UZ

Bu söz “iti” anlamında çox işlədilib. Əslində, uc kimi olub: uclu - “iti”, ucsuz - “küt” kimi açıqlanıb.  Uz qılınc işlədirik. Ağız sözünün “tiyə” mənası (bıçağın ağzı kəsmir deyirik) olub. Ehtimal ki, ağızüz eyni kökə malikdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

UYMAQ
UZAQ
OBASTAN VİKİ
.uz
.uz — Özbəkistanın internet kodu.
Uz
Uz — Yelizavetpol quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonunda kənd. Rayon mərkəzindən 2 km məsafədə yerləşir. 1850-ci il tarixli "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə, 1728-ci il tarixli "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim uz qədim türk tayfasının adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan prezidentinin 19. IV.1991-ci il fərmanı ilə adı dəyişdirilib Uyts qoyulmuşdur. Kənddə ermənilərdən başqa, 1886-cı ildə 8 nəfər azərbaycanlı yaşamışdır. Sonradan azərbaycanlılar qovulmuşdur.
Döşüdişli uzunbığ
== Təsviri == Erkək fərdlərin bədəninin uzunluğu 30 – 40 mm, dişilərinki isə 60 mm - ə qədərdir. Bədəni iridir, qanadüstlükləri adətən bir qədər açıq rəngdədir. Ön döş önə doğru daralmışdır, ön ucları itidir. Ön döşün yan tərəfləri uzun dişiciklərlə əhatə olunmuşdur. Sonuncu dişicik qalanlarından uzun olub, arxaya doğru əyilmişdir. Erkək fərdlərin çənələri dişilərinkinə nisbətən iri olub, içəri kənarında iri dişi vardır. Dişi fərdlərdə bu diş zəif inkişaf etmişdir. Bığcıqlar erkək fərdlərdə qanadüstlüklərin yarısından uzundur, dişi fərdlərdə isə yarısına çatmır. == Yayılması == Albaniya, keçmiş Yuqoslaviya, Yunanıstan, Bolqarıstan, Türkiyə, İran, Suriya, Rusiya, Gürcüstan, Ermənistan, Azərbaycanda Şəki – Zaqatala, Quba – Xaçmaz, Gəncə, Yevlax, Mingəçevir, Samux, Neftçala və Lənkəran rayonlarında rast gəlinir. == Sayı == 1904-cü və 1906-cı ildə M.Vinovski tərəfindən Yevlaxda 1 fərd, 1909-cu ildə M.Vinovski tərəfindən Gəncədə 1 fərd, 1929-cu ildə K.Predum tərəfindən Lənkəranda 2 fərd, 1931-ci ildə V.Kavdişev tərəfindən Zaqatalada 1 fərd, 1941-ci ildə A.V.Boqaçev tərəfindən Lənkəranda 3 ədəd, 1946-cı ildə A.V.Boqaçev tərəfindən Mingəçevirdə 1 fərd, 1947-ci ildə A.V.Boqaçev tərəfindən Samuxda 1 fərd, 1949-cu ildə A.V.Boqaçev tərəfindən Xaldanda 5 fərd, 2008-ci ildə X.Z.Əsgərzadə tərəfindən Nabranda 5 fərd, 2011-ci ildə Z.B.Şahverdiyeva tərəfindən Neftçalada 1 fərd, 2010-cu ildə İ.Q.Kərimova tərəfindən Lənkəranda 2 fərd, 2011-ci ildə İ.Q.Kərimova tərəfindən Şabranda 2 fərd, 2012-ci ildə İ.Q.Kərimova tərəfindən Zaqatalada 2 fərd qeydə alınmışdır.
