MƏHƏMMƏD

İslam əqidəsinə görə Allahın göndərdiyi sonuncu peyğəmbər (Xatəmül-Ənbiya), müsəlman ümmətinin dini lideri, Ərəbistanın ictimai-siyasi xadimi olmuşdur. Məhəmməd peyğəmbər Ərəbistanın Məkkə şəhərində miladi təqvimlə təxminən 570-ci ildə anadan olmuşdur. Onun soyu Qüreyş qəbiləsinin nüfuzlu Haşimilər soyundan idi. Atası Abdullah səfərdə olarkən Məhəmmədin dünyaya gəlməsindən az əvvəl Mədinə yaxınlığında vəfat etmişdir. Anası Əminə Məhəmmədi Həlimə adlı süd anasına vermiş və o onun yanında bir neçə il qalmışdır. Məhəmmədin altı yaşı olanda anası Əminə də vəfat etmişdir. Yetim qalmış Məhəmmədi babası Əbdülmüttəlib himayəsinə götürmüşdür. Əbdülmüttəlibin ölümündən sonra isə əmisi Əbu Talib Məhəmmədi öz oğlu kimi böyütmüş, onu tərbiyə etmişdir. O, Əbu Talibin evində qalmış, onun qoyunlarını otarmış, ticarət işlərinə cəlb olunmuşdur. Rəvayətlərə görə Əbu Talib Suriyaya ticarət məqsədi ilə getdikdə Məhəmmədi də özü ilə aparmışdır. Bəsrədə onlar Bəhirə adlı bir xristian rahibinə rast gəlmişlər və o, Məhəmmədin peyğəmbər olacağı müjdəsini vermişdir. Məhəmməd 15 yaşında olarkən qüreyşlilərin Qeys Əylan qəbiləsinə qarşı Ficar savaşında iştirak etmişdir. Döyüş zamanı o, öz əmilərinə ox verdiyi rəvayət olunur. Daha sonra gənc Məhəmməd ticarətlə məşğul olmuşdur. Xədicə adlı orta yaşlı varlı və nüfuzlu bir xanım ona mallarını Suriyaya aparıb satmağı həvalə etmişdir. Məhəmməd bu işi uğurla yerinə yetirdikdən sonra, Xədicənin etibar və etimadını qazanmışdır. Sonralar isə O, Xədicə ilə evlənmişdir. Bu izdivacdan onların dörd qız, bir oğlan övladları dünyaya gəlmişdir. Həyatının müəyyən dövründə Məhəmməd Məkkə yaxınlığındakı mağaralarda inzivaya çəkilib Allaha ibadət edirdi. Rəvayətlərə görə miladi 610-cu ilin Ramazan ayında 40 yaşlı Məhəmməd Hira dağında ibadətlə məşğul olarkən onun yanına Allahın ən böyük mələklərindən biri olan Cəbrayıl gəlmiş, Quranın (96: 1-3) ilk ayələrini ona oxumağı əmr etmişdir. Rəvayətlərə görə bu hadisədən sonra vəhyin arası kəsilmiş və o zaman Məhəmməd mənəvi sıxıntılar keçirmişdir. Ancaq sonra ayələrin nüzulu sürəkli davam etmişdir. İlk dövrlər Məhəmməd peyğəmbər dini yalnız qohumları və dostları arasında yaymış, açıq olaraq xalqa müraciət etməmişdir. Bir neçə il sonra isə o açıq dəvətə başlamışdır (Quran, 15: 94). Bu ayələr nazil olduqdan sonra Məhəmməd peyğəmbər, Haşim soyundan olan qohumlarını evinə toplamış, onları İslam dini ilə tanış etmişdir. Ancaq onlar onun peyğəmbərliyini tanımamışdırlar. Bundan sonra Məhəmməd Məkkədəki Səfa adlanan təpəyə qalxaraq məkkəlilər qarşısında çıxış etmiş, onları Allaha inanmağa, onun peyğəmbərlərini tanımağa, bütpərəstlikdən çəkinməyə çağırmışdır. Ancaq bu cəhd heç bir nəticə verməmişdir. Buna baxmayaraq Məhəmməd İslamı təbliğ etməkdə davam etmiş və bunun nəticəsi olaraq məkkəlilərin bir hissəsi onun peyğəmbərliyini qəbul etmişdirlər. Bundan narahat olan Məkkə başçıları onları təqib etmişdirlər. Buna görə də, müsəlmanların bir hissəsi Həbəşistana hicrət etmişdirlər. Daha sonra Məhəmməd başqa ərəb qəbilələri arasında İslamı təbliğ etməyə başlamışdır. Bu işdə onun ən böyük uğuru Mədinənin ərəb əhalisinin onun peyğəmbərliyini tanımağı olmuşdur. Miladi 622-ci ildə Məhəmməd peyğəmbər Məkkə müsəlmanları ilə birlikdə Mədinəyə hicrət etmiş və burada güclü müsəlman icmasını yarada bilmişdir. Bu icmanın əsasını Məkkədən köçən mühacirlərlə, Mədinənin Evs və Xəzrəc qəbilələrinin nümayəndələri olan Ənsarlar təşkil etmişdirlər. Bu şəhər dövlətdə qanunlara əsaslanan ictimai həyat təşkil edildi. Beləliklə, bütün ərəb qəbilələrinin qardaşlığı elan olundu. İslamı qəbul etməyən yəhudilərlə onların hüquqlarını qoruyan xüsusi anlaşma əldə edildi. Ancaq, sonra baş vermiş bir neçə ixtilaflar nəticəsində onlar şəhəri tərk etməli olmuşdurlar. Hicrətdən sonra müsəlmanlarla məkkəlilərin arasında döyüşlər başlamışdır. Bu döyüşlərdə Məhəmməd peyğəmbərin başçılığı ilə müsəlmanlar qalib gəlmişdirlər. Məkkənin fəth olunmasından sonra İslam bütün Ərəbistanda yayılmışdır. Məkkəyə daxil olan Məhəmməd peyğəmbər ərəblərin sitayiş etdikləri bütlərin darmadağın edilməsini əmr etmişdir. Məhəmməd peyğəmbər hicrətin 11-ci ilində Mədinədə vəfat etmişdir.
MƏĞRİB
MƏHƏMMƏD BAQİR
OBASTAN VİKİ
Dost Məhəmməd
Dost Məhəmməd — ad. Dost Məhəmməd (siyasətçi) — Pakistan siyasətçisi. Dost Məhəmməd xan Dost Məhəmməd xan (Əfqanıstan əmiri) — Əfqanıstan əmiri (1834-cü ildən). Dost Məhəmməd xan (Moğolustan xanı) — Moğolustan xanı.
Dərviş Məhəmməd
Dərviş Məhəmməd xan (1524 – 1551, Şəki) — Şəki hökmdarı (1524-1551). Atası Həsən sultanın Gürcü çarı ilə döyüşdə həlak olmasından sonra Şəki əhalisi onu "hökumət taxtına əyləşdir"mişdi. Dərviş Məhəmməd xan 1538-ci ildə Buğurt qalasını mühasirəyə almış qızılbaşlara gecə basqınları etsə də, az sonra onlarla münasibətləri yaxşılaşdıra bilmiş və hətta I Şah Təhmasibin bacısı ilə evlənmışdi. 1549-cu ildən etibarən isə Dərviş Məhəmməd xan ilə Səfəvilər dövləti arasında münasibətlər yenidən pisləşməyə başladı. Belə ki həmin ildə Şah Təhmasib Şəkiyə cəza dəstəsi göndərərmiş və bu ölkəni qarət etdirmişdi. 2 il sonra, 1551-ci ildə isə Şah Təhmasib özü böyük bir ordu ilə Şəki hökmdarlığının ərazisinə daxil oldu. Şəki ordusu ilə ilk toqquşmada qızılbaşlar qalib gəldilər və Şəkinin ən məşhur sərkərdələrindən birini əsir götürdülər. Daha sonra isə onlar Şəki hökmdarlığının üç əsas istehkamını eyni vaxtda mühasirəyə aldılar. Həmin istehkamlardan Dərviş Məhəmməd xanın sığındığı "Gələsən-Görəsən" qalası istisna olmaqla, digər ikisinin müdafiəçiləri 20 günlük inadlı müqavimətdən sonra təslim olmağa məcbur edildi. Bundan sonra Dərvişməhəmməd xan bir gecə 400 nəfərlə "Gələsən-Görəsən"dən çıxdı.
