KUTU

qutu
KUTSAL
KUTUP
OBASTAN VİKİ
"Kutuzov" ordeni (Rusiya)
Kutuzov ordeni — Rusiya Federasiyasının dövlət mükafatıdır. == Ordenin tarixi == Kutuzov ordeni SSRİ-də 1942-ci ildə təsis edilib.SSRİ dağıldıqdan sonra orden Rusiya Federasiyası Ali Sovetinin 20 mart 1992-ci il tarixli 2557 saylı qərarı İlə Rusiya Federasiyasının dövlət mükafatlarının sistemində saxlanılmışdı. Lakin Rusiya Federasiyasının dövlət mükafatı 2010-cu ilə qədər nizamnaməyə və rəsmi təsvirə malik deyildi. Rusiya Federasiyası Prezidentinin 7 sentyabr 2010-cu il tarixli 1099 saylı "Rusiya Federasiyasının dövlət mükafat sisteminin təkmilləşdirilməsi üzrə tədbirlər Haqqında"fərmanı ilə nizamnamə və ordenin təsviri təsis edilmişdir.2013-cü ilin yanvarında və 2015-ci ilin aprelində ordenin nizamnaməsinə dəyişikliklər edilmişdi.
Adel Kutuy
Adel Kutuy (tatar. Гадел Кутуй; 28 noyabr 1903 – 15 iyun 1945) — Sovet tatar elmi fantastika yazıçısı, şair və dramaturq, jurnalist, müharibə müxbiri. == Bioqrafiya == Adel Kutuy Tatarski Kanadey kəndində (indiki Penza vilayətinin Kuznetsk rayonunda) anadan olub. 1922-ci ildə Kazana köçür və 5 ildən sonra tatarların ən görkəmli beş yazıçısından biri kimi tanınır. 1927-ci ildə Şamil Osmanovun dəvəti ilə oktyabr inqilabının 10 illik yubileyində birinci Kazan yayım stansiyasında diktor işləyir. Vladimir Mayakovskidən təsirlənərək LEF, SULF, yəni Sul Cəbhəsi — Sol Cəbhə tatar yaradıcılıq birliyini qurur. 1930-cu ildən sonra ən məşhur romanlarını yazır. 1942-ci il mayın 25-də könüllü olaraq Qırmızı Ordu sıralarına yollanır. Qərb və Don cəbhələrində 75-ci Əlahiddə Qvardiya minaatan diviziyasının tərkibində döyüşür. Stalinqrad döyüşündə fərqləndiyinə görə "İgidliyə görə" medalı ilə təltif edilir.
Kutub-i ərbəə
Dörd kitab (ərəbcə: الكتب الاربعة), İslam dininin Cəfəri məzhəbinin 4 əsas hədis kitablarının ümumi adı. Bu kitablar aşağıdakılardır: əl-Kafi — müəllifi Əllamə Kuleyni; Mən la yəhduruhul-fəqih — müəllifi Şeyx Səduq; Təhzibul-Əhkam — müəllifi Şeyx Tusi; əl-İstibsar — müəllifi Şeyx Tusi. == Haqqında nəql olunan kəlamlar == Şeyx Hürr Amili belə deyir : Dörd kitab sahibləri və onların bənzərləri öz kitablarınin sübut, düzgünlük və üsuluna şahidlik ediblər. Onlar etibarlı olduqları üçün nəql, rəvayət və sözlərinin qəbul olunması vacibdir. Şərafuddin Əbdulhüseyn Musəvi belə deyir : “Kütubi-arbaə” indiyə kimi 12 imamlı şiələrin üsuludin və füruid-dində mərcə və mənbəyi sayılır”. "Kəfi", "İstibsar", "Təhzib", "Mən lə yahduruhul fəqih", mütəvətirdirlər. Tərkibləri şübhəsizdir. "Kəfi" isə onların ən əzəmətlisi, ən qədimi, ən yaxşısı və ən kamilidir” == İstinadlar == == Həmçinin bax == Altı kitab: Əhli-Sünnə məzhəbinin 6 əsas hədis kitabı. == Xarici keçidlər == "Kutub-ərbəə — wikishia". az.wikishia.net (az.).
