UC

UC I is. Son, axır. Gözlə ha gözlə, gözlə ha gözlə, axırda dəstənin ucu açıldı (“Koroğlu”).

UC II qoşma Ötrü, görə. Yazıq arvad mənim ucumdan şirin yuxuya həsrətdir (Ə.Vəliyev).

TÜTÜN
UÇQUN
OBASTAN VİKİ
Uc (feodalizm)
Uc (türk. Uç; kənar, son) — köçəri türkmənlərin üstünlük təşkil etdiyi, adətən "kimsəsiz torpaqlar" kimi təsvir edilən torpaq mülkiyyət forması. Əsasən Anadolu, Balkanlar və Pireney yarımadasında formalaşmış müsəlman dövlətlərində olurdu. Bu torpaqlar tayfa başçılarına dövlətin ucqar sərhədlərini xarici qüvvələrdən qorumaq öhdəliyi müqabilində verilirdi. İrsən keçmirdi. == Əhalisi == Bizansın xaraba qalmış Saqalassos qalasında şəhərin xristian sakinləri ilə buraya gələn türklər arasında münasibətlər mənfi zəmində idi. Bu səbəbdən türkmənlər "qarahisar"ın özündə deyil, onun kənarındakı ayrı kəndlərdə məskunlaşmağa başlamışdılar. Tutulan bəzi yunan şəhərlərinin əhalisinin sayı xeyli azalmış olsa da, qismən qorunurdu. Qalan xristian yunanlar vergi planında (zimmi) istismar olunurdu, onlardan həm də devşirmə, qadınlardan fahişə, qul, cariyə kimi istifadə olunurdu. Hər halda, Səlcuqlu uclarında qalan yunanlar tədricən türkləşməyə və islamlaşmaya məruz qalmışdılar.
Uc beyin
Uc beyin — lat. telencephalon uc beyin qovuğundan diferensasiyaetmiş törəmələrə böyük beyin yarımkürələri — lat. hemispheria cerebri, görməqabaraltının görmə hissəsi — lat. pars optica hypothalami, komissural sistemdən (bitişmə sistemindən) hesab olunan döyənək cismi — lat. corpus collosum və ön bitişmə — lat. commissura anterior aiddir. Uc beyin yüksək inkişaf dərəcəsinə çatmışdır; yuxarı tərəfdən və yanlardan beyin kötüyünü çəpgən kimi əhatə etmişdir. == İstinadlar == == Mənbə == Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, III cild, "MAARİF" Nəşriyyatı, Bakı — 1982 Atlas of Human Cardiac Anatomy — Endoscopic views of beating hearts — Cardiac anatomy Р. Д. Синельников.
Uc bəyliyi
Uc bəyliyi (Osmanlıca: اوج بگلیکی — uc bəyliyi); orta əsrlərdə xristian ilə islam dünyasının arasındakı müsəlman sərhəd bölgələri üçün istifadə olunan bir tanıtımdı. Uc bəyliyinin xristian tərəfindəki qarşılığı, yunanca AKRON (άκρον) olaraq adlandırılırdı. Sərhəd bölgələrində öz torpaqlarını müdafiə öhdəçiliyi götürən kəslərə Bizans tərəfində Akrit (ακρίται), müsəlman tərəfdə isə qazi (Osmanlıca: غازى) adlanırdı. == Sərhəd bölgələrinin tarixçəsi == İslamın erkən orta əsrlər dövründə yayılmasıyla birlikdə, Şərqi Anadolu xristian ilə İslam dünyalarını arasında ən əhəmiyyətli sərhəd bölgəsi halına gəlmişdir. Bu bölgənin sakinləri, ola biləcək bir hücumu geri oturtmaq ya da düşmən torpaqlarına hücum təşkil etmək üçün davamlı səfərbər olmaq məcburiyyətində idi. Sərhəd bölgələrdə bu səbəblə çox xüsusi bir həyat tərzi inkişaf etmişdir. Yerli xalqın bu həyat tərzləri, xalq ozanları üçün fərqli dastanlara ilham qaynağı olmuşdur. Bizans qəhrəmanlıq dastanı olan Digenis Akritas ya da müsəlmanların Battal Qazi dastanı bu cür əsərlərin ən çox tanınan nümunələridir. Sərhəd (uc) bölgələrdə yaşayan xalq üçün, yeri gəldiyində tərəf dəyişdirmək, qarşı tərəfin qadınlarını qaçırmaq və əsirləri öz mədəniyyətlərinə mal etmək kimi adətlər məşhur idi. Oğuz boyundan türkmənlərin Orta Asiyadan Anadoluya girməsi və 1071-ci ildə zühur edən Malazgirt müharibəsi sonrasında, Bizans imperatorluğu ilə ibarət olan sərhədlər türkmən köçərilər tərəfindən əhatə edilirdi.
