tenderin əsas şərtlər toplusu

Satınalan təşkilatın tender şərtlərini əks etdirən və iddiaçılara təqdim edilən sənəd

tender təklifinin təminatı
terminal mərhələ
OBASTAN VİKİ
Əsas
Əsas bünövrə, özül, bina, təməl; başlıca, ən mühüm, zəruri. Məsələn, əsas səbəb, əsas məsələ; bir hərəkətin və s.-nin düzgünlüyünü, gerçəkliyini izah edən, əsaslandıran, ona haqq qazandıran, ağlabatan ciddi səbəb, bəhanə, dəlil, sübut; adətən cəm şəklində: əsaslar – hər hansı bir elmin başlıca müddəaları, prinsipləri, elementləri. Məsələn, kimyanın əsasları, nəzəri mexanikanın əsasları; qrammatikada sözün, sözdəyişdirici şəkilçidən qabaq gələn başlıca (sadə, düzəltmə və ya mürəkkəb) hissəsi. == Ədəbiyyat == R.Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Bakı, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Qurtuluş toplusu
"Qurtuluş" toplusu (məcmuəsi) — Azərbaycan siyasi mühacirlərinin Almaniyanın Berlin şəhərində nəşr etdikləri toplu. == Tarixi == İlk sayı 1934-cü ilin noyabrında, son - 51-ci sayı isə 1939-cu ilin yanvarında işıq üzü görmüşdür. "Qurtuluş" toplusu da digər siyasi mühacir nəşrlər kimi, bolşevik Rusiyasının əsarətində olan azərbaycanlılara müraciətlə nəşr edilirdi. Xüsusilə, hər il 28 May İstiqlalı, 27 Aprel İstila Günləri məcmuədə daha geniş əks olunurdu. Topluda Azərbaycan xalqının tarixi, mədəniyyəti, türk dünyası, beynəlxalq məsələlər və s. barədə də dəyərli yazılar verilirdi. Məcmuədə Məhəmməd Əmin Rəsulzadə, Mirzə Bala Məmmədzadə, Mir Yaqub, Hilal Münşizadə, B.Nuhoğlu, Almas İldırım, Cəfər Seyid Əhməd, Əhəd Əlizadə, Kərim Yayçılı və başqalarının məqalələri dərc olunurdu. == "27 Nisan" məqaləsi == B.Nuhoğlu "Qurtuluş" məcmuəsinin 1936-cı il 18-ci nömrəsində dərc etdirdiyi "27 Nisan" ("27 Aprel") məqaləsində yazırdı: == İstinadlar == == Ədəbiyyat == Şəmşir Səbahəddin, Azərbaycanın İstiqlal mücadiləsi. İstanbul, 2002; Tahirli A., Azərbaycan mühacirət mətbuatı, 2 hissədə, h. 1, B, 2002.
İstiqlal toplusu
İstiqlal toplusu — 1919-cu ildə, "İstiqlal bəyannaməsi"nin elan olunmasının birinci ildönümü münasibətilə Bakıda buraxılmış toplu. == Tarixi == "İstiqlal bəyannaməsi"nin mətni ilə açılan topluda Məhəmməd Əmin Rəsulzadənin "Azərbaycan parlamenti", P. Kosalının "Seymin Parlamanı Cümhuriyyətimizin tarixi inkişafında", Üzeyir bəy Hacıbəylinin "Azərbaycan türklərinin musiqisi tarixindən", naməlum müəllifin "Xalq ədəbiyyatı" məqalələri verilmişdir.
