qeyri-mümkündür. Əhalinin həyat keyfiyyəti insan amilinin iqtisadiyyata təsirinin müxtəlif formalarını üzə çıxaran mühüm makro iqtisadi meyardır. O, insan, insan qrupu və ya hər hansı birliyin fiziki, mental, sosial-mədəni inkişafını müəyyənləşdirən əlamətləri xarakterizə edir. Əhalinin həyat keyfiyyəti ilə əhalinin təkrar istehsalının səmərəliliyi anlayışları arasında (demoqrafiyada bu, doğum sayının azalması müşahidə edilərkən, ölüm sayının daha da azaldılması yolu ilə təbii artımın eyni səviyyədə saxlanması deməkdir) qarşılıqlı əlaqə vardır. Əhalinin təkrar istehsalı homeostazis (özünü təkrar istehsal edən) sistem kimi onun mühüm keyfiyyət əlamətlərindən biridir. Əhalinin həyat keyfiyyətinin əsasını sağlamlıq təşkil edir.
Ətraf mühitin keyfiyyəti
Ətraf mühitin keyfiyyəti — ekoloji anlayış olub obyektiv-subyektiv münasibəti əks etdirir. İnsan üçün ətraf mühitin keyfiyyətinin kriteriyası onun sağlamlığıdır. Ətraf mühitin keyfiyyəti — nisbi anlayışdır, landşaftın eyni bir vəziyyətinin xassəsi müxtəlif əhali qrup üçün (məs: uşaqlar, böyüklər, sağlam-xəstə, aboriqen-liqrant və s.) keyfiyyət baxımından müxtəlif ola bilər. İnsanın mühitlə optimal əlaqəsi zamanı insanın sağlamlığı normal olsa, yaxud yaxşılaşarsa, mühit sağlam ve ya komfort mühit kimi qiymətləndirilir. Əgər insanın mühitlə münasibəti zamanı onun sağlamlığı normadan kənara çıxarsa (pisləşərsə), mühit sağlam olmayan və ya diskomfort mühit kimi qiymətləndirilir. Əgər insanın mühitlə əlaqəsi zamanı əhalinin sağlamlığının vəziyyətində ciddi qarşısıalınmaz dəyişiklik müşahidə edilərsə, mühit ekstremal mühit kimi qiymətləndirilir. Ətraf mühitin keyfiyyəti ümumi dövlət miqyasında respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən izlənməlidir. == Ətraf mühitin keyfiyyətinin normaya salınması == Ətraf mühitin təbii xassələrinin yol verilən dəyişilmə həddinin müəyyən edilməsi.

Digər lüğətlərdə