Gəraybəyli (Ucar)
Gəraybəyli (əvvəlki adı: Qarabəyli) — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 2001-ci il tarixli, 191-IIQ saylı Qərarı ilə Ucar rayonunun Qarabörk kənd inzibati ərazi dairəsi tərkibindəki Qarabəyli kəndi Gəraybəyli kəndi adlandırılmışdır. == Toponimikası == Gəraybəyli kənd yaşayış məntəqəsi Gəraybəyli nəslinə mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Toponim Gəraybəy adlı şəxsin adı ilə əlaqədə yaradılmışdır. Digər adı isə Müskürlü olmuşdur. Müskürlü tayfa adıdır. Müskürlü kənd sakinlərinin təmsil olunduğu tayfanın adıdır. Həqiqətən də kəndin şimal-şərq qonşuluğunda indi də Müskürlü kəndi vardır. Toponim "Gəraybəylilər", "Gəraybəyligillər" mənasındadır. Kənd İsmayıllı rayonunun Gəraybəyli kəndindən köçüb gəlmiş ailələrin burada məskunlaşması nəticəsində yaranmışdır.
Lək (Ucar)
Lək — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. == Tarixi == Kəndin tarixi dəqiq məlum deyil. Kənddə XX əsrin 70-80-cı illərinə qədər qədim mətbəx əşyalarından və təsərüfat alətlərindən qazan,plov qazanı, sərpuş, boşqab, gümüş kəmər, xəncər, balta, kətmən, bel, dəryaz, oraqa demək olar ki,hər ailədə evdə rast gəlmək mümkün idi. Qeyd edilən plov qazanlarından tovuz, qazax bölgələrində bugünkü, günə qədər kəndlərdə evlərdə rast gəlmək olar. Burada yerli əhali bu plov qazanlarını "ucar qazanları" kimi tanıyır. Bu plov qazanlarının gəncə-basar bölgəsinə gəlib çıxmasında ehtimal ki, kənd əhalisi bu bölgəyə səfər edərək bu plov qazanlarını burada təhvil verib əvəzində taxıl alarmışlar. Kənd əhalisinin bir qismi indiki Göyçay şəhərində məskunlaşmışlar. Yerli əhalinin onların məskunlaşdığı yerə el dilində ləklilər məhəlləsi deyirlər. Bu kəndin gənclərinin 1941-45-ci illər böyük vətən müharibəsində faşizim üzərində qələbə çalınmasında özünəməxsus payı var.
Lək bələdiyyəsi (Ucar)
Ucar bələdiyyələri — Ucar rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Pentacalia ucumariana
Pentacalia ucumariana (lat. Pentacalia ucumariana) — mürəkkəbçiçəklilər fəsiləsinin pentacalia cinsinə aid bitki növü.
Qarababa (Ucan-i Şərqi dehistanı)
Qarababa (fars. قره بابا‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı, Ucan-i Şərqi dehistanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 2.472 nəfər yaşayır (530 ailə).
