MAMA

“Bibi” mənasında işlədilir (bibi ərəb sözüdür), əmi sözü ilə qohumdur, “eyni döşdən süd əmən” deməkdir. Molla Cümə yazır: Eşq əhlilər çəkən haray, dad olur, / Dayılı, mamalı, xalalı olmaz. / Əsli əvvəl əmə, sonra məmə kimi olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

MALYAR
MAN
OBASTAN VİKİ
Mama xatun
Mama xatun — Saltuklu bəyliyinin hökmdarı. Malazgirt zəfərindən sonra Anadoluda qurulan Türk bəyliklərindən biri olan Saltuklulardan II İzzəddin Saltukun qızıdır. Uzun müddət idarəni əlində tutan böyük qardaşı Nasırəddin Məhəmmədin ardından 1191-ci ildə Saltuklu bəyliyinin başına keçdi. Böyük qardaşı və yetişkin qardaşı oğlanları varkən Mama xatunun bir qadın olarak başa keçməsi, əski Türk həyatında qadının toplumdakı yerini müsəlman olduqdan sonra da qoruduğunu göstərməktədir. Mama xatun Ərəb dilli qaynaqlarında “Ərzurum sahibəsi” olaraq göstərilməkdədir. Səlahaddin Əyyubi Suriyadan şimala doğru yayılma siyasəti izləyirdi. Türkmən bəylərini itaət altına almaya çalışırdı. Bu məqsədlə qardaşı oğlu Məyyafarikin hakimi Tağıyyəddin Ömərə yeni vəzifə verdi. Tağıyyəddin, Əxlatşahlara aid torpaqlardaki Xanini 1191-ci ildə işgal etdi və Əxlatşah Seyfəddin Bəgtəmiri yenilgiyə uğratdı. Bundan cəsarət alaraq Əxlat üzərinə yürüyüb şəhəri mühasirə etdiysə də, bacarıqlı ola bilmədi.
Cvaris Mama kilsəsi
Cvaris Mama kilsəsi (gürc. თბილისის ჯვარის მამის ეკლესია) – Tbilisinin Qədim şəhər hisəsində, Kote Abxazi küçəsi 41 ünvanında yerləşən Gürcü pravoslav kilsəsi. Düzbucaqlı plana və kərpic günbəzə malik kiçik ölçülü məbəd, şərq-qərb oxu üzrə (9,25 × 13,15 m) yerləşir. Bina, Tbilisinin ən qədim dini tikililərindən biri hesab edilir (Platon İoselianinin sözlərinə görə, kilsə Vaxtanq Qorqasalının sifarişi ilə V əsrdə inşa edilmiş biridir. Digər kilsələr isə Sioni, Ançisxati, Xaçın ucaldılması, Zemo Betlemi və Mixail Arxangel kilsələridir. Kilsə Yerusəlimdəki Müqəddəs Xaç gürcü monastırının kimayəsi altında inşa edilmişdir. Cvaris Mama kilsəsi də, digər Tbilisi kilsələri kimi, dəfələrlə dağıntılara məruz qalmış, XIV əsrdə monqolların yürüşü, 1795-ci ildə Ağa Məhəmməd şah Qacarın Tbilisini ələ keçirməsi zamanı ciddi zədələnmişdir. Müasir kilsə binasının əsas elementləri 1825-ci ilə aiddir. Kilsənin interyerində XIX əsrə aid freskalar saxlanmışdır. 1921-ci ilə kimi kilsə Yerusəlim patriarxına tabe olmuşdur.
I Love Mama
I Love Mama (アイラブママ, Ay Rabu Mama) – 2008-2014-cü illərdə Yaponiyada nəşr olunmuş qyaru dəbi və həyat tərzi jurnalı. Inforest nəşriyyatı tərəfindən aylıq olaraq nəşr olunurdu. Jurnalın orijinal adı "Mama Nuts x Ageha" idi, çünki əslində iki qyaru jurnalının xüsusi buraxılışı kimi fəaliyyətə başlamışdır: hosteslər üçün nəzərdə tutulmuş "Koakuma Ageha" jurnalı və tünd dəri dəbi sevərlər üçün nəzərdə tutulmuş "Happie Nuts" jurnalı. "I Love Mama" jurnalı Yaponiyada unikal dəb jurnallarından biri hesab olunur, çünki qyaru-mama (hamiləlikdən sonra qyaru qalan qadınlar) dəbindən bəhs edir. Jurnalda qyaru-mamalar üçün evdarlıq, valideynlik, mədb məsləhətləri haqqında məlumatlar verilir. 2008-ci ildə yaranmasından sonra Yaponiyada ən çox satılan qyaru-mama jurnalı olmuşdur. Qərb dünyasında da jurnala maraq yaranmış, Amazon və eBay platformalarından satışları baş tutmuşdur. "I Love Mama" jurnalının ilk sayı 2008-ci ilin sentyabrında işıq üzü görmüşdür və orijinal adı "Mama Nuts x Ageha" idi. Bu jurnal "Koakuma Ageha" və "Happie Nuts" jurnallarının ortaq və xüsusi buraxılışı idi və qyaru-mama ilə maraqlanan oxucular üçün nəzərdə tutulmuşdu. "Mama Nuts x Ageha" ilk jurnal idi ki, tamamilə qyaru-mama dəbinə həsr olunmuşdu.
