ABŞ ilə Kanada arasında 1812-ci ildə baş verən müharibəsi zamanı Nyu-York ştatının şimalında dayanan qoşun üçün əti Troy şəhərindən keçməklə gətirirdilər. Oranın müfəttişi hamının sevgi ilə Sem dayı adlandırdığı Semuel Uilson idi.
Uilson üzərinə US (yəni Birləşmiş Ştatlar) yazılan, bununla da hökumətin mülkiyyətində olduğu bilinən iri yük yeşiklərinə cavabdehlik daşıdığından hamının ağzına düşmüşdü ki, bu iki hərf Sem dayı (Uncle Sam) deməkdir.
Həmin ifadəyə hamı elə öyrəşmişdi ki, 1813-cü ildə “Nyu-York post” qəzetinin redaksiya məqaləsində Birləşmiş Ştatlar Sem dayı adlandırılmışdı. Bu ifadə hələ də işlənir və biz Sem dayının kim olduğunu bilir, hətta sifətdən belə tanıyırıq. (Ayzek Azimov. Sözlərin tarixi)