KOLAY

asan, yüngül; kolay bir iş – asan iş
asan, yüngül
KOLALI
KOLAYLIK
OBASTAN VİKİ
Kolayır
Kolayır (Ağstafa) — Azərbaycanın Ağstafa rayonunda kənd. Kolayır (Bərdə) — Azərbaycanın Bərdə rayonunda kənd. Kolayır (Samux) — Azərbaycanın Samux rayonunda kənd. 13 iyun 2008-ci ildə Samux qəsəbəsi ilə birləşdirilərək ləğv olunmuşdur.
Kolayır (Ağstafa)
Kolayır — Azərbaycan Respublikasının Ağstafa rayonunun Düzqışlaq kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kolayır Ağstafa rayonunun Düzqışlaq i.ə.v.-də kənd. Gəncə- Qazax düzənliyindədir. Kəndin adı yerli əhalinin dilində Koləir kimi tələffüz edilir. Bəzi tədqiqatçıların ehtimalına görə, oykonim qismən təhrifə uğramış, əslində Kolayir olmalıdır. Oykonimin tərkibindəki kol sözü "xırda meşə, meşəlik" mənasındadır. Kəndin adı "meşə yeri, meşəli yer" kimi izah edilir. Toponimi tayfa adı ilə əlaqələndirənlər də var. Lakin türk dillərində kolayi sözü işlənir ki, bu da "əlverişli, rahat" mənalarını ifadə edir. Kəndin Düzqışlaq adlı i.ə.v.-in tərkibində olması da ərazinin hamar, rahat bir yer olduğunu bildirir.
Kolayır (Bərdə)
Kolayır — Azərbaycan Respublikasının Bərdə rayonunun Kolayır kənd inzibati ərazi dairəsində kənd. 10 dekabr 2015-ci il tarixdə Bərdə rayonunun Kolayır, Vəliuşağı və Mirzəxan Qaraqoyunlu kəndlərinə təbii qaz verilişinin açılışı olmuşdur. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Zahid Oruc, "Azəriqaz" İstehsalat birliyinin Tərtər Regional Qaz İstismar İdarəsinin baş mühəndisi Elməddin İbrahimov iştirak etmişlər.
Kolayır (Samux)
Kolayır — Azərbaycan Respublikasının Samux rayonunun Kolayır kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 iyun 2008-ci il tarixli, 644-IIIQ saylı Qərarı ilə Samux rayonunun Kolayır kənd inzibati ərazi dairəsi tərkibindəki Kolayır kəndi Samux qəsəbəsi ilə birləşdirilmiş, Kolayır kəndi və Kolayır kənd inzibati ərazi dairəsi Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmışdır.
Kolayır bələdiyyəsi
Bərdə bələdiyyələri — Bərdə rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Xarici əlaqələri == Bərdə rayonunda fəaliyyət göstərən Bərdə (şəhər) bələdiyyəsi və Türkiyə Respublikası İstanbul şəhəri Beykoz bələdiyyəsi arasında 11 oktyabr 2021-ci il tarixində qardaş şəhər protokolu imzalanmışdır. İmza mərasimində VI çağırış Milli Məclisin deputatı Fatma Yıldırım, Beykoz bələdiyyəsinin başçısı Murat Aydın, Bərdə şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov iştirak etmişdir. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.