Kutubi-sittə
Altı kitab (ərəbcə: الكتب الستة‎, farsca: صحاح سته). Əhli Sünnə tərəfindən ən etibarlı hədis mənbələri kimi qəbul edilmiş 6 kitaba verilmiş ümumi ad. Həmin kitablar aşağıdakılardır: Səhihi Buxari (صحيح البخاري) Səhihi Müslim (صحيح مسلم) Sünəni Nəsai (النسائي سُنن) Sünəni Tirmizi (سُـنَن الترمذي) Sünəni Əbu Davud (سُنن أبو داوود) Sünəni İbn Macə (سُنن ابن ماجة) == Həmçinin bax == Dörd kitab: Cəfəri məzhəbinin 4 əsas hədis kitabı.
Kutun mühasirəsi
Qut-ül Amarə mühasirəsi (Birinci Qut döyüşü) — I Dünya Müharibəsinin Mesopotamiya cəbhəsində, Osmanlı ilə Antanta qüvvələri arasında olan bir mühasirə döyüşüdür. 8.000 nəfərdən ibarət İngilis-Hind qarnizonu Bağdadın 160 km cənubunda Küt qəsəbəsində Osmanlı ordusu tərəfindən mühasirəyə alınır. 1915-ci ildə bu qəsəbənin əhalisi təxminən 6.500 nəfər təşkil etmişdir. 29 aprel, 1916-cı ildə qarnizonun təslim olmasından sonra mühasirə zamanı sağ qalanlar əsir olaraq Hələbə aparılmışdır. == Başlanğıc == General-leytenant Carlz Tounshend komandanlığındakı ingilis VI Poona birləşməsi ( Hind qrupu) Bağdada irəliləməyə çalışarkən 22-23 noyabr, 1915-ci ildə Salman-i Pak (Ktesifon) döyüşündə Saqqallı Nurəddin Paşa tərəfindən məğlub edilərək geri çəkildi və 3 dekabrda Qut qəsəbəsinə yerləşdilər. == Mühasirə == Yeni qurulan Osmanlı ordusu VI Ordusunun komandanlığına təyin edilərək 5 dekabrda Bağdada çatan marşal Kolmar Von der Qoltz Paşanın əmri ilə İraq valisi və komandanı Saqqallı Nurəddin Paşanın hərbi qüvvələri Qutu mühasirəyə aldı. === Kömək cəhdləri === İlk kömək cəhdi general-mayor Fenton Aylmer komandanlığındakı 19 min nəfərlik ordu tərəfindən oldu. Bu ordu 1916-cı ilin yanvarında, Əli Qərbi çayının mənsəbinə çatdılar. === Şeyx Səəd döyüşü === İngilislər Qutun mühasirəsini ləğv etmək üçün general-mayor Fenton Aylmer komandanlığındakı "Dəclə" ordu hissələri ilə hücuma keçsə də, Şeyx Səəd döyüşündə 4.262 nəfər itki verərək, geri çəkildi. Bu döyüşdə geri çəkilmə əmrini verən IX Ordu Korpusu komandanı Saqqallı Nurəddin Paşa vəzifəsindən alındı və yerinə Ənvər Paşanın özündən bir yaş kiçik olan əmisi genral-leytenant Xəlil Paşa təyin edildi.
Kutuzov adası
Kutuzov adası — Ussuri çayında yerləşən iri ada. İnzibati cəhətdən Rusiya Xabarovsk diyarı Bikinski rayonu ərazisinə daxildir. Ussuri çayının orta axarında, Rusiyaya aid Lonçakovo və Çinə mənsub olan Situnsyançjuan kəndləri yazınlığında yerləşir. Adanın əks tərəfində İlinskaya dağı yerləşir. Yaxınlığından Rusiya-Çin sərhədi keçir. Səthi düzəndir və bataqlaşmaya məruz qalmışdır. Bılkov adası ilə arasından orta axar keçir.
