QARAŞ

Adam adıdır, qaraşın (müq et: sarışın) sözünün dəyişmiş formasıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

QARASU1
QARAYAĞ
OBASTAN VİKİ
Qaraş Mədətov
Qaraş Əli oğlu Mədətov (10 fevral 1928, Qarabağlar, Naxçıvan MSSR – 1 iyul 1993, Bakı) — AMEA-nın müxbir üzvü (1983), AMEA A. Bakıxanov adına Tarix İnstitutunun "Azərbaycanın 1941–1945-ci illər tarixi" şöbəsinin müdiri, tarix elmləri doktoru (1965), professor (1968), Azərbaycan Respublikasının əməkdar elm xadimi (1980). AMEA-nın müxbir üzvü Qaraş Mədətov 1928-ci il fevralın 10-da indiki Kəngərli rayonunun Qarabağlar kəndində anadan olmuşdur. 1950-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirmişdir. 1953–1956-cı illərdə Moskva Dövlət Universitetinin aspiranturasında təhsil almışdır. 1956-cı ildə namizədlik, 1966-cı ildə isə doktorluq dissertasiyaları müdafiə etmiş, 1969-cu ildə professor elmi adı almış, 1983-cü ildə isə AEA-nın müxbir üzvü seçilmişdir. Qaraş Mədətov 1956-cı ildən AEA Tarix İnstitutuna işə qəbul edilmiş, 1957–1958-ci illərdə AMEA Tarix İnstitutunda elmi katib, 1958–1968-ci illərdə baş elmi işçi olmuş və 1968-ci ildən ömrünün sonunadək "Azərbaycanın müasir dövr tarixi" şöbəsinə rəhbərlik etmişdir. Naxçıvan MR-in yaranması, Azərbaycan İkinci dünya müharibəsində mövzularında tədqiqatlar elmi fəaliyyətində əsas yer tutur. 5 monoqrafiyanın və bir neçə kitabçanın, 150-dən çox elmi məqalənin və s. əsərlərin müəllifidir. Qaraş Mədətov bütün elmi fəaliyyətini Azərbaycanın 1941–1945-ci illər müharibəsi dövrü tarixinin tədqiqinə yönətlmişdir.
Qaraş Xan
Qara oğlanlar- türk və altay mifologiyasında şər tanrıları. Qara ərlər də deyilir. Erlik Xanın oğullarıdırlar. Ədədləri doqquzdur. Monqolların "Doqquz Qana Susamış Tanrı"ları ilə bənzərlik göstərir. İnsanlara pisliklər gətirən qara fırtınalar əsdirər, qan yağışları yağdırırlar. Erlikin sarayının və ya yeraltının qapılarını gözlədikləri üçün Qapı Gözətçiləri deyə xatırlanarlar. Temir Xan: Dəmir ilahı. Qaraş Xan: Qaranlıq ilahı. Matır Xan: Cəsarət tanrısı.
Qaraş Əmirov
Qaraş Əmirov (26 sentyabr 1926, Tatar, Zəngilan rayonu – 22 mart 1973, Şamaxı rayonu, Azərbaycan SSR) — tanınmış neftçi, Sosialist Əməyi Qəhrəmanı. Qaraş İbrahim oğlu Əmirov 26 sentyabr 1926-cı ildə Zəngilan rayonunda anadan olmudşdur. Əmək fəaliyyətinə Bibiheybətdə qazma kontorunda qazmaçı köməkçisi kimi başlamışdır. Gənc Qaraş Əmirov burada Ağa Nemətulla, Hacı Temirxanov və başqa tanınmış ustalarla çiyin-çiyinə işləyib, tezliklə dərin quyular qazan qabaqcıl ustalardan biri oldu. Faşist Almaniyasının üzərində qələbədən sonra neft sənayesini dirçəltmək, hasilatı artırmaq lazım idi. Azərbaycan SSR-nin Neft Sənayesi naziri Süleyman Vəzirov bu məqsədlə respublikanın Şirvan zonasında kəşfiyyat quyuları qazmaq üçün nazirliyin ən bacarıqlı geoloqlarını və neft ustalarını bu işə cəlb etdi. Onların arasında Qaraş Əmirov da vardı. O, Kür ovalığında açılan yeni perspektivli neft yatarqlarını istifadəyə vermək üçün 1957-ci ildə oraya göndərilmişdi. "Kürovdağ", "Mişovdağ", "Qarabağlı", "Kursəngi" və başqa bu kimi iri neft yataqları bilavasitə onun iştirakı ilə kəşf edilmişdir. Elə həmin illərdə Qaraş Əmirov bacarıqlı təşkilatçı, mahir usta kimi tanındı.
