MOĞOLLAR

Avropa tarix boyu köçəri Orta Asiya tayfalarının yürüşlərindən əziyyət çəkib. Avropaya axırıncı gəlib çıxan həmin köçərilər çiçəklənmə dövrlərini Çingizxanın hakimiyyəti zamanı yaşamış monqollar oldu. 1237-ci ildə, onun xələfi Oqday xanın hakimiyyəti dövründə, monqol ordusu rus torpaqlarına basqın edir və Mərkəzi Avropanın dərinliklərinə qədər irəliləyir. Monqollar buranı məğlub olmadan, sadəcə, Oqday xan öldüyü və taxt-taca yeni varis seçmək lazım olduğu üçün tərk etdilər. Onlar bir daha Mərkəzi Avropaya qayıtmadılar.

Onlar qüdrətlərini bir də 1369-cu ildə nümayiş etdirdilər. Hakimiyyətə gəlmiş Teymur (Teymurləng) imperiyasını Asiya və Şərqi Avropanın hesabına genişləndirməyə başladı.

Teymurun xələflərindən olan Babur 1526-cı ildə Hindistanı istila edərək Böyük Moğol (farslar monqolları bu cür adlandırırmışlar) imperiyasını yaratdı. İki əsr ərzində Moğol imperiyası Asiyanın ən qüdrətli dövlətlərindən biri olaraq qaldı. Onun sonuncu hökmdarı 1707-ci ildə dünyasını dəyişən Övrəngzeb (Aləmgir) idi.

Bu, ingilis və fransızların Hindistana tədricən nüfuz etməyə başladıqları dövr idi. 1757-ci ildə general Robert Klayv hindliləri və fransızları məğlub etdikdən sonra ingilislər bütün ölkəyə nəzarət eləməyə başladılar. Moğol imperatorları hələ bir əsr də kağız üzərində ölkənin hökmdarı olaraq qalsalar da, əllərində gerçək hakimiyyət yox idi. (Ayzek Azimov. Sözlərin tarixi)

MOFETLƏR
MOLASS

Значение слова в других словарях