Ucagüney dağı

Ucagüney dağıOrdubad rayonu ərazisində dağ (hünd. 1576,6 m).  Günbəzvari formadadır. Zəngəzur silsiləsinin suayırıcısındakı Qapıcıq yüksəkliyindən (3905,2 m) cənub-qərbə ayrılan Xəzəryurd qolunun qurtaracağında zirvə. Biləv kəndindən 1 km şimal-şərqdədir. Orta Eosenin Lütet mərtəbəsinin orta hissəsinə aid Biləv lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş konusvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin mərkəzi strukturu olan Şurud-Vənənd sinklinalının nüvə hissəsində yerləşir.[1]

Ucagüney
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 1576,6 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Vilayət

Həmçinin bax:

[redaktə | mənbəni redaktə et]
  1. Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.