Xatirə Nurgül
Xatirə Nurgül (2 avqust 1981, Bakı) — Azərbaycan şairi, tərcüməçi. Azərbaycan Yazıçılar Birliyinin üzvü
== Həyatı ==
Xatirə Nurgül 2 avqust 1981-ci ildə Bakı şəhərində anadan olmuşdur. Bakı şəhəri 172 saylı orta məktəbi bitirmişdir. İxtisasca hüquqşünasdır.
== Fəaliyyəti ==
1998-ci ildən dövrü mətbuatda dərc olunur. "Azərbaycan" , "Ulduz" jurnallarında, "Kaspi", "Ədəbiyyat" qəzetlərində şeirləri, tərcümələri, araşdırma və esseləri çap edilmişdir. 2003-cü ildə "Vektor" Beynəlxalq Elm Mərkəzində "Göyərçin yuxusu" adlı şeirlər kitabı işıq üzü görmüşdür. 2009-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
2003-cü ildə "Vektor" BEM-in "İlin ən yaxşı şeiri", 2004-cü ildə Gənclər Nazirliyinin "İlin gənc şairi" mükafatına layiq görülmüş, 2005-ci ildə QAT-ın "Qarabağ harayı" müsabiqəsinin qalibi olmuşdur.
== Şeir kitabları ==
"Göyərçin yuxusu", şeirlər, Bakı, Vektor.