QURAQLIQ
QURAŞDIRMA
OBASTAN VİKİ
Quraşdırma
Proqramın quraşdırılması (drayver, plugin və s.) onun işlədilməsi məqsədilə kompüterə yerləşdirilməsi deməkdir. Müxtəlif proqramlar və kompüterlər üçün quraşdırılma üçün tələblər müxtəlif olduğundan əksər proqramlar (o cümlədən əməliyyat sistemləri) adətən ümumiməqsədli və ya avtoquraşdırıcı ilə bir yerdə olur ki, bunun nəticəsində istifadəçinin rahatlığı üçün quraşdırılma üçün əksər işlər istifadəçinin əvəzinə həmin proqramlar tərəfindən edilir.
Quraşdırma ev
Fin — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində qəsəbə. Fin oyk. Füzuli r-nun eyniadlı i.ə.v-də qəsəbə. Düzənlik ərazidədir. 1 ədəd poçt məntəqəsi, 1 ədəd xəstəxana, 1 ədəd aptek, 1ədəd orta məktəb və digər obyektlər yerləşir Əhali arıçılıq, heyvandarlıq və əkinçilik ilə məşğul olur.
Quraşdırma proqramı
Quraşdırma proqramı (ing. installation program ~ ru. программа установки ~ tr. yükleme programı) – başqa bir proqramı verilənlər daşıyıcısına və ya kompüterin yaddaşına quraşdırmaq üçün nəzərdə tutulmuş proqram. Quraşdırma proqramı, adətən, heç də asan olmayan proqramın quraşdırılması prosesində və onu kompüterin, printerin və monitorun verilmiş konfiqurasiyasına “bağlamaqda” istifadəçiyə yardımçı olur. Tətbiqi proqramı əməliyyat sisteminin adi komandaları vasitəsilə kompüterə köçürməkdən qorumaq üçün də quraşdırma proqramından istifadə edilir; belə ki, quraşdırma proqramı quraşdırılan proqramın kopyalarının sayına nəzarət edir; kopyanı bir kompüterdən başqasına keçirmək üçün istifadəçi quraşdırılmış kopyanı silməli və onu elə həmin quraşdırma proqramının köməyi ilə başqa bir kompüterə quraşdırmalıdır. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Quraşdırmaq
Quraşdırmaq (ing. mount, ru. монтировать ) – kompüterin fayl sisteminin fiziki diskə və ya lentə erişiminin (çıxışının) təmin edilməsi; adətən, Apple Macintosh’da və UNIX əməliyyat sistemində erişiləbilən (əlçatan) diskləri təsvir etmək üçün istifadə olunur. Termin ilk meynfreymlər zamanında meydana çıxıb; meynfreymlərin diskəri və lent qurğuları ölçü baxımından onların fərdi kompüterlər üçün olan analoqlarından əhəmiyyətli dərəcədə böyük idi. UNIX-də quraşdırılmış bütün fayl sistemlərinin siyahısını göstərmək üçün mount komandasından istifadə etmək olar. Windows quraşdırılmış (montaj olunmuş) bütün qurğuları MY COMPUTER qovluğunda göstərir. Macintosh kompüterlərində isə quraşdırılmış qurğulara iş masasında (DESKTOP) baxmaq olar. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.

Digər lüğətlərdə