müxbir
müjdə
OBASTAN VİKİ
Müxtəlif sahillərdə
Müxtəlif sahillərdə — rejissor Aleksandr Litvinov tərəfindən 1926-cı ildə ekranlaşdırılmış tammmetrajlı bədii film. Film neft mədənlərində gərgin əməklə məşğul olan fəhlə və mühəndislərlə qarşı çıxan qüvvələrin konflikti ətrafında qurulub. Sovet hakimiyyətinin ilk illərində Azərbaycanda fəhlə sinfinin neft sənayesinin inkişafı uğrunda gördüyü işlərdən söhbət açılır. Dağıdılmış təsərrüfatı yenidən bərpa etmək üçün Azərbaycana Amerikadan mütəxəssislər dəvət olunur. Bu mütəxəssislərin bəziləri onlara tapşırılan işi qəsdən yerinə yetirmirlər. Bunu görən yerli mütəxəssislərin özləri mədənlərdə işi qaydaya salmağa çalışırlar. Beləliklə, yerli və gəlmə mütəxəssislər arasında münaqişə yaranır və getdikcə kəskin şəkil alır. Məhz bu münaqişə filmin əsasını təşkil edir. Rejissor: Aleksandr Litvinov Ssenari müəllifi: Aleksandr Litvinov, P.Vaynşteyn, İvan Tartakovski Operator: İvan Tartakovski Rəssam: A.Plaksin, Mixail Vlasov Mirzəağa Əliyev — Amerikan fəhləsi Mustafa Mərdanov — Abbas Nadejda Vendelin Mikayıl Mikayılov Sergey Trotski Pyotr Kirillov Şəmsəddin Abbasov. "Sovet Azərbaycanının kinosu" //Kommunist.- 1958.- 29 avqust.
Müxtəlif Sahillərdə (1926)
Müxtəlif rəngli fillər (şahmat)
Müxtəlif rəngli fillər — Şahmat termini Rəqiblərin müxtəlif rəngli xanalarla hərəkət edən filləri.
Müxtəlif sahillərdə (film, 1926)
Müxtəlif sahillərdə — rejissor Aleksandr Litvinov tərəfindən 1926-cı ildə ekranlaşdırılmış tammmetrajlı bədii film. Film neft mədənlərində gərgin əməklə məşğul olan fəhlə və mühəndislərlə qarşı çıxan qüvvələrin konflikti ətrafında qurulub. Sovet hakimiyyətinin ilk illərində Azərbaycanda fəhlə sinfinin neft sənayesinin inkişafı uğrunda gördüyü işlərdən söhbət açılır. Dağıdılmış təsərrüfatı yenidən bərpa etmək üçün Azərbaycana Amerikadan mütəxəssislər dəvət olunur. Bu mütəxəssislərin bəziləri onlara tapşırılan işi qəsdən yerinə yetirmirlər. Bunu görən yerli mütəxəssislərin özləri mədənlərdə işi qaydaya salmağa çalışırlar. Beləliklə, yerli və gəlmə mütəxəssislər arasında münaqişə yaranır və getdikcə kəskin şəkil alır. Məhz bu münaqişə filmin əsasını təşkil edir. Rejissor: Aleksandr Litvinov Ssenari müəllifi: Aleksandr Litvinov, P.Vaynşteyn, İvan Tartakovski Operator: İvan Tartakovski Rəssam: A.Plaksin, Mixail Vlasov Mirzəağa Əliyev — Amerikan fəhləsi Mustafa Mərdanov — Abbas Nadejda Vendelin Mikayıl Mikayılov Sergey Trotski Pyotr Kirillov Şəmsəddin Abbasov. "Sovet Azərbaycanının kinosu" //Kommunist.- 1958.- 29 avqust.
