Daşkənd Tekstil və Yüngül Sənaye İnstitutu
Daşkənd Tekstil və Yüngül Sənaye İnstitutu (özb. Тошкент тўқимачилик ва енгил саноат институти) — Özbəkistanın paytaxtı Daşkənd şəhərindəki dövlət ali təhsil müəssisəsi.
== Tarixi ==
Daşkənd Tekstil İnstitutunun əsası 1932-ci ildə qoyulmuşdur. İlk illərdə institutda iki fakültə: "Pambığın ilkin emalı" və "Mexanika texnologiyası" var idi. Tələbələr 4 ixtisas : pambığın ilkin emalı, toxuculuq, iplik və ipək texnologiyası üzrə məzun olurdular. 1932-33-cü illər ilk tədris ilində institutda 125 tələbə təhsil alıb.
1935-ci ildə institutun dördmərtəbəli binası istifadəyə verildi (bu gün 2-ci tədris binasıdır). O dövrdə institutda 6 istehsalat, 5 tədris laboratoriyası, 5 sinif otağı, idman zalı, kitabxana var idi. 1947-ci ildə institut qiyabi proqramlar üzrə tədrisə başladı; 1955-ci ildə - Mühəndis-iqtisadiyyatı sahəsi üzrə iqtisadi təhsil verməyə başladı. 1958-ci ildə institutda axşam təhsili fakültəsi açıldı.