SƏBAH

ə. səhər.

SƏBABƏT
SƏBAHƏT
OBASTAN VİKİ
Səbah (müğənni)
Səbah (ərəb. صباح‎, əsl adı جانيت جرجس فغالي; 10 noyabr 1927, Bdadoun[d], Livan – 26 noyabr 2014, Beyrut) — Livanın ən məşhur müğənnilərindən biri hesab olunur.
Səbah Fəxri
Səbah Fəxri (ərəb. صباح فخري‎, əsl adı Səbahəddin Əbu Qövs صباح الدين أبو قوس; 2 may 1933, Hələb – 2 noyabr 2021, Dəməşq) — Suriyanın ən məşhur müğənnilərindən biri hesab olunur.
Mehmed Səbahəddin bəy
Mehmed Səbahəddin bəy (13 fevral 1879 və ya 13 fevral 1877, Konstantinopol – 30 iyun 1948 və ya 1948) — türk siyasətçi, sosioloq və filosofu. Anası Osmanlı sülaləsinə mənsub olduğu üçün Sultanzadə olaraq anılır. == Həyatı == === İlk illəri === 1879-cu ildə İstanbulda dünyaya gəlmişdir. Anası Sultan Əbdülməcidin qızı və Sultan Əbdülhəmidin ögey bacısı Səniha Sultan, atası isə kaptan-ı dərya Xəlil Rüfət Paşanın oğlu Mahmud Cəlaləddin Paşa idi. Dövrün ən güclü alimlərindən xüsusi dərslər aldı və əsl qərbli kimi böyüdüldü. Sultan Əbdülhəmidin ən yaxın adamlarından biri olan atası Mahmud Paşa ədliyə naziri olduğu müddətdə Çırağan hadisəsinə adı qarışmış, bu səbəblə vəzifədən alınaraq haqqında məhkəmə prosesi açılmışdır. Bu müddət ərzində atası o və qardaşı Lütfullah bəyin təhsili ilə yaxından məşğul olmuş, Səbahəddin bəy fransız dilini öyrənmişdir. === Mühacirət illəri və siyasi fəaliyyəti === Atası Mahmud Paşa 1899-cu ildə Sultan Əbdülhəmidə olan müxalifliyi səbəbilə o və qardaşı Lütfullah bəylə birlikdə Avropaya qaçdı. Əvvəlcə Marseldə, ardından Parisdə məskunlaşdılar. Atasının siyasi gücündən istifadə edərək Fransadakı jön türklər arasında rəğbət qazandı.
Səbahəddin Şimşir
Səbahəddin Şimşir (türk. Sebahattin Şimşir; 9 fevral 1966, Balıkəsir ili) — Türkiyə tarixçisi, Azərbaycan siyasi mühacirət tarixinin araşdırıcısı, tərcüməçi, tarix elmləri doktoru, professor. Səbahəddin Şimşir 9 fevral 1966-cı ildə Türkiyə Cümhuriyyətinin Balıkesir bölgəsinin Kayapa ilçəsinə bağlı İvrindi məhəlləsində anadan olmuşdur. Kayapa ibtidai məktəbini, Bandırma Şəhid Süleyman bəy orta məktəbini, Balıkesir Muharrem Hasbi Koray Liseyini bitirmişdir. 1990-cı ildə Ege Universitetinin Ədəbiyyat fakültəsinin Tarix bölümündən məzun olmuşdur. Təhsilini bitirdikdən sonra Ege Universitetinin Tarix bölümündə müəllim kimi çalışmağa başlamışıdr. Magistratura və doktorantura təhsilini Ege Universiteti Sosial Elmlər İnstitutunda (Sosyal Bilimlər Enstitüsü) tamamlamışdır. 2001-ci ildə de Balıkesir Universiteti Atatürk İlkeləri ve İnkılab Tarixi bölümündə müəllim kimi fəaliyyətə başlamışdır. 2002-ci ildə Balıkesir Universitetinin Tarix bölümündə Türk dünyası tarixi ixtisası üzrə dosent əvəzi, daha sonra dosent adını almışdır. 2004–2008-ci illərdə Qazaxıstanın Almatı şəhərindəki Abay Dövlət Pedaqoji Universitetində bölüm başkanı kimi fəaliyyət göstərmişdir.
Səbahəddin Əli
Səbahəddin Əli (25 fevral 1907[…] – 2 aprel 1948[…], Kırklareli) — Türkiyə şairi və yazıçısı. Səbahəddin Əli (1907–1948) hekayə və roman yazarı kimi tanınır. Hazırda Bolqarıstan ərazisində qalan Eğridere qəsəbəsində əsgər ailəsində anadan olub. Atası ilə Çanaqqala döyüşü zamanı Edremitə köçür. Burada 1918–1921-ci illərdə ibtidai təhsil alır. Atası yunan işğalı dövrü burada ticarətlə məşgul olur. Gənc yaşında içinə düşdüyü bu Anadolu kənd və qəsəbələri ilk romanı Kuyucaklı Yusif üçün qaynaq olur. 1922-ci ildə Balıkesir Müəllim Məktəbinə girir. Burada şeir və hekayələr yazır. Sinif yoldaşları ilə bir sinif qəzeti çıxarırlar.
Səbahəttin Ərbuğa
Səbahəttin Ərbuğa — türk futbolunun məşhurlarından Səbahəttin Ərbuğa 1954-cü ildə Qarsda anadan olub. Əslən Qars azərbaycanlısıdır. Veteran “Fənərbaxça”lı 1954-cü ildə Qarsda anadan olub. “Fənərbaxça”, Altay klublarında forma geyən Ərbuğa 1975-1980-ci illərdə futbol üzrə Türkiyə milli komandasının şərəfini qoruyub.