Məhəmməd
Məhəmməd (ərəb. مُحمّد‎ ();; 20 aprel 571[…], Məkkə – 8 iyun 632, Mədinə) — dini, sosial, siyasi lider və islamın qurucusu. İslam təliminə əsasən, Adəm, İbrahim, Musa, İsa və digər peyğəmbərlərin monoteist təlimlərini təbliğ etmək və təsdiqləmək üçün göndərilmiş peyğəmbər. Məhəmməd peyğəmbər islamın bütün əsas qollarında Allahın sonuncu elçisi olaraq qəbul edilir. O, həmçinin Ərəbistanı müsəlman hakimiyyəti altında birləşdirməyi bacarmışdır. Məhəmməd peyğəmbər təqribi olaraq 570-ci ildə (Fil ili) Ərəbistan yarımadasında yerləşən Məkkə şəhərində doğulub. O, altı yaşından etibarən yetim qalmışdır. Məhəmməd peyğəmbərin babası Əbdülmütəllibin himayəsi altında böyümüşdür. Babasının ölümündən sonra isə əmisi Əbu Talibin himayəsinə keçmişdir. Məhəmməd peyğəmbər vaxtaşırı Məkkə yaxınlığındakı Hira adlanan mağaraya gedərdi.
Məhəmməd Daud Məhəmməd
Məhəmməd Daud Məhəmməd (d. 1 mart 1996) — Somalini təmsil edən yüngül atlet. Məhəmməd Daud Məhəmməd Somalini 2016-cı ildə Olimpiya Oyunlarında təmsil etdi. Məhəmməd Daud Məhəmməd birinci dəfə Olimpiya Oyunlarına Braziliyanın Rio-de-Janeyro şəhərində qatıldı. XXXI Yay Olimpiya Oyunlarında 5000 metr məsafəyə qaçış yarışlarında Daud Məhəmməd 14:57.84 saniyə nəticəyə imza atdı və 24-cü yeri tutdu. Məhəmməd Daud Məhəmməd həmdə Rio-de-Janeyro Olimpiadasının açılış mərasimində Somalinin dövlət bayrağını apardı.
Eliyah Məhəmməd
Eliyah Məhəmməd (ing. Elijah Muhammad; 7 oktyabr 1897[…] – 25 fevral 1975[…], Çikaqo) — ABŞ ictimai və din xadimi. 1934–1975-ci illərdə afroamerikalıların "İslam milləti" təşkilatının lideri. Eliyah Pul 7 oktyabr 1897-ci ildə Corciyanın Sandersville şəhərində anadan olmuşdur. 16 yaşında evini tərk edərək, ölkə boyu səyyahətə başladı. 1917-ci ildə Klara Evans ilə evləndi. 1923-cü ildə Detroitə köçərək, orada avtomobil zavodunda işləməyə başladı. 1930-cu illərin əvvəllərində şəhərdə "İslam Məbədi"ni quran Uolles Fərd Məhəmməd ilə tanış oldu. Uolles Fərd Məhəmmədin təbliğ etdiyi din təlimi İslamla oxşar idi, lakin bir çox cəhətdən ondan fərqlənirdi. Eliyah Pul soyadını Məhəmməd olaraq dəyişdirdi.
Həzrət Məhəmməd
Məhəmməd (ərəb. مُحمّد‎ ();; 20 aprel 571[…], Məkkə – 8 iyun 632, Mədinə) — dini, sosial, siyasi lider və islamın qurucusu. İslam təliminə əsasən, Adəm, İbrahim, Musa, İsa və digər peyğəmbərlərin monoteist təlimlərini təbliğ etmək və təsdiqləmək üçün göndərilmiş peyğəmbər. Məhəmməd peyğəmbər islamın bütün əsas qollarında Allahın sonuncu elçisi olaraq qəbul edilir. O, həmçinin Ərəbistanı müsəlman hakimiyyəti altında birləşdirməyi bacarmışdır. Məhəmməd peyğəmbər təqribi olaraq 570-ci ildə (Fil ili) Ərəbistan yarımadasında yerləşən Məkkə şəhərində doğulub. O, altı yaşından etibarən yetim qalmışdır. Məhəmməd peyğəmbərin babası Əbdülmütəllibin himayəsi altında böyümüşdür. Babasının ölümündən sonra isə əmisi Əbu Talibin himayəsinə keçmişdir. Məhəmməd peyğəmbər vaxtaşırı Məkkə yaxınlığındakı Hira adlanan mağaraya gedərdi.
Keçəçioğlu Məhəmməd
Keçəçioğlu Məhəmməd (əsl adı: Məhəmməd Məşədi Xəlil oğlu; 18 iyun 1864, Şuşa – 20 noyabr 1940, Quba) — Azərbaycan xanəndəsi.Azərbaycan musiqi mədəniyyətinin inkişafında xüsusi rol oynamışdı. Keçəçioğlu Məhəmməd 1864-cü ildə Şuşa şəhərində anadan olmuşdur. 20 noyabr 1940-cı ildə Qubada vəfat etmişdir. Məhəmməd kiçik yaşlarından atasının peşəsinə (keçəçilik sənətinə) yiyələndiyindən xalq arasında Keçəçi adı ilə məşhur olmuşdur. Bakının mədəni həyatı Keçəçi Məhəmmədi cəlb edir. O, 1904-cü ilin əvvəllərində Bakıya köçür. Keçəci oglu Məhəmməd klassik xanəndə kimi Azərbaycanın ənənəvi I musiqi mədəniyyəti tarixində əhəmiyyətli rol oynamışdır. Qarabağ məktəbinin digər nümayəndələri ilə yanaşı, o öz yaradıcılığında I muğam sənətini yorulmadan inkişaf etdirmişdir. Onun repertuarında klassik muğamlar, təsniflər və xalq mahnıları əsas yer tuturdu. Genis diapazonda zorlu güclü və zil səsə malik xanəndə bütün muğam dəstgahlarını və zərbi-muğamları ustalıqla ifa edirdi.
Molla Məhəmməd
Molla Məhəmməd (tam adı: Məhəmmədqulu ????; d. 1950, Maştağa, Bakı, Azərbaycan SSR, SSRİ — ö. 23 fevral, 2010, Maştağa, Bakı, Azərbaycan) — azərbaycanlı meyxanaçı. 1950-ci ildə Bakının Maştağa kəndində doğulub. Uşaqlığı Bakı şəhərinin Yasamal rayonunda yerləşən Sovetski məhəlləsində keçib. 13-14 yaşında olarkən hazırcavablığına görə ustadı Hacı Kazım tərəfindən "Molla" ləqəbini qazanıb. 15 yaşında aktrisa Nəsibə Zeynalova onu "Bizim Cəbiş müəllim" filminə dəvət edib. Onun səsləndirdiyi "Çağırsa ellər gedərəm davaya" meyxanası filmə əlavə olunsa da, meyxanaçı dost-tanışları arasında olan hörmətini itirməmək üçün filmə çəkilməkdən imtina edir. 1982-ci ildə Novxanıda bir məclisdə tanımadığı şəxs ona yaxınlaşır və xoşagəlməz sözlər işlədir. Mübahisə yaranır və Molla onu toy çadırının arxasına apararaq iki bıçaq zərbəsi vuraraq yaralayır.
