Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

  • TÖHFƏ

    ə. hədiyyə, pay, bəxşiş, peşkəş

    Tam oxu »
  • TÖHMƏT

    ə. danlaq, danlama, məzəmmət

    Tam oxu »
  • TÖMƏ

    TÖ’MƏ ə. 1) yeyinti, ərzaq, azuqə; 2) loğma, dişdəm, tikə

    Tam oxu »
  • TÖMƏKEŞ

    TÖ’MƏKEŞ ə. və f. azuqə daşıyan, yeyinti daşıyan

    Tam oxu »
  • TÖV

    TÖV’ ə. 1) itaət etmə; tabelilik; 2) bir işi könüllü görmə, könüllü hərəkət etmə

    Tam oxu »
  • TÖVBƏ

    ə. günahından peşman olub bir daha günah iş görməyəcəyinə söz vermə

    Tam oxu »
  • TÖVBƏKAR

    ə. və f. günahından peşman olmuş, tövbə etmiş

    Tam oxu »
  • TÖVBƏŞİKƏN

    ə. və f. tövbə sındıran, tövbəsini pozan

    Tam oxu »
  • TÖVBİX

    ə. məzəmmət etmə; danlama

    Tam oxu »
  • TÖVCİH

    ə. 1) üzünü bir tərəfə çevirmə, döndərmə; 2) söz atma; 3) rütbə, ad, mənsəb vermə; 4) ikimənalı söz işlətmə

    Tam oxu »
  • TÖVDİ

    TÖVDİ’ ə. 1) təslim etmə; 2) görüşüb ayrılma; vidalaşma

    Tam oxu »
  • TÖVDİƏN

    ə. 1) təslim edərək; 2) vidalaşaraq

    Tam oxu »
  • TÖVƏM

    TÖV’ƏM ə. 1) əkiz; 2) m. tay, bənzər, oxşar; 3) m. uyğun, münasib

    Tam oxu »
  • TÖVƏMAN

    TÖV’ƏMAN ə. «töv’əm» c. əkizlər

    Tam oxu »
  • TÖVƏMİYYƏT

    TÖV’ƏMİYYƏT ə. 1) əkizlik; 2) m. oxşarlıq, bənzərlik; 3) m. uyğunluq, münasiblik

    Tam oxu »
  • TÖVƏN

    TÖV’ƏN ə. könüllü, öz ixtiyari ilə, öz arzusu ilə, öz xoşu ilə

    Tam oxu »
  • TÖVF

    ə. 1) dövrəsini dolanma, ətrafını gəzmə; 2) həcc mərasimi zamanı Kə’bənin ətrafını dolanma; 3) baş çəkmə; yoxlama

    Tam oxu »
  • TÖVFİQ

    ə. 1) uyğunlaşdırma, müvafiq etmə; 2) Allahın yardımı, tanrının köməyi; 3) yardım, kömək; 4) məqsədinə çatma, arzusuna nail olma

    Tam oxu »
  • TÖVFİQƏN

    ə. uyğunlaşdıraraq

    Tam oxu »
  • TÖVFİR

    ə. fərq, təfavüt, ayırd etmə

    Tam oxu »
  • TÖVHİD

    ə. 1) birləşdirmə; 2) Allahın təkliyinə inanma

    Tam oxu »
  • TÖVHİŞ

    ə. vəhşətə salma, hürüküdüb qaçırma

    Tam oxu »
  • TÖVİD

    TÖV’İD ə. təhdid etmə, hədələmə

    Tam oxu »
  • TÖVKİL

    ə. vəkil təyin etmə, vəkil etmə

    Tam oxu »
  • TÖVQ

    ə. 1) boyunbağı; 2) boyunduruq, gərdənlik; 3) qumru quşunun boynundakı halqavari cizgi; 4) taqət, iqtidar, qüdrət

    Tam oxu »
  • TÖVQİ

    ə. 1) fərmanlara vurulan şah möhürü; 2) belə möhür vurulmuş fərman

    Tam oxu »
  • TÖVQİF

    ə. 1) saxlatma, dayandırma, tutub saxlama; 2) təxirə salma; yubatma; 3) hökmə qədər ittiham edərək həbsxanada saxlama; həbs etmə, tutma

    Tam oxu »
  • TÖVQİFXANƏ

    ə. və f. həbsxana, dustaqxana

    Tam oxu »
  • TÖVQİT

    ə. vaxt təyin etmə

    Tam oxu »
  • TÖVLİD

    ə. 1) dünyaya gətirmə; doğma; 2) doğmaqda olan qadına və ya heyvana kömək etmə; mamalıq etmə; 3) m. səbəb olma, vücuda gətirmə; törətmə

    Tam oxu »
  • TÖVLİYƏ

    TÖVLİYƏ(T) ə. 1) idarə etmə; rəhbərlik, başçılıq; 2) qəyyumluq, hamilik; 3) müdir, başçı

    Tam oxu »
  • TÖVLİYƏT

    TÖVLİYƏ(T) ə. 1) idarə etmə; rəhbərlik, başçılıq; 2) qəyyumluq, hamilik; 3) müdir, başçı

    Tam oxu »
  • TÖVR

    ə. surət, hal, tərz; əda

    Tam oxu »
  • TÖVRAT

    ə. əsli ibr. Musa peyğəmbərə nazil olmuş ibranicə dini kitab

    Tam oxu »
  • TÖVRİX

    ə. tarix qoyma, tarixini yazma

    Tam oxu »
  • TÖVRİS

    ə. varis təyin etmə

    Tam oxu »
  • TÖVSƏN

    f. bax tusən

    Tam oxu »
  • TÖVSİ

    TÖVSİ’ ə. vüsətləndirmə, genişləndirmə

    Tam oxu »
  • TÖVSİF

    ə. təsvir etmə, izah etmə, səciyyələndirmə

    Tam oxu »
  • TÖVSİQ

    ə. bərkitmə, möhkəmləndirmə

    Tam oxu »
  • TÖVSİM

    ə. nişanlama, əlamət qoyma

    Tam oxu »
  • TÖVSİYƏ

    ə. 1) vəsiyyət etmə, məsləhət vermə, nəsihət etmə; 2) tapşırma, sifariş vermə; 3) bir adamı başqasına təqdim edib ona yardım olunmasını xahiş etmə //

    Tam oxu »
  • TÖVSİYƏNAMƏ

    ə. və f. birisinə təqdim etmək və tanıtmaq üçün verilən məktub // vəsatətnamə

    Tam oxu »
  • TÖVŞİX

    ə. bəzək vermə; bəzəmə

    Tam oxu »
  • TÖVZİ

    TÖVZİ’ ə. bölüşdürmə, paylaşdırma

    Tam oxu »
  • TÖVZİF

    ə. vəzifəyə qoyma, vəzifəyə təyin etmə

    Tam oxu »
  • TÖVZİH

    ə. izah etmə, aydınlaşdırma

    Tam oxu »
  • TU

    f. bax tuy

    Tam oxu »
  • TUBA

    ə. 1) cənnətdə bitən hündür, gözəl bir ağac; 2) m. hündür boylu, ucaboy

    Tam oxu »
  • TUBAXÜRAM

    ə. və f. yerişi gözəl olan, gözəl yerişli

    Tam oxu »