tıs-tıs 2021

tıs-tıs
tırtıltı 2021
tısbağa
OBASTAN VİKİ
Tıs-tıs
Tıs-tıs (lat. Acantholimon) — qərənfilçiçəklilər sırasının plumbaqokimilər fəsiləsinə aid bitki cinsi.
Beşdilim tıs-tıs
Beşdilim tıs-tıs (lat. Acantholimon quinquelobum) — plumbaqokimilər fəsiləsinin tıs-tıs cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqaz, Cənub-Qərbi Asiyada geniş yayılmışdır. İlk dəfə İranın Xorasan əyalətində təsvir edilmişdir. == Botaniki təsviri == 30- 40 sm diametrində, seyrək və yarımkürəşəkilli yastığa malik alçaq koldur. Yarpaqları yaşıl, üçtilli, kənarları kirpikli və kələ- kötürdür. Xarici çiçəkaltlığı daxili çiçəkaltlığından çox qısadır. Daxili çiçəkaltlıqları kasacıq borucuğuna bərabər və ya bir azca ondan qısadır. Kasacığın büküyünün pərdələri kəsimli və qısalmış damarcıqlar arasında yerləşmişlər. Çiçək saplaqları budaqlı, çılpaq və ya aşağı hissədən qısa tükcüklü olub, yarpaqlardan çox hündürdür.
Bizəoxşar tıs-tıs
Bizəoxşar tıs-tıs (lat. Acantholimon acerosum) — plumbaqokimilər fəsiləsinin tıs-tıs cinsinə aid bitki növü. == Təbii yayılması == Cənubi Qafqaz, Cənub-Qərbi Asiya, İran-Turan coğrafi elementinə daxildir. == Botaniki təsviri == Diametri 15-25 sm olan yastıqvari formalı alçaq koldur. Yarpaqları 3-4 (1,5-5) sm uzunluqda, 1,0-1,5 mm enində olub, xətvari-bizvaridir. Aşağı hissədə yastı, yuxarıda üç hissəli, sərt, qalın, tikanlı olub, kənarları boyunca kirpikciklidir. Çiçək oxu sadə və ya bir yan budaqlı olub, 25 sm uzunluqdadır. Çiçəkləri çiçək qrupunun qalın oxu üzərində, az və ya çox dərəcədə bərabər məsafələrdə paylanmışdır. Sünbülcüklərin uzunluğu 15 mm-ə bərabərdir. Xarici çiçəkaltlıqları bir qədər uzun olub, nadir hallarda daxili çiçəkaltlığına bərabər və ya onlardan qısadır.
Gəvəni tıs-tıs
Gəvəni tıs-tıs (lat. Acantholimon tragacanthinum) — plumbaqokimilər fəsiləsinin tıs-tıs cinsinə aid bitki növü. == Təbii yayılması == Cənubi Qafqaz, Anadolunun şimal-şərqi, İranın şimal-qərbində geniş yayılmışdır. İranın qərbindən təsvir olunmuşdur. == Botaniki təsviri == 10 sm-dək hündürlüyü olub, budaqlanmamış və ya bir-iki budaqlı kolcuqdur. Yarpaqları boz-göyümtül, 1-3 (4) sm uzunluqda, yuxarı yarpaqlardan fərqli olaraq üfüqi yerləşib və ya aşağı yönəlmişlər. Sünbülcükləri 10 mm uzunluqdadır. Kasacığı 8 mm uzunluqda olub, aydın seçilən, qıfşəkillidir. Daxili çiçəkaltlıqları demək olar ki, bir-birinə bərabər olub, kasacıq borusunun 2/3-4/5 hissəsini təşkil edir, neştərşəkilli və ya uzunsov kürəşəkillidir. Xarici çiçəkaltlığı geniş yumurtavari olub, iti və daxili çiçəkaltlıqlarının 1/2-4/5 hissəsini təşkil edir.
