TƏRƏQQİPƏRVƏR

TƏRƏQQİPƏRVƏR Bu acı həqiqətlərlə üz-üzə gələn Məhərrəm əmi faydalı işlər görmək məqsədi ilə inqilabçı tərəqqipərvər ziyalılara yaxınlaşmağa qərar verdi (A.Şaiq); AÇIQFİKİRLİ O zəkalı, açıqfikirli və cəsarətli bir adam idi (M.İbrahimov); FİKRİAÇIQ [Naşad:] Qonşunuz fikriaçıq ziyalı bir gəncdir? (S.Hüseyn); QABAQCIL Bu mübarizədə qabaqcıl fəhlələr də fəal iştirak edirdi (A.Şaiq); QABAQGÖRƏN Xalqın bütün açıqfikirli, qabaqgörən igid və namuslu oğulları yenilməz inqilabi bayraq altına toplaşaraq, alçaq düşmənlərlə öz mübarizəsini daha artıq gücləndirirdi (H.Sarabski); MÜTƏRƏQQİ (bax).

TƏRƏQQİ
TƏRƏZİ

Digər lüğətlərdə