NANKOR

sif.is. [ fars. ] Yaxşılıq bilməyən, haqq-say itirən, yaxşılığı yerə vuran, duz-çörək itirən.
[Şeyx Hadi:] Mərvan! Görmədim mən sənin qədər nankor; Bir gözün kor deyil ki, vicdan kor! H.Cavid.
[Gileygüzarov:] Mən bu hekayəni övladlarını başlıbaşına buraxmış nankor atalar əleyhinə yazmışam. S.Rüstəm.

Sinonimlər (yaxın mənalı sözlər)

  • NANKOR NANKOR (yaxşılıq bilməyən, duz-çörək itirən adam) Bacın, qardaşındır, saxlayacaqsan; Canın da çıxacaq, nankor uşaqsan (M
  • NANKOR naşükür

Etimologiya

  • NANKOR Farscadır, nan “çörək”dir, kor isə “pis” deməkdir. “Çörəyə pis baxan, çörək itirən” deməkdir. (Bəşir Əhmədov
NANIX
NANKORLUQ
OBASTAN VİKİ
Nankor (mahnı)

Digər lüğətlərdə