Məhəmməd (ad)
Məhəmməd (Ərəbcə:مُحَمَّد-Muhammad-Muhəmməd) ya Məmməd ərəb mənşəli bir ad və H-M-D kökündəndir; Həmd. Ərəblər ilə yanaşı bir çox fərqli müsəlman millətlər tərəfindən istifadə edilmiş və istifadə edilməkdədir. İslamda, Məhəmməd, Allahın son peyğəmbəri olub. Məhəmməd ərəbcə Pasif fel sifəti və H-M-D (Həmd-Həmd olmuş) kökündən gəlir və tərifəlayiq həmd olmuş, yüksək qiymətləndirilmiş, yüksək təqdir edilmiş anlamındadır. Muhəmməd (Muhammad مُحَمَّد),Muhammed,Mohamed,Mahammad(Məhəmməd),Mohammed və Mohamad:Ərəb ölkələri Mohəmməd(Mohammad محمد), Məhəmməd:İran, Əfqanıstan, Pakistan Muhammed, Muhamed, Muhammet, Muhamet ya Mehmet :Türkiyə,Albaniya Muhammed, Muhamed:Bosniya və Herseqovina Mamadou:Seneqal Mahometus:Latın dilində Maometto:İtalyan dilində Μωάμεθ (Moameth):Yunan dilində Mahoma:İspan və Katalan dillərində Mamede: Qalisiya dilində Мухаммад (Mukhammad-Muxammad), Магомед (Magomed-Maqomed): Rus dilində Maxamed:Somali dilində Мұхаммед (Mukhammed-Muxamed):Qazax dilində 穆罕默德 (Mùhǎnmòdé): Çin dilində Məhəmməd, Məmməd:Azərbaycan dilində və Fars dilində Məhəmməd:Peyğəmbər, İslam dininin banisi Məhəmməd Füzuli:görkəmli orta əsr Azərbaycan Türk şairi və mütəfəkkiri. Şeyx Məhəmməd Xiyabani:İranın inqilab tarixində görkəmli yer tutan böyük alim, mütəfəkkir və siyasətçi. Məhəmməd Cahan Pəhləvan: Atabəylər dövlətinin hökmdarlarından biri, Atabəy Şəmsəddin Eldənizin oğlu. Məhəmməd ibn Heysam: Şirvanşahlar dövlətinin ikinci hökmdarı Məhəmməd Hacıyev (işıqçı):işıqçı Məhəmməd ibn Zəkəriyə əl-Razi:Fars tibb və kimya elm adamı Məhəmməd Musaddıq:28 aprel 1951 – 19 avqust 1953-cü illərdə İranın baş naziri. Məhəmməd Behişti:İranın Ədliyyə başçısı Məhəmməd Fazil Lənkərani:İslam dünyasının və şiə məzhəbinin böyük alimi, müctəhidi və mərcəyi-təqlidi. Molla Məhəmməd Ömər:"Taliban" hərəkatının lideri Məhəmməd Əbdüh: XIX–XX əsr İslam dünyasında mühüm rol oynamış alim, ictimai, siyasi və dini xadim.
Məhəmməd (dəqiqləşdirmə)
Məhəmməd: Məhəmməd — Peyğəmbər, İslam dininin banisi Məhəmməd surəsi — Quranda bir surə Məhəmməd (ad) — Oğlan adı və tərifəlayiq, həmd olunmuş anlamındadır. Məhəmməd xan Ziyadlı-Qacar — İrəvan xanlığının hakimi (1805—1806).
Məhəmməd Abbasquliyev
Məhəmməd Abbasquliyev (14 fevral 1965, Kalbaoruc Dizə, Naxçıvan rayonu – 22 noyabr 2013, Bakı) — Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin sabiq müavini. Məhəmməd Abbasquliyev 14 fevral 1965-ci ildə Babək rayonunun Kalbaoruc Dizə, kəndində anadan olub. O, 1982-ci ildə Qaraqala kənd orta məktəbini bitirdikdən sonra Donetsk Ali Hərbi-Siyasi Mühəndis və rabitə Qoşunları Məktəbinə daxil olub. Bu məktəbi bitirdikdən sonra 1993-cü ilə qədər Sovet ordusu sıralarında xidmət edib. 1994-cü ildən 2001-ci ilədək Azərbaycan Sərhəd Qoşunlarının Naxçıvan sərhəd dəstəsində zabit vəzifələrində çalışıb. 2001–2004-cü illərdə Naxçıvan sərhəd dəstəsinin rəisi olub. Azərbaycan prezidentinin sərəncamları ilə 6 aprel 2004-cü il tarixində DSX-nin Naxçıvan Sərhəd Diviziyasının komandiri, 16 yanvar 2008-ci ildə isə Sərhəd Qoşunlarının Baş Qərargah rəisinin birinci müavini, 18 avqust 2008-ci ildə isə DSX rəisinin şəxsi heyət üzrə müavini, Şəxsi Heyət üzrə Baş İdarənin rəisi vəzifəsinə təyin edilib. 2004-cü il iyul ayının 30-da Azərbaycan prezidentinin sərəncamı ilə Məhəmməd Abbasquliyevə general-mayor hərbi rütbəsi verilib. General-mayor Məhəmməd Abbasquliyev 2013-cü il noyabrın 22-də infarkt nəticəsində dünyasını dəyişib. II Fəxri Xiyabanda torpağa tapşırılıb.
Məhəmməd Abduh
Məhəmməd Abduh (1849–1905) — Misirdəki İslam modernizminin banilərindən biri. Məhəmməd Abduh (1849–1905) Cəmaləddin Əfqaninin hərarətli tələbəsi və davamçısı idi. Abduh on beş illik yaxın dostuluqları zamanı ustadının dərslərini o qədər mükəmməl öyrəndi ki, hətta onu keçərək geridə daha konkret, mühüm və qalıcı bir miras buraxdı. Bu mirası yazılarında, konfrans və vaazlarında və bir də Əzhər Universitetində müəllimlik, idarə heyəti üzvlüyü və Misir baş müftülüyü kimi sahələrdə əldə etdi. Məhəmməd Abduh 1849-cu ildə Misirdə orta təbəqədən bir əkinçi ailəsində dünyaya gəlmişdir. On yaşında bir kənd məktəbində oxumağı və yazmağı öyrəndikdən sonra Quranı əzbərləməsi və qiraətini gözəl öyrənməsi üçün Quran hafizi yetişdirən bir məktəbə göndərildi. Iki il içərisində bu vəzifəsinin öhdəsindən gəldi və 1862 ci ildə Tantadakı Əhmədi məscidi məktəbinə getdi. Üç il yarımlıq əzbərələmə metoduna uyğun təhsil ərəfəsində müəllimlərinin dərslərini başa düşməkdə böyük çətinliklər çəkən, üstəlik çöldə-bayırda oynamağa çox düşkün olan gənc Abduh, məktəbi onu qane etməyən metodlar üzündən ümidsiz halda tamamən tərk etdi. Atası və qohumlarından bir çoxu kimi əkinçi olmaq üçün kəndinə döndü və orada 16 yaşında evləndi. Evliliyindən qırx gün sonra Məhəmməd Abduh onun ümidlərini doğrultmayan köhnə məktəbə dönməsi üçün atası tərəfindən məcbur edildi.
Məhəmməd Abdullayev
Məhəmməd Abdullayev (6 aprel 1999) — Azərbaycanı təmsil edən boksçu. Məhəmməd Abdullayev 2016-cı ilin noyabrında Rusiyanın St. Peterburq şəhərində baş tutan gənclər arasında Dünya Çempionatını beşinci pillədə başa vurdu. 2017-ci ildə Antalya şəhərində U-18 Avropa Çempionatının qalibi olan Məhəmməd Abdullayev 2019-cu ildə Vladiqafqaz şəhərində U-22 Avropa Çempionatının da qızıl medalına sahib oldu. Məhəmməd Abdullayev 2019-cu ilin iyununda Belarusda baş tutan II Avropa Oyunlarında mübarizə apardı. Turnirin 1/16 final mərhələsində o, Bolqarıstan nümayəndəsi Petar Belberova məğlub oldu (1:4) və mübarizəsini dayandırdı. Daha sonra Məhəmməd Abdullayev 2019-cu ildə Rusiyada baş tutan Dünya Çempionatında çıxış elədi. Turnirin 1/16 final mərhələsində Çin nümayəndəsi Bayihevuzi Danabieheya 4:1, 1/8 final mərhələsində isə Misir təmsilçisi Yusri Hafeza 3:2 hesabı ilə qalib gələn Məhəmməd Abdullayev, 1/4 final mərhələsində Avstraliya nümayəndəsi Custin Huniyə məğlub oldu (0:5) və mübarizəsini başa vurdu. 2020-ci ilin martında isə Məhəmməd Abdullayev London şəhərində (Birləşmiş Krallıq) baş tutan Avropa Olimpiya Təsnifat Turnirində mübarizə apardı. Dünyanı cənginə alan COVID-19 pandemiyası səbəbilə turnir nəticələri saxlanılmaqla 2021-ci ilin aprelinə Paris şəhərinə (Fransa) təxirə salındı.
