Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

  • TƏCİLƏN

    TƏ’CİLƏN ə. təcili olaraq; təcili

    Tam oxu »
  • TƏCİN

    TƏ’CİN ə. yoğurma (xəmir haqqında)

    Tam oxu »
  • TƏCİZ

    TƏ’CİZ ə. 1) aciz hala salma, fağırlaşdırma; 2) rahatsız etmə, rahatsızlıq

    Tam oxu »
  • TƏCLİD

    ə. cildləmə, cild çəkmə

    Tam oxu »
  • TƏCMİ

    TƏCMİ’ ə. toplama, yığma, cəmləşdirmə

    Tam oxu »
  • TƏCNİS

    ə. 1) iki şeyi bir-birinə bənzər hala salma; 2) söz oyunu işlətmə

    Tam oxu »
  • TƏCRİBƏND

    ə. və f. qafiyələri müxtəlif olan bir neçə hissədən ibarət şeirin hər hissəsinin sonunda eynilə təkrar olunan beyt; bu formada yazılmış şeir

    Tam oxu »
  • TƏCRİD

    ə. 1) çılpaqlaşdırma, çılpaq etmə; 2) ayırma, yalqız buraxma; 3) mücərrədləşdirmə

    Tam oxu »
  • TƏCRİM

    ə. cərimə alma; cərimələndirmə

    Tam oxu »
  • TƏCRÜBƏ

    ə. yoxlama, sınaq

    Tam oxu »
  • TƏCRÜBƏKAR

    ə. və f. təcrübəli, təcrübə sahibi, sınaqdan çıxmış; sınanmış

    Tam oxu »
  • TƏCRÜBƏVİ

    ə. bax təcrübi

    Tam oxu »
  • TƏCRÜBİ

    ə. təcrübə ilə olan, təcrübəyə aid olan

    Tam oxu »
  • TƏCSİM

    ə. cisim şəklinə salma, xəyalda təcəssüm etdirmə

    Tam oxu »
  • TƏCVİD

    ə. Qur’anı düzgün tələffüzlə oxuma

    Tam oxu »
  • TƏCVİF

    ə. oyma, içini boşaltma

    Tam oxu »
  • TƏCVİZ

    ə. caiz görmə, mümkün hesab etmə

    Tam oxu »
  • TƏCZİƏ

    ə. bax təcziyə

    Tam oxu »
  • TƏCZİYƏ

    ə. parçalama, hissələrə bölmə, cüzlərə ayırma

    Tam oxu »
  • TƏDABİR

    ə. «tədbir» c. tədbirlər

    Tam oxu »
  • TƏDAD

    TƏ’DAD ə. 1) say, sayma; 2) bir-bir sadalama; 3) miqdar, qədər

    Tam oxu »
  • TƏDAFÖ

    TƏDAFÖ’ ə. 1) bir-birini dəf etmə; itələmə; 2) qorunma, müdafiə

    Tam oxu »
  • TƏDAXÜL

    ə. 1) işə qarışma; 2) müdaxilə (siyasi, iqtisadi, hərbi və s.); 3) nüfuz etmə qabiliyyəti

    Tam oxu »
  • TƏDARÜK

    ə. hazırlıq, ehtiyat

    Tam oxu »
  • TƏDARÜKAT

    ə. «tədarük» c. 1) tədarük edilən şeylər; 2) t. tədarük, tədarük etmə, tədarük edilmə

    Tam oxu »
  • TƏDAVİ

    ə. müalicə etmə; müalicə

    Tam oxu »
  • TƏDAVÜL

    ə. əldən-ələ gəzmə, dövr etmə; dolaşma, işlənmə

    Tam oxu »
  • TƏDBİR

    ə. vasitə, yol

    Tam oxu »
  • TƏDƏBBÜR

    ə. tədbir düşünmə

    Tam oxu »
  • TƏDƏNNİ

    ə. alçalma, aşağı enmə, aşağı düşmə

    Tam oxu »
  • TƏDƏNNÜS

    ə. kirlənmə, çirklənmə

    Tam oxu »
  • TƏDƏRRÜS

    ə. dərs oxuma; təhsil alma

    Tam oxu »
  • TƏDƏYYÜN

    ə. 1) bir dinə tabe olma; 2) dində sabit və möhkəm olma, dini ehkamlara tamamilə riayət etmə; 3) namusluluq

    Tam oxu »
  • TƏDFİN

    ə. dəfn etmə; basdırma; dəfn

    Tam oxu »
  • TƏDİB

    TƏ’DİB ə. 1) tərbiyə vermə, tərbiyələndirmə; 2) cinayətkarlara qarşı lazımi qanunların tətbiqi; 3) cəzalandırma, cəza vermə

    Tam oxu »
  • TƏDİBƏN

    TƏ’DİBƏN ə. ədəblə, tərbiyələndirməklə

    Tam oxu »
  • TƏDİL

    TƏ’DİL ə. 1) ədalətlə iş görmə; 2) mötədilləşdirmə

    Tam oxu »
  • TƏDİYƏ

    TƏ’DİYƏ ə. ödəmə, borcu qaytarma, əda etmə

    Tam oxu »
  • TƏDQİQ

    ə. 1) incəltmə, xırdalama, narın etmə; 2) dəqiqləşdirmə, tədqiqat, elmi araşdırma; 3) həqiqəti meydana çıxartmaq üçün incədən-incəyə araşdırma

    Tam oxu »
  • TƏDQİQAT

    ə. «tədqiq» c. 1) tədqiqlər; 2) t. tədqiq etmə, araşdırma

    Tam oxu »
  • TƏDMİR

    ə. darmadağın etmə, pozma

    Tam oxu »
  • TƏDNİS

    ə. kirləndirmə, çirkləndirmə

    Tam oxu »
  • TƏDRİC

    ə. dərəcələmə

    Tam oxu »
  • TƏDRİCƏN

    ə. tədriclə, yavaş-yavaş

    Tam oxu »
  • TƏDRİCİ

    ə. yavaş-yavaş

    Tam oxu »
  • TƏDRİS

    ə. dərs vermə, dərs öyrətmə

    Tam oxu »
  • TƏDVİN

    ə. 1) pərakəndə şeirləri divan şəklinə salma, divan bağlama; 2) qüvvədə olan qanunları sistemə salma; 3) məcmuə tərtib etmə

    Tam oxu »
  • TƏDVİR

    ə. 1) dolandırma, fırlatma, fırlandırma; 2) yuvarlaq şəklə salma; yuvarlaqlaşdırma

    Tam oxu »
  • TƏDVİRƏN

    ə. dolandıraraq

    Tam oxu »
  • TƏƏB

    ə. 1) yorğunluq; 2) zəhmət, əziyyət

    Tam oxu »