Mama Kannon məbədi
Mama Kanno məbədi (間々観音) və ya Ryuon məbədi (龍音寺) – Yaponiyanın Ayçi prefekturasının Komaki şəhərində yerləşən buddist məbədi. Yaponiyada qadın döşlərinə həsr olunmuş yeganə məbəddir. İnanca görə bu məbəddə dua etmək yol təhlükəsizliyini, yaxşı evliliyi və rahat doğumu təmin edir. Mama Kannon məbədi 1492-ci ildə Komaki dağında qurulmuşdur. Lakin XVI əsrdə Oda Nobunaqanın əmri ilə müasir yerinə köçürülmüşdür. Məbəd bodhisattva Kannona həsr olunmuşdur. Bundan əlavə, məbəd qadın döşlərinə həsr olunmuş yeganə məbəddir. Buna görə də məbəd "Döş məbədi" kimi də tanınır. Əfsanəyə görə 1665-ci ildə laktasiya problemi olan bir qadın məbəddə dua etdikdən sonra döşlərindən süd gəlməyə başlamış və uşağını əmizdirə bilmişdir. Analarla olan əlaqəsinə baxmayaraq, məbədin adı yerləşdiyi rayonun adından gəlir.
Mama Mia! (film, 2008)
Mamma Mia! — Fillida Lloydun rejissorluğu ilə 2008-ci ildə çəkilmiş musiqili film. Filmin çəkilişləri Londonda və Yunanıstanda aparılıb. Film İsveçin məşhur "ABBA" qrupunun mahnıları əsasında çəkilmiş eyniadlı müziklin ekranlaşdırılmış variantıdır. Film indiyədək teatr və televiziya tamaşaları üzərində çalışmış Fillida Lloydun böyük kinoda debütü idi. Ssenarini orijinal müziklin müəlliflərindən olan Katrin Conson yazmışdı. Filmin Stokholmda baş tutan premyerasına əfsanəvi kvartet üzvlərinin hər biri — Anni-Frid Linqstad, Aqneta Faltskoq, Benni Andersson və Byorn Ulveus da təşrif buyurmuşdular. Meril Strip hələ məktəb illərində mahnı oxumağı arzuladığı üçün təklifi düşünmədən qəbul edib. "ABBA" mahnılarının atmosferinə düşmək onun üçün ikinci gəncliyini yaşamaq demək idi. Filmin müzikldan yeganə fərqi "ABBA" mahnılarının sayıdır.
Mama (film)
Mama — İspaniya-Kanada ortaq istehsalı olan 2013-cü il qorxu filmi. 2008-ci ildə maliyyə böhranında var-dövlətini itirdiksən sonra pərişan olan birja dəllalı Cefri Desanc kiçk qızları 3 yaşlı Viktoriya və 1 yaşlı Lilini aparmazdan əvvəl həmkarlarını və ayrıldığı arvadını öldürür. Qarlı yolda təhlükəli sürən Cefri və qızlar avtomobil qəzasına düşür. Ancaq onlar sağ-salamat qəzadan qurmtula bilirlər, amma Viktoryanın eynəyi sınır. Cefri uşaqları təek edilmiş bir evə aparır. Qızlarını və sonra özünü pldürməyi plandıran Cefri Viktoriyanı vurmağa hazırlaşarkən kölgəli bir fiqur tərəfindən öldürülür. Beş ildən sonra Cefrinin eyni yumurt akizi qardaşı Lukasın maliyyələşdirdiyi xilasetmə qrupu indi 8 yaşlı Viktoriya və 6 yaşlı Lilini tərk edilmiş evdə sağ, amma illərlə təcrid olunduqları üçün vəhşiləşmiş vəziyyətdə tapır. Qızlar doktor Cerald Dreyfusun nəzarəti altında klinikaya yerləşdirilir. Onlar sirli ana qoruyucu fiquru olan "Mama"dan bəhs edirlər. Qızlar əvvəlcə Lukasa düşmən münasibət bələyirlər.
