KÜY-KƏLƏK
KÜYÇÜ
OBASTAN VİKİ
Ağ küy
Ağ küy-ehtimal nəzəriyyəsində – spektral sıxlığı sabit olan ümumiləşdirilmiş stasionar X(t) təsadüfi proses. Korrelyasiya müddəti çox kiçik olan təsadüfi həyəcanlanmaları təsvir etmək üçün istifadə olunur. Məsələn, istilik küyündə – elektronların istilik hərəkətindən yaranan keçiricilərdə cərəyan şiddətinin pulsasiyası. Bəzi stoxastik diffuziya prosesləri üçün əksər halda η(t) (X(t)=η΄(t)) Viner prosesinə görə ümumiləşmiş törəməsi olan X(t) Qauss Ağ küyündən istifadə olunur. Stasionar təsadüfi həyəcanlanmaların təsiri altında rəqs edən sistemlərin dayanıqlı vəziyyətini təsvir edən Ağ küy modeli mühüm Y(t) təsadüfi proseslərdən biridir. Akustikada: müxtəlif tezlikli səs rəqslərini eyni dərəcədə ehtiva edən akustik küy. Ağ küydə müxtəlif tezlikli səs dalğalarının intensivliyi orta hesabla eyni olur. Ağ işıq ilə analoji adlandırılmışdır. Ötürmə zolağı sonlu olan, və bu çərçivədə real küyün spektri təxminən bərabər paylanmış hesab edilən fiziki siqnallara kiçik korrelyasiya müddətli küylərin təsirini təsvir etmək üçün Ağ küy modeli istifadə olunur. Korrelyasiya müddəti elektronun katoddan anoda uçuş müddəti ilə təyin olunan qırma küyə misal ola bilər.
Küy (hərf)
𐕣 (səslənməsi /kʿ/, transkripsiyası K, k) — Alban əlifbasının 52 və sonuncu hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Քի՛ւ (Kʿiw) kimi verilmişdir. Jost Gippertin fikrincə daha doğru ad "Küw" olmalıdır. Xaç formalı qrafem qra. Ք və qədim gürcücə Ⴕ hərfi ilə bənzərlik təşkil edir və Məsih sözünün qarşılığı olan q.yun. Χριστός ilə əlaqələndirilir.
Multiplikativ küy
Multiplikativ küy (Multiplicative noise, Мультипликативный шум) – rabitə xəttinin xarakteristikalarının dəyişməsi nəticəsində kanalın ötürmə əmsalının təsadüfi dəyişmələri ilə şərtlənir. Additiv küylər isə aparaturanın komponentlərində istilik prosesləri, atmosfer və sənaye prosesləri, qonşu kanalların işi ilə əlaqəli olan fluktasiya hadisələri nəticəsində yaranır. Multiplikativ küylərə digər tezliklərlə qarşılıqlı təsir nəticəsində yaranan kombinasiya tezlikləri, parazit modulyasiya və rəqəmsal sistemlərdə kvantlama küyləri aid edilir. Multiplikativ küy siqnalı deformasiya edə – informasiya hissəsinin formasını dəyişə bilər, siqnalın qiymətlərindən və siqnalın müəyyən xüsusiyyətlərindən asılı ola bilər. Multiplikativ küylər küylə siqnalın qarşılıqlı təsiri nəticəsində meydana çıxır. Riyazi olaraq bu siqnal və küyün tezlik komponentlərinin bir-birinə vurulması ilə təsvir olunur. == Ədəbiyyat == İmamverdiyev Y.N., Suxostat L.V. "Nitq texnologiyaları üzrə terminlərin izahlı lüğəti ", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,111 səh.

Digər lüğətlərdə

лексикализо́ванный медиары́нок многосаже́нный пестроли́стный расплю́щиваться ровничный сде́латься сы́гранность кольцо́ надкле́ивать назева́ться пальмови́дность ха́ркать легкое шорайдать breathing-out festination gombroon meet stark-naked three-corner биологический ем чудить эолов