Nereida (peyk)
Nereida — Neptunun üçüncü ən böyük peykidir. O yüksək ekssentrikli orbitə malikdir. Bu peyk 1949-cu ildə Cerard Koyper tərəfindən kəşf edilmiş Neptunun ikinci peyki idi.
Nereida Cerard Koyper tərəfindən 1 may 1949-cu ildə Makdonald Rəsədxanasında 82 düymlük teleskopla çəkilmiş foto lövhələrdə kəşf edilmişdir. O, öz kəşfinin hesabatında peykə ad təklif etmişdir.Peyk Yunan mifalogiyasında dəniz nimfalarının və Neptun allahının növbətçilərinin adını daşıyır. O Voyacer 2 zondunun gəlişindən əvvəl kəşf edilmiş Neptunun ikinci və sonuncu peyk idi.
Nereida Neptunun orbitində planetin hərəkət istiqamətində ondan 5,513,400 km (orta məsafə) məsafədə dövr edir. Peyk yüksək ekssentrisitetə (0.7507) malik olduğundan onun planetə maksimum yaxınlaşması 1,372,000 km və maksimum uzaqlaşması 9,655,000 km-dir.
Qeyri-adi orbitə malik olması onu göstərir ki, peyk Neptun tərəfindən cəzb olunaraq tutulmuş bir asteroid, Koyper qurşağına aid bir obyekt və ya Neptunun ən böyük daxili peyki olan Tritonun təsiri ilə orbitini dəyişmiş neptunun daxili peyklərindən biri ola bilər.
1991-ci ildə Nereida fırlanma dövrünün təxminən 13.6 saat olduğu təyin edilmişdir.