Mama (film, 2013)
Eduard Mamakayev
Eduard Arbiyeviç Mamakayev (28 aprel 1939, Qroznı) — çeçen yazıçısı, 1968-ci ildən SSRİ Jurnalistlər İttifaqının üzvü, 1992-ci ildən SSRİ Yazıçılar İttifaqının üzvü, Rusiya Federasiyasının əməkdar mədəniyyət işçisi (2007). Yazıçı Arbi Mamakayevin oğludur. Eduard Mamakayev 28 aprel 1939-cu ildə Qroznıda anadan olub. Atası Arbi Mamakayev Çeçen-İnquş Radio Komitəsində diktor işləyib. 1941-ci ildə Arbi Mamakayev əksinqilabi fəaliyyətdə ittiham edilərək həbs edilir. Atasının həbsindən sonra balaca Eduard nənəsi ilə yaşamalı olur. 1943-cü ilin payızında radioda Arbi Mamakayevin ölüm cəzasına məhkum edildiyi xəbəri verilir. Sonradan səhv məlumat olduğu ortaya çıxan bu xəbər nənənin ölümünə səbəb olur. Eduardı Noqay çölündə yaşayan bibisinin yanına getməli olur. Lakin alman qoşunlarının yaxınlaşması səbəbindən onlar oradan qaçmağa məcbur olurlar.
Eldar Mamayev
Eldar Kamileviç Mamayev (rus. Эльдар Камильевич Мамаев; 14 iyun 1985, Mahaçqala, SSRİ) — Rusiya futbolçusu, müdafiəçi. Özünün bütün oyun karyerasını Anji Mahaçqala futbol klubunda keçirib. Əsas heyətin oyunçusudur. Onun ilk peşəkar çıxışı 2003-cü ildə birinci divizion matçlarında, "Anji" tərəfində olub.
Hüseyn bəy Mamayev
Mamayev Hüseyn bəy Məşədi Məhəmməd bəy oğlu - Kənd təsərrüfatı elmləri namizədi, aktyor Hüseyn bəy Məşədi Məhəmməd oğlu 17 dekabr 1894-cü ildə Şuşa şəhərində anadan olmuşdu. Şuşa real məktəbini, İrəvan gimnaziyasını bitirmişdi. Moskvada ali məktəb qurtarmışdı. Kənd təsərrüfatı elmləri namizədi elmi adını almışdı. Hüseyn bəy həvəskar aktyor idi. Əbdürrəhim bəy Haqverdiyevin əsərlərinin ilk tamaşalarında oynamışdı. O, 1963-cü ildə vəfat edib. Şair Məmo bəy Məmainin oğludur. Yazıçı Əbdürrəhim bəy Haqverdiyevin dayısı oğludur.
Mamadan (Üşnəviyyə)
Mamadan (fars. مامدان‎) — İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 48 nəfər yaşayır (10 ailə).
Mamadavitoba
Mamadavitoba (gürc. მამადავითობა) — Gürcüstanda rahibliyin əsasını qoymuş David Qarecinin şərəfinə hər il qeyd edilən kilsə bayramı. Bayram hər il İsanın yüksəlməsindən sonra birinci cümə axşamı qeyd edilir. Bayramla bağlı əsas tədbir Tbilisidə baş tutur. Dindarlar Mtatsminda dağında inşa edilmiş Müqəddəs David kilsəsinə yığılaraq ibadət edirlər. Dağda Müəddəs Davidin həyatı ilə əlaqələndirilən hücrə və bulaq da ziyarət edilir.
Mamadi Dumbuya
Mamadi Dumbuya (fr. Mamady Doumbouya; 4 mart 1980) — 5 sentyabr 2021-ci ildə baş vermiş dövlət çevrilişindən sonra Qvineya Respublikasının Prezidenti. Dumbiya Qvineyanın Kankan bölgəsində anadan olub. Mandinka mənşəlidir. Dumbiya Fransa Milli Jandarma Birliyinin fəal üzvü olan fansız qadınla evlidir. Cütlüyün üç övladı var. Dumbuya Prezident Alfa Konde tərəfindən yaradılan Xüsusi Qüvvələr Qrupuna rəhbərlik etmək üçün Qvineyaya qayıtmazdan öncə kapral rütbəsinə sahib fransız legionerdi. Batalyon komandiri rütbəsi alaraq vəzifəyə başlayanda bir sıra fərqli ölkələrdə keçdiyi təlimlər də daxil olmaqla beynəlxalq təcrübəsinə istinad edildi. Bu vəzifədə Forekariya mərkəzli ölkənin kəşfiyyat xidmətlərində çalışdı. 2019-cu ildə polkovnik-leytenant, 2020-ci ildə isə polkovnik rütbəsinə yüksəldi.2021-ci ildə Xüsusi Qüvvələr Qrupu üçün daha çox səlahiyyət qazandığı bildirildi.