Azotlu əsas
Azot əsasları — nuklein turşularının tərkibinə daxil olan,pirimidin və purin törəməli heterotsiklik üzvi birləşmələrdir. Qısaldılmış şəkildə böyük latın hərfləri ilə işarə olunur. Beş növ azotlu əsaslar var — Adenin, Quanin, Sitozin, Timin, Urasil. Azotlu əsaslardan Adenin (A), Quanin (Q), Sitozin (S), həm DNT-nin və həm də RNT-nin tərkibinə daxildir. Timin (T) tək DNT-nin hissəsidir, Urasil (U) isə yalnız RNT-də olur. Adenin və Quanin — purin törəmələridir, Sitozin, Urasil və Timin isə — pirimidin törəmələridir. Yalnız DNT-də mövcud olan Timin və yalniz RNT-də aşkar olunan Urasil kimyəvi strukturlarına görə oxşardır. Urasilin timindən fərqi 5-ci karbon atomunda metil qrupunun olmamasıdır. Azot əsasları — kovalent rabitə vasitəsilə riboza və dezoksiribozanın 1 atomu ilə birləşərək N-glikozidləri yaradirlar ki, bunlarıda nukleozidlər adlandırırlar. Nukleozidlərdə olan şəkərin 5'-hidroksilli qrupuna bir və ya daha çox fosfat qrupları birləşir ki,bunlara nukleotidlər deyilir.
Əsas cəhətlər
Əsas səmtlər - dörd əsas coğrafi səmt: Şimal və ya Quzey Cənub və ya Güney Şərq və ya Doğu Qərb və ya Batı Keçid səmtlər: Şimal-şərq, Cənub-şərq, Şimal-qərb, Cənub-qərb.
Əsas gəlir
Əsas gəlir, bəzən qeyd-şərtsiz əsas gəlir, təməl gəlir, və ya universal əsas gəlir kimi qeyd olunur — bir vasitə testi və ya iş tələbi olmadan əhalinin müəyyən hissəsinin bütün vətəndaşlarına çatdırılan dövri bir ödəmə üçün hökumət dövlət proqramı. Əsas gəlir milli, regional və ya yerli formada həyata keçirilə bilər.
Əsas kapital
Əsas mübadilə
Əsas mübadilə- standart şəraitlərdə orqanizmin normal həyat fəaliyyətini təmin etmək üçün zəruri olan enerjinin minimal miqdarıdır == Standart şəraitlər == Standart şəraitlər dedikdə adətən aşağıdakı şərtlər nəzərdə tutulur: Oyaqlıq vəziyyətində Səhər acqarına uzanmış vəziyyətdə psixoloji və emosional sakitlikdə rahatlıq temperaturu (18 - 20º). Kişilərdə əsas mübadilənin intensivliyi orta hesabla 1kkal/kq/saat təşkil edir, başqa sözlə, sutka ərzində əsas mübadiləyə 70kq çəkisi olan kişi 1700 kkal enerji sərf edir. Qadınlar üçün bu kəmiyyət 10% aşağıdır. === Metabolizm === Metabolizm prosesində ayrılan istilik enerjisi bədən temperaturunun sabitliyini saxlamaq üçün sərf olunur. Bu enerji həm də hüceyrə metabolizmi, qan dövranı, tənəffüs, ifrazat, bədən temperaturunun sabit saxlanmasına, beyində həyati vacib sinir mərkəzlərinin fəaliyyət göstərməsinə, endokrin vəzlərinin sekresiyasına sərf olunur. Fiziki və əqli fəaliyyətdə, psixoemosional gərginlikdə, qida qəbulundan sonra, temperatura aşağı düşəndə orqanizmin enerji sərfi də artır. BÇ- bədən çəkisi (kq) B – boyu (m) ƏM - əsas mübadilə ƏM-nin miqdarı orqanizmdə anabolizm və katabolizm proseslərinin nisbətindən asılıdır.
Əsas məna
Əsas məna; Bir sözün ortaya çıxmasına səbəb olan, həmin sözün zehndə meydana gətirdiyi ilkin mənasıdır. Bu mənadan əmələ gələn və sıx əlaqəli olan yeni mənalar törəmə mənalar adlanır. Əsas və köməkçi mənalar birlikdə “həqiqi mənaları” təşkil edir. Məsələn, “ayaq” sözü canlılardakı əzalardan biridir. Bu məna sözün əsas mənasıdır. Eyni söz masa ayağı üçün istifadə edildikdə, törəmə mənalardan birinə çevrilir. Aşağıdakı cümlələrdə altından xətt çəkilmiş sözlər əsas mənalarında istifadə olunmuşdur: Həkim ağrıyan gözümü diqqətlə müayinə etdi. Uşaq ağzını salfetlə sildi. Tez otağın qapısını bağladım.
