NÖVBƏTİ

sif. [ ər. ]
1. Növbədə olan, növbə üzrə, birinci, ən yaxın olan. Növbəti məsələ. Növbəti vəzifə.
– Diktor, qocaman ifaçının adını xüsusi bir məhəbbətlə çəkərək konsertin növbəti nömrəsini elan edir. Ə.Bəbəlbəyli.

2. Müəyyən edilmiş vaxtda ardıcıl olaraq baş verən, müəyyən ardıcıllıqla olan, növbə üzrə icra edilən, sıra ilə gedən. Növbəti məzuniyyət. Məcmuənin növbəti nömrəsi. Növbəti çağırış.
– Ulduzun həyatındakı bu qəribə gecədən üç gün sonra, o, növbəti döyüşçünü atəş altından çıxarırkən birdən onun qolları sustaldı. Ə.Məmmədxanlı.
Növbəti məşğələlərdən biri idi. Ə.Vəliyev.

3. dan. Vaxtbavaxt baş verən, meydana çıxan (iş, hərəkət). Bu onun növbəti oyunlarından biridir.
NÖVBƏTÇİLİK
NÖVCAVAN
OBASTAN VİKİ
Cumanci: Növbəti səviyyə
Cumanci: Növbəti mərhələ
Cumanci: Növbəti səviyyə (ing. Jumanji: The Next Level) — film 2019-cu ildə ABŞ-də çəkilib. Macəra, fantastika, fantaziya və komediya janrlarındadır. == Məzmun == Spenser dostlarından gizli olaraq, əvvəlki filmin sonunda məhv edilən Jumanji video oyununun fraqmentlərini saxlayıb və babasının evinin zirzəmisində video oyunun konsolunun təmirinə başlayıb. Spenserin dostları onu ziyarətə gedərkən Spenserin itkin düşdüyünü və oyunun davam etdiyini aşkar edirlər. Dostları onu xilas etmək üçün yenidən Cumanciyə girməyə qərar verirlər. Bu zaman evdə olan Eddi (Spenserin babası) və Maylo Uoker səs-küy eşidirlər və onlar da təsadüfən oyuna daxil olurlar. Yeniyetmələr Eddi və Maylonun yeni oyundakı avatarlarına alışmalarına, Spenserin tapılmasına və yenidən Cumancidən qaçmasına kömək etməlidirlər. == İstinadlar == == Xarici keçidlər == Sony Pictures səhifəsi Cumanci: Növbəti mərhələ — Internet Movie Database saytında.
Azərbaycanda növbəti prezident seçkiləri
Azərbaycanda növbəti prezident seçkiləri — Azərbaycanda ən gec 2031-ci ildə keçiriləcəyi gözlənilən prezident seçkiləri. == Zəmin == === Növbədənkar seçkilər === Azərbaycanda 7 fevral 2024-cü ildə növbədənkənar prezident seçkiləri keçirilmiş, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev 92,12% səs toplayaraq öz seçki rekordunu yeniləmiş, 5-ci dəfə və 7 illiyinə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
Azərbaycanda növbəti bələdiyyə seçkiləri
Azərbaycanda növbəti bələdiyyə seçkiləri — Azərbaycanda yerli və seçkili idarəetmə orqanları olan bələdiyyələrə 2024-cü ildə keçiriləcək seçkilər. Bu Azərbaycanda bələdiyyələr üçün keçiriləcək sayca 6-cı ümumrespublika seçkisi olacaq. Seçkilər majoritar qaydada keçirilmiş və seçicilər tərəfindən seçkilərdə yalnızca bələdiyyə üzvləri seçiləcək. Qüvvədə olan qanunlara əsasən bələdiyyə sədrləri seçkilər nəticəsində formalaşmış bələdiyyələrin ilk iclasında seçilmiş bələdiyyə üzvləri tərəfindən seçilir. == Zəmin == Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əsasən son bələdiyyə seçkilərindən 5 il sonra, yəni səlahiyyət müddəti bitdikdən sonra növbəti bələdiyyə seçkiləri keçirilməlidir. Məcəlləyə əsasən bu tarix 2024-cü ilin dekabr ayında olmalıdır. Azərbaycan Respublikasının Milli Məclisinin Regional Məsələlər Komitəsinin 18 yanvar 2024-cü il tarixində keçirilmiş iclasında Yeni Azərbaycan Partiyası üzvü Siyavuş Novruzov seçkilərin 2024-cü ilin dekabr ayında keçiriləcəyini qeyd etmişdir. O, həmçinin, bələdiyyələrlə bağlı qanunvericiliyinim gözdən keçirilməli olduğunu, bələdiyyələrin saylarının nəzərdən keçirilməli olduğunu da söyləmişdir. Siyavuş Novruzov 1 fevral 2024-cü il tarixində verdiyi müsahibədə bələdiyyələrin saylarının azaldılmalı olduğunu, bələdiyyə sədrlərinin birbaşa xalq tərəfindən seçilməsi lazım olduğunu və namizədlik üçün lazım olan sənədlərin azaldılmasının lüzumlu olduğunu bildirmişdir. Fevral ayının sonunda Azərbaycan Prezidenti İlham Əliyev Milli Məclisə “Bələdiyyələrin birləşməsi, fəaliyyəti, ayrılması və ləğv edilməsi haqqında” qanun layihəsi daxil olub.