Azərbaycanda karst və onun yaratdığı müxtəlif relyef formaları
İdman gimnastikası 2015 Avropa Oyunlarında — Qadınlar (fərdi, müxtəlif hündürlüklə qollar)
İdman gimnastikası 2015 Avropa Oyunlarında — Qadınlar (fərdi, müxtəlif hündürlüklə qollar) — 14, 20 iyun tarixlərində Bakının Milli Gimnastika Arenasında baş tutdu. Yarışlarda 33 ölkənin 83 idmançısı qüvvəsini sınadı. Yarışlarda təsnifat mərhələsi 14 iyun tarixində baş tutdu. Final isə 20 iyun tarixində keçirildi. Yarışların qızıl medalını 15.400 xal toplayan Rusiya idmançısı, Olimpiya və 3 qat dünya çempionu Aliya Mustafina, gümüş medalı 15.200 xal toplayan Almaniya idmançısı Sofie Şeder, bürünc medalı isə 12.800 xal toplayan Rumıniya idmançısı Andrea İridon qazandı. Təsnifat mərhələsində 33 ölkənin 83 idmançısı mübarizə apardı. Yarışlar 14 iyun tarixində baş tutdu. Yarışlarda ilk 6 yeri tutan idmançı finala vəsiqə qazandı. Finala yalnızca bir ölkənin bir idmançısı vəsiqə qazandı. Q — Finala vəsiqə qazandı Finalda 6 ölkənin 6 idmançısı mübarizə apardı.
Bioloji Müxtəliflik haqqında Konvensiya
Bioloji Müxtəliflik haqqında Konvensiya (ing. Convention on Biological Diversity) — 5 iyun 1992-ci ildə Rio-de-Janeyroda qəbul edilmiş beynəlxalq müqavilə. Konvensiyanın məqsədləri bioloji müxtəlifliyin qorunması, onun komponentlərinin davamlı istifadəsi və genetik ehtiyatlardan istifadə nəticəsində yaranan faydaların ədalətli və ədalətli şəkildə bölüşdürülməsi, o cümlədən genetik ehtiyatlara lazımı çıxışın təmin edilməsi və bu cür resurslara və texnologiyaya dair bütün hüquqlar nəzərə alınmaqla müvafiq texnologiyalar, habelə adekvat maliyyələşdirmə yolu ilə onların müvafiq şəkildə ötürülməsidir. Konvensiya 5 iyun 1992-ci ildə Tərəflər tərəfindən imzalanmaq üçün açılmış və 29 dekabr 1993-cü ildə qüvvəyə minmişdir. == x-situ və in-situ qorunması == Bioloji Müxtəliflik haqqında Konvensiya iki növ biomüxtəlifliyin mühafizəsini nəzərdə tutur - in-situ və ex-situ: Ex situ konservasiya bioloji müxtəlifliyin komponentlərinin təbii yaşayış yerlərindən kənarda saxlanması deməkdir. Bu zooparklarda və laboratoriyalarda növlərin mühafizəsini nəzərdə tutur, xüsusən də nəsli kəsilməkdə olan növlərin genetik məlumat banklarının gələcəkdə itirilmişləri (məsələn, klonlaşdırma yolu ilə) bərpa edə bilmək üçün saxlanılması təklif olunur. In-situ mühafizə ekosistemlərin və təbii yaşayış yerlərinin mühafizəsi, növlərin yaşamaq qabiliyyətinə malik populyasiyalarının təbii mühitində, əhliləşdirilmiş və ya becərilən növlərə gəldikdə isə, onların fərqli xüsusiyyətlərini əldə etdikləri mühitdə saxlanılması və bərpası deməkdir. Bir qayda olaraq, bu, xüsusi mühafizə olunan təbiət ərazilərində (SPNA) bioloji müxtəlifliyin komponentlərinin qorunmasını nəzərdə tutur: qoruqlar, canlı təbiət qoruqları, milli parklar, təbiət abidələri və s. Növlərin yaşayış yerlərinin qorunmasına və münasibətlərin strukturuna xüsusi diqqət yetirilir. == Konvensiyanı imzalayanlar ölkələr == == Biotəhlükəsizlik üzrə Kartagena Protokolu == 2000-ci ilin yanvarında Biotəhlükəsizliyə dair Kartagena Protokolu qəbul edilir.