Nazikquyruq tıs-tıs
Nazikquyruq tıs-tıs (lat. Acantholimon lepturoides) — plumbaqokimilər fəsiləsinin tıs-tıs cinsinə aid bitki növü. Qafqaz, Cənub-Qərbi Asiya, Türkiyənin şimal-şərqi və Gürcüstan ərazisində təsvir olunmuşdur. Yastıqları çox sıx, kürəvari formalı olub, 10-15 (20) sm diametrində alçaq kolcuqdur. Yay yarpaqları açıq göyümtül, hamar, üç hissəli, neştərşəkilli- xətvari və ya xətvari-bizvari, cod, bünövrəsində uzunluğu 12-25 (30) mm və eni 1-2 mm, ucu biz, iynəli, çılpaq olub, kənarları xırda tükcüklüdür. Yaz yarpaqları qısa və bir az enlidir. Çiçək saplaqları yarpaqlardan çox uzun, hündürlüyü 10-20 sm, sadə, bəzən 1-2 yan budaqlı, çılpaq və ya bəzən qısa tükcüklüdür. Çiçəkləri çiçək qrupunda seyrək yerləşir. Sünbüllər arasındakı məsafə onların uzunluğundan çoxdur və ya uzunluğuna görə sünbüllərə bərabərdir. Sünbüllər 10-11 mm olub, bir çiçəklidir.
Nazikçiçək tıs-tıs
Qərənfilli tıs-tıs
Qərənfilli tıs-tıs (lat. Acantholimon caryophyllaceum) — plumbaqokimilər fəsiləsinin tıs-tıs cinsinə aid bitki növü. Cənubi Qafqaz, Şərqi Anadolu, İranın şimal-qərbi, Şimali İraq, Cənub-Qərbi Asiyada təbii halda yayılmışdır. Yarımkürəşəkilli formalı, seyrək yastığa malik, diametri 20-30 sm olan kolcuqdur. Yarpaqları yaşıl, üçtilli, kənarları kirpikcikli və kələkötürdür. Çiçəkdaşıyıcısı sadə, kələ-kötür, yuxarısı zəif qırışlıdır. Sünbülcüyü az dağınıq və eyni çiçəklidir. Kasacığı qıfvari, büküyü ağ və 5 damarlıdır. Tacı, ləçəkləri parlaq çəhrayıdır. İyul-avqust ayında çiçəkləyir, avqust-sentyabrda toxumları yetişir.
Topalaoxşar tıs-tıs
Topalaoxşar tıs-tıs (lat. Acantholimon festucaceum) — plumbaqokimilər fəsiləsinin tıs-tıs cinsinə aid bitki növü. Cənubi Qafqaz, Cənub-Qərbi Asiyada yayılmışdır, İranın şimalından təsvir edilmişdir. Sıx, yastıqvari kol, demək olar ki, çılpaqdır. Yaz yarpaqları yastı və ya xətli, bizşəkillidir. Yay yarpaqları yastı üçkünclü, seyrək, ağ nöqtəlidir. Yarpaqları 1,5-2,5 (3) sm uzunluqda olub, göyümtül-açıq, yaşıl rənglidir. Köhnə yarpaqları üfüqi yerləşib, aşağı doğru yönəlmişlər. Çiçək qrupu 10-15 sm uzunluqda olub, 3-7 çiçəkli, kövrək və yuxarı budaqların sonunda yerləşmişdir. Çiçək oxu tükcüklüdür.
Tükcüklü tıs-tıs
Tükcüklü tıs-tıs (lat. Acantholimon puberulum) — plumbaqokimilər fəsiləsinin tıs-tıs cinsinə aid bitki növü. Qafqaz, Cənub Qərbi Asiya, Türkiyədə təbii yayılmışdır. Türkiyə ərazisində təsvir olunmuşdur. Yaşıl yarpaqları qısa budaqlıdır. Yarpaqları demək olar ki, oturaq, məxməri tükcüklüdür. Aşağı yarpaqları yastı, qalanları isə az və ya çox dərəcədə nazik və çılpaq olub, bizvaridir. Oxları tükcüklü olub, qısa, nadir hallarda uzunluğu yarpaqların uzunluğuna bərabərdir. Sünbülü qısa olub, 3-5 sünbülcükdən ibarətdir. Çiçəkaltlıqları bütünlüklə və ya əsasən otvaridir.
