Türkmənistan itüzümü
Türkmənistan itüzümü (lat. Lycium turcomanicum)
Mərkəzi Asiyada, İranda, Şimali Amerikada, Çində, Türkmənistanda, Qazağıstanda, Özbəkistanda yayılmışdır.
Hündürlüyü 0,60-1,25 m, çox iynəli, ağımtıl gövdələri çox şaxələnmiş, çoxillik koldur. Kök sisteminin dərinliyi 1,5–2 m-dir. Yarpaqları növbəli, ellipsvari-uzunsov (uzunluğu 5–20 mm, eni 3–7 mm), qısa saplaqları möhkəm olmaqla, iynələrin ətrafında yerləşmişdir. Çiçəkləri ağ-bənövşəyi, çiçək qrupunda 1-6 ədəddir. Tozcuğun toxumu 2 hüceyrəlidir. Yumurtalığı yaxşıdır. Aprel, may aylarında çiçəkləyir. Meyvələri 3–4 mm diametrində qara rəngdə olub, şirintəhər, xoşagəlməyən iy verir.