Azərbaycanda növbəti parlament seçkiləri
Azərbaycanda növbəti parlament seçkiləri — Azərbaycanda 2024-cü ilin noyabr ayında və ya 2025-ci ilin fevral ayında Azərbaycan Respublikasının Milli Məclisinin VII çağırış üzvlərinin seçilməsi üçün keçirilməsi gözlənən seçkilər. Majoritar seçki sistemi ilə keçirilən seçkilərdə Azərbaycan Respublkasının Milli Məclisinin 125 deputatının seçilməsi nəzərdə tutulur. == Zəmin == === COVID-19 pandemiyası === === II Qarabağ müharibəsi === === Boş qalan mandatlar === === Növbədənkənar prezident seçkiləri === === Müzakirələr === Son parlament seçkiləri növbədənkənar olaraq 9 fevral tarixində keçirildiyi üçün növbəti seçkilərin tarixi ilə bağlı daim müzakirələr olmuşdur. 2024-cü ilin ilk yarısında isə növbədənkənar seçkilər keçiriləcəyi iddia edilmişdir. Belə ki, Ədalət, Hüquq, Demokratiya Partiyası sədri deputat Qüdrət Həsənquliyev, Respublikaçı Alternativ Partiyası üzvü deputat Erkin Qədirli, partiyanın icraçı katibi Natiq Cəfərli, sabiq baş nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, sabiq deputat Abutalıb Səmədov, Azərbaycan Milli İstiqlal Partiyası sədri Arzuxan Əlizadə də anoloji fikirləri səsləndirmişdir. == Partiyalardakı vəziyyət == Son parlament və prezident seçkilərində Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası adı ilə iştirak etmiş partiya 16 mart 2024-cü il tarixində qurultay keçirərək adını Ədalət, Hüquq, Demokratiya Partiyası olaraq dəyişdirmişdir. Respublikaçı Alternativ Partiyası parlament seçkiləri ilə əlaqədar Seçki Qərargahı yaratmış və partiyanın Siyasi Komitəsinin üzvü Rəsul Cəfərov qərargahın sədri təyin edilmişdir. Qərargah partiya daxili ilkin seçki ilə (praymeriz) namizədlərin müəyyən olunması ilə bağlı işlər yürüdür. 1 aprel tarixində verilən məlumata görə partiya 16 nəfərin namizədliyini ilkin mərhələdə təsdiq etmişdir. Vətəndaş Həmrəyliyi Partiyası 50 seçki dairəsi üzrə namizəd olacaq şəxslərin siyahısını təsdiqləmişdir.
Cumanci: Növbəti mərhələ (film, 2019)
Cumanci: Növbəti səviyyə (ing. Jumanji: The Next Level) — film 2019-cu ildə ABŞ-də çəkilib. Macəra, fantastika, fantaziya və komediya janrlarındadır. == Məzmun == Spenser dostlarından gizli olaraq, əvvəlki filmin sonunda məhv edilən Jumanji video oyununun fraqmentlərini saxlayıb və babasının evinin zirzəmisində video oyunun konsolunun təmirinə başlayıb. Spenserin dostları onu ziyarətə gedərkən Spenserin itkin düşdüyünü və oyunun davam etdiyini aşkar edirlər. Dostları onu xilas etmək üçün yenidən Cumanciyə girməyə qərar verirlər. Bu zaman evdə olan Eddi (Spenserin babası) və Maylo Uoker səs-küy eşidirlər və onlar da təsadüfən oyuna daxil olurlar. Yeniyetmələr Eddi və Maylonun yeni oyundakı avatarlarına alışmalarına, Spenserin tapılmasına və yenidən Cumancidən qaçmasına kömək etməlidirlər. == İstinadlar == == Xarici keçidlər == Sony Pictures səhifəsi Cumanci: Növbəti mərhələ — Internet Movie Database saytında.
Cumanci: Növbəti səviyyə (film, 2019)
Cənubi Qafqaz regionunda etno-siyasi münaqişələrdə növbəti тəxribat (Kitab)

Digər lüğətlərdə