Aslan Qaraşarov
Aslan Qaraşarov (1919–1943) — Böyük Vətən müharibəsi qəhrəmanı, baş serjant. == Həyatı == Aslan Məmməd oğlu 19 noyabr 1919-cu ildə Şuşa şəhərində anadan olmuşdu. Azərbaycan Sənaye İnstitutunda oxumuş, Azərbaycan Radio Verilişləri Komitəsinin orkestrində işləmişdir.1939-cu uldə institutda oxuyarkən Sovet ordusu sıralarına çağrılmışdır.Böyük vətən müharibəsində 271-ci Azərbaycan milli diviziyasında artilleriya batereyasının komandiri olmuş, Şimali Qafqazın azad edilməsində igidlik göstərmişdir. Zaqafqaziya Cəbhəsi Şimal Qrupu qoşunlarının tərkibində Mozdokdan Azov dənizi sahillərinə kimi döyüş yolu keçmişdir.Aslan Qaraşarov Semernikovonun (indiki Rostov vilayəti) müdafiəsində düşmənin səkkiz tankını məhv etmiş və özü də həlak olmuşdur. == Mükafatları == O, "Qırmızı Bayraq" ordeni və müxtəlif medallarla təltif edilmişdir. Rostov şəhərindəki xatirə lövhəsində Aslan Qaraşarovun da adı var. Şuşada adına küçə var.
Atropatan qaraşəngi
Atropatan qaraşəngi (lat. Scrophularia atropatana) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin qaraşəngikimilər fəsiləsinin qaraşəngi cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN A2c + 3c. Azərbaycanın nadir, Qafqazın endemik növüdür. == Qısa morfoloji təsviri == İkiillik ot bitkisidir. Gövdəsi 6-30sm hündürlükdədir. Gövdə yarpaqları yumurtavari və ya uzunsov-yumurtavari, 3-5 sm uzunluğunda, 1,5-3 sm enindədir. Çiçək qrupu uzunsov, dar, gövdənin ortasından, bəzən əsasından başlayandır. Çiçəklər budaqlarda oturaqdır. Kasacığın hissəcikləri uzunsov, dilimli, kənardan ağ pərdəli, 2 mm uzunluqdadır.
Bala qaraşəngi
Bala qaraşəngi (lat. Scrophularia minima) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin qaraşəngikimilər fəsiləsinin qaraşəngi cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir, Qafqazın endemik növüdür. == Qısa morfoloji təsviri == Alçaqboylu, 4–10 sm hündürlükdə, çox vaxt al-qırmızı rəngli, çoxillik bitkidir. Yarpaqları 1–4 sm uzunluğunda, 8–20 mm enində, uzunsov, bəzən yumurtavari, küt, bəzən sivri, kənarları noxudvari-dişlidir. Çiçəkqrupu başcıqlı, oval və ya uzunsov, çox çiçəklidir. Çiçəkləri oturaqdır. Kasacıq 4–4,5 mm uzunluğunda, tac iri, al-qırmızı borucuğu 15 mm uzunluqda, yuxarı dodağı dəyirmi, aşağı dodağı yan dilimlərdən uzundur. Qutucuğu 5–6 mm uzunluğunda, şarvari-yumurtavaridir. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Çiçəkləməsi iyul-avqust, meyvəverməsi avqust ayına təsadüf edir.
Buğumlu qaraşәngi
Buğumlu qaraşәngi (lat. Scrophularia nodosa) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin qaraşəngikimilər fəsiləsinin qaraşəngi cinsinə aid bitki növü. == Qısa morfoloji xüsusiyyətləri == Hündürlüyü 50-100 sm, gövdəsi düz, sivri dörd tinli olan çoxillik çılpaq ot bitkisidir. Kökümsovu kök yumrusu şəklində qalınlaşmışdır. Yarpaqları qarşı-qarşıya düzülmüşdür, qanadsız qısa saplaqlıdır, uzunsov-yumurtaşəkilli və ya uzanmış-uzunsov formadan, yumurtaşəkilli-neştərvari formaya qədər dəyişmiş, sivridir, qaidə hissəsində qısa pazşəkilli, dəyirmi və ya az ürəkşəkillidir, kənarları mişarvaridir, qaidəsində daha dərin və çox vaxt ikiqat mişarlıdir; aşağı yarpaqları küt, yuxarı yarpaqları sivridir. Çiçək qrupu uzunsov və ya uzanmış uzunsov olub, qısa saplaqda yerləşmiş boş az çiçəkli yarımçətirlərdən ibarətdir; çiçək qrupunun saplağı qısa vəziciklidir. Tac 5-7 mm uzunluqdadır, qonur-qırmızı rənglidir, yaşılımtıl borucuğu vardır; üst dodaq alt dodaqdan uzundur. Qutucuğun uzunluğu 5-8 mm olub, şarşəkilli-yumurtaşəkillidir, sivridir, kasacıqdan 3-4 dəfə uzundur. May-iyul (avqust) aylarında çiçəkləyir, iyun-sentyabr aylarında meyvə verir. == Azərbaycanda yayılması == BQ şərq, BQ qərb, Kür düz., KQ şimal, KQ mərkəzi, Lənk.