Zərli tıs-tıs
Zərli tıs-tıs (lat. Acantholimon glumaceum) — plumbaqokimilər fəsiləsinin tıs-tıs cinsinə aid bitki növü. Qafqaz, Şərqi Anadolu, Cənub-Qərbi Asiya, Türkiyənin şimal-şərqində təsvir edilmişdir. İran-Turan coğrafi elementinə daxildir. 15-40 sm diametrində olan kolcuqdur. Yastığı, olduqca sıx yarpaqları ərpsiz, xətli-bizvari və sərtdir. Çiçəkləri son sünbüldə toplanıb, ikicərgəli, 5-11 sünbülcüklüdür. Çiçəkaltlıqları pulcuqvari, xarici geniş-yumurtavari, daxildəki uzun və ağ haşiyəlidir. Kasacığın borusu damar boyu tükcüklü, büküyü ağ olub, qara-bənövşəyi damarlıdır. Tacı iri və parlaq qırmızıdır.
Çiçəkaltlıqlı tıs-tıs
Çiçəkaltlıqlı tıs-tıs (lat. Acantholimon bracteatum) — plumbaqokimilər fəsiləsinin tıs-tıs cinsinə aid bitki növü. Cənubi Qafqaz, Şərqi Anadolu, İran, Asiyada təbii halda yayılmışdır. Diametri 10-15 sm olan yastıqvari formalı alçaq koldur. İran-Turan coğrafi elementinə daxildir. Yastığı olduqca sıxdır. Yarpaqları dağınıq şəkildə olub, iynəvari tikanlıdır. Çiçək oxu 2-3 dəfə yarpaqlardan uzundur. Sünbül 2-5 çiçəklidir. Xarici çiçəkaltlıqları yumurtavari, dəyirmi-pərdəvari, iri olub, çiçəkləri əhatə edirlər.
Araz tıs-tısı
Araz tıs-tısı (lat. Acantholimon araxanum) — plumbaqokimilər fəsiləsinin tıs-tıs cinsinə aid bitki növü. == Təbii yayılması == İran-Turan coğrafi elementinə daxildir. Cənubi Qafqaz, Cənub-Qərbi Asiya, Anadolunun cənub-şərqi, İranın şimal-qərbi, Qərbi Azərbaycan ostanının Xoy şəhristanı və Araz çayı ətrafında yayılmışdır. == Botaniki təsviri == 20-35 sm diametrində yastığı seyrək və yarımkürəşəkilli, alçaq koldur. Yaz yarpaqları qısa, yastı, 2 mm enindədir. Yay yarpaqları göyümtül-açıq yaşıl, yastı, üçtilli, xətti-bizşəkilli, sərt, 3-5 (5,5) sm uzunluqda və 1-1,5 sm enində, iti, kənarları narın kirpikli, kələ-kötürdür. Çiçək daşıyıcısı 15-20 sm hündürlükdə olub, yarpaqdan uzun, çılpaq, yuxarı hissəsi kəskin qıvrım, kövrək, adətən 1-2 yan budaqlı, bəzən isə sadədir. Çiçəkləri sünbül çiçək qrupunda yerləşmiş, sünbülcükləri 11-14 mm uzunluqda olub, birçiçəklidir. Çiçəkaltlığı çılpaq, xaricdəki 5-9 mm uzunluqda, üçbucaqlı, daxildəkilərdən qısa, yaxud onlara bərabər, sivriləşmiş, ensiz, pərdəvari haşiyələnmişdir.