Bioloji müxtəliflik
Bioloji müxtəliflik — yer üzərində bütün canlıların — mikroorqanizm, bitki və heyvanların müxtəlifliyi deməkdir. == Azərbaycanda bioloji müxtəliflik == Azərbaycan Respublikası Qafqaz regionunda ən zəngin təbii sərvətlərə malik ölkədir. Azərbaycan Respublikasının ərazisində 9 iqlim zonası üzrə 4500 növə kimi ali bitkilər qeydə alınmışdır ki, bu da Qafqazın növ tərkibinin 64%-ni, keçmiş ittifaqın bütün florasının 24%-ni təşkil edir. Respublikada rast gələn 600 növ endemik bitkilərdən 168-i Azərbaycan, 432 növü isə Qafqaz florasına aiddir. Azərbaycan Respublikasının "Qırmızı kitabı"na 140 nadir və nəsli kəsilmək təhlükəsi olan bitki növü daxil edilmişdir. Növlərin bu kitaba düşmək ehtimalı böyükdür. Çünki, insan təbiətdən istifadədə ehtiyatsızdır. Azərbaycan ərazisində faunanın 18 min növü qeydə alınmışdır. Müasir Azərbaycan faunası məməlilərin 97 növünü, quşların 357, balıqların 100-ə yaxın, amfibiya və reptiliyaların 67 növ və yarımnövü, həşaratların 15 minə yaxın növünü əhatə edir. Azərbaycan Respublikasının "Qırmızı kitabı"na məməlilərin 14 (ceyran, bəbir, bezoar keçisi, dağ qoyunu və s.), quşların 36 (turac, dovdaq, ütəlği, bəzgək, ərsindimdik və s.), balıqların 5 (ilanbalığı, qızılxallı, poru və s.) amfibiya və reptiliyaların 13 (adi triton, Suriya sarımsaqiyli qurbağa, eskulap ilanı), həşaratların 40 növ və yarımnövləri (Talış kökyeyəni, Apollon, Xrizip, Talış brameyası və s.) daxil edilmişdir.
Müxtəlifayaq zirinc
Müxtəlifayaq zirinc (lat. Berberis heteropoda) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü.
Müxtəlifdişli akulalar
Heterodontus (lat. Heterodontus) — heyvanlar aləminin xordalılar tipinin qığırdaqlı balıqlar sinfinin heterodontiformes dəstəsinin heterodontidae fəsiləsinə aid heyvan cinsi. Öz növbəsində bu fəsilə də monotipdir. Belə ki, bu fəsiləyə 4 müasin növü özündə birləşdirən yeganə Heterodontus cinsi aiddir. Əvvəllər bu fəsiləyə daha çox növ aid edilirdi. Müxtəlifdişli akulalar o qədər də böyük olmurlar. Ən böyük növü olan avstraliya öküz akulasınını uzunluğu 165 sm-ə çatır. Onların yayılma arealı Hind Okeanından Sakit okeanın şərq sahillərinə qədər olan mülayim isti və tropik dənizlərdir. Atlantik okeanında Müxtəlifdişli akulalara rast gəlinmir. Bunlar əsasən balıqla, molyusk və dəniz kirpiklərilə qidalanır, yumurta qoymaqla çoxalır.
Müxtəlifdişlikimilər
Heterodontus (lat. Heterodontus) — heyvanlar aləminin xordalılar tipinin qığırdaqlı balıqlar sinfinin heterodontiformes dəstəsinin heterodontidae fəsiləsinə aid heyvan cinsi. Öz növbəsində bu fəsilə də monotipdir. Belə ki, bu fəsiləyə 4 müasin növü özündə birləşdirən yeganə Heterodontus cinsi aiddir. Əvvəllər bu fəsiləyə daha çox növ aid edilirdi. Müxtəlifdişli akulalar o qədər də böyük olmurlar. Ən böyük növü olan avstraliya öküz akulasınını uzunluğu 165 sm-ə çatır. Onların yayılma arealı Hind Okeanından Sakit okeanın şərq sahillərinə qədər olan mülayim isti və tropik dənizlərdir. Atlantik okeanında Müxtəlifdişli akulalara rast gəlinmir. Bunlar əsasən balıqla, molyusk və dəniz kirpiklərilə qidalanır, yumurta qoymaqla çoxalır.