Məhəmməd Abduyev
Məhəmməd Abduyev Abdu oğlu (7 iyul 1961, Krasnoselsk rayonu) Coğrafiya elmlər doktoru Abduyev Məhəmməd Abdu oğlu 1961-ci ildə Ermənisatan Respublikasının Krasnoselo rayonunda anadan olub. 1978-ci ildə orta məktəbi bitirib. 1983-cü ildə Bakı Dövlət Universitetinin Geologiya-coğrafiya fakültəsinin əyani şöbəsinin I kursuna daxil olmuş və 1988-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirərək təyinatla AMEA-nın akad. H.Əliyev adına Coğrafiya İnstitutuna göndərilib. 1989-cu ildə Coğrafiya İnstitutunun əyani aspiranturasına daxil olub.1995-ci ildə dissertasiyanı müdafiə edərək, coğrafiya elmləri namizədi, 2013-cü ildə isə "Azərbaycanın dağ çaylarının hidrokimyəvi xüsusiyyətlərinin tədqiqi və su ilə təminatın ekoloji təklükəsizliyinin qiymətləndirilməsi" mözusunda dissertasiya müdafiə edərək, coğrafiya elmləri doktoru elmi adını alıb. 1992-ci ildən 2013-cü ilədək AMEA-nın akad. H.Əliyev adına Coğrafiya İnstitutunda kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi və aparıcı elmi işçi vəzifələrində çalışıb.İşlədiyi müddətdə 15 elmi hesabatı yerinə yetirib və 126 elmi məqalə nəşr etdirib, 35 yerli və Beynəlxalq səviyyəli konfransda iştirak edib, sertifikat və diplomlarla təltif olub AMEA-nın 60 illiyi ilə əlaqədar Yer elmləri bölməsinin təşəkkürnaməsini və AMEA Rəyasət Heyətinin Fəxri Fərmanını alıb. AMEA-nın akad. H.Əliyev adına Coğrafiya İnstitutunun nəzdində fəaliyyət göstərən DO1.091 Dissertasiya Şurasının və ADPU-nun "Xəbərlər" jurnalının Redaksiya Heyətinin üzvüdür. 2014-cü ildən ADPU-nun Tarix və Coğrafiya fakültəsinin "Ümumi coğrafiya" kafedrasında müdir vəzifəsində çalışır.
Məhəmməd Abutrika
Məhəmməd Abutrika(ərəb. محمد أبو تريكة‎; 7 noyabr 1978, Giza) — Misir futbolusti, Misir milli futbol komandasının yarımmüdafiəçisi. Məhəmməd Abutrika 1978-ci il noyabr ayının 7-də Misirin Giza şəhərində anadan olub. O, böyük futbola 25 yaşında gəlib. Misirin "Əl-Əhli" klubunda oynayan yarımmüdafiəçi iki dəfə Afrika çempionu olub, 3 dəfə isə klubu ilə birgə Afrika Çempionlar Liqasının kubokunu qazanıb. Peşəkar karyerasının ən əlamətdar oyununu Misir milli futbol komandasının heyətində Braziliya millisinə qarşı keçirib. FİFA Konfederasiyalar Kuboku çərçivəsində küçirilən bu oyunda Abutrikanın Kakaya qarşı oynadığı futbol yüksək qiymətləndirilib və məğlub olmasına baxmayaraq Misir yığması əla təsir bağışlayıb. Misir milli futbol komandasının 2006-cı ildə Afrika çempionu olmasında da Məhəmməd Abutrikanın rolu danılmazdır. Futbolçu ilə bağlı yadda qalan daha bir məqam 2008-ci ildə Afrika Kuboku oyunları çərçivəsində onun Sudan yığmasının qapısına vurduğu qoldan sonra futbolkasını çıxarması və maykasındakı "Qəzzada baş verənlərə görə təəssüf edirəm" yazısını nümayiş etdirməsi olmuşdur.
Məhəmməd Abuxousa
Məhəmməd Abuxousa (30 dekabr 1992) — Fələstini təmsil edən atlet. Məhəmməd Abuxousa Fələstini 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Məhəmməd Abuxousa birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında 100 metr məsafəyə qaçış yarışlarında təsnifat mərhələsində 11.89 saniyəlik nəticə ilə 8-ci yeri tutdu və mübarizəni dayandırdı.
Məhəmməd Allahmanlı
Məhəmməd Qara oğlu Allahmanlı (1963, Kəmərli, Qazax rayonu – 2010) — AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Tarixi etnoqrafiya şöbəsinin elmi işçisi Məhəmməd Qara oğlu Allahmanlı 1963-cü ildə Qazax rayonunun Kəmərli kəndində anadan olub. Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirmişdir. Təhsilaldığı illərdən başlayaraq mətbuat səhifələrində elmin, mədəniyyətin ayrı-ayrı problemləri ilə bağlı məqalələr yazmışdır. "Sərbəst düşüncə", "Müxalifət", "Etimad" qəzetlərində müxbir, şöbə müdiri vəzifələrində çalışmışdır. Azərbaycanın xarici və daxili siyasəti, onun müxtəlif problemləri ilə bağlı analitik şərhlər vermək fəaliyyətinin mühüm bir hissəsini təşkil edib. Xalq yaradıcılığının toplanması, araşdırılması sahəsində gərəkli işlər görüb. Bütövlükdə ədəbi prosesi izləmək onun həmişə marağında olub. Tarixçi alim, tənqidçi, publisist kimi tanınıb. "XIX əsr – ХХ əsrin əvvəllərində Azərbaycanın qərb bölgəsinin mənəvi mədəniyyəti (tarixi-etnoqrafik tədqiqat)" mövzusunda namizədlik disertasiyası müdafiə etmişdir (1998). Son dövrlərdə Azərbaycanın bağçılıq mədəniyyəti problemi ilə bağlı araşdırmalara daha çox üstünlük verirdi.
Məhəmməd Allahverənov
Məhəmməd Arif
Məhəmməd Arif (ind. Məhəmməd Arif, 1976, Tanjunq Pinanq[d] – 1 yanvar 2021, Tanjunq Pinanq[d]) — İndoneziya siyasi xadimi. 2004-cü ildə Xalq Məşvərət Məclisinə seçildi. Riau adalarını təmsil etdi. İndoneziyanın Tanjungpinang şəhərində anadan olub. Arif, 1 yanvar 2021-ci ildə 44 yaşında Tanjungpinangda ürək tutmasından öldü.
Məhəmməd Ariphacıyev
Məhəmməd Arifhacıyev (23 sentyabr 1977) — Azərbaycanı və Belarusu təmsil edən boksçu. Məhəmməd Arifhacıyev 2000-ci ilin mayında Finlandiyanın Tampere şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı. Birinci görüşdə Yunanıstan nümayəndəsi Mihalis Aslanidis üzərində 5:0 hesabı ilə qələbə qazanan Məhəmməd Arifhacıyev növbəti görüşdə Fransa nümayəndəsi Cehson Çaneta gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə 5:6 hesabı ilə məğlub oldu və Avropa Çempionatını beşinci pillədə başa vurdu. Həmin il Məhəmməd Arifhacıyev Azərbaycanı Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil elədi. -91 Kq. turnirindəm übarizə aparan Məhəmməd Arifhacıyev olimpiadanın 1/8 final mərhələsində Almaniya nümayəndəsi Sebastian Köber ilə üz-üzə gəldi. Sentyabrın 21-də gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Məhəmməd Arifhacıyev rəqibinə 4:10 hesabı ilə məğlub oldu və olimpiadanı doqquzuncu pillədə başa vurdu. Olimpiadadan sonra Məhəmməd Arifhacıyev Belarus yığmasının heyətinə cəlb edildi. 2001-ci ilin iyununda Şimali İrlandiyanın Belfast şəhərində baş tutan Dünya Çempionatını və 2002-ci ilin iyulunda Rusiyanın Perm şəhərində baş tutan Avropa Çempionatını Məhəmməd Arifhacıyev beşinci pillələrdə başa vurdu. 2003-cü ildə isə Məhəmməd Arifhacıyev Tailandda baş tutan Dünya Çempionatının gümüş medalına sahib oldu.
