TƏLƏSMƏK
TƏLXƏKLİK
OBASTAN VİKİ
Təlxək
Təlxək — xalq oyunlarında, hökmdarların yanında olan komik tip.Təlxək italyan (pagliaccio) mənşəli söz olub "onu izləyənləri güldürən və əyləndirən, əcaib geyimli, üzü həddindən artıq və komik şəkildə boyalı oyunçu" mənasını verir. İlk dəfə e.ə. 1600-cü illərdə görünən təlxəklər, bu gün dünyanın bir çox yerində kloun kimi tanınır və sevilirlər. Bəzi qaynaqlara görə, XVIII əsrə qədər saraylarda təlxək saxlanılması ənənəsi davam edib. XVI əsrdən isə İtaliyada səhnəyə aktyor kimi çıxıblar. Təlxəklər – grotesk (əsasən dünyanı vecinə almayan adamlara deyilir) görünüşə sahib olub, komik tipli sənətçilərdir. Bu imici formalaşdıqmaq üçün rəngli və şişirdilmiş pariklər, fərqli makiyajlar, gözə fövqəladə böyük görünən ayaqqabılar və qəribə kostyumlar istifadə edirdilər. Təlxəklik fiziki performans tələb edən xüsusi təhsilin bir parçası olaraq qəbul edilməlidir. İlk təlxəklik növlərinə qədim Yunanıstanda, İtaliya küçə teatrında Commedia dell Arte, fransız mənşəli pantomim və yapon Kabuki ənənələrində və Avropada rast gəlinməkdədir. Daha çox "itoynadan" kimi tanınan Avropada təlxəkləri monarxların və varlı aristokratların evlərində çalışırdılar.

Digər lüğətlərdə