Əsas qiymət
Əsas qiymət və ya baza qiyməti — satıcı ilə alıcı arasında aparılan danışıqlarda opsion əməliyyatının bağlanması zamanı təyin olunan malın qiymətidir. Baza qiymət əşyanın faktiki qiymətini müəyyən edir. Baza qiymətinə əlavə ödənişlər və endirimlər miqyası var. Bazar şəraiti dəyişdikdə, əsas qiymətlər sabit qalır, əlavə haqlar və endirimlər isə dəyişilə bilər ki, bu da qiymətlərin müvafiq artımına və ya azalmasına səbəb olur. Faktiki qiymətlərin baza qiymətlərindən kənara çıxma dərəcəsi satış şərtləri və iqtisadiyyatın vəziyyəti ilə müəyyən edilir. Planlaşdırma və statistik uçotda əsas qiymət dedikdə istehsalın dinamikasını, maya dəyərini və xalq təsərrüfatının inkişafının digər göstəricilərini xarakterizə edən indekslər hesablanarkən qəbul edilən qiymət başa düşülür. Əsas qiymətlərdən ona görə istifadə olunur ki, eyni məhsulun qiymətlərinin səviyyəsi ildən-ilə dəyişə bilər və müxtəlif illərdə milli iqtisadiyyatda maya dəyəri göstəricilərinin cari qiymətlərlə ölçülməsi və müqayisəsi onların real dəyişməsi haqqında düzgün təsəvvür yaratmır. Xarici iqtisadi fəaliyyətdə baza qiymət ümumən və ayrı-ayrı mal qrupları üzrə beynəlxalq ticarətin (ixrac və idxal) qiymət indeksinin müəyyən edilməsi üçün əsas rolunu oynayır. Beynəlxalq və xarici ticarət statistikasında, BMT-nin iqtisadi dövri nəşrlərində dərc edilmişdir. Baza qiymətinə sistematik şəkildə yenidən baxılır ki, bu da xarici ticarət dövriyyəsinin diapazonunda dəyişiklikləri nəzərə almağa imkan verir, xüsusən də baza qiymətləri vahid dəyər kimi hesablanan hazır məhsullar üçün.
Əsas sümük
Əsas sümük (lat. Os sphenoidale) yarasa və ya uçan kəpənəyə bənzər sümükdür və kəllə əsasının ortasında üfuqi bir vəziyyətdə yerləşmışdır. Bunun cismi — lat. corpus, bir cüt böyük qanadlar — lat. alae majoris (alae magnae — BNA), bir cüt kiçik qanadları — lat. alae minores (arae parvae —BNA) və bir cüt qanadabənzər çıxıntıları — lat. processus pterygoidei vardır. == Cismi == Cisminin daxilində əsas cibi — lat. sinus sphenoidalis deyilən boşluq vardır. Həmin cib lat.
Əsas səhifə
Əsas səhifə (ing. homepage; türk. anasayfa) — hər hansı bir internet saytına girildiyində qarşımıza gələn ilk səhifə və ya web saytının başlanğıc səhifəsi mənalarına gəlir. Bu xüsusi URL-ləri ən ümumi və məşhur istifadəsində olan və bu səhifənin fayl adı ümumiyyətlə index.html-dir.
Əsas səmtlər
Əsas səmtlər - dörd əsas coğrafi səmt: Şimal və ya Quzey Cənub və ya Güney Şərq və ya Doğu Qərb və ya Batı Keçid səmtlər: Şimal-şərq, Cənub-şərq, Şimal-qərb, Cənub-qərb.
