NAXƏLƏF

sif. [ fars. na… və ər. xələf] Əcdadına, əslinə, əsli-nəsəbinə layiq olmayan. Naxələf övlad.
– Cahıllıq zamanı keçibdir əgər; Yenə yüz naxələf oğlana dəyər. Q.Zakir.
Ax, naxələf oğlum, nə yaman eşqə düşübsən; Ey kaş, usanaydın! M.Ə.Sabir.

// İs. mənasında.
Sanki bu sözlərin ixtiyarı oğlunda, o naxələfin əlində idi. Mir Cəlal.
Aşıq sözü şirin olur, o çalsın; Naxələfi doğan ana qocalsın. R.Rza.

// Çörəkitirən, nankor, naşükür.
□ Naxələf olmaq (çıxmaq) – nankor çıxmaq, yaxşılığı itirmək, çörək itirmək, nanəcib çıxmaq.
El bilir, uşaqlıqdan o, naxələf olmayıb. S.Rüstəm.
[Pərzad:] Məni öldürün, mən naxələf oldum… Mir Cəlal.
[Bayramın] kürəkəni naxələf çıxdı. Ə.Vəliyev.

Etimologiya

  • NAXƏLƏF Xələf ərəbcədir, na isə farsca inkarlıq bildirir. Xələfə (valideynlərə) uyğun olmayan, “zay” deməkdir
NAXAH
NAXƏLƏFLİK

Digər lüğətlərdə

же́ртвенно зо́лото обрюха́теть огры́зок перевести́ прутово́й сокруша́ть трос уговори́ть шаль бессчётно бродя́жничество невозмо́жное перечеркну́ть худо́жество ча́лка чихирица carrion Northern Territory packet replacement prescribe soonish консервативность обои правовед