logis
loin
OBASTAN VİKİ
Jean Loiseleur-Deslongchamps
Jan (fr. Jean Louis August Loiseleur-Deslongchamps 1774 - 1849) - Fransa botaniki.
Loik Badiaşil
Loik Badiaşil Mukinayi (5 fevral 1998-ci ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Monako klubunda qapıçı kimi çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == === Monako === Badiaşil Monako akademiyası vasitəsilə inkişaf etmişdir. Badiaşil öz peşəkar karyerasında debütünü Monako klubu ilə 27 iyul 2016-cı ildə etmişdir. O, görüşdən 13 dəqiqə sonra Fənərbağça klubu ilə qarşılaşmada Morqan De Sanktisi əvəz etmişdir. Həmin görüşdə Monako UEFA Çempionlar Liqasının təsnifat mərhələsində Fənərbaxçaya 2-1 hesabı ilə məğlub olmuşdur.Badiaşil Liqa 1-də debütünü 20 may 2017-ci ildə 2016-17 mövsümünün final görüşündə Renn klubuna qarşı oyunda etmişdir. O, ikinci hissədə Seydu Sunu əvəz etmişdir. == Şəxsi həyatı == Badiaşilin valideynləri Konqo vətəndaşlarıdır. Badiaşil Monako klubunda peşəkar futbolçu kimi çıxış edən Benua Badiaşilin böyük qardaşıdır.
Loik Notte
Loik Notte (fr. Loïc Nottet d. 10 aprel 1996, Kursel, Belçika) — Belçika müğənnisi, rəqqası və bəstəkarı. Loik Notte 2014-cü ildə Belçikanın The Voice səs yarışmasında iştirak edərək 2-ci yerdə qərarlaşmışdır. Müğənni eyni zamanda Belçikanı Avstriyanın paytaxtı Vyanada keçirilən 2015 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və 217 xalla dördüncü yeri qazanmışdır. == Musiqi karyerası == Belçika tamaşaçıları Loik Notte ilə ilk dəfə ölkədə keçirilən The Voice səs yarışmasında tanış olmuşdur. Gənc müğənni yarışmanın münsifləri və ümumilikdə Belçika tamaşaçılarından əsasən müsbət rəylər qazanmış və yarışmanın finalına yüksələrək, ikinci yerdə qərarlaşmışdır. Loik Notte yarışmada Beverli Co Skottun komandasına yer almışdır. Belçikanın səs yarışmasında qazandığı uğurdan sonra Loik Notte Belçikanı Avstriyanın paytaxtı Vyanada keçirilən 2015 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək hüququ qazanmışdır.. Gənc müğənni müsabiqədə ifa etdiyi "Rhythm Inside" mahnısı ilə müsabiqənin final mərhələsinə uğurla yüksəlmiş və finalda isə 217 xalla 27 iştirakçı arasında 4-cü yerdə qərarlaşmışdır.
Loin d'ici
Loin d'ici (azərb. Buradan uzaqlarda‎) — Avstriyanın 2016 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Zoi Ştraub "Loin d'ici" mahnısı ilə Avstriyanı İsveçin paytaxtı Stokholmda keçirilən Avroviziya 2016-da təmsil etmişdir. Mahnı ifaçının özü və atası Kristof Ştraub tərəfindən bəstələnmişdir.
Loire Vadisi
Luara Vadisi (frans: Vallée de la Loire) Fransada Luara çayının orta hissəsində 280 kilometr uzunluğunda vadidir. 800 km² ərazini əhatə edir. Çayın sahillərindəki üzüm bağları və albalı, əkilən ənginar və qulançar tarlalarına görə Fransanın beşiyi və Fransanın bağı adlandırılır. Tarixi şəhərləri, memarlığı və şərabı ilə tanınan vadidəki ilk məskunlaşma nümunələrinin Orta paleolit ​​dövrünə aid olduğu düşünülür. 2000-ci ildə YUNESKO-nun qəbul etdiyi qərarla vadi Dünya İrs Siyahısına daxil edilmişdir.
Lois Abbing
Lois Abbing (d. 12 avqust 1992) — Niderlandı təmsil edən həndbolçu. == Karyerası == Lois Abbing Niderland yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Norveç yığmasına 36:26 hesabı ilə məğlub olan Niderland yığması, Rio-de-Janeyro Olimpiadasını 4-cü yerdə başa vurdu.
Loizidu Türkiyəyə qarşı
Loizidu Türkiyəyə qarşı — Avropa İnsan Hüquqları Konvensiyasının 3, 5, 8-ci maddələri və Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusu haqqında Kiprli qaçqının iddiası üzrə Avropa İnsan Haqları Məhkəməsi tərəfindən qəbul edilmiş qərar. == Faktlar == Ərizəçi — Kipr vətəndaşı xanım Titina Loizidu ölkənin şimalında, Kireniyada boya-başa çatıb, orada ona məxsus bir neçə torpaq sahəsi vardı. 1972-ci ildə xanım Loizidu ərə getdi və əri ilə Nikosiyaya köçdü. Kipr yunan və türk hissələrinə bölündüyünə görə, 1974-cü ildən başlayaraq, o, yuxarıda adı çəkilən mülkiyyətinə daxil olmaq imkanından məhrum oldu. 19 mart 1989-cu ildə Kipr yunanlarının "Qadınların evlərinə qayıtması uğrunda" təşkilatından olan qadınlar, bölücü xətti keçmək niyyətlərini qabaqcadan bəyan edərək, yürüş təşkil etdilər. Nümayişin iştirakçıları Nikosiyadan Limbiya kəndinə gəldilər, orada onlar bufer zonasını və türk qoşunlarının yerləşdiyi xətti keçə bildilər. Xanım Loizidu da daxil olmaqla, bir neçə qadın türk icmasının polisləri tərəfindən həbs edildi. Elə həmin gün onları BMT-nin Nikosiyadakı nümayəndələri azad etdilər və yunan icmasının ərazisinə göndərdilər. Xanım Loizidu 22 iyul 1989-cu ildə Avropa İnsan Hüquqları Komissiyasına şikayətlə müraciət edərək bildirdi ki, onun tutularaq həbs edilməsi Konvensiyanın 3, 5 və 8-ci maddələrinin pozuntusudur. O, həmçinin belə hesab edirdi ki, onun öz mülkiyyətindəki torpaq sahəsinə girməsinin mümkünsüzlüyü 1 saylı Protokolun 1-ci maddəsinin davamlı pozuntusudur.
Pays de la Loire
Luara torpaqları və ya Pei-de-la-Luar (fr. Pays de la Loire, IPA: ​[pɛ.i də la lwaʁ]) — Fransanın qərbində bir bölgədir. Paytaxtı Nant şəhəridir. == Coğrafiyası == Ərazisi 32 082 km²-dir. Luara, Luar, Sarta və Mayenn çayları bu ərazidən axır. == Tarixi == == İnzibati bölgüsü == Region departamentlərinə daxildir :Mayenn, Atlantik Luara, Men və Luara, Sarta və Vandeya.