Müxtəliflik (botanika)
Müxtəliflik — botaniki adlandırmalarda var. (lat. varietas sözünün qısaldılmış forması) növdən də kikik taksonomik vahidi göstərir və bu zaman həmin taksonomik vahid 3 adın köməyilə yazılır.
Müxtəlifrəngli sovka
Müxtəlifyarpaq damotu
Yapon damotu (lat. Leonurus japonicus) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin damotu cinsinə aid bitki növü.
Müxtəlifyarpaq fındıq
Müxtəlifyarpaq fındıq (lat. Corylus heterophylla) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin fındıq cinsinə aid bitki növü. Yaponiya, Koreya, Mərkəzi və Şimal-Şərqi Çində, Keçmiş SSRİ-nin ərazisində, Şərqi Sibirdə, Uzaq Şərqdə yayılmışdır. Hündürlüyü 3 m-ə çatan ağac və koldur.Cavan budaqları tükcüklüdür. Yarpaqların uzunluğu 6-8 sm, eni 5-7 sm, yumurtavari, bünövrəsi ürəkşəkilli, üçqanadlı, kənarları qeyri-bərabər dişli, üstü çılpaq, alt tərəfi damarcıqlardan tükcüklüdür. Saplaqların uzunluğu 3 sm-ə qədər tükcüklüdür. Meyvələri budaqların uclarında 23 ədəd, uzunluğu 3 sm-ə qədər olan saplaqlarda yerləşir. Meyvənin qını qozanı tamamilə örtən ikiyarpaqlı və tükcüklüdür. Qının yarpaqları uzunluğunun 1/3-1/6 hissəsinə, təxminən bərabər üçkünc hissələrə bölünmüşdür. Yarpaqlarının bünövrəsində saplaqlı vəziciklər yerləşir.
Müxtəlifyarpaq ilanbaşı
Müxtəlifyarpaq ilanbaşı (lat. Dracocephalum heterophyllum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin i̇lanbaşı cinsinə aid bitki növü.
Müxtəlifyarpaq pittosporum
Təbii halda əsasən, Çində yayılmışdır. Hündürlüyü 7 m-ə çatan həmişəyaşıl koldur. Eyni kolda neştərvari, ellipsvari, yumurtavari və s. formalı yarpaqlara təsadüf edilir. 5-7 ədəd ağ və ya sarı çiçəkləri uc və ya qoltuq çiçək qruplarında yerləşir, olduqca ətirli, zərif portağal qoxusu verir. Çiçəkləməsi may ayında müşahidə edilir. Meyvəsi xırda, tünd qırmızı toxumları şarşəkilli qutucuqdur. Toxum və qələmlə çoxaldılır. Münbit torpaqları sevir, sərt şaxtalarda yerüstü hissəsi məhv olur, yazda pöhrələr verərək yenidən bərpa olur. Bu növ meşələrdə, quru daşlıq yerlərdə, dağ çaylarının vadilərində, dəniz səviyyəsindən 1000-4000 m hündürlükdə, məhsuldar, nəmişli torpaqlarda, işıqda və ya yarımkölgədə yaxşı bitir.
Müxtəlifyarpaqlı cökə
Müxtəlifyarpaqlı cökə (lat. Tilia heterophylla) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin cökə cinsinə aid bitki növü. Şimali Amerikada yayılmışdır. Hündürlüyü 15-24 m-ə çatan, oval, yumru çətirli, iri yarpaqlı ağacdır. Yarpaqları iri, tünd yaşıl, ucu biz, kənarları dişli, alt tərəfi gümüşüdür. Çiçəkaltlığının uzunluğu 5 dyumdur. Çiçəkaltlığının uzunluğu 5 dyumdur (12 sm-ə qədər). Çiçək qrupu 5-10 çiçəkdən ibarət olaraq iyunda çiçəkləyir.Açıq sarı meyvələri - xırda qozaları yayın axırlarında yetişir. Orta nəmişli, yaxşı drenajlı torpaqlarda asanlıqla becərilir. Havanın çirklənməsinə və şəhər şəraitinə pis dözür.