Əsas tezis
Mətn (lat. textus "parça; hörülmə, əlaqə, uyğungəlmə") — bir qrup cümlənin uyğun halda və məntiqli əlaqəsi. “Mətn” anlayışının iki əsas şərhi var: immanent (genişlənmiş, fəlsəfi yüklü) və reprezentativ (daha özəl). İmmanent yanaşma mətnə ​​muxtar reallıq kimi münasibəti, onun daxili strukturunun açılmasına diqqəti nəzərdə tutur. Nümayəndə - mətnin xarici reallığı haqqında məlumatın təqdim edilməsinin xüsusi forması kimi nəzərdən keçirilməsi. Dilçilikdə “mətn” termini şifahi nitq nümunələri də daxil olmaqla geniş mənada işlənir. Mətn qavrayışı mətn dilçiliyi və psixolinqvistika çərçivəsində öyrənilir. Beləliklə, məsələn, I. R. Qalperin mətni belə müəyyənləşdirir: “Bu, yazılı sənəd şəklində obyektivləşdirilmiş, müxtəlif növ leksik, qrammatik və məntiqi əlaqələrlə birləşən bir sıra ifadələrdən ibarət, müəyyən bir xüsusiyyətə malik olan yazılı bir mesajdır. mənəvi xarakter, praqmatik münasibət və buna uyğun olaraq ədəbi işlənmişdir". Mətn oxuyan zaman hər bir hərf beyinə ayrıca siqnal vahidi kimi göndərilir.
Əsas instinkt
Əsas instinkt (ing. Basic instinct) — Pol Verhovenin rejissorluğu və Co Esterhazın ssenari müəllifliyi ilə 1992-ci ildə çəkilmiş ABŞ erotik trilleridir. Filmdə baş rolları Maykl Duqlas və Şeron Stoun canlandırmışdır. Filmin mərkəzində zəngin rok ulduzunun qətlini araşdıran detektiv Nik Kurran (Duqlas) obrazıdır. Tədqiqatlar zamanı Kurran cinayəti törətməkdə şübhəli bilinən cazibədar və sirli Ketrin Tremmellə (Stoun) yaxınlıq etməyə başlayır. Hələ satışa çıxarılmamışdan xeyli əvvəl, Əsas İnstinkt cinsəl və şiddət səhnələri ilə müzakirələrə səbəb olmuşdu. Homoseksual səhnələrinin də yer aldığı film, geylərin hüquqlarının müdafiəçiləri tərəfindən, biseksual qadının qatil xasiyyətli insan kimi göstərilməsi səbəbiylə ciddi tənqid hədəfinə çevrilmişdi. Bütün tənqidlərə və mənfi rəylərə baxmayaraq, Əsas İnstinq $352 milyon dollar gəlirlə 1990-cı illərin ən gəlirli filmlərindən biri olmuşdur. Videokaset, ℅DVD və Blu-ray disklərdə satışa çıxarılmış filmin eyni zamanda, rejissor tərəfindən kəsilmiş və Şimali Amerika kinoteatrlarında göstərilməmiş səhnələri də izləyicilərə təqdim edilmişdir. Filmin davamı kimi 2006-cı ildə çəkilmiş Əsas İnstinkt 2 filmi isə böyük tənqidlərə məruz qalmış və ciddi maddi itki ilə üzləşmişdi.
Əsas sərnişin
Darina Alekseyevna Qromova (Dünyaya, "Əsas sərnişin" (rus. Главный пассажир) yazısı ilə tanındı) (26 dekabr 2014, Qatçina, Leninqrad vilayəti – 31 oktyabr 2015, Şimali Sina mühafəzəsi[d]) — Qatçina şəhərindən olan 10 aylıq qız. O, 2015-ci il 31 oktyabrda "Airbus 321" avialaynerinin "9268 Metrojet" reysinin Misirin Sinay yarımadasında qəzaya uğraması nəticəsində, valideynləri ilə birgə həlak olub. Darina Qromovanın anası, Tatyana Qromova tərəfindən "VKontakte" (rus. ВКонтакте) sosial şəbəkəsinə "Əsas sərnişin" (rus. Главный пассажир) yazısı ilə yerləşdirilən foto, dünyanın bir çox KİV tərəfindən yayımlanıb və Rusiya tarixinin ən faciəvi təyyarə qəzasının bir növ rəmzinə çevrilib. == Həyatı və ölümü == Darina Qromova 2014-cü il 26 dekabrda Leninqrad vilayətinin Qatçina şəhərində anadan olub. Onun, valideynləri Aleksey (1988–2015) və Tatyana (1988–2015), "Resteq" Sərgi Birliyində çalışırdılar. Darina Qromova, 2015-ci il 15 oktyabrda valideynləri ilə birgə, Peterburq şəhərinin "Pulkovo" Beynəlxalq Hava Limanından Misirə səyahətə yollandı və oktyabrın 31-də, "Airbus 321" avialaynerinin "9268 Metrojet" reysi ilə vətənə, Rusiyaya qayıtmalı idi. Amma, təyyarə səmaya qalxdıqdan 23 dəqiqə sonra, Misirin Sinay yarımadasında faciəvi qəzaya uğradı və nəticədə, təyyarənin göyərtəsində olan 224 nəfər şərnişinin hamısı həlak oldu.
