rame

f avar

ramasser
rameur
OBASTAN VİKİ
Başir Rameev
Başir Rameev (tatar. Bəşir Iskəndər uğlı Rəmiev, Бәшир Искәндәр улы Рәмиев, rus. Баши́р Исканда́рович Раме́ев; d. 1 may 1918, Baymak, Başqırdıstan, Rusiya) — "Ural" hesablama maşınları ailəsinin baş konstruktoru. O, baş konstruktor olaraq öz kollektivi ilə birgə bir neçə universal və ixtisaslaşdırılmış hesablama maşını və 100-dən artıq müxtəlif periferiya qurğusu hazırlamışdır. Başir Rameev 1 may 1918-ci ildə Rusiyanın Başqırdıstan Respublikasının Baymak şəhərində anadan olub. Ziyalı tatar ailəsindən olan Başirin babası Zakar Rameev məşhur qızıl mədənçisi və Rusiya Dövlət Dumasının üzvü olub. Atası İsgəndər Rameev "Başzoloto" trest laboratoriyasının rəhbəri vəzifəsində çalışıb. 1935-ci ildə Başirin ailəsi Ufaya köçür. O, uşaqlıqdan radiotexnika ilə maraqlanır, zirehli qatarın radio ilə idarə olunan modelini hazırlayır və 17 yaşında Ümumittifaq İxtiraçılar Cəmiyyətinin üzvü olur.
Drosera ramellosa
Drosera ramellosa (lat. Drosera ramellosa) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin şehçiçəyikimilər fəsiləsinin şehçiçəyi cinsinə aid bitki növü.
Pentacalia ramentosa
Pentacalia ramentosa (lat. Pentacalia ramentosa) — mürəkkəbçiçəklilər fəsiləsinin pentacalia cinsinə aid bitki növü.
Ramella Allahverdiyeva
Allahverdiyeva Ramella Allahverdi qızı (d. 15.8.1950, Xankəndi) — Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi (2011 - h/h). Azərbaycan Respublikası Apelyasiya Məhkəməsinin hakimi (2000-ci ildən). Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir (1978).
Ramen
Ramen (yap. ラーメン, 拉麺, 老麺) - buğdadan hazırlanmış yapon əriştə şorbası. Yapon sayılsada Yaponiyaya Çindən gəlib. Yapon dilində ramen sözü Çin 拉麺 (pinyin: lāmiàn), mənşəlidir və "dartılmış makaron" mənasını verir.
Ramenskoye
Ramenskoye — Rusiya Federasiyasında yerləşən şəhər. Moskva vilayətinə daxildir.
Rameş Sippi
Rameş Sippi (sindhi رمیش سپی; 23 yanvar 1947, Kəraçi, Britaniya Hindistanı) — Hindistan rejissoru. Rameş Sippi 23 yanvar 1947-ci ildə Kəraçidə anadan olub. Ən yaxşı filmləri: "Zita və Gita", "Qisas və qanun".
Rameş Talvar
Rameş Talvar – hind kino, teatr, televiziya rejissoru, prodüseri və aktyorudur. 27 sentyabr 1944-cü ildə Pakistanda anadan olub. Məşhur kinorejissor, yazıçı və dramaturq Saqar Sərhadinin qardaşı oğludur. O 1969–1979 illər ərzində rejissor Yaş Çopranın assistenti olub. 1977-ci ildən başlayaraq rejissor kimi fəaliyyətə başlayıb. Rameş Talvar Doosara Aadmi (1977), Baseraa (1981), Sawaal (1982), Duniya (1984), Zamana (1985), Sahibaan (1993) filmlərinin rejissoru olub. Onun Baseraa adlı filmi ona ən yaxşı rejissor işinə görə Filmfare və Doosra Aadmi mükafatlarını qazandırmışdır.
Rameş Zəkiyev
Rameş Gülverdi oğlu Zəkiyev (27 iyun 2001; Şahağac, Astara rayonu, Azərbaycan – 15 oktyabr 2020; Hacıməmmədli, Ağdam rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Rameş Zəkiyev 27 iyun 2001-ci ildə Astara rayonunun Şahağac kəndində anadan olmuşdur. 10 yaşı olanda atası Gülverdi Zəkiyev vəfat etmişdir. Orta məktəbi bitirdikdən sonra 2019-cu ildə hərbi xidmətə yollanmışdır. Həqiqi hərbi xidmət müddətində Ağdam rayonunun Baharlı kəndində xidmət etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Rameş Zəkiyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində minaatan olaraq iştirak etmişdir. Ağdam istiqamətində gedən döyüşlərdə vuruşmuşdur. 15 oktyabr 2020-ci ildə səhər saatlarında Ağdam rayonunun Hacıməmmədli kəndində minamyot mərmisinin düşməsi nəticəsində 2 döyüşçü yoldaşı ilə birgə həlak olmuşdur. Onun cənazəsi 20 oktyabr 2020-ci il doğulduğu boya başa çatdığı Astara rayonunun Şahağac kəndinə gətirib dəfn etdilər. Dəfn mərasimində rayon icra nümayəndəsi də iştirak etmişdi.
Senecio ramentaceus
Senecio ramentaceus (lat. Senecio ramentaceus) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Kitakata rameni
Kitakata rameni (喜多方ラーメン) — əsas üç müxtəlif növ ramen növündən biridir. Bu yemək xüsusi olaraq Kitakataprefektur Fukusima şəhəri üçün hazırlanıb. Yaponiyada üç ramen növündən biri kimi çox məşhur yeməkdir. Hokkaydo və Hakata rameni kimi məşhurdur. Onlardan əsas fərqi isə gombul, asan ayrılan əriştəsinin və sardin bulyonunun olmasıdır. Bu yeməyin donuz əti ilə bişirilən növü də çox məşhur və dadlıdır. Kitakata şəhəri bütün Yaponiyada ramenə görə çox tanınıb. Bu şəhərin 37 min əhalisi var. Bu əhalinin 120 nəfərini ramenlər təşkil edir. Dünyada ən çox ramenlər yaşayan şəhərdir.
Rameşbabu Praqnanandha
Rameşbabu Praqnanandha — (10 avqust 2005, Çennai) Hindistan şahmat qrosmeysteridir. Şahmat vunderkindi, 10 yaşında beynəlxalq usta oldu, o zaman bunu bacaran ən gənc, 12 yaşında isə qrosmeyster oldu, o zaman bunu bacaran ən gənc ikinci şahmatçı idi. Praqnanandha, böyük bacısı Rameşbabu Vayşali ilə birlikdə Qrosmeyster tituluna sahib olan ilk qardaş və bacı oldu. Praqnanandha 10 avqust 2005-ci ildə Tamilnad ştatının Çennai şəhərində anadan olub. Atası Rameşbabu, TNSC Bank-da filial müdiri vəzifəsində çalışır, anası Naqalakşmi isə tez-tez milli və beynəlxalq yarışmalarda onu müşayiət edən evdar qadındır. Onun böyük bacısı Vayşali də şahmatçıdır və Hindistanda qrosmeyster olan üçüncü qadın şahmatçıdır.