Məhəmməd Atta
Məhəmməd Məhəmməd əl-Əmir Avad əl-Səyid Atta (ərəb. محمد محمد الأمير عوض السيد عطا‎; 1 sentyabr 1968, Kafr əl-Şeyx – 11 sentyabr 2001, Dünya Ticarət Mərkəzi, Nyu-York ştatı) misirli terrorçu və ABŞ-nin dörd ticarət təyyarəsinin xüsusi mülki və hərbi hədəfləri məhv etmək niyyəti ilə hazırlanmış 11 sentyabr hücumlarının liderlərindən biri. Planlanmış hücumlar çərçivəsində Dünya Ticarət mərkəzinin Şimal Qülləsinə çırpılan Amerika Hava Yolları reys 11-in qarətçi pilotu vəzifəsini icra etmişdir. 33 yaşında, planlanmış hücumlarda iştirak edən 19 terrorçudan ən yaşlısı idi. Misirdə anadan olub böyüyən Atta 1990-cı ildə Qahirə Universitetində memarlıq təhsili aldı və Almaniyada Hamburq Texnologiya Universitetində təhsilini davam etdirdi. Hamburqda Əl-Quds məscidinə qatılan Atta, orada Hamburq radikal qrupunu yaradaraq Mərvan əl-Şəhhi, Rəmzi bin əl-Şibh və Ziyad Cərrahla görüşdü. Atta 1995-ci ildə Həcc ziyarətinə gedərək uzun müddət Almaniyada görünmədi. 1999-cu ilin sonu 2000-ci ilin əvvəllərinədək Əfqanıstanda Üsamə bin Laden və digər əl-Qaidə liderləri ilə görüşdü. Məhəmməd Atta və digər radikal qrup üzvləri planlanmış hücum üçün Bin Laden tərəfindən işə götürüldü. Atta 2000-ci ilin fevral ayında Hamburqa qayıtdı və ABŞ-də uçuş təhsili haqqında məlumatlar toplamağa başladı.
Məhəmməd Axundov
1951-ci il mayın 24-də Bakıda anadan olub 1958-1968-ci illərdə 150 saylı Bakı şəhər orta məktəbdə oxuyub 1968-1973-ci illərdə BDU-nun Mexanika-riyaziyyat, Tətbiqi riyaziyyat və kibernetika fakültələrində «Mexanika» ixtisası üzrə təhsil alıb Ailəlidir, iki övladı var 1968-1973, tələbə, Mexanika-riyaziyyat fakültəsi, BDU 1977, f.r.e.n., «Elastiki anizotrop ikirabitəli yarımmüstəvi üçün əsas sərhəd məsələləri» 1991, f.r.e.d., «Zədələnən irsi mühitlərin deformasiyalanması və dağılması 1992 - 2013professor, Nəzəri mexanika və bütöv mühit mexanikası kafedrası, Mexanika-riyaziyyat fakültəsi, BDU. 1985-1992 dosent, Nəzəri mexanika və bütöv mühit mexanikası kafedrası, Mexanika-riyaziyyat fakültəsi, BDU. 1980-1985 baş müəllim, Nəzəri mexanika kafedrası, Mexanika-riyaziyyat fakültəsi, BDU. 1979-1980 baş elmi işçi, Yarımkeçiricilər fizikası laboratoriyası, BDU. 1974-1979, assistent, Nəzəri mexanika kafedrası, Mexanika-riyaziyyat fakültəsi, BDU. 1973-1974, baş mühəndis, Nəzəri mexanika kafedrası, Mexanika-riyaziyyat fakültəsi, BDU. Apardığı dərslər: Nəzəri mexanika, Bütöv mühit mexanikası, Materiallar müqaviməti, Elastiklik və plastiklik nəzəriyyəsi 111 məqalənin və iki kitabın müəllifidir. 10 elmi namizədi hazırlayib. • Deformasiya olunan bərk cisimlər Reaksiyaya malik olan bərk cismin modeli və onun biomexanikanın dinamik məsələlərinə tətbiqi. 1985 Kompozit strukturların deformasiyalanmasının və səpələnmiş dağılmasının mexanizmi. 1992 Zadələnən laylı sistemlərin qeyri elastiki dağılmasının geyri xətti dinamikası. 1995 Zadələnən anizotrop mühitdə magistral çatın yayılması. 1998 Anizotrop nazimçarxın səpələnmiş dağılması. 2005 Bioelastiki cismin qeyri xətti modeli. 2007 1995, Riqa, Latviya: «Kompozit materiallar mexanikası», IX Beynəlxalq konfrans 1998, S.Peterburq,Rusiya:Beynəlxalq konfrans «Yeraltı şəhər: qeotexnoloqiya və memarlıq» 2000, Moskva, Rusiya: Qeotexnikada kompyutor üsullarının tətbiqinə aid Beynəlxalq konfrans 2001, İstanbul,Türkiyə: «Qrunt mexanikası və mühəndis qeotexnikası», XV Beynəlxalq konfrans 2003, Azov, Rusiya: Elastiklik nəzəriyyəsi üzrə III Ümümrusiya konfrans 2006, Riqa, Latviya: «Kompozit materiallar mexanikası» XIV Beynəlxalq konfrans 2008, Riqa, Latviya: «Kompozit materiallar mexanikası» XV Beynəlxalq konfrans 1. Çoxrabitəli quraşıq elastiki mühit məsələlərinin həlli üsulları.
Məhəmməd Ağabəyzadə
Sadıq bəy Ağabəyzadə və ya Məhəmməd Sadıq Ağabəyzadə (15 mart 1865, Göyçay, Şamaxı qəzası – 9 oktyabr 1944, Lvov) — general-mayor, şərqşünas alim, Azərbaycan polisinin qurucusu və islahatçısı, Azərbaycan Demokratik Respublikasının Daxili işlər nazirinin müavini. Sadıq bəy Ağabəyzadə 1865-ci il mart ayının 15-də Bakı quberniyasının Göyçay şəhərində dünyaya gəlmişdir. 1883-cü ildə Bakı Real Məktəbini bitirmişdir. 1886-cı ildə Peterburq Hərbi Piyada və Artilleriya Məktəbini (II Konstantinov hərbi məktəbi) bitirmişdir. O eyni zamanda Hərbi Nazirliyin Baş qərargahının Şərq dilləri kursunda qiyabi oxumuşdur. 1886-cı ildə, Qafqazda podporuçik (çar ordusunda hərbi rütbə) rütbəsində xidmət etməyə başlamışdır. 10 il keçdikdən sonra, 1896-cı ildə imtahanlarını müvəffəqiyyətlə vermiş, Baş ştab nəzdində, Sankt-Peterburq şəhərində Şərq dilləri institutuna qəbul olunmuşdur. Həmin institutu bitirdikdən sonra, 1899-cu ildə hərbi xidmət keçmək üçün Türküstan vilayətinə göndərilmişdir. 1913-cü ildə xəstəliyinə görə general-mayor rütbəsində təqaüdə çıxaraq, Göyçaya qayıdan Ağabəyzadə Birinci dünya müharibəsi başladıqdan sonra yenidən orduya səfərbər edilmişdir. O, Türkmənistanda, hərbi xidmət keçdiyi müddət ərzində, bir şəqşünas alim kimi xalq rəvayətlərinin, dastanlarının və əfsanələrinin toplanması ilə məşğul olmuşdur.
Məhəmməd Ağaoğlu
Məhəmməd Ağaoğlu (ing. Mehmet Aga-Oglu; 24 avqust 1896, İrəvan, İrəvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası – 4 iyul 1949, Detroyt, Miçiqan, ABŞ) — alim-sənətşünas, filologiya elmləri doktoru, professor. Məhəmməd Ağa oğlu Ağayev 1896-cı il avqustun 24-də İrəvan quberniyasının mərkəzi İrəvan şəhərində ziyalı ailəsində anadan olmuşdur. İbtidai təhsilini burada mədrəsədə almış, sonra 1912-ci ildə gimnaziyanı bitirmiş və həmin il Moskva Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olmuşdur. Ağaoğlu burada qədim şərq incəsənət tarixi, ədəbi və fəlsəfi fikri ilə tanış olmuş və bu onda tədqiqatçılığa meyl oyatmışdır. O, 1916-cı ildə MDU-nu, 1926-cı ildə isə Vyana Universitetinin şərqşünaslıq fakültəsini bitirmişdir. MDU-nu bitirdikdən sonra Məhəmməd Ağaoğlu 1916-1919-cu illərdə şərq mədəniyyəti və islam incəsənətini öyrənmək üçün Türkiyə, Türkistan İran, İraq, Suriya və Orta Asiyaya səfər etmiş, filologiya elmləri üzrə doktorluq dissertasiyası müdafiə etdikdən sonra Bakıya köçmüşdür. 1920-ci ildə Türkiyəyə mühacirət etmiş, İstanbul Universitetinə daxil olmuşdur. Geniş erudisiyalı şərqşünas alim kimi tanınmış, Azərbaycan, ərəb, fars, rus, ingilis, alman, fransız, latın və yunan dillərini mükəmməl bilmişdir. Məhəmməd Ağaoğlu Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında, həmçinin həmin dövrdə mədəni quruculuq işlərində bır sıra maarif mədəniyyət və sənət ocaqlarının yaradılmasında, muzeyşünaslıq, qədim maddi mədəniyyət nümunələrini qorumaq sahəsində fəal çalışmışdır.