Fərhad Qaraşov
Hirkan qaraşəngi
Qaraşamb
Qaraşamb - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Nairi rayonunda kənd. Rayon mərkəzindən 5 km məsafədə yerləşir. Nairi rayonu yaradılanadək (1972-ci il 15 marta kimi) Əştərək rayonunun tərkibində olmuşdur. Toponim qədim türk dilində «böyük» mənasında işlənən qara sözü ilə türk dilində «çay kənarlarlarında, iki çayın qovuşacağında qamış, yulğun, cəyən, biyan və s. göyərdiyi, həmçinin çöl heyvanlarının və quşların yurd-yuva saldığı sucaq yer» mənasında işlənən şam sözünün birləşməsindən əmələ gəlmişdir. «Şam» sözü erməni dilində «şamb» formasında «qamışlıq» mənasında işlənir. Fitotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Kənddə 1831-ci ildə 28 nəfər, 1873 - cü ildə 207 nəfər, 1886-cı ildə 192 nəfər, 1897-ci ildə 306 nəfər, 1908-ci ildə 363 nəfər, 1914 - cü ildə 417 nəfər, 1916-cı ildə 381 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin əhalisi ermənilərin təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur.
Qaraşen
Qaraşen — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonunda kənd. Rayon mərkəzindən 15 km məsafədə yerləşir. Toponim Azərbaycan dilində «böyük» mənasında işlənən qara sözündən və «yaşayış yeri, kənd» mənasında işlənən şenlik sözündən formalaşan şen topoformantı əsasında əmələ gəlib «böyük kənd, yaşayış yeri» anlamını ifadə edir. Relyef əsasında yaranan mürəkkəb toponimdir.
Qaraşiran (Nir)
Qaraşiran (fars. قره شيران‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 720 nəfər yaşayır (176 ailə).
Qaraşirə
Qaraşlar
Qaraşlar — Azərbaycan Respublikasının Ağdərə rayonunun Sırxavənd kənd inzibati ərazi dairəsində kənd. Kənd Ağdərə rayonunun tərkibində olub. 1992-ci ildə Ağdərə rayonu ləğv edilib ərazisi qonşu rayonlar arasında bölüşdürüldükdən sonra kənd Ağdam rayonunun ərazisinə düşüb. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Qaraşlar kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Qaraşlar kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır. 5 dekabr 2023-cü ildə yenidən Ağdərə rayonunun tərkibinə daxil edilib.
Qaraşsızlıq etrapı
Qaraşsızlıq etrapı (türkm. Garaşsyzlyk etrapy) — Türkmənistan Respublikasının Lebap vilayətində inzibati-ərazi vahidi. Etrapın inzibati mərkəzi şəhər tipli Niyazov qəsəbəsidir.
Qaraşəngi
Qaraşəngi (lat. Scrophularia) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin qaraşəngikimilər fəsiləsinə aid bitki cinsi.
Rza bəy Qaraşarlı
Rza bəy Qaraşarlı (1891, Şuşa) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin baş katibi, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, müəllim, ictimai xadim. Rza bəy Kərbəlayı Baba bəy oğlu 1891-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Şəhər real məktəbini bitirmişdi. Sonra ali savad almışdı. 1918-ci ilədək müxtəlif məktəblərdə riyaziyyat müəllimi işləmişdi. Sonra Qafqaz Müsəlman Xeyriyyə Cəmiyyətində çalışmışdı. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü olmuşdu. Parlamentin 16 fevral 1920 tarixli sayca yüz iyirmi beşinci iclasında Bağır Rzayev baş katib postundan istefa verdi. Parlamentin 19 fevral 1920 tarixili sayca yüz iyirmi altıncı iclasında baş katib postuna sosialistlərdən Rza bəy Qaraşarlı seçildi. 1920-ci ildən sonra Bakı baş milisinin rəis müavini işləmişdi.