Qarabəyli (Ucar)
Gəraybəyli (əvvəlki adı: Qarabəyli) — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 2001-ci il tarixli, 191-IIQ saylı Qərarı ilə Ucar rayonunun Qarabörk kənd inzibati ərazi dairəsi tərkibindəki Qarabəyli kəndi Gəraybəyli kəndi adlandırılmışdır. == Toponimikası == Gəraybəyli kənd yaşayış məntəqəsi Gəraybəyli nəslinə mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Toponim Gəraybəy adlı şəxsin adı ilə əlaqədə yaradılmışdır. Digər adı isə Müskürlü olmuşdur. Müskürlü tayfa adıdır. Müskürlü kənd sakinlərinin təmsil olunduğu tayfanın adıdır. Həqiqətən də kəndin şimal-şərq qonşuluğunda indi də Müskürlü kəndi vardır. Toponim "Gəraybəylilər", "Gəraybəyligillər" mənasındadır. Kənd İsmayıllı rayonunun Gəraybəyli kəndindən köçüb gəlmiş ailələrin burada məskunlaşması nəticəsində yaranmışdır.
Qaracallı (Ucar)
Qaracallı — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Ucar rayonunun Qaracallı kəndi XIX əsrin sonlarında yaranmışdır. Bu kəndin əsas sakinləri Cəbrayıl rayonunun Qaracallı kəndindən gələnlər olmuşlar. Belə ki, həmin kənddən gələnlər maldarlıqla məşğul olduqlarından bu yeri əlverişli bir yer seçərək burada məskunlaşmışlar. == Toponimikası == Yaşayış məntəqəsi kəngərlilərin qaracallı tayfasının məskun­laşması nəticəsində yaranmışdır. Xanlar rayonu ərazisində bu nəslin adı ilə bağlı Qaracallı təpəsi (Əli Bayramlı kəndi) və Qaracallı dərəsi (Bolçalı kəndi) adlı iki obyekt qeydə alınmışdır. == Mədəniyyəti == Kənddə bir mədəniyyət evi və kitabxana fəaliyyət göstərir. Bundan əlavə kəndin 2 orta məktəbi vardır. == Coğrafiyası və iqlimi == Kənd Göyçay çayının sahilində, Şirvan düzündə, Bakı-Tbilisi əsas magistral yoluna və dəmir yolu xəttinə yaxın yerdə yerləşir. == Əhalisi == Əhalisi 4500 nəfər.
Qaradağlı (Ucar)
Qaradağlı — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. == Əhalisi == Əhalisinin sayı 3440 nəfərdir. == Toponimikası == Yaşayış məntəqəsi çaylaq ərazidə yerləşdiyi üçün 1930-cu ilə­dək Çaykənd Qaradağlısı da adlanırdı. Qara­dağlı ən böyük Azərbaycan ellərindən birinin adı­dır. Yaşayış məntəqəsi mənşəcə Səfəvilərin hakimiyyət uğrunda mübarizəsində böyük rol oynamış qızılbaşların Qaradağlı tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Tayfa isə öz adını Cənubi Azərbaycanın Qaradağ mahalının adından almışdır. Səfəvilər hakimiyyətə keçdikdən sonra Qaradağlılar müxtəlif ərazilərə yayılmışlar. Qaradağlı adlı kəndlər də məhz həmin tayfaya məxsus ailələrin etnik adını əks etdirir. XX əsrin 30-cu illərinədək Laçın rayonunun Güləbird kəndi yaxınlığında da Qaradağlı adlı kənd olmuşdur.