Müxtəlifzirehlilər
Müxtəlifzirehlilər (Heterostraci) — qoşaburundeşiklilər (Diplorhina) sinfinə aid olan balığabənzər çənəsizlər yarımsinfi; dibyanı yaşayan balığabənzər heyvanlar. baş və bədənin ön hissəsi müxtəlif ölçülü ayrı-ayrı üçqatlı lövhələrdən təşkil olunmuş sümük zirehlə, qalan arxa hissəsi isə pulcuqlarla örtülü idi. Qoşa burun dəlikləri kəllənin ön hissəsində yerləşir və ağız boşluğuna açılır. Yalnız quyruq üzgəci olmuşdur. Gec kembri-gec devon. Çənəsizlər Heyvanlar Kembri dövrü Devon dövrü Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Mədəni müxtəliflik
Mədəni müxtəliflik monokultura, qlobal monokultura və ya mədəni təkamülə bənzər mədəniyyətlərin homogenləşməsindən fərqli olaraq müxtəlif və ya fərqli mədəniyyətlərin atributudur. "Mədəni müxtəliflik" termini həm də müxtəlif mədəniyyətlərin bir-birinin fərqlərinə hörmət etdiyini ifadə edə bilər. Çox vaxt müəyyən bir bölgədə və ya bütövlükdə dünyada insan cəmiyyətlərinin və ya mədəniyyətlərinin müxtəlifliyinə istinad etmək üçün istifadə olunur. Bu, bir təşkilata və ya cəmiyyətə müxtəlif mədəni perspektivlərin daxil edilməsinə aiddir. Ölkələr etnik və mədəni müxtəliflik səviyyəsinə görə sıralanır (James Fearon, 2003). Beynəlxalq səviyyədə mədəni müxtəliflik anlayışı Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı tərəfindən təsis edildiyi 1945-ci ildən bəri müxtəlif ölkələr tərəfindən müdafiə olunur[1]. Dialoq və İnkişaf Naminə Ümumdünya Mədəni Müxtəliflik Günü UNESCO-nun Mədəni Müxtəliflik üzrə Ümumdünya Bəyannaməsindən sonra 2001-ci ilin noyabrında Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən təsis edilmişdir. Onun məqsədi mədəni müxtəlifliyi, dialoqu və inkişafı təşviq etməkdir. Hər il mayın 21-də qeyd olunur. 2001-ci il Ümumdünya Bəyannaməsindən əvvəl YUNESKO "mədəniyyət" anlayışını bədii şah əsərlər kimi şərh edirdi.
Yalançı müxtəlifyarpaq yemişan
Yalançı müxtəlifyarpaq yemişan (lat. Crataegus pseudoheterophylla) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. İran, Qafqaz, İraq, Əfqanistanda təbii halda yayılmışdır. Açıq-qırmızı, boz rəngli budaqları olan kiçik ağac və ya koldur. Yarpaqları lələkvari, üst tərəfi parlaq açıq-yaşıl, alt tərəfi göyümtüldür. Meyvəsi yumurtavari formalı, qəhvəyi-qırmızı rənglidir. Dəniz səviyyəsindən 1200-2000 m hündürlükdə daşlı qayalıqlarda bitir. İstiyə, soyuyğa davamlı olub, torpağa təlabkar deyildir. Böyük və Kiçik Qafqaz, Naxçıvan MR-da təbii halda rast gəlinir. Dekorativ görünüşə malikdir.
