SUBDUKSİYA
SUBURBANİZASİYA
OBASTAN VİKİ
Sublimasiya
Sublimasiya — psixikanın müdafiə mexanizmi olaraq, daxili gərginliyinin sosial faydalı əməyə istiqamətləndirilməsi vasitəsilə çıxarılması. İlk dəfə Ziqmund Freyd tərəfindən təsvir edilib. Ziqmund Freyd iddia edirdi ki, seksual instinktlərin birbaşa çıxışınının məhdudlaşdırılması nəticəsində, onların başqa fəaliyət növlərinə çevrilməsi baş verir. İbtidai tayfada Ulu Atanın öz oğullarının seksual həyatını məhdudlaşdılıması nəticəsində, onların çıxış tapa bilməyən seksual enerjisi, başqa sosial faydalı fəaliyyət növlərinə çevrilməyə başlamışdır. Onlarda diqqət, düşüncə, dözümlülük, qavrama və bir çox başqa keyfiyyətlər yaranmışdır. Ziqmund Freyd, öz nəzəriyyəsinin konsepsiyalarına uyğun olaraq, sublimasiyanı bioloji enerjilərin, xüsusilə də seksual meyllərin, onların birbaşa məqsədlərindən kənarlaşaraq əlverişli sosial məqsədlərə istiqamətlənməsi kimi izah edirdi. O, sublimasiyanı konstruktiv fəaliyyətə və fərdin daxili gərginlikdən azad olmasına xidmət edən müdafiə mexanizmi kimi dəyərləndirirdi. Sublimasiyanın bu cür dəyərləndirilməsi, şəxsiyyətin daxili konfliktlərdən "təmizlənməsinə" yox, onların sosial adaptiv həllininin axtarışına istiqamətlənmiş (əsasən psixoanalizdə) istənilən müalicə zamanı saxlanılır, Hal-hazırda sublimasiya termini daha geniş mənada - bütün mənfi impulsların (təbiətindən asılı olmayaraq) yenidən istiqamətləndirilməsi kimi başa düşülür. sublimasiya müxtəlif formalar qazana bilər. Məsələn, cərrahiyə sahəsi ilə məşğul olmaqla sadist arzuları sublimasiya etmək mümküdür.
Sublimasiya (faza keçidi)
Sublimasiya — bir maddənin maye haldan keçmədən birbaşa bərk haldan qaz vəziyyətinə keçməsi. Sublimasiya, maddənin maye halında mövcud ola biləcəyi ən aşağı təzyiqə uyğun gələn faza diaqramında maddənin üçqat nöqtəsindən aşağı temperatur və təzyiqlərdə baş verən endotermik prosesdir. Sublimasiyanın əks prosesi çökmə və ya desublimasiyadır ki, bu zaman maddə birbaşa qazdan bərk fazaya keçir. Sublimasiya həmçinin bərkdən qaza keçidi (sublimasiya) və sonra qazdan bərkə keçidi (çökmə) təsvir etmək üçün ümumi termin kimi istifadə edilmişdir. Mayedən qaza buxarlanma mayenin qaynama nöqtəsindən aşağı olduqda səthdən buxarlanma, qaynama nöqtəsində baş verərsə, mayenin içərisində qabarcıqların əmələ gəlməsi ilə qaynama kimi baş verir. Normal təzyiqlərdə əksər kimyəvi birləşmələr və elementlər müxtəlif temperaturlarda üç fərqli vəziyyətə malikdirlər. Bu hallarda bərk haldan qaz halına keçid üçün aralıq maye hal tələb olunur. Sözügedən təzyiq bütün sistemin ümumi (məsələn, atmosfer) təzyiqi deyil, maddənin qismən təzyiqidir. Beləliklə, hər hansı bir bərk cismin buxar təzyiqi eyni maddənin ətrafdakı qismən təzyiqindən yüksək olarsa və bəzi hallarda nəzərəçarpacaq sürətlə sublimasiyaya uğraya bilər (məsələn, su buzu 0 °C-dən bir qədər aşağı olarsa). Karbon və arsen kimi bəzi maddələr üçün sublimasiya ərimədən buxarlanmadan çox asandır, çünki onların üçlü nöqtəsinin təzyiqi çox yüksəkdir və onları maye halında almaq çətindir.

Значение слова в других словарях