"Cavidşünaslıq" araşdırmalar toplusu
"Qardaş köməyi" toplusu
"Qardaş köməyi" toplusu — İctimai-siyasi toplu. == Mahiyyəti == Birinci dünya müharibəsi (1914–1918) dövründə Azərbaycanın bir sıra yaşayış məntəqələrində fəaliyyət göstərmiş "Qardaş köməyi" təşkilatının orqanı. Əsasən, Qars vilayəti ətrafında zərər çəkmiş müsəlman qaçqınlarının həyatına həsr olunmuş məqalələr dərc edilirdi. == Əsas yazıçılar == Toplunun əsas mühərrirləri Məhəmməd Əmin Rəsulzadə, Əhməd Cavad, Hüseyn Cavid, Firidun bəy Köçərli, Seyid Hüseyn, Abdulla Şaiq, Şəfiqə xanım Əfəndizadə idi. Jurnalın bir nüsxəsi hələ də İstanbulda saxlanılaraq, mühafizə olunur.
Aeronaviqasiya məlumatlarının toplusu
Aeronaviqasiya məlumatlarının toplusu (ing. Aeronautical Information Publication) — bütün dünyada təhlükəsiz uçuşun həyata keçirilməsi üçün pilot və hava hərəkətini idarəetmə orqanları (ATC, ATM), habelə hava nəqliyyatının idarə olunması, gömrük, sərhəd və sanitariya nəzarəti və hər bir hava limanının və rayon mərkəzinin inzibati qaydaları üzrə tələblər tərəfindən istifadə olunur. == Toplunun məzmunu == Kolleksiya daxildir: Hava limanlarının sxemləri: Aerodrom haqqında məlumat Aerodrom xəritəsi Aerodrom yerüstü hərəkət xəritəsi / enişdən sonra / uçuş üçün Rayon xəritəsi Cihazlar/vizual qaydalar üzrə standart uçuş kartı Cihazlar/vizual qaydalar üzrə standart gəliş kartı Cihazlar/vizual qaydalar üzrə standart yürüş xəritəsi Enməyə daxilolma üçün kart Nodal nəzarət sahələri: Rayon xəritəsi Tranzit marşrutları xəritəsi Qadağan olunmuş rayon bölgələrinin xəritəsi Hər bir bölgə üçün hava trafik məlumat kartları Hər bir rayon üçün gömrük, sərhəd və sanitariya tələbləri. == Toplunun yaradılması və dəyişdirilməsi == Hər bir ölkədə bu toplu dövlət orqanı tərəfindən nəşr olunur və dövlət sənədi hesab olunur. == İstinadlar == == Xarici keçidlər == "Avsim" (rus). 2013-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-22.
