SALAT
SALBA
OBASTAN VİKİ
Salatın piri
Salatın piri — Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Tənənəm kəndinin şimalında, dağların arasında ziyarətgah. Pirin mərkəzi hissəsində böyük qaya parçası, qara çalı adlı ağac və itburnu kolu var. Ətrafı 50–70 sm hündürlükdə qaya parçalarından hörülmüş divarla əhatə olunmuşdur. Pirin ətrafındakı daşlar, onun içərisindəki ağaclar müqəddəs hesab edilir. Ziyarətçilər niyyət edərək ağacların budaqlarına müxtəlif rəngli parçalar bağlayırlar. Pirdə həmçinin daşla niyyət etmə adəti də vardır. Vaxtilə pirin yaxınlığında bulaq olmuşdur. Ziyarətçilər niyyətlərinin qəbul olunması üçün burada qurban kəsirlər. Salatın pirini e.ə. II–I minilliklərə aid etmək olar.
Salatın Əhmədli
Salatın Alı qızı Əhmədli (18 oktyabr 1956-cı il, Poylu, Qazax) — ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Salatın Əhmədli 18 oktyabr 1956-cı ildə Ağstafa rayonunun Poylu qəsəbəsində anadan olmuşdur. 1980-ci ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir. Hazırda Azərbaycan Memarlıq və İnşaat Universiteti və Azərbaycan Dillər Universitetiin azərbaycan dili və ədəbiyyat müəllimidir. "Kitab Evi" İctimai Birliyinin sədridir. Eyni zamanda "Məhsəti" şairlər Məclisinin "Məhsəti" jurnalının baş redaktorunun müavinidir. Salatın Əhmədli "Turan" Qadınlar Mərkəzinin, "Bura Vətəndir" və DAMM-ın Qadınlar Şurası İdarə Heyətinin üzvüdür. 2007-ci ildə Hüseyn Cavidin 125 illiyi ilə əlaqədar "Turan" Qadınlar mərkəzinin xətti və "Kazım Qara Bəkir Paşa" vəqfinin başqanı Timsal xanımın dəvəti ilə Türkiyə Cümhuriyyətində keçirilən tədbirlərdə olmuşdur. Ailəlidir. Bakı metropoliteninin sabiq rəisi Tağı Əhmədovun həyat yoldaşıdır, iki övladı və beş nəvəsi vardır.
Salatın Əsgərova
Salatın Əsgərova (tam adı: Salatın Əziz qızı Əsgərova; 16 dekabr 1961, Bakı – 9 yanvar 1991, Laçın) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. 1991-ci il yanvarın 9-da Laçından Şuşaya yollanarkən Qaladərəsi kəndi yaxınlığında Ermənistan Silahlı Qüvvələri tərəfindən qətlə yetirilən Salatın Əsgərova, Azərbaycanın yeganə şəhid xanım jurnalistidir. == Həyatı == === Erkən illəri === Salatın Əsgərova 16 dekabr 1961-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1979-cu ildə Bakı şəhərində Mikayıl Müşfiq adına 18 saylı orta məktəbi əla qiymətlərə başa vurmuşdur. O, həmin il Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuşdur. Onun müəlliməsi Firəngiz Haşımovanın sözlərinə görə, Salatın Əsgərova uşaqlıqdan öz möhkəm iradəsi ilə seçilirdi. === Jurnalist fəaliyyəti === 1984-cü ildə geofizika ixtisası üzrə mühəndis diplomu alan Salatın Əsgərova jurnalistika sahəsinə böyük maraq göstərirdi. Nəticədə 1984-cü ildə müqavilə ilə "Bakı" qəzetində, 4 il sonra isə "Molodyoj Azerbaydjana" qəzetində işləməyə başlayıb. Onun toxunduğu məsələlər Azərbaycan torpaqlarının bütövlüyü ilə bağlı idi. O, tez-tez cəbhə xəttinə gedər, qaynar nöqtələrdən operativ materiallar hazırlayardı.
Salatınkənd
Sarıbaba (əvvəlki adı: Yextsahoq); həmçinin bəzi mənbələrdə Salatınkənd — Azərbaycan Respublikasının Şuşa rayonunun Sarıbaba kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Azərbaycan toponimlərinin ensiklopedik lüğətində qeyd olunur ki, yaşayış məntəqəsində XIX əsrdə İrandan köçüb gəlmiş erməni ailələri yerləşdirilmiş və sonralar Yextsahog (ermənicə "kilsə yeri") adlandırılmışdı. Həmçinin lüğətdə qeyd olunur ki, 1991-ci ilin yanvarında kəndə ermənilərin vəhşicəsinə qətlə yetirdiyi jurnalist Salatın Əsgərovanın adı verilmişdir. Lakin 5 oktyabr 1999-cu il tarixli Azərbaycan Respublikasının Qanunu ilə Şuşa rayonunun Yextsahoq kənd inzibati-ərazi vahidi tərkibindəki Yextsahoq kəndi Sarıbaba dağının adı ilə Sarıbaba kəndi adlandırıldı, Yextsahoq kənd inzibati-ərazi vahidi isə Sarıbaba kənd inzibati-ərazi vahidi adlandırıldı. Hal-hazırda Azərbaycan Respublikasının inzibati-ərazi bölgüsü təsnifatında sözügedən kəndin adı Sarıbaba kimi göstərilibdir. 14 dekabr 2021-ci il tarixində Milli Məclisin payız sessiyasının iclasında deputat Qənirə Paşayeva bildirmişdi ki, Salatın Əsgərova şəhid olan zaman o vaxtkı dövlət rəsmiləri onun qətlə yetirildiyi kəndə Salatın Əsgərovanın adının veriləcəyini və Salatınkənd adlanacağını vurğulasa da, illər sonra oğlu Ceyhun Əsgərovun araşdırmaları zamanı 1998-ci ildə kəndin adının dəyişdirildiyi amma Salatınkənd adlandırılmadığı aydın olub. Qənirə Paşayeva həmçinin öz çıxışında Salatın Əsgərovanın 60 illik yubileyində evladının, bir çox həmkarlarının və ziyalıların xahişini dövlət rəsmilərinə çatdıraraq çıxışında Salatın Əsgərovanın şəhid olduğu kəndin onun şərəfinə Salatınkənd adlandırılmasını xahiş etdi. Jurnalist Sultan Laçının araşdırmasına görə, Salatın Əsgərovanın qətlə yetirildiyi həmin il Azərbaycan parlamentinin qərarıyla kənd onun xatirəsinə Salatınkənd adlandırılıb, lakin sonradan nədənsə həmin qərar Azərbaycan hökuməti tərəfindən rəsmiləşdirilməyib və kənd rəsmən Sarıbaba adını daşıyır. Həmçinin, Sultan Laçın 1991-ci ildən bəriki bütün yazılarında həmin məntəqəni Salatınkənd kimi göstərdiyini bildirir. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir.

Значение слова в других словарях