Qazyan (Ucar)
Qazyan — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Yerli əhalinin dediyinə görə Qazyan kəndi XX əsrin əvvəllərində Çar hökuməti tərəfindən xüsusi fərmanları Zaqafqaziya Şeyxülislamı Babayev Baba ağaya bağışlanmışdır. Kəndin düzgün adı "Qazian"dır (yəni qazılar). Ərəb dilində qazi "kafirlərə qarşı vuruşan döyüşçü vədəstə, qoşun başçısı" mənasındadır. Orta əsrlərdə qazilər həm sərhəd qoşunu, həm də dini qurumların və dövlətin başlıca zərbə qüvvəsini təşkil edirdilər. "Kitabi Dədə Qorqudda qazi – ərənlər formasında işlənir. Qızılbaş tayfaları içərisində qazilər (qazian) tayfası da vardır. Respublikamızın ərazisindəki Qazian (Qazyan) adlı toponimlər bu tayfaların adı ilə bağlıdır. Toponim əslində Qazian – qailər olmalıdır ki, bu da ərəbcə qalib, fateh mənasındadır. “Dədə – Qorqud” dastanında qazi – ərənlər formasında “igid, qəhrəman” mənasında işlənib.
Qərib Əli Ucatürk
Qərib Əli Ucatürk (5 may 1962, Bərdə, Azərbaycan) — şair, publisist, ədəbi tənqidçi. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. == Həyatı == Qərib Əli Ucatürk 1948-1953-cü illərdə SSRİ Ali Sovetinin qərarı ilə Qərbi Azərbaycan torpaqlarında Rus-Sovet imperiyasının yaratdığı Ermənistan SSR-dən əsgərləriun gücü ilə öz tarixi torpaqlarından, dədə-baba yurdlarından sürgün edilən qaçqın ailəsində 5 may 1952-ci ildə Bərdədə anadan olub. Ali məktəbi bitirdikdən sonra təyinatla bir müddət Özbəkistanın Urgenc şəhərində, daha sonra bir müddət Latviyanın Riqa şəhərində çalışmalı olur. 1978-ci ildə Vətənə qayıdır və Azərbaycan Dövlət Universitetində (indiki BDU) əmək fəaliyyətini davam etdirir. 1981-1984-cü illərdə o zaman Azərbaycan SSR Dövlət Plan Komitəsi yanında İqtisadiyyat ETİ-nin aspiranturasının qiyabi şöbəsində təhsil alır. Bir elmi büroşuranın və 107 elmi əsərin müəllifidir. 8 şeir kitabı çap edilib. "Türkün cəci" və "Türkün sözü" qəzetlərinin baş redaktoru vəzifəsində çalışıb. Çoxlu sayda publistik məqalələrin müəllifidir.
Ramal (Ucar)
Ramal — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. == Əhalisi == Əhalisinin sayı 2009-cu ildə 780 nəfər olub. == Toponimikası == Kəndin adının ərəb dilindəki rəml (qum) sözündən olub, "qumlaq, qumlu yer" mənasını ifadə etməsini güman etmək olar.
Rusiyanın ucqar nöqtələri
Rusiyanın ucqar nöqtələri — Rusiyanın şimal və şərq hissələrinin ucqar nöqtələri Avrasiya materikinin bu istiqamətdəki ucqar nöqtələri ilə eynilik təşkil edir (istər materikdəki, istər adadakı). Keçmiş SSRİ-nin ucqar nöqtələri Rusiya ilə eynilik təşkil etsə də, bircə cənub nöqtəsi Kuşka şəhəri hazırda Türkmənistan ərazisindədir. Sovetlərin ən hündür nöqtəsi olan Komunizm piki (7495 m) hazırda Tacikistan ərazisində yerləşir. 1841-ci ilə qədər isə Rusiya imperiyasının şərq ucqar nöqtəsi Şimali Amerikada, Fort-Ross şəhəri ərzisində yerləşirdi. Fort-Rossun 1867-ci ildə satılmasından sonra ucqar nöqtə Rus Amerikası və Britaniya Şimali Amerikası arasındakı sərhəd olmuşdur. Qərbdə isə ucqar nöqtəsi Polşa çarlığı ərazisində yerləşirdi. 1917-ci ildə isə artıq SSRİ bu nöqtəyə sahib deyildi. == Ucqar nöqtələr == === Adalar və eksklavlar daxil olmaqla === Şimal nöqtəsi — Fliqeli burnu, Frans-İosif Torpağı, Arxangelsk vilayəti 81°50′35″ şm. e. 59°14′22″ ş.