Mamadou Mbodj
Pape Mamadou Mbodj (d. 12 mart 1993, Dakar) — hazırda Bakının Neftçi klubunda mərkəz müdafiəçisi mövqeyində çıxış edən seneqallı futbolçu. Mbodj Seneqalın paytaxtı Dakar şəhərində anadan olub. 2014-cü ilə qədər ölkəsində Dakar Sakr klubunda çıxış edib. Dakar Sakrın heyətində çıxış edərkən 2013-cü ildə Fransızdilli ölkələr Oyunlarında iştirak üçün Seneqalın 20 yaşlılardan ibarət millisinə dəvət olundu və bu turnirin bürünc mükafatçısı oldu. 2014-15 mövsümündə Belqrad təmsilçisi Srvena Zvezdaya transfer olunsada, həmin mövqedəki oyunçuların çoxluğu səbəbindən forma şansı tapmadı və digər serbiya klubu Napredaka icarəyə verildi. 4 oktyabr 2014-cü il tarixində Napredakın heyətində Serbiya Super Liqasında - Spartak Subotiçaya qarşı matçda debüt etdi. 2016-18-ci illər sezonunda Litvanın Jalgiris klubunda çıxış edən Mbodj, 8 dekabr 2018-ci ildən etibarən Bakının Neftçi klubunda çıxış edir. Mbodj ölkəsinin 20 və 23 yaşlılardan ibarət milli yığma komandalarında çıxış edib.
Mamadu Danfa
Mamadu Lamin Danfa (fr. Mamadou Lamine Danfa; 6 mart 2001) — Seneqal futbolçusu, "Şkupi" klubunun və Seneqal milli futbol komandasının yarımmüdafiəçisi. "Kasa Sports" klubunun futbol akademiyasının yetirməsidir. 2018/19 mövsümündə Seneqal çempionatında "Kasa Sports"da oynamağa başlamışdır. 2020-ci ilin iyununda Kovalivkanın Ukraynanın "Kolos" klubu ilə müqavilə imzalamış və burada Afrikadan olan ilk futbolçu olmuşdur. O, Ukrayna Premyer Liqasında 14 iyun 2020-ci ildə "Şaxtyor" ilə matçda debüt etmişdir. Oyun 0:1 hesabı ilə bitmişdir.
Mamadu Kulibali
Mamadu Kulibali (3 fevral 1999-cu ildə Seneqalda anadan olub) — İtaliya A Seriyası təmsilçilərindən olan Udineze klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Seneqal futbolçusudur. Kulibali 2015-ci ildə Avropaya gəlmişdir. O, altı ay ərzində Peskara klubu ilə məşq etmişdir. Bir müddət sonra klub Kulibali ilə müqavilə imzaladıqlarını açıqlamışdır. O, karyerasında debütünü 19 mart 2017-ci ildə Atalanta klubuna qarşı oyunda etmiş və komandası 3-0 hesabı ilə məğlub olmuşdur. Kulibali 2015-ci ildə Seneqalı tərk edərək Avropaya gəlmişdir. O, dostları ilə futbol oynayarkən Peskara skautları tərəfindən aşkar edilmişdir. O, ölkəsində evsizlərdən biri hesab olunurdu.
Mamadış
Mamadış (tatar. Мамадыш; rus. Мамадыш) — Rusiya Federasiyasında yerləşən şəhər. Tatarıstan Respublikasına daxildir.