Məhəmməd Ağarəhimov
Məhəmməd Ağarəhimov (10 aprel 1899, Tiflis – bilinmir) — Cümhuriyyət tələbəsi. Məhəmməd Paşasadıq oğlu Ağarəhimov 10 aprel 1899-cu ildə Tiflis şəhərində doğulmuşdur. 1917-ci il sentyabr ayında Tiflisdəki İ.M.Maçaidze gimnaziyasına daxil olmuş və oranı 1918-ci ildə bitirmişdir. Şəxsi işində 1919-cu ildə notarius tərəfindən təsdiq edilmiş kamal şəhadətnaməsinin surəti var. Bu sənəddən aydın olur ki, Məhəmməd gimnaziyada rus, latın, alman, fransız dillərini mükəmməl öyrənmişdir. Riyaziyyat, həndəsə, fizika, geometriya, tarix, coğrafiya və başqa fənlərə yiyələnsə də, gürcü dili və Gürcüstan tarixi fənlərindən azad edilmişdir.
Cəlil Məhəmmədquluzadə
Cəlil Məmmədqulu oğlu Məmmədquluzadə (10 (22) fevral 1869, Naxçıvan – 4 yanvar 1932, Bakı) — Azərbaycan yazıçısı, dramaturq, jurnalist, ictimai xadim, tənqidi realist ədəbi cərəyanın, ilk mənzum alleqorik dram əsərinin banisi, yenitipli ictimai satiranın yaradıcısı, "Molla Nəsrəddin" ədəbi məktəbinin banisi və ideya rəhbəri. Azərbaycan ədəbiyyatında kiçik hekayənin böyük ustadı kimi tanınır. Cəlil Məmmədquluzadə həmçinin Azərbaycanda və Şərqdə ilk feminizm, qadınların və kişilərin hüquq bərabərliyi ideologiyasının əsasını qoymuş ictimai xadim hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Cəlil Məmmədquluzadə Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. Cəlil Məmmədquluzadə 10 (22) fevral 1869-cu ildə Naxçıvan şəhərində kiçik tacir ailəsində anadan olmuşdur. Bəzi mənbələrdə ədibin doğum tarixi 1866-cı il olaraq göstərilmişdir. Lakin son illərdə aparılmış tədqiqatlar Cəlil Məmmədquluzadənin 1869-cu ildə anadan olduğunu müəyyən etmişdir. Ədibin babası daşyonan, bənna Məşədi Hüseynqulu İran Azərbaycanın Xoy şəhərindən olub, sonralar Naxçıvana köçmüşdür. Atası Məmmədqulu Məşədi Hüseynqulu oğlu (1840–1905) ibtidai səviyyədə savadı olan dindar biri olmuşdur. O, ömrünü yoxsulluqla keçirmiş, elmə, maarifə rəğbət bəsləmişdir.
Dost Məhəmməd (Moğolustan xanı)
Dost Məhəmməd xan (Uyğurca: دوست‌محمد خان‎); 1440—1469) — Moğolustan hakimi, Əsən Buğa xanın oğlu. Atası Əsən Buğa xan Sultan Üveys xan oğlu 1462-ci ildə vəfat edəndən sonra hakimiyyətə yiyələndi. Onun Moğolustan taxtına əyləşməsində Duqlat tayfasının böyük yardımı olmuşdu. Dostməhəmməd xan 1469-cu ildə vəfat etdi. Акимушкин О. Ф. Средневековый Иран: Культура, история, филология. — СПб.: Санкт-Петербург "Наука", 2004. — С. 257-264. — 403 с. — (Восток: Общество, культура, религия). — 1200 экз.
Dost Məhəmməd (Sistan və Bəlucistan)
Dost Məhəmməd — İranın Sistan və Bəlucistan ostanının şəhərlərindən və Hirmənd şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,902 nəfər və 1,328 ailədən ibarət idi.
Dost Məhəmməd xan
Dost Məhəmməd xan (Əfqanıstan əmiri) — Əfqanıstan əmiri (1834-cü ildən). Dost Məhəmməd xan (Moğolustan xanı) — Moğolustan xanı.
Dost Məhəmməd xan (Moğolustan xanı)
Dost Məhəmməd xan (Uyğurca: دوست‌محمد خان‎); 1440—1469) — Moğolustan hakimi, Əsən Buğa xanın oğlu. Atası Əsən Buğa xan Sultan Üveys xan oğlu 1462-ci ildə vəfat edəndən sonra hakimiyyətə yiyələndi. Onun Moğolustan taxtına əyləşməsində Duqlat tayfasının böyük yardımı olmuşdu. Dostməhəmməd xan 1469-cu ildə vəfat etdi. Акимушкин О. Ф. Средневековый Иран: Культура, история, филология. — СПб.: Санкт-Петербург "Наука", 2004. — С. 257-264. — 403 с. — (Восток: Общество, культура, религия). — 1200 экз.
Dost Məhəmməd xan (Əfqanıstan əmiri)
Əmir Dost Məhəmməd Xan Barakzay (eləcə də Əmir Dostməhəmməd xan; 23 dekabr 1793, Qəndəhar, Dürranilər İmperiyası – 9 iyun 1863, Herat, Əfqanıstan əmirliyi) — .tənəzzülü ilə 1826-cı ildə Əfqanıstan əmiri oldu. O, Payandə xanın 20-ci oğludur. Anası Cavanşir tayfasındandır. Barakzay tayfasının başçısı idi. 1818-ci ildə Dürranilər sülaləsi süquta uğrayandan sonra Payəndə xan Barakzay hökuməti ələ keçirib, Barakzaylar sülaləsinin əsasını qoydu və 1827-ci ilədək iqtidarda oldu. 1834-cü ildə isə Dostməhəmməd xan iqtidara yiyələndi.
Dərviş Məhəmməd xan
Dərviş Məhəmməd xan (1524 – 1551, Şəki) — Şəki hökmdarı (1524-1551). Atası Həsən sultanın Gürcü çarı ilə döyüşdə həlak olmasından sonra Şəki əhalisi onu "hökumət taxtına əyləşdir"mişdi. Dərviş Məhəmməd xan 1538-ci ildə Buğurt qalasını mühasirəyə almış qızılbaşlara gecə basqınları etsə də, az sonra onlarla münasibətləri yaxşılaşdıra bilmiş və hətta I Şah Təhmasibin bacısı ilə evlənmışdi. 1549-cu ildən etibarən isə Dərviş Məhəmməd xan ilə Səfəvilər dövləti arasında münasibətlər yenidən pisləşməyə başladı. Belə ki həmin ildə Şah Təhmasib Şəkiyə cəza dəstəsi göndərərmiş və bu ölkəni qarət etdirmişdi. 2 il sonra, 1551-ci ildə isə Şah Təhmasib özü böyük bir ordu ilə Şəki hökmdarlığının ərazisinə daxil oldu. Şəki ordusu ilə ilk toqquşmada qızılbaşlar qalib gəldilər və Şəkinin ən məşhur sərkərdələrindən birini əsir götürdülər. Daha sonra isə onlar Şəki hökmdarlığının üç əsas istehkamını eyni vaxtda mühasirəyə aldılar. Həmin istehkamlardan Dərviş Məhəmməd xanın sığındığı "Gələsən-Görəsən" qalası istisna olmaqla, digər ikisinin müdafiəçiləri 20 günlük inadlı müqavimətdən sonra təslim olmağa məcbur edildi. Bundan sonra Dərvişməhəmməd xan bir gecə 400 nəfərlə "Gələsən-Görəsən"dən çıxdı.
Elmira Məhəmmədova
Elmira Məhəmmədova (11 fevral 1972, Mahaçqala) — 1995–1996-cı illərdə Azərbaycanı təmsil edən qadın güləşçi. Elmira Məhəmmədova 1995-ci ildə Rusiyada baş tutan Dünya Çempionatında mübarizə apardı və turnirin nəticələrinə əsasən 14 idmançı sırasında çempionatını 8-ci pillədə başa vurdu. 1996-cı ildə isə Elmira Məhəmmədova Norveçin Oslo şəhərində baş tutan Avropa Çempionatının bürünc medal uğrunda görüşündə Norveç nümayəndəsi İne Barli üzərində qələbə qazanaraq Avropa Çempionatının bürünc medalına sahib oldu. Bununla da Elmira Məhəmmədova həm də Avropa Çempionatının medalına sahib olan birinci azərbaycanlı qadın güləşçi oldu. 24 yaşında idmanla vidalaşan Elmira Məhəmmədova hal-hazırda Rusiyada məşqçi olaraq çalışır. Onun yetirməsi Zamirə Rəhmanova 2011-ci il Dünya Çempionatının qalibi olub.