Təzəkənd (Ucan-i Şərqi dehistanı)
Təzəkənd (fars. تازه كند‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 134 nəfər yaşayır (31 ailə).
UCL
London Universitet Kolleci (ing. University College London) — Londonun mərkəzində, Qover küçəsində (ing. Gower street) yerləşən London Universitetinin ilk və ən iri məktəbi. Əsası 1826-cı ildə qoyulan və London Universiteti adlanan məktəb İngiltərədə yaradılmış üçüncü ali təhsil ocağı hesab olunur. Kollec Britaniyanın "Universitetlərin Rassel Qrupu", "G5" adlanan elit universitetləri sırasına, Avropa Universitetləri Assosiasiyasına və Avropa Tədqiqat Universitetləri Liqasına daxildir. London Universitetinin digər məktəbləri ilə birlikdə, London Universitet Kolleci (LUK) Oksford və Kembric Universitetləri ilə yanaşı "Qızıl üçbucaq" adlı üçlük yaradır. London Universitet Kollecinin ştatına 53 London Kral Cəmiyyəti, 51 Britaniya Akademiyası, 15 Kral Mühəndislik Akademiyası və 117 Tibb Elmləri Akademiyasının üzvləri daxildir. Ali məktəbin keçmiş və indiki tələbələri, fakültə üzvlərindən 29u Nobel mükafatına layiq görülmüşdür (fəxri məzunlar və elmi işçilər nəzərə alınarsa, 40 Nobel mükafatı laureatı). İki məzun və hal-hazırkı fakültə üzvlərindən biri Riyaziyyat üzrə Filds medalına layiq görülmüşlər. Böyük Britaniya universitetləri arasında dövlət büdcəsindən maliyyələşən (araşdırmalara ayrılan büdcə hissəsindən) universitetlərin ilk üçlüyünə daxil olan LUK (UCL) son illərdə ABŞ-nin Yel Universiteti ilə birgə multidisiplinar əməkdaşlığa başlamışdır.
Uca andız
Uca andız (lat. Inula helenium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin andız cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü (60) 80–150 sm və daha hündür olan, gövdəsi düzduran, qalın, şırımlı, qısa tüklü, yuxarı hissədə qalxanşəkilli və ya uzun ensiz salxımşəkilli süpürgə şəklində süpürgəvari budaqlanan çoxillik iri ot bitkisidir. Yarpaqları iridir, uzunluğu 40–50 sm, üst tərəfdən zəif tüklü və ya çılpaq, alt tərəfdən sıx yumşaq məxmər tüklüdür, aşağı yarpaqları saplaq üzərindədir, uzunsov-elliptik, xırda dişli və ya mişarlı, yuxarı yarpaqları oturaqdır, uzunsov-yumurtaşəkilli, sivriləşmiş, qaidəsi ürəkşəkilli, yarımgövdə həcmini artırandır. Səbətləri çoxsaylı deyil, iridir, eni 20–35 mm olub, qismən uzun saplaq üzərindədir. Qının bayır yarpaqcıqları otşəkilli, çoxsaylı, demək olar ki, qalın dərilidir, yumurtaşəkilli, boz keçə tüklü, uzunluğu 1–2 (2,5) sm-dir, ortadakılar enli tünd törəməlidir, daxili yarpaqcıqları daha ensiz, kürəkşəkilli və kütdür. Dilcikşəkilli çiçəkləri sarı rəngli, çoxsaylı, ensiz xətvaridir, təpə hissədə sivriikidişlidir, qından uzundur. Toxumlarının uzunluğu 4–5 mm, prizmaşəkillidir, çılpaqdır; kəkili qəhvəyi rəngli, 2–2,5 dəfə toxumdan uzundur. İyun-sentyabr ayında çiçəkləyir, avqust-oktyabr aylarında meyvə verir. == Azərbaycanda yayılması == Samur-Şabran oval., BQ (Quba), BQ şərq, BQ qərb, KQ mərkəzi, KQ şimal, KQ cənub, Nax.