Fomin tıs-tısı
Fomin tıs-tısı (lat. Acantholimon fominii) — plumbaqokimilər fəsiləsinin tıs-tıs cinsinə aid bitki növü. == Təbii yayılması: == Qafqaz dağları ərazisində təbii halda geniş yayılmışdır. == Botaniki təsviri == Təbiətdə alçaq kolcuqdur. Yastıqcıqları möhkəm, yarımşarşəkilli, diametri 10-20 sm-dir. Yay yarpaqları intensiv göyümtül, hamar, üç hissəli, xətvari-lansetvari, çox cod, uzunluğu 1-2 (3) sm və eni 1-1,5 mm, çılpaq, ucu biz, kənarları xırda tükcüklüdür. Yaz yarpaqları çox qısa və bir qədər enlidir. Çiçək saplaqları 4-10 dəfə yarpaqlardan uzun, hündürlüyü 10-18 sm, nazik, yuxarı hissəsi çox dalğalı, sadə və ya az budaqlı, qısa tükcüklü və ya təxminən çılpaq ola bilir. Çiçəkləri çiçək qrupunda seyrək yerləşmişdir. Sünbüllər arasındakı məsafə onların uzunluğundan bir az çoxdur və ya sünbüllərin uzunluğuna bərabərdir.
Fyodorov tıs-tısı
Fyodorov tıs-tısı (lat. Acantholimon fedorovii) — plumbaqokimilər fəsiləsinin tıs-tıs cinsinə aid bitki növü. == Təbii yayılması == Cənubi Qafqazda geniş yayılmışdır. == Botaniki təsviri == Kiçik kolcuqdur. Budaqları əsasa qədər köhnə yarpaqlarla örtülüdür. Yarpaqların hamısı demək olar ki, üfüqi, oturaq olub, göyümtül, çılpaq, kənarları boyunca hamar və ya aşağı hissəsində az və ya çox dərəcədə qısa, nadir hallarda kirpikciklidir. Yarpaqların əsası tükcüklüdür. Çiçəkaltlıqları kasacığın borucuğundan qısa, çılpaq və parlaqdır. Xarici çiçəkaltlığı 3 mm uzunluqda olub, yuxarıdan dəyirmi, küt və ya bir qədər itiləşmişdir. Daxili çiçəkaltlıqları 4 mm uzunluqda olub, yuxarı hissədə dəyirmi, küt, azacıq itiləşmişdir.
Hohenaker tıs-tısı
Hohenaker tıs-tısı (lat. Acantholimon hohenackeri) — plumbaqokimilər fəsiləsinin tıs-tıs cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqaz, Talış (Zuvand), Cənub-Qərbi Asiya, Cənub-Şərqi Anadolu və İranda təbii halda yayılmışdır. İran-Turan coğrafi elementinə daxildir. Talışdan təsvir edilmişdir. == Botaniki təsviri == Diametri 25-35 sm olan, yastıqvari formalı kolcuqdur. Yastığı sıx, yarpaqları çoxsaylı, ərpli nöqtələr hesabına göyümtül və bizvari-xətlidir. Çiçəkləri son sünbüldə toplanıb, ikicərgəli, 7-9 sünbülcüklüdür. Sünbülcüyü tək çiçəklidir. Çiçəkaltlıqları qırmızımtıl, daxildəkilər qırmızı haşiyəlidir.
Kalver tıs-tısı
Kalver tıs-tısı (lat. Acantholimon calvertii) — plumbaqokimilər fəsiləsinin tıs-tıs cinsinə aid bitki növü. == Təbii yayılması == Cənubi Qafqaz, Türkiyədə təbii halda yayılmışdır. Türkiyənin şimal-şərqindən təsvir olunmuşdur. == Botaniki təsviri == Yastıqları incə budaqlı olub, yaşıldır. Yarpaqları çox ensiz, uzun, xətli olub, yastılaşmış formada və kənarları boyunca nahamardır. Çiçək qrupu bir qədər yarpaqlardan uzun, çiçək qrupunun oxu tükcüklüdür. Sünbülcükləri 5-7-dir. Kasacığın borucuğu demək olar ki, çılpaq və ya zəif tükcüklü olub, büküyü qırmızımtıldır. Çiçəkyanlıqları çılpaqdır.