Eyvaz Məhəmmədhəsənov
Eyvaz Məhəmmədhəsənov (Eyvaz İmamverdi oğlu Məhəmmədhəsənov) — Qazaxıstan Azərbaycanlıları Assosiasiyası sədrinin regionlar üzrə müavini, Qazaxıstan Xalqları Assambleyasının üzvü. Eyvaz Məhəmmədhəsənov 1958-ci ildə martın 2-də Qazaxıstan Respublikasının Canbul vilayətinin Tolebi rayonunun Jana Jol (Yeni-Yol) kəndində çoxuşaqlı (11 uşaq olublar) ailədə dünyaya göz açıb. Həmin kənddə Panfilov adına orta məktəbdə təhsil alıb. Atası Məhəmmədhəsənov İmamverdi Kəlbi oğlu 1925-ci ildə Masallı rayonunun Qızılağac kəndində anadı olub. Ailəsi 1937-ci ildə Azərbaycanın Masallı rayonunun Qızılağac kəndindən Qazaxıstana sürgün olunub. Atası Böyük Vətən Müharibəsi iştirakçısı olub. SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanına əsasən 1948-ci il martın 28-də İmamverdi Məhəmmədhəsənov Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. 1999-cu ildə Qazaxıstanda dünyasını dəyişib. Tolebi rayon mərkəzində onun büstü qoyulub, o cümlədən adına küçə verilib. Eyvaz Məhəmmədhəsənov 1976-cı ildə hərbi xidmətini Ukraynanın Kiyev şəhərində başa vurduqdan sonra Almatı şəhərinə qayıdıb.
Fateh Sultan Məhəmməd
II Mehmed və ya Fateh Sultan Mehmed (osman. السلطان الغازي محمد الثاني الفاتح Mehmed-i Sani; 30 mart 1432, Ədirnə – 3 may 1481, Gəbzə, Kocaeli ili) — 7-ci Osmanlı padşahı. II Mehmed, 21 yaşında İstanbulu fəth edərək 1000 illik Bizans imperiyasına son verdi və bu hadisə bir çox tarixçi tərəfindən Orta Çağın sonu Yeni Çağın başlanğıcı olaraq qəbul edildi. Fəthdən sonra Fəthin Atası mənasını verən "Əbül-Fəth" (Osmanlı türkcəsi ilə ابو الفتح), daha sonrakı dövrlərdə isə "Çağ Açan Hökmdar" və "Kayser-i Rum" (Roma imperatoru, Osmanlı türkcəsi: قیصر روم) ünvanları ilə anıldı. Fateh, İslam Peyğəmbəri Məhəmmədin bir hədisinə nail olduğu üçün indiki vaxtda Türkiyə və İslam dünyasının geniş bir hissəsində "qəhrəman" olaraq qəbul edilməkdədir. 30 mart 1432-ci ildə bazar günü şəfəq vaxtında Ədirnədə dünyaya gəlmişdir. II Muradın dördüncü oğludur. Anası Hüma Xatun, tarixçi Babinger və yazar Lord Kinross'a görə müsəlman olmayan bir kölədir. Mehmed iki yaşına qədər Ədirnədə qaldıqdan sonra 1434-cü ildə süd anası və böyük qardaşı Ələddin ilə birlikdə 14 yaşındakı böyük qardaşı Əhmədin Rum sancaqbəyi olduğu Amasyaya göndərildi. Burada böyük qardaşı Əhmədin erkən yaşda ölməsi üzərinə Mehmed altı yaşında Rum sancaqbəyi oldu.
Fatimə bint Məhəmməd
Fatimə (ərəb. فاطمة ‎) və ya Fatimeyi-Zəhra (ərəb. فاطمة الزهراء‎) (tam adı: Fatimə binti Məhəmməd əl-Haşimi əl-Qüreyşi; ən tezi 604 və ən geci 604, Məkkə, Hicaz – 14 dekabr 632, Mədinə, Hicaz, Səudiyyə Ərəbistanı) — Müsəlmanların sonuncu peyğəmbəri Məhəmməd peyğəmbərin birinci həyat yoldaşı Xədicədən olan qızı, Məhəmməd peyğəmbərin əmisi oğlu IV Raşidi xəlifə, şiələrin I imamı və xəlifəsi, II məsumu Əli ibn Əbu Talibin həyat yoldaşı, şiələrin II və III imamları Həsən ibn Əli və Hüseyn ibn Əlinin anası. Əhli-beytin 5 üzvündən biri. Fatimə Nəcran nəsranilərilə edilən Mübahilə günündə Məhəmmədin yanında olan yeganə qadındır. O, Əbu Bəkrə beyət etməmiş və ona qarşı çıxmışdır. Fədəkiyyə xütbəsində Fədəyin qəsbi və Əlinin xilafətini müdafiə etməsi məşhurdur. Fatimə Məhəmmədin vəfatından sonra, Cəmadiyəlaxir ayının 3-cü günü hicri-qəməri 11-ci ildə Mədinədə dünyasını dəyişib, gecə, gizlicə dəfn edilib. Fatimə məşhur ərəb qadınlarındandır. İbn Tayfur (ö.
Fərid Məhəmmədşin
Fərid Xeyrulla oğlu Məhəmmədşin (tatar. Фәрит Хәйрулла улы Мөхәммәтшин; d. 22 may 1947) — rus dövlət və siyasi xadimi. Tatarıstan Respublikası Dövlət Şurasının sədri (27 may 1998-ci ildən). Siyasət elmləri doktoru (2001). Fərid Xeyrulla oğlu Məhəmmədşin 22 may 1947-ci ildə Tatarıstanın Əlmət şəhərində anadan olub. Əmək fəaliyyətinə 1963-cü ildə Əlmətdə benzin istehsal edən zavodda trestində avtonəqliyyat bürosunun sürücüsü kimi başlayıb. 1966—1968-ci illərdə Sovet ordusunda xidmət edib. 1968—1970 illərdə — "Almetyevneft" neft mədənləri idarəsində çilingər işləyib. 1972-ci ildə — Əlmət qaz sənayesi texnikumunu bitirib.
Fəzl bin Məhəmməd
I Fəzl bin Məhəmməd (v. 1031, Gəncə) — 985–1031–ci illərdə Aran əmiri olmuşdur. Fəzl sikkə kəsdirən ilk şəddadi əmiridir. Zərbxanası əvvəl Partavda (Bərdə) idi. Daha sonra Gəncəyə köçürüldü. Fəzl bin Məhəmməd Rəvvadilərlə mübarizə aparmaq üçün Araz çayı üzərində körpü tikmişdir. İbn əl-Əsirə görə, Fəzl 1030-cu ildə xəzərlərə qarşı ekspedisiya aparmışdır, xəzərlərdən 10 min nəfər öldürülmüşdür. Xəzər xaqanlığı 969-cu ildə ruslar tərəfindən darmadağın edildiyinə görə bu xəzərlərin Qafqazda onların xələfləri kimi qıpçaqlar və ya peçeneqlər tərəfindən idarə edildikləri və ya İbn əl-Əsirin səhv etdiyi və ya "xəzərlər" sözünün çöldə yaşayan insanlar üçün ümumi bir termin olaraq istifadə edildiyi aydın deyil. Fəzl 1031-ci ildə ölür və onun yerinə hakimiyyətə oğlu Əbülfəth Musa gəlir. 4 övladı vardı: Musa Əbüləsvar Şavur Əskuya Sitt bint Fəzl - Şirvanşah I Mənuçöhr ilə evlənmişdi.
Fəzl İbn Məhəmməd
III Məhəmməd Buğra xan
Məhəmməd bin İbrahim xan Qaraxani - Şərqi Qaraxanilər dövlətinin xaqanı. 1156. ildə atası II İbrahim Buğra xanın ölümündən sonra hakimiyyətə gəlmişdir.
III Məhəmməd ibn Əbdürrəhman
III Məhəmməd və ya Məhəmməd ibn Əbdürrəhman (ərəb. محمد بن عبد الرحمن بن عبيد الله‎) (d. 976 - ö. 1025) — 11. Kordova xəlifəsi. İbn Hazm, Cemhere (nşr. Abdüsselâm M. Hârûn), Kahire 1982, s. 101. Humeydî, Ceẕvetü’l-muḳtebis, Kahire 1966, s. 25-26.