Marallarım (hekayələr toplusu)
Marallarım — Əbdürrəhim bəy Haqverdiyevin 1910-cu ildən etibarən “Marallarım” adı altında “Mоlla Nəsrəddin” jurnalında çap еtdirdiyi hеkayələrini “Mütrüb dəftəri” ilə başlamışdır. Hеkayədə kənd yüzbaşısı Qasım əminin fəaliyyətindən danışılır. “Marallarım” adı altında gеdən hеkayələrdə ədib dövrün bir sıra mühüm məsələlərinin bədii həllini vеrir, cəhalət, nadanlıq və köhnə еtiqadlara istеhza еdir, xalqın ruhunu, zеhnini zəhərləyən təbliğatçıları kəskin tənqid atəşinə tuturdu. Onun 1910-1913-cü illərdə "Molla Nəsrəddin" jurnalında "Ceyranəli" imzası ilə çap etdirdiyi "Marallarım" adlı hekayələr toplusuna aşağıdakılar daxildir: “Müqəddimə” (Molla Nəsrəddin jurnalı, S.29, 1910) “Mütrüb Dəftəri” (Molla Nəsrəddin jurnalı, S.30, 1910) “Dəcəlabad” (Molla Nəsrəddin jurnalı, S.42, 1910) “Yaşılbaş Sona” (Molla Nəsrəddin jurnalı, S.28, 1911) “Qiraət” (Molla Nəsrəddin jurnalı, S.30-35 arası, 1911) “Şikayət” (Molla Nəsrəddin jurnalı, S.35, 1911) “Şəbih” (Molla Nəsrəddin jurnalı, S.7, 1912) “Pir” (Molla Nəsrəddin jurnalı, S.10-12 arası, 1913) “Tənqid” (Molla Nəsrəddin jurnalı, S.14-16 arası, 1913) “Acından Təbib” (Molla Nəsrəddin jurnalı, S.22-24, 1913) 1927-ci ildə Haqvеrdiyеvin ədəbi-ictimai fəaliyyətinin оtuz bеş illik yubilеyi kеçirilir. O, bu dövrdə “Marallarım” silsiləsindən оlan satiric və başqa ciddi ruhlu çоxlu hеkayələr çap еtdirir. Hеkayələrin bir hissəsi “Marallarım” (1927) və digər hissəsi “Hеkayələr” (1940) kitabında tоplanmışdır. "Marallarım" ilk dəfə tərtib edilərək kitab şəklində "Azərnəşr" tərəfindən 1927-ci ildə Bakıda nəşr edilmişdir. "Marallarım" başlığı ilə yazılan hekayələr "Xortdanın Cəhənnəm Məktubları" və "Mozalanbəyin Səyahətnaməsi" -nin davamı olaraq qələmə alınmışdır. Haqvеrdiyеvin “Marallarım” sərlövhəsiylə çap еtdirdiyi hеkayələr “Cəhənnəm məktubları”nı tamamlayır. Hеkayələrdə “cəhənnəmdə” cəza çəkənlərin оraya “gеtməzdən” əvvəl dünyada gördüyü işlər təsvir və ifşa оlunur.
Mirqorod povestlər toplusu
Mirqorod povestlər toplusu (rus. Миргород (сборник)) — 1835-ci ildə Nikolay Qoqolun "Mirqorod" və "Ədəbi parçalar" adlı iki kitabı işıq üzü görüb. "Mirqorod" iki hissədən ibarət idi. Birinci hissəyə "Köhnə dünya mülkədarları" və "Taras Bulba", ikinci hissəyə isə "Viy", "İvan İvanoviçlə İvan Nikiforoviçin dalaşması haqqında povest" daxil idi. Müəllif "Mirqorod"u həm də "Dikanka yaxınlığında Xutorda axşamlar"ın davamı adlandırmışdı. Bu ikinci ad onunla əlaqədar idi ki, "Axşamlar" kimi bu yeni povestlərdə də ancaq Ukraynanın müasir həyatından və tarixi keçmişindən bəhs olunur. Bununla belə üslüb, yaradıcılıq metodu cəhətdən "Viy" müstəsna olmaqla, "Mirqorod" "Axşamlar"dan tamamilə fərqlənirdi. Belə ki, "Viy" "Axşamlar"da olan povestlər kimi nağılvari, fantastik, sehrli bir süjetdə yazıldığı halda qalan povestlər tənqidi realizm üslubunda yazılmışdı. Hətta yüksək romantik pafosla zəngin olan "Taras Bulba"da da realist həyat səhnələri, canlı insan xarakterləri əsas yer tuturdu. "Viy" xalq əfsanələri əsasında yazılmış povestlərdən biri idi.