Karelin tıs-tısı
Karelin tıs-tısı (lat. Acantholimon karelinii) — plumbaqokimilər fəsiləsinin tıs-tıs cinsinə aid bitki növü. == Təbii yayılması == Cənubi Qafqaz, Cənub-Qərbi Asiya, Anadolunun şimal-şərqi, İranda yayılmışdır. Naxçıvan MR ərazisindən toplanan nümunələrə əsasən təsvir olunmuşdur. == Botaniki təsviri == 8-20 sm hündürlüyündə, 30-35 sm diametrində, seyrək yastığı olan kolcuqdur. Xarici çiçəkaltlığı daxili çiçəkaltlığından bir qədər qısadır. Daxili çiçəkaltlıqları kasacığın yarısının uzunluğundan bir qədər artıqdır. Kasacıq büküyünün pərdələri iti və ya azacıq iti sonluqludur. Onların mərkəzi boyunca paylanmış damarcıqları kasacığın büküyünün kənarına çatır və ya ondan uzundur. Çiçək saplaqları süpürgəvari-sünbülcüklü və yarpaqlardan xeyli hündürdür.
Manakyan tıs-tısı
Manakyan tıs-tısı (lat. Acantholimon manakyanii) — plumbaqokimilər fəsiləsinin tıs-tıs cinsinə aid bitki növü. == Təbii yayılması == Cənubi Qafqaz, Cənub-Qərbi Asiya və İranda təbii halda yayılmışdır. İran-Turan coğrafi elementinə daxildir. == Botaniki təsviri == 10–20 sm hündürlüyündə, seyrək yastığı olan, alçaq koldur. Yarpaqları 3–5 (2–6) sm uzunluqdadır. Çiçəkləri süpürgəvari çiçək qrupunda yerləşmişlər. Kasacığı 8–9 (10) mm uzunluqda olub, bir qədər qıfşəkillidir. Daxili çiçəkaltlıqları demək olar ki, bir-birinə bərabər olub, kasacığın (1/2) 2/3 hissəsini təşkil etməklə, uzunsov və ya kürəşəkilli, iti ucludur. Xarici çiçəkaltlıqları daxili çiçəkaltlıqlarının 1/2–2/3 hissəsinə bərabər olub, oval formalıdır.
Səhənd tıs-tısı
Səhənd tıs-tısı (lat. Acantholimon sahendicum) — plumbaqokimilər fəsiləsinin tıs-tıs cinsinə aid bitki növü. İran İslam Respublikası Təbriz şəhərinin cənubunda, Səhənd dağında, Şimal-qərbində, Qafqaz, Cənub-Qərbi Asiyada təsvir edilmişdir. Yastıqvari formalı, 15-30 sm diametrində olan kolcuqdur. Yastığı boş və kiçikdir. Yarpaqları yaşıl, yastı, üçtilli, xətli-bizvari və kənarları kələ-kötürdür. Çiçəkləri son sünbüldə toplanıb, ikicərgəli, 2-7 sünbülcüklüdür. Sünbülcüyü tək çiçəklidir. Kasacığı qıfvari, büküyü ağ və çılpaq damarlıdır. Tacı parlaq çəhrayıdır.
Taxtacan tıs-tısı
Taxtacan tıs-tısı (lat. Acantholimon takhtajanii) — plumbaqokimilər fəsiləsinin tıs-tıs cinsinə aid bitki növü. Qafqaz, Şimal-Qərbi Asiya, Türkiyənin Ərzurum əyaləti, Şimal-Şərqi Anadoluda təbii halda yayılmışdır. Sıx, yarımkürəşəkilli yastığa malik, diametri 15-40 sm olan alçaq koldur. Budaqları sıx yerləşmişdir. Sərt yarpaqları 1-2 (1,5-2,5) mm enində, 1-3 (1,5-4) sm uzunluqda olub, bozumtul-yaşıl rəngli, çılpaq, yastılaşmış üç hissəli və xətvari şəkillidir. Çiçək qrupu 8-15 sm uzunluqda olub, oxu demək olar ki, düz və ya bir qədər əyilmişdir. Çiçəkaltlıqları qırmızımtıl və çılpaqdır. Xarici çiçəkaltlıqları yumurtavari, itiuclu, ensiz haşiyəli olub, daxili çiçəkaltlıqların (1/2) 2/3-3/4 hissəsinə bərabərdir. Daxili çiçəkaltlıqları bir-birinə bərabərdir.