Rza bəy Qaraşarov
Rza bəy Qaraşarlı (1891, Şuşa) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin baş katibi, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, müəllim, ictimai xadim. Rza bəy Kərbəlayı Baba bəy oğlu 1891-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Şəhər real məktəbini bitirmişdi. Sonra ali savad almışdı. 1918-ci ilədək müxtəlif məktəblərdə riyaziyyat müəllimi işləmişdi. Sonra Qafqaz Müsəlman Xeyriyyə Cəmiyyətində çalışmışdı. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü olmuşdu. Parlamentin 16 fevral 1920 tarixli sayca yüz iyirmi beşinci iclasında Bağır Rzayev baş katib postundan istefa verdi. Parlamentin 19 fevral 1920 tarixili sayca yüz iyirmi altıncı iclasında baş katib postuna sosialistlərdən Rza bəy Qaraşarlı seçildi. 1920-ci ildən sonra Bakı baş milisinin rəis müavini işləmişdi.
Taleh Qaraşov
Taleh Qaraşov (tam adı: Taleh Azay oğlu Qaraşov; 20 may 1959, Pirəköcə, Kürdəmir rayonu) — azərbaycanlı dövlət xadimi; Kürdəmir rayonunun icra başçısı (1996–2002), Cəlilabad rayonunun icra başçısı (2002–2006), Neftçala rayonunun icra başçısı (2006–2011), Astara rayonunun icra başçısı (2011–2012) və Lənkəran şəhərinin icra başçısı (2012). Taleh Qaraşov 20 may 1959-cu ildə Kürdəmir rayonunun Pirəköçə kəndində anadan olmuşdur. 1981-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu, 1987-ci ildə Bakı Politologiya və Sosial İdarəetmə İnstitutunu bitirmişdir. İxtisası inşaatçı-mühəndis və Politoloqdur. 1981–1982-ci illərdə Kürdəmir rayonundakı 4 saylı "Şirvanmeliosutikinti" trestində mühəndis, 1982–1983-cü illərdə Kürdəmir KP rayon Komitəsində təlimatçı, 1983–1986-cı illərdə Kürdəmir rayon Komsomol Komitəsinin birinci katibi, 1986–1991-ci illərdə Azərbaycan KP Kürdəmir rayon Komitəsində şöbə müdiri, 1991–1996-cı illərdə Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının müavini, 1996–2002-ci illərdə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı, 2002–2006-cı illərdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı, 2006–2011-ci illərdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı, 2011–2012-ci illərdə isə Astara Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır. Azərbaycan Respublikasının Prezidentinin 14 aprel 2012-ci il tarixli Sərəncamı ilə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Prezident İlham Əliyev tərəfindən 2019-cu ildə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir. Ailəlidir, 3 övladı var.
Zuvand qaraşəngi
Zuvand qaraşəngi (Elmi adı - Scrophularia zuvandica) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir, Qafqazın endemik növüdür. İkiillik ot bikisidir. Gövdələr çox və ya az, 20-37 sm hündürlükdədir. Yarpaqlar, uzunsov, yumurtavari, lələkvari-kəsilmiş, hissəcikləri lansetvari və ya xətvari, üçkünc dişciklidir. Çiçək qrupu – uzunsov, dar süpürgədir. Ksacıq 2 mm uzunluğunda, kənardan ağ pərdəlidir. Tac 5 mm uzunluğunda, al qırmızı qonur-rəngli, kasacıqdan uzundur. Staminodi sırdadır. Erkəkciklər tacdan çıxır.
Çingiz Qaraşarlı
Qaraşəngikimilər
Qaraşəngikimilər (lat. Scrophulariaceae) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinə aid bitki fəsiləsi. Bontiaceae Horan. Buddlejaceae K.Wilh., nom. cons. Hebenstretiaceae Horan. Limosellaceae J.Agardh Myoporaceae R.Br., nom. cons. Oftiaceae Takht. & Reveal Selaginaceae Choisy, nom.
Qaraşəngiçiçəklilər
Qaraşəngiçiçəklilər (lat. Scrophulariales) — bitkilər aləminə aid bitki dəstəsi.

Значение слова в других словарях