Uca aylant
Uca aylant (lat. Ailanthus altissima) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin simaroubakimilər fəsiləsinin aylant cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Azərbayacan şəraitində hündürlüyü 12-15 m (nadir hallarda 20 m.) m, diametri 60 sm olan, öz vətənində isə hündürlüyü 30 m-ə çatan ağacdır. Çətiri iri budaqlıdır, lakin iri yarpaqların çox olmasına görə sıxdır və kölgəlidir. Cavan budaqları açıq-qəhvəyi, yaşlı gövdəsinin rəngi isə açıq boz rəngdədir. Yarpaqları iri və mürəkkəbdir, uzunluğu 40-70 (90) sm-dir, tək lələkvaridir, ümumi saplaqda oturmuş 9-41 ədəd yarpaqcıqdan ibarətdir, xoşagəlməyən iyi vardır; yarpaqcıqların uzunluğu (4) 5-8 (13) sm, uzunsov-yumurtaşəkilli və yaxud neştərvari yumurtaşəkillidir. Qaidəsinə doğru dəyirmi və ya çəpinə kəsilmiş, tam inkişaf dövründə çılpaq, kənarları nazik kirpikcikli, qaidə hissəsində, hər birində 1-2 (3-4) ədəd iri dişlidir. Çiçək qrupu iri, süpürgəvari, kifayət qədər sıx olub, uzunluğu 20-30 sm-ə qədərdir. Çıçəkləri xırda, uzunluğu 2,5-3,5 mm, ikicinslidir və erkəkciklidir, xoşagəlməyən iyi vardır. Ləçəkləri 5-6 ədəd olub, xırdadır, yumurtaşəkilli, yaşılımtıl rəngli və tutqundur.
Uca sığırquyruğu
Uca sığırquyruğu (lat. Verbascum densiflorum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin qaraşəngikimilər fəsiləsinin sığırquyruğu cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Uca sığırquyruğu iriçiçəkli keçəyəbənzər tükcüklü, birinci il inkişaf edərək kök üstündə olan çətir və yarpaqlar, ikinci il isə generativ gövdə əmələ gətirir. Gövdəsi budaqlanmayan hündürlüyü 2 m-ə qədərdir. Kök üstündə olan yarpaqları oturaq və ya qısasaplaqlı, uzunsov və ya uzunsov-ellipsşəkilli, iriçəpərli kənarları, gövdəsi növbəli, bütün uzunluğu boyu sallanmış buğumarasından, aşağı hissəsi uzunsov, yuxarı hissəsi yumurtavari, itiuclu olub, kənarları dişlidir. Çiçəkləri sarı, azacıq qeyri-düzgün və beşüzvlü, olub, 3-4,5 sm diametrinə bərabərdir. Meyvəsi qutucuqdur. İyun-avqust aylarında çiçəkləyir. Bütün bu növlər sarı və ya çəhrayı rəngli, erkəkcik sapından ibarət olmaqla, aydın görünən tükcüklərdən ibarətdir. Çəmənliklərdə, meşənin kənarında, qumluqlarda, dağ döşündə yamaclarda, dəmir yollarının kənarlarında, istifadəsiz və təzə meşə salınan yerlərdə rast gəlinir.
Ucacou nodiflorum
Synedrella (lat. Synedrella) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Synedrella nodiflora (L.) Gaertn. Sinonim Blainvillea latifolia (L.f.) DC. Blainvillea latifolia var. latifolia Eclipta latifolia L.f. Ucacou nodiflorum (L.) Hitchc.