Kutuzov ordeni (Rusiya)
Kutuzov ordeni — Rusiya Federasiyasının dövlət mükafatıdır. == Ordenin tarixi == Kutuzov ordeni SSRİ-də 1942-ci ildə təsis edilib.SSRİ dağıldıqdan sonra orden Rusiya Federasiyası Ali Sovetinin 20 mart 1992-ci il tarixli 2557 saylı qərarı İlə Rusiya Federasiyasının dövlət mükafatlarının sistemində saxlanılmışdı. Lakin Rusiya Federasiyasının dövlət mükafatı 2010-cu ilə qədər nizamnaməyə və rəsmi təsvirə malik deyildi. Rusiya Federasiyası Prezidentinin 7 sentyabr 2010-cu il tarixli 1099 saylı "Rusiya Federasiyasının dövlət mükafat sisteminin təkmilləşdirilməsi üzrə tədbirlər Haqqında"fərmanı ilə nizamnamə və ordenin təsviri təsis edilmişdir.2013-cü ilin yanvarında və 2015-ci ilin aprelində ordenin nizamnaməsinə dəyişikliklər edilmişdi.
Mixail Kutuzov
Mixail İllarionoviç Kutuzov-Qolenişşev (rus. Михаил Илларионович Голенищев-Кутузов; 5 (16) sentyabr 1745, Sankt-Peterburq – 16 (28) aprel 1813, Boleslaves[d]) — rus sərkərdəsi. General-feldmarşal (1812). Müqəddəs Georgi ordeninin hər dörd dərəcəsi kavaleri. Aleksandr Suvorovun şagirdi olmuşdur. Borodino döyüşü zamanı Napoleon ordusu ilə döyüşən rus qoşunlarına komandanlıq etmişdir.
Natalya Kutuzova
Natalya Kutuzova (d. 18 mart 1975) — Rusiyanı təmsil edən su poloçusu. Natalya Kutuzova, Rusiya yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Niderland yığmasını 5:4 hesabı ilə məğlub edən Rusiya yığması, Sidney Olimpiadasının bürünc medalına sahib oldu.
Toto Kutunyo
Salvatore (Toto) Kutunyo (it. Toto Cutugno; Salvatore Cutugno; 7 iyul 1943 – 22 avqust 2023, Milan, İtaliya[…]) — İtaliya estrada müğənnisi və bəstəkarı, 1990 Avroviziya Mahnı Müsabiqəsinin qalibi. "L'Italiano" mahnısı ilə dünya şöhrəti qazanmışdır. Toto Kutunyo 7 iyul 1943-cü ildə Fosdinovo şəhərində anadan olmuşdur. Bir neçə ay sonra onun ailəsi Spesiyaya köçür. Orada onun atası hərbi dənizçi işləyirdi. Hələ uşaqlıqdan Toto musiqiyə böyük həvəs göstərirdi. Toto gözəl boru çalan atasının yolu ilə gedərək bu aləti mənimsəyir. Sonra isə müstəqil şəkildə zərb alətlərində və akkordeonda çalmağı öyrənir. 13 yaşında Toto yerli musiqi müsabiqəsində üçüncü yeri tutmuşdu.
Vitali Kutuzov
Vitali Vladimiroviç Kutuzov (belar. Віталь Уладзіміравіч Кутузаў; doğ. 20 mart 1980, Pinsk, Brest vilayəti) — Belarus futbolçusu. 2002-ci ildə milli komandanın üzvü. DYSŞH3 (Pinsk) yetirməsi olmuşdur. İlk məşqçiSİ Aleksandır Şevelyançikdir. 1998-ci ildə, 18 yaşında, BATE klubun gəldi. Yuri Puntus ilk mövsümdə Kutuzovu əsasən əvəz edici kimi oynadırdı. "Molodeçno" ya qarşı debüt matçında (2: 1) o, fasilədən sonra Vadim Skripçenkonun əvəzinə meydana çıxdı və penalti qazandı. Bu qol komandasına qələbə gətirdi.