SAĞSAĞAN

Bir forması da mənbələrdə sağızyeyən kimi yazılıb (sağsağana “çəyirt­kəşquşu” da deyiblər). Deməli, quşun adı saqqızla bağlıdır, “saqqız yeyən” de­mək­dir. Saqqız isə xüsusi ağacdan sızan qətrandır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

SAĞRI
SAHİL
OBASTAN VİKİ
Sağsağan
Sağsağan və ya adi sağsağan (lat. Pica pica) — qarğalar ailəsinin sağsağanlar fəsiləsindən olan quş növü. Ümumi sağsağanlar oturaq quşlardır. Kiçik meşələrdə, parklarda, bağlarda, tez-tez insan məskənlərinə yaxın yerlərdə məskunlaşırlar. Sıx meşələrdən adətən çəkinirlər. Sağsağan əkiz quşdur. Bir ortaq həyatın ilk ilində seçilir, ilk cütləşmə həyatın ikinci ilində baş verir və növbəti yazda cütlük yuva qurmağa başlayır və övlad sahibi olmağa çalışır. Tez-tez yüksək səslə ağacdan ağaca uçan quş sürülərində görülür. Balalarına sahib olan yetkin bir cütdür. Cütlük cəsarətlə ərazisini digər vəhşi quşlardan müdafiə edir.
Sağsağan (dağ)
Sağsağan — Azərbaycan Respublikası Kəlbəcər rayonunda eyniadli dağ silsiləsinin zirvəsidir. Hündürlüyü 1705 m. Oronim eyniadlı quşun adı ilə adlandırılmışdır.
Sağsağan (dəqiqləşdirmə)
Sağsağan — qarğalar ailəsinin sağsağanlar fəsiləsindən olan quş növü. Sağsağan (pyes) — Abbas Zamanovun pyesi. Sağsağan — Qarabağın dağlıq hissəsində dağ silsiləsi. Sağsağan (dağ) — Kəlbəcər rayonunda eyniadli dağ silsiləsinin zirvəsidir. Hündürlüyü 1705 m.
Sağsağan (hekayə)
Sağsağan (pyes) — 1956-cı ildə Abbas Zamanov Azərnəşrdə çap etdirdiyi "Seçilmiş əsərləri" kitabına daxil edilmişdir. Yazıçı Əbdürrəhim Bəy Haqverdiyev "Sağsağan" pyesini 1931-ci ildə yazmışdır. İki pərdə və beş şəkildən ibarət olan "Sağsağan" müəllifin uşaqlara hədiyyə etdiyi ilk səhnə əsəridir. Müəllifin bu pyesi didaktikdir və köhnə düşüncəli insanları tənqid etmək üçün yazılmışdır. Pyesdə, Qədim adlı bir uşağın əvvəlcə anasının xurafatlarına inanıb atasının öldüyünü düşünərək əzab çəkməsindən, sonradan ətrafındakı təhsilli insanların köməyi ilə bu fikirlərindən dönməsindən bəhs olunur. O, dostlarının dəstəyi ilə atasının yaşadığına inanır və onu gözləyir. Atası qayıtdıqdan sonra onu məktəbə göndərməsini xahiş edir. Tamaşa Azərbaycan Sovet dövrü uşaq ədəbiyyatında yazılmış ilk və vacib əsərlərdən biridir. Əsər o dövrdə Azərbaycan teatr səhnəsində tez-tez nümayiş olunur. Əsərdəki hadisələr Tanrıqulunun evində başlayır.
Sağsağan (pyes)

Sağsağan gülxətmisi
Sağsağan gülxətmisi (lat. Alcea sachsachanica) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin gülxətmi cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: "Məlumat azlığı" kateqoriyasına aiddir –DD. Azərbaycanın nadir, endemik növüdür. Regional IUCN Statusu: DD. Çoxillik ot bitkisidir. Gövdələri 50-70 sm hündürlükdədir. Yarpaqlar ulduzvari, qısa tükcüklərlə örtülüb. Yarpaq ayası əncirin yarpaq ayasına bənzəyir, əsasında ürəkvari, 5-7 paylarla bölünür, enli, tərs-lansetli və ya uzunsov, tərs-yumurtavari şəkildədir. Çiçəkləri sıx tükcüklü ayaqcıqlarda tək-təkdir. Ksacıqaltı iki dəfə kasacıqdan qısadır. Qacı sarı rəngdə olub, eni 30-40 mm uzunluğundadır.
Sağsağan çayı
Saksahan (ukr. Саксагань) — Dnepr yüksəkliyi cənub-şərq hissəsində yerləşən çay, İnquleç çayının sol qolu. Kiçik çaylar kateqoriyasına aiddir, Dnepr çayının II sıra qoludur. Adı türk mənşəli, çağatay. صقصغان (saqsaɣān), yəni, sağsağan quşunun şərəfinə qoyulub.
Dar ağacı üzərində sağsağan
Dar ağacı üzərində sağsağan (nid. De ekster op de galg) — Flamand rəssam Pieter Brueghelin rəsm əsəridir. 1568-ci ildə ağac üzərində yağlı boya ilə işlənmişdir. Darmştadtda yerləşən Gessen Landes muzeyində sərgilənir. == Təsviri == Şəklin mərkəzində üzərində sağsağan oturmuş dar ağacı yerləşmişdir. Quş böhtana və xəyanətə aparan boşboğazlığı təcəssüm edir. Ehtimal ki, Kəndlilərin dar ağacının altında rəqs edən obrazları "Dar ağacına gedən yollar şən çəmənliklər vasitəsilə keçir" Flamand atalar sözünə işarədir. Şəkil Breygelin (1525/30 — 1569) yaradıcılığının son dövrlərinə təsadüf edir. Şəkil Breygelin ölümünə 1 il qalmış çəkilmişdir. Rəssam işi yüksək qiymətləndirmiş və onu öz arvadı Meyken Kuka vəsiyyət etmişdir.
Sağsağanı alacüllüt
Sağsağanı alacüllüt (lat. Haematopus ostralegus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin alacüllüt cinsinə aid heyvan növü.
Sağsağanı cırtdan qızılquş
Sağsağanı cırtdan qızılquş (lat. Microhierax melanoleucus) — cırtdan qızılquş cinsinə aid quş növü.

Значение слова в других словарях