Müxtəlifrəylik
Müxtəlifrəylik — əxlaq və ya ictimai həyat sahəsində cəmiyyətdə və ya kollektivdə qəbul edilmiş və ya dövlət tərəfindən qoyulandan fərqli olan, habelə bu tənqidi açıq müdafiə edən tənqid. Fəlsəfi skeptisizmdə, xüsusən də pirronizmdə müxtəlifrəyliyin mövcudluğu müxtəlifrəylik ilə əlaqəli məsələdə mühakiməni dayandırmaq üçün əsasdır. Siyasətdə bu, idarəetmə orqanının siyasətindən narazılıq və ya müxalifətə aid edilir. Müxalifətin ifadəsi səsli müxtəlifrəylikdən vətəndaş itaətsizliyinə və zorakılığın tətbiqinə kimi formalarda ola bilər. Bəzi siyasi sistemlərdə müxtəlifrəylik müxalif siyasət yolu ilə rəsmi şəkildə ifadə olunur, siyasi repressiv rejimlər isə müxtəlifrəyliyin hər hansı formasını qadağan edirlər, bu da fərqli fikrin yatırılmasına və ictimai və ya siyasi fəallığın təşviqinə səbəb olur. Müəyyən dövlətlərin siyasətlərinə uyğun gəlməyən və ya dəstəkləməyən şəxslər "dissident" kimi tanınır. Bir sıra mütəfəkkirlər iddia edirdilər ki, sağlam bir cəmiyyətin təkcə müxalif düşüncələri qorumaq deyil, həm də təşviq etmək lazımdır. Charlan Jeanne Nemeth. In Defense of Troublemakers: The Power of Dissent in Life and Business. Basic Books.
Cənubi Afrika Milli Bioloji Müxtəliflik İnstitutu
Cənubi Afrika Milli Biomüxtəliflik İnstitutu (SANBI) — biomüxtəliflik haqqında məlumatın tədqiqi, yayılması ilə məşğul olan və qanuni olaraq ölkənin biomüxtəliflik ehtiyatlarının idarə edilməsinə töhfə vermək səlahiyyətinə malik təşkilatdır. Təşkilat Cənubi Afrikanın Ətraf Mühit Departamentinin nəzdində 2004-cü il tarixli, 10 saylı Biomüxtəliflik Aktı əsasında yaradılmışdır (sonra Meşə, Balıqçılıq və Ətraf Mühit Departamenti adlandırıldı). == Tarixi == SANBI 1 sentyabr 2004-cü ildə Ətraf Mühit Departamentinin nəzdində 10 saylı Biomüxtəliflik Aktı əsasında yaradılmışdır. 1989-cu ildə, Cənubi Afrikanın florasını öyrənmək və qorumaq üçün XX əsrin əvvəllərində yaradılmış Milli Nəbatat Bağları və Botanika Tədqiqat İnstitutundan muxtar qanuni Milli Botanika İnstitutu yaradılmışdı. Milli Botanika İnstitutunun mandatı Cənubi Afrika ekosistemlərinin tam müxtəlifliyini daxil etmək üçün aktlaşdırıldı. MBİ-nun baş ofisi Keyptaundakı Kirstenboşda, bütün Cənubi Afrikada bağlar və tədqiqat mərkəzləri var idi. == Xidmətləri == Xidmətlərinə bilik, məlumat, siyasət dəstəyi və məsləhətlərin verilməsi, tədqiqat, təhsil və ictimai zövq üçün botanika bağlarının idarə edilməsi, ekosistemin bərpası və reabilitasiyası proqramları ilə məşğul olmaq və biomüxtəlifliyin idarə olunması üçün ən yaxşı təcrübə modellərini təqdim etmək daxildir. Əsas fəaliyyətlərinə konservasiya və davamlı istifadə üzrə tədqiqatlar, bağların inkişafı və bağçılıq, təhsil və biomüxtəliflik informasiya sistemlərinin təmin edilməsi, ekosistemlərin reabilitasiyası və bioregional planlaşdırma proqramlarının və siyasətlərinin inkişafı üzrə tədqiqatlar daxildir. SANBI məktəb səviyyəsində biomüxtəliflik elmində iştiraka təşviq, biomüxtəlifliyin tədrisi və öyrənilməsinin keyfiyyətini gücləndirmək üçün ekosistemlərin bərpası proqramlarında təlim vermək və davamlı məşğulluq yaratmaqla yoxsulluğun azaldılmasına töhfə verir. === Tədqiqat === Araşdırma SANBI-nin gündəliyinin əsas komponentidir və iqlim dəyişikliyi və bio-uyğunlaşma ilə bağlı tədqiqatları əhatə edir.

Digər lüğətlərdə