Ucadivar yaşayış yeri
Ucadivar yaşayış yeri — Ordubad-Naxçıvan şosesindən 7 km şimalda, Baş Dizə kəndindən 2 km aralıda, Gilançayın sağ sahilində yerləşir. Keçən əsrin 70-ci illərində abidənin ərazisindən kənd təsərrüfatı məqsədi ilə intensiv istifadə olunması, daha dəqiq desək, aparılmış dərin şum nəticəsində yaşayış yerinin mədəni təbəqəsi və bu məskənin qəbiristanlığı qismən dağıdılmışdır. Toplanmış yerüstü arxeoloji materiallar əsasən saxsı qab qırıqlarından ibarətdir. İlkin tədqiqatlar əsasında Ucadivar yaşayış yeri XII-XVI əsrlərə aid edilir. Hazırda Ucadivar orta əsrlər yaşayış yerinə aid Sumbatan-Dizə Baş-Dizə yolunun qərb tərəfndə, dağın yamacında bir neçə qəbir abidəsi salamat qalmışdır. Əldə edilən keramika nümunələrinə və qəbir abidələrinə əsasən abidənin XII–XVI əsrlərə aid olduğunu ehtimal etmək olar. Buradan XX əsrin 40-cı illərində təsərrüfat işləri zamanı daş kitabə tapılmışdır. == Mənbə == İbrahimli B.İ. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Xaraba-Gilan arxeoloji ekspedisiyasının 2007-ci il hesabatı. AMEA AEİÇTBEA. Azərbaycan arxeologiyası. Altı cilddə, VI cild.
Ucagöy noxud
Pisum elatius Bieb. (P. humile Boiss. & Noe, P. sativum L. subsp. elatius (Bieb.) Aschers. & Graebn.) Hündürlüyü (20) 30-70 (100) sm və ondan yüksək olan, gövdəsi sadə və yaxud budaqlanmış birillik çılpaq göyümtül ot bitkisidir. Yalançı zoğları iridir, yarım oxşəkilli, uzunsovdur, çox vaxt aşağı hissəsi və həmçinin yuxarısı oyuqlu dişlidir. == Yarpaq == Yarpaqları 2-3 cüt yarpaqcıqlarladır, yarpaqcıqlar yalançı zoğlardan biraz iri və ya onlara bərabərdir, elliptik və ya uzunsovdur, tamkənarlı və ya kənarları az dişlidir, aşağı yarpaqları əksinə-yumurtaşəkillidir. == Çiçək == Çiçək saplağı adətən yalançı zoğlardan 2-3 dəfə uzundur və üzərində 1-2 ədəd çiçək olur. Tacın uzunluğu 20–25 mm-dir. Yelkən bənövşəyi və ya tünd-qırmızı rəngdədir; qanadları demək olar ki, qara tünd-bənövşəyi rəngdədir, ovaldır; qayıq tutqundur və qanadlardan biraz qısadır.
Ucagüney dağı
Ucagüney dağı – Ordubad rayonu ərazisində dağ (hünd. 1576,6 m). Günbəzvari formadadır. Zəngəzur silsiləsinin suayırıcısındakı Qapıcıq yüksəkliyindən (3905,2 m) cənub-qərbə ayrılan Xəzəryurd qolunun qurtaracağında zirvə. Biləv kəndindən 1 km şimal-şərqdədir. Orta Eosenin Lütet mərtəbəsinin orta hissəsinə aid Biləv lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş konusvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin mərkəzi strukturu olan Şurud-Vənənd sinklinalının nüvə hissəsində yerləşir.
Ukraynanın ucqar nöqtələri
Ukraynanın ekstremal nöqtəsi - ucqar şimal, cənub, şərq və qərb.

Digər lüğətlərdə