Qafqaz toplusu (jurnal)
Qafqaz toplusu (rus. Кавказскій сборникъ) — hərbi tarix mövzusunda illik jurnal. 1876-1912-ci illərdə Qafqaz Hərbi Dairəsi Baş Qərargahının Hərbi-Tarix Şöbəsi tərəfindən Qafqaz Ordusunun Baş Komandanı, general-feldmarşal, Qafqaz canişini, Böyük Knyaz Mixail Nikolayeviç Romanovun göstərişi ilə Tiflisdə nəşr edilmişdir (1881, 1891-1893 və 1904-cü illər istisna). == Tarixi == Jurnalın yaradılması ideyası 1862-ci ildən etibarən Qafqazdakı İmperator Əlahəzrətinin qubernatoru və Qafqaz ordusunun komandanı olan Böyük Knyaz Mixail Nikolaeviçə məxsus idi. Jurnalın ilk baş redaktoru Artilleriya Qvardiyası polkovniki İvan Çernyavski olmuşdur. Jurnal Qafqaz Hərbi Dairəsi Qərargahının Hərbi-Tarixi Şöbəsi tərəfindən nəşr edilmiş və Qafqazın fəthinə həsr olunmuşdu. Jurnalın əsas məqsədi qəhrəman rus zabit və əsgərlərinin ənənəsini yaşatmaq, "sonrakı hərbi əməliyyatlar üçün" keçmiş döyüş təcrübələrini öyrənmək və yaddaşını qorumaq idi. Qafqazda şöhrət qazanmış Rusiya imperiyasının ordusunun zabit və əsgərlərinin qəhrəmanlığını gələcək nəsillərə çatdırmaq məqsədi əsas vəzifə kimi qarşıda dururdu. Jurnalda göstərilən tarixi sənədlərə və arxiv məlumatlarına əlavə olaraq, döyüşçülərin xatirələri də dərc edilmişdir. Bu məqsədlə, 25 avqust 1874-cü ildə Mixail Nikolaeviçin əmri ilə jurnalın nəşrinə fayda verə biləcək qeydlər, gündəliklər və digər əşyalar şəklində qalan müxtəlif materialları toplamaq üçün çap olunmuş bir müraciət nəşr olundu.
Ülkər (ulduz toplusu)
Ülkər — Buğa bürcündə və Yerdən 440 işiq ili uzaqlığında yerləşən açıq ulduz topasıdır. Ulduz toplusunun yaşı təxminən 60-100 milyon ildir. Ulduz topası 250 milyon ildən sonra məhv olacaq. Bu ulduz topasında 1000 - dən çox ulduz olduğu ehtimal olunur.
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu — Azərbaycan Respublikasının qanunlarının, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarının dərc edildiyi rəsmi aylıq nəşr. == Tarixi == Toplu Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1996-cı il tarixli Sərəncamı ilə təsis edilmişdir. İlk nömrəsi 31 iyul 1997-ci ildə nəşr olunmuşdur.
Divar (Qısa hekayələr toplusu)
Jan Pol Sartrın 1939-cu ildə nəşr olunan "Divar" (fr. Le Mur) adlı 5 hekayədən ibarət hekayələr toplusu. Müəllifin ən böyük ekzistensialist fantastika əsərlərindən biri hesab olunur. Sartr kitabı öz yoldaşı, Olqa Kosakieviçə həsr etmişdir. "Divar" "Otaq "Herostrat" "İntimlik" " Liderin uşaqlığı " == "Divar" == Eponim hekayəsi məhbusların ölümə məhkum edildiyi vəziyyəti soyuqqanlı şəkildə təsvir edir. 1939-cu ildə yazılmış hekayə,18 iyul 1936-cı ildə başlayan və 1 aprel 1939-cu ildə general Fransisko Frankonun başçılıq etdiyi Millətçilərin sona çatan vətəndaş müharibəsində baş verir. Başlıq məhbusları edam etmək üçün atəş dəstələrinin istifadə etdiyi divara aiddir. Divarın özü insanın ölümünün qaçılmazlığını və xəbərsizliyini simvollaşdırır. Baş qəhrəman Pablo İbbieta kamerada olan digər iki nəfərlə birlikdə ölümə məhkum edilir. Yoldaşı Ramon Qrisin yerini açıqlayacağı təqdirdə ona çıxış yolu təklif olunur.