Tarantul
Tarantul , (Araneae) dəstəsindan bir böcək növü.
Asiya və Avropanın mülayim iqlimli bölgələrində yaşayan su hörümçəkləri (argyroneta aquatica) həyatlarının böyük hissəsini su altında keçirirlər. Çünki bu hörümçəklər yuvalarını suyun içində qururlar.
Yuvanı qurarkən hörümçək əvvəlcə su bitkilərinin saplaqları və ya yarpaqlarının arasında iplərlə platforma hörür. Bu iplər hörümçəyə həm evinin yolunu göstərən işarə, həm platformanı möhkəmləndirən bağ, həm də ovun yaxınlaşdığını bildirən radar vəzifəsini yerinə yetirir.
Platforma hörüldükdən sonra hörümçək platformanın altına ayaqları və bədənilə hava qabarcıqları daşıyır. Beləliklə, tor yuxarıya doğru şişir və hava əlavə edildikcə zınqırov formasını alır. Bu zınqırov hörümçəyin su altında olduğu müddətdə sığınacağı olan yuvasıdır.
Hörümçək gündüzlər yuvasının içində gözləyir. Yaxınlığından hər hansı kiçik bir heyvan, xüsusilə həşərat və ya tırtıl keçdikdə bayıra çıxaraq onu tutur və yemək üçün yuvasına aparır.