Mamadış rayonu
Mamadış rayonu (tatar. Mamadış rayonı, Мамадыш районы) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayon respublikanın mərkəzində, Kama və Vyatka çaylarının sahilləri boyunca uzanır. Şimaldan Tatarıstanın Kukmara, şimal-qərbdən Teləçe, qərbdən Balık-Bişməse, cənub-qərbdən Çistopol, cənub və cənub-şərqdən Aşağı Kama, şərqdən Alabuqa rayonları ilə, şimal-şərqdən Udmurtiyanın Kizner rayonu ilə həmsərhəddir. Rayonun inzibati mərkəzi Mamadış şəhəridir. Sahəsinə görə Tatarıstan respublikasının ən böyük rayonudur. Sahəsi 2600,7 km²-dir. Hündürlüyü 180–200 m arasında dəyişir. Rayonun ərazisi 1920-ci ilə qədər Mamadış qəzasına, 1920-1930-cu illərdə Mamadış kantonuna daxil idi. Rayon 10 avqust 1930-cu ildə təsis edilmişdir.
Mamakan
Mamakan (Urmiya)
Mamakan (Sumay-i Şimali dehistanı)
Mamakan (fars. ممكان‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1.457 nəfər yaşayır (245 ailə).
Mamakan (Urmiya)
Mamakan (fars. ممكان‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 640 nəfər yaşayır (98 ailə).
Mamakan xatun kilsəsi
Mamakan xatun kilsəsi və ya Vaçar kilsəsi — Qafqaz Albaniyasının Vaçar yaşayış məntəqəsində yerləşən tarix-memarlıq abidəsi. XII-XIII əsrlərin tağtavanlı zal kilsələrinin xüsusiyyətlərini daşıyan abidə, Xaçın knyazı Həsən Cəlalın həyat yoldaşı olan Mamakan xatun tərəfindən inşa etdirilmişdir. Kilsə XIII əsrdə, Xaçın knyazı Həsən Cəlalın həyat yoldaşı Mamakan xatunun sifarişi ilə inşa edilmişdir. Kilsənin inşaat kitabəsində deyilir: Kilsə binası 9.30 metr uzunluğa və 6.15 metr enə malikdir. Kilsənin arxa hissəsində yerləşən kiçik qapıdan gizli kitabxanaya keçid açılır. Tağtavanlı zala malik olan kilsənin damı bir ədəd dayaq sütunu tərəfindən saxlanılır. Sütun xeyli qabağa çıxan divar dayaqları üzərində ucaldılır və həmin dayaqlar zalı sanki iki hissəyə bölür. Planda yarımdairəvi formaya malik olan altar hissəsinin hündürlüyü apsidadan bir qədər irəli çıxır. Aşağı yarusa aparan iki pilləkan zalın şərq hissəsinin yarısını tutur. Bu xüsusiyyəti ilə Vaçar kilsəsi Ürəkvəng kilsəsini xatırladır.
Mamakava (Sərdəşt)
Mamakava (fars. مامكاوه‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 397 nəfər yaşayır (75 ailə).
Mamalan
Mamalan (az-əbcəd. مامالان‎, fars. مامالان‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Gilvan bəxşinin Gilvan qəsəbəsinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 359 nəfər yaşayır (126 ailə).
Mamalı (Sayınqala)
Mamalı (fars. مامالو‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 769 nəfər yaşayır (173 ailə).
Mamamoo
Mamamoo (kor. 마마 무) – Rainbow Bridge World-dan olan dörd üzvdən ibarət Sola, Hvasa, Munbyol, Vhi-in Cənubi Koreya qız qrupu. Qrup 19 iyun 2014-cü ildə "Mr.Ambiguous" mahnısı ilə rəsmi olaraq ilk çıxışını etmişdir. Retro, caz, R&B konsepsiyaları və güclü vokal çıxışları ilə tanınırlar. Rəsmi debütlarindan əvvəl Mamamoo bir çox sənətçi ilə əməkdaşlıq etdi. İlk işbirliyi 8 yanvar 2014-cü il tarixində Bumkey ilə "Don't Be Happy" mahnısı oldu. İkinci işbirliyi 11 Noyabr 2014 tarixində K.Will və Wheesung ilə "Peppermint Chocolate" idi. "Peppermint Chocolate" ilk həftəsində Gaon Rəqəmsal Cədvəlində 11-ci oldu. Mayın 30-da Mamamoo, Geeks ilə birlikdə üçüncü "Hi Hi Ha He Ho" duetini çıxardı. Qrup 18 iyun tarixində ilk mini albomu Hello’dan "Mr.Ambiguous" ilə rəsmi debüt etdi.
Mamamoo-nun qazandığı mükafat və nominasiyaların siyahısı
Bu, Rainbow Bridge World tərəfindən 2014 -cü ildə qurulan Cənubi Koreya-lı qız qrupu Mamamoo tərəfindən alınan mükafat və nominasiyaların siyahısıdır. Mamamoo 163 nominasiyadan cəmi 45 mükafat aldı.

Значение слова в других словарях