OVMAQ
OVSUNÇU
OBASTAN VİKİ
Ovsun
Sehr (lat. magia, yun. μαγικός — sehrbazlıq) — uydurma, xəyali məharətin və yaxud ağlasığmaz manipulyasiyanın köməyi ilə ətraf aləmə təsir etməkdir. Magik manipulyasiyanın əhatəsi çox genişdir: bu, sözlər (ovsunlar, dualar, cadu), əşyalar (həmayillər, qoruyucalar) yazılar və müxtəlif hərəkətlər ola bilər. Müxtəlif zamanlarda və müasir dövrdə ayrı-ayrı xalqlara məlum olan bir çox sehrbazlıq adətləri və mərasimləri təsvir edilmiş, sistemləşdirilmişdir Magiya başlıca olaraq bir insanın digər insanlara, heyvanlara, bitkilərə, hətta təbiət hadisələrinə təsir etmək bacarığına inamdır. Müşahidə edilən faktların həqiqi və qarşılıqlı əlaqələrini başa düşməyən və təsadüfi uyğunluğu tərsinə başa düşən insan belə hesab edirdi ki, xüsusi hərəkət və sözlərlə o, insanlara kömək və yaxud pislik edə bilər, qabaqcadan görmə ilə müvəffəqiyyətini və ya müvəffəqiyyətsizliyini təmin edə bilər, tufan törədə bilər və ya onu sakitləşdirə bilər. Magiya elementləri əksər xalqların dini adət-ənənəsində öz əksini tapıb. Magiya sözü qədim Azərbaycan tayfalarından olan maqların adı ilə bağlıdır. Belə ki, qədim dövrlərdə məhz maqlar sehr və əfsunla məşğul olduqlarına görə qədim yunanlar bu cür əməlləri "maqların əməli" anlamında "magious" adlandırıblar. Zaman keçdikcə həmin söz latınların da dilinə keçib və magiya şəklində bir çox dünya xalqarının dilində bu gün də işlənməkdə, maqların adını yaşatmaqdadır.
Ovsunçu
"Ovsunçu" — Natiq Rəsulzadə, Oqtay Mirqasımov və Rüstəm İbrahimbəyovun ssenarisi əsasında rejissor Oqtay Mirqasımovun filmi. Film XX əsrin əvvəllərində, konkret olaraq 20-ci illərdə Azərbaycanda sovet hakimiyyəti qurulması zamanı baş verən hadisələrdən, bu hadisələrin xalqımızın mənəviyyatına göstərdiyi təsirdən, totalitarizm təfəkkürünün yerli camaatın beyninə zorakılıqla yeridilməsindən danışır. Filmin məna və məzmun qayəsi belədir: zorla, zülmlə mövcud quruluşu dəyişmək olar, amma millətin zəkasında, hafizəsində dərin kök salmış mənəviyyatı zor gücünə başqası ilə əvəz etmək o millətin faciəsidir və zora, zülmə arxalananların özlərinin də son aqibətinin məhvi labüddür. Bəxtiyar Xanızadə ucqar kənd təbibi olan Rəsulu, Ayan Mirqasımova onun sevgilisi lal Mədinəni, Fuad Poladov isə oynaq ağrılarından bərk əziyyət çəkən dəstə komandirini canlandırır. Təbibliyin sirlərinə irsən yiyələnən Rəsul müxtəlif otlarla kənd camaatını müalicə edən sakit təbiətli loğmandır. Amma rus qoşunlarının kəndə daxil olması onun bu sakitliyini pozur. Yeni qoyulan qayda-qanunlar onu qane etmir və nəticədə loğman ailəsinin şərəfi naminə vuruşa qalxır. Rejissor özünün avropasayağı intellekti ilə milli xüsusiyyətlərini bir araya gətirə bilməyib. Filmdə yerli kalorit və mistika ilə barəbər Qərb mədəniyyəti və estetikasının təzahürlərini müşahidə etmək olar. Amma onların heç biri sonadək və dəqiqliklə işlənməyib.
Ovsunçu (film, 2002)

Digər lüğətlərdə