Trautvetter tıs-tısı
Trautvetter tıs-tısı (lat. Acantholimon trautvetteri) — plumbaqokimilər fəsiləsinin tıs-tıs cinsinə aid bitki növü. Cənubi Qafqaz, Naxçıvan MR-dan toplanan materiallara əsasən təsvir edilmişdir. İran-Turan coğrafi elementinə daxildir. 20-30 sm diametrində, yarımkürəşəkilli olan alçaq koldur. Çiçək saplağı çılpaqdır. Yarpaqları xətli, üçkənarlı, qabarıq (yastıqdan bir balaca yuxarı qalxır), 3-4 sm uzunluqdadır. May-iyun ayında çiçəkləyir, iyun-iyulda toxumları yetişir. Kserofitdir. Quru yamaclarda bitir.
Vedi tıs-tısı
Vedi tıs-tısı (lat. Acantholimon vedicum) — plumbaqokimilər fəsiləsinin tıs-tıs cinsinə aid bitki növü. Cənubi Qafqaz, Cənub-Qərbi Asiya, Türkiyənin şimal-şərqində geniş yayılmışdır. 25 sm diametrində, sıx yastığa bənzər kolcuqdur. Yarpaqları 2-3 sm uzunluqda, 1 mm enində olub, sərt, bizvari, çılpaq, aşağı tərəfdən kənarları boyunca seyrək və qısa kirpikcikli, çox hallarda bənövşəyi ucluqludur. Çiçək saplaqları sadə, kövrək və kələ-kötür olub, təxminən 15 sm uzunluqda və ya çox hallarda yarpaqlardan hündürdür. Sünbülcüklərin uzunluğu 10-11 mm olub, kifayət qədər uzunsünbül çiçək qrupunda toplanmışlar. Çiçəkaltlığı çılpaqdır. Xarici çiçəkaltlığı 7-9 mm uzunluqda olub, daxili çiçəkaltlığından uzun, nadir hallarda isə ona bərabər olur. Xarici çiçəkaltlığı adətən kasacığın uzunluğunun yarısına bərabər, uzunsov-neştərşəkilli, əsasından başlayaraq tədricən itiləşir, nadir hallarda isə ikiyə bölünmüş ucluqla qurtarır.
Şamaxı tıs-tısı
Şamaxı tıs-tısı (lat. Acantholimon schemachense) — plumbaqokimilər fəsiləsinin tıs-tıs cinsinə aid bitki növü. Azərbaycanda təbii halda geniş yayılmışdır. Alçaq koldur. Yastıqcığı çox möhkəm, yarımşarşəkilli, diametri 15-35 sm-dir. Yay yarpaqları açıq göyümtül, çoxsaylı, əhəngli nöqtəli, hamar, üçhissəli, cod, qısa, uzunluğu 5-7 (bəzən 10-15) mm, eni təxminən 1 mm, ucu biz, çılpaq, kənarları xırda tükcüklü, sıx oturandır. Yaz yarpaqları bir az qısa və enlidir. Çiçək saplaqları qısa, təx¬minən yarpaqlardan uzun deyil, əsasən sadə, bəzən az budaqlı, hündürlüyü 2-2,5 sm, çox qısa tükcüklüdür. Çiçəkləri seyrək 1-5 (6) sünbüllərdə yerləşir. Sünbüllərin uzunluğu (9) 10–12 mm, birçiçəklidir.

Digər lüğətlərdə