Noxuddağ - Babək rayonu ərazisində dağ (hünd. 1677,6 m). Nehrəm platosunun cənub-qərb kənarında yerləşən ən yüksək zirvə. Arazın sol sahilində, Gülüstan kəndindən 12 km-dək qərb-şimal-qərbdədir. Üst Triasın Karni və Nori mərtəbələrinə aid Tənənəm lay dəstəsinin dolomitləri və dolomitli əhəngdaşılarından təşkil olunmuş, zirvəsi yastı kəsik konus formalı yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Culfa seqmentini təşkil edən antiklinal qalxımın şimal-şərq qanadında yerləşir. [1]
Noxuddağ | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 1677,6 m |
Yerləşməsi | |
39°00′38″ şm. e. 45°27′41″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | |
|