III Məhəmməd xan
Məhəmməd xan ibn Əbdürrəşid xan (1538, Yarkənd – 1610) — Yarkənd xanlığının hakimi. Əbdülkərim xanın vəfatından sonra yerinə keçən, qardaşı Məhəmməd xan (1591–1610), qardaşı oğlu Əbdürrəhim xanı Çalış- Qaşqar — Turfan yörələrinə əsas vali olaraq göndərir. Bu arada Əbdürrəşid xanın nəvələrindən Xudanbəndə sultanın, Qazaxların lideri Təvəkə xanın yardımıyla Çalış və Turfanı işğal etməsi ölkədə var olan siyasi hüzursuzluğu daha da artırmışdır. Çətin duruma düşən Əbdürrəhim xan, əmisi Məhəmməd xandan yardım istəyincə, kalmıklara müraciət edərək Xudabəndə sultanın ölkədən çıxarılmasını istədi. Kalmıkların bir istəyə uyması üzərinə Xudabəndə sultan keçici bir müddət üçün ələ keçirdiyi Çalış və Turfandan çıxarıldığı kimi özü də yaxalanaraq Əbdürrəhim xana təslim edildi. Sonunda ruhani olan bir şəxsin ricası ilə Xudabəndə sultan sərbəst buraxılmış və Yarkənd yörəsinə göndərilmişdir. Bu arada Kalmıklarla dostluğu irəlilədən Əbdürrəhim xan, Kalmık öndəri Düreng Tayşinin qızı ilə evlənərək onlarla qohumluq qurmuşdur. Əbdürrəhim xanın Kalmık xanımından dünyaya gələn oğlu Abdulla irəlidə Şərqi Türkistana son parlaq dövrünü yaşadacaqdır.
II Mirzə Məhəmməd xan
II Mirzə Məhəmməd xan (1770, Bakı – 1836, Quba) — Bakının beşinci xanı. II Mirzə Məhəmməd Xan 1770-ci ildə Məlik Məhəmməd xan və Quba xanı Fətəli xanın bacısı Xədicə Bikənin ailəsində anadan olmuşdur. Bakı xanlığının qurucusu olan babası Mirzə Məhəmməd xanın adıyla adlandırıldı. Atası həcc ziyarətinə getdiyi və taxt-taca anası tərəfindən naibə olduğu zaman taxta çıxdı. Fətəli xan rus qarnizonunu Mirzə Məhəmmədin yerinə 1785-ci ildə Bakıda yerləşməyə dəvət etdi,nəticədə onun hakimiyyəti xanlığın Qubaya tam qoşulmasının şahidi oldu. Lakin Fətəli xan sonrakı hərbi kampaniyalardan əvvəl 22 mart 1789-cu ildə Bakıda vəfat etdi. 1791-ci ildən sonra Qubalı Əhməd xanlə Mirzə Məhəmməd arasında münasibətlər gərginləşdi. Fətəli xanın vəfatından sonra Mirzə Məhəmmədin əmisi olan Məhəmmədqulu ağa həm Əhməd xanın, həm də Mirzə Məhəmmədin təcrübəsizliyindən istifadə edərək Bakı xanlığını qəsb etməyə çalışdı. Əhməd xanı xanlığına layiq olacağı təqdirdə sədaqətinə əmin etdi. Əhməd xan Məhəmmədqulu ağanı taxta çıxartmaq üçün Bakıya bir ordu göndərdi.
II Məhəmməd (Dərbənd əmiri)
II Məhəmməd - Dərbənd Haşimiləri sülaləsindən olan 7ci müstəqil Dərbənd əmiridir. Sıra sayına görə isə doqquzuncudur. Qardaşının ölümündən sonra əmir olmuşdu. Cəmi 10 ay, 18 gün hakimiyyətdə qaldı. Dekabrda qardaşı Maymunun bir qulamı tərəfindən Cihad qapısı yaxınlığında öldürüldü.
II Məhəmməd (Səfəvi hökmdarı)
Şah II Məhəmməd (1772 −1796) — Səfəvi şahzadəsi, Səfəvi şahı. Şah II Məhəmməd Şah II Təhmasibin qız nəvəsi İsmət sultan Səfəvidəndir. Atası Seyid Murtuz Şah Sultan Hüseyn'in oğludur. 1773-cü ildə Şah III İsmayılın ölümündən sonra o qanuni İran şahı təyin edildi. Şah olduqdan sonra qohumu Haşim mirzə Səfəviyə toxunmadı. Onun himayəarı Ağa Məhəmməd xan Qacar idi. Şah Hindistan səfərində qəfildən ölmüşdür.
II Məhəmməd (Xarəzm hökmdarı)
Ələddin Məhəmməd Xarəzmşah — Xarəzmşahların sonuncu nümayəndələrindən olan Əlaəddin Məhəmmədin dövrü dövlət üçün önəmli dövrlərdən sayılır. Hakimiyyətinin ilk dövrlərində Xarəzmşahlar dövləti sürətlə inkişaf etsə də, hakimiyyətinin son dövründə eyni sürətlə də zəifləmişdir. Dövlətin yüksəlişində ordunun, siyasi və idarəetmə fəaliyyətinin, işğalların təsiri böyük olmuşdur. Xarəzmşahın hakimiyyətinin son dövrlərində isə dövlətin dərin böhran keçirməsinə səbəb sultanın şəxsi xüsusiyyətlərində olan mənfi xarakterlər, işğal edilmiş ölkələrin xalqlarına qarşı hakimiyyətin rəftarının yaxşı olmaması, xəlifə Ən-Nasirə qarşı həyata keçirilən mənasız güc mübarizəsi və nəhayət monqol hücumu ehtimalına qarşı ağıllı bir siyasətin tətbiq edilməməsi olmuşdur. Mənbələrdə şahzadəlik dövrü haqqında məlumat demək olarki yoxdur. 1197-ci ildə vəliəhd qardaşı Nəsrəddin Məlikşahın ölümündən sonra vəliəhd seçilərək onun yerinə 1200-cü ilə qədər Xorasana hakimlik etmişdir. 1200-cü ildə atası Xarəzmşah Təkişin əmri ilə İsmaililərə qarşı hücuma keçmiş və Turşizi mühasirəyə almışdır. Həmin ildə də atasının ölümü xəbərini almışdır və 100 min dinar qarşılığında mühasirəni dayandıraraq, paytaxta üz tutmuşdur. 1200-cü ilin avqustun 3-də taxta oturmuşdur. Əlaəddin Məhəmməd hakimiyyətinin ilk dövrlərində əyanların müqaviməti ilə üzləşdi.
II Məhəmməd Buğra xan
Məhəmməd bin Yusif xan Qaraxani - Şərqi Qaraxanilər dövlətinin xaqanı. 1055. ildə qardaşı Süleyman Arslan xanı öldürdükdən sonra hakimiyyətə gəlmişdir. Məhəmməd Buğra xanın həyat yoldaşı Xanısı xatun oğlu Xanzadə İbrahim xanı taxta çıxarmaq üçün böyük bir şənlikdə Məhəmməd Buğra xanı, ögey oğlu Xanzadə Hüseyn xanı və Qaraxanlı dövlətinin xanədan sülaləsinə mənsub bir neçə xanzadəni zəhərlədi. Bəzi Xanzadələr içərisində Xanzadə Mahmud xanda olmaqla başqa şəhərlərə qaçdılar, İbrahim Buğra xan taxta çıxdıqdan sonra adamlarına ölkənin hər bir qarışını axtarıb onları edam eləmələri göstərişini verdi. Bəzi Xanzadələr canlarını qutarıb başqa ölkələrə qaçdılar. Xanzadə Hüseyn xan Qaraxani Xanzadə İbrahim Buğra xan Qaraxani Xanzadə Mahmud Qaşqarlı– Xanzadə Hüseyn xan Qaraxaninin oğlu.
II Məhəmməd ibn Hişam
II Məhəmməd və ya Məhəmməd ibn Hişam (ərəb. محمد بن هشام بن عبد الجبار‎) (d. 976 - ö. 23 iyul 1010) — 4. Kordova xəlifəsi. Humeydî, Ceẕvetü’l-muḳtebis, Kahire 1386/1966, s. 17. İbnü’l-Kerdebûs, Târîḫu’l-Endelüs (nşr. Ahmed Muhtâr el-Abbâdî), Madrid 1971, s. 62.

Digər lüğətlərdə