Dünyadakı uzunömürlülərin siyahısı
Dünya uzunömürlüləri — Dünya ölkələri arasında ən uzun ömür sürən qadınlar Honqkonqda yaşayırlar. Bu ölkədə qadınların orta ömrü 87 ildir. Qadınlar arasında orta ömür uzunluğuna görə sonrakı yerləri 86 illə Yaponiya və San Marino tutur. Fransa, İtaliya, İspaniya və İsveçrədə qadınlar orta hesabla 85 il, Avstraliya, Avstriya, İslandiya, İsrail, Cənubi Koreya, Lüksemburq, Malta, Norveç, Portuqaliya, Sinqapur və İsveçdə 84 il, Belçika, Kanada, Almaniya, Yunanıstan, İrlandiya, Hollandiya, Yeni Zelandiya və Sloveniyada 83 il yaşayırlar. Kişilərin orta ömrü qadınlara nisbətən 5–6 il qısadır. İsveçrə və İslandiyada kişilər orta hesabla 81 il ömür sürürlər ki, bu da dünyada ən yüksək göstərici sayılır. Sonrakı yerləri 80 il orta ömürlə Avstraliya, Honqkonq, İsrail, İtaliya, Malta, San Marino, Sinqapur və İsveç tutur. Türkiyədə orta ömür qadınlar arasında 78, kişilər arasında 71 ildir. Ən çox yaşlı insanların olduğu ölkə Yaponiyadadır. Bu ölkədə hər dörd nəfərdən biri 65 və daha yuxarı yaşdadır.
Dünyadakı çayların uzunluğa görə sıralaması
Çayların dünyada uzunluğuna görə sıralaması
Dənəvərbığlı uzunbığ
Fotoqrafiyada uzun müddətli məruz qalma
Uzun müddətli məruz qalma, vaxta məruz qalma hərəkətli cisimləri bulanıqlaşdırarkən görüntüdəki sabit cisimləri tutaraq çəkmək üçün uzun müddətli çəkiliş sürətini ehtiva edir. Fotoqrafiyada uzun müddətli məruz qalma metodu ənənəvi fotoqrafiyanın tuta bilmədiyi bir amili tutar: Uzun bir müddəti. Parlaq və hərəkət edən cisimlərin trayektoriyaları dəqiq şəkildə görünən hala gəlir - avtomobil işıqları parlaq xətlər çəkər, ulduzlar səmada iz buraxar və su dalğaları hamar görünər. Parlaq cisimlər iz buraxar, qaranlıq cisimlər isə əsasən itir, görüntüdə öz əksini tapmır. == Tətbiqetmələr == Ulduz izi fotoşəkili, Yerin fırlanması səbəbindən gecə səmasında ulduzların görünən hərəkətini çəkmək üçün uzun müddətli məruz qalma metodundan istifadə edilir. === İşıqla boyama === Bu texinkada, səhnə çox qaranlıq tutulur, fotoqraf və ya köməkçisi əlinə işıq alır və onu istəyə uyğun olaraq hərəkət etdirir, naxış canlandırır və s. === Su və uzun müddət məruz qalma === 30 saniyəlik uzun məruz qalma, şəlaləni duman kimi bir görünüşdə göstərərkən bu görüntünün hərəkətsiz elementlərini kəskin şəkildə büruzə verdi. Hovuzdakı fırlanan su isə tam dairələr əmələ gətirir == İstinadlar == 8 Tips for long exposure photography. Digital Photography School. http://digital-photography-school.com/8-tips-for-long-exposure-photography School of Photography Greenspun, Philip (January 2007).
Fındıq uzunburunu
Fındıq uzunburunu (lat. Curculio nucum) — buğumayaqlılar tipinin sərtqanadlılar dəstəsinin uzunburun böcəklər fəsiləsinə aid olan növ. == Xarici quruluşu == Fındıq uzunburun böcəyinin başı xortum şəklində irəliyə doğru uzanmışdır. Bu xortum dişi fərdlərdə bədəndəndə uzundur. Böcək qara rəngdədir, sarımtıl pulcuqlarla örtülmüşdür. Xortum və ayaqları qırmızımtıl-qonurdur. Bığcıqları xortumun düz ortasında yerləşmişdir. Yumurtası ellipsvaridir, təzə qoyulan vaxt ağ rəngdə olur, sonra qonurlaşır. Sürfəsi ayaqsızdır, sarılımtıldır, baş və döş buğumları qırmızı olur. axırıncı yaşda uzunluğu 10–15 mm olur, pupu ağ rənglidir, xortumu yaxşı seçilir.
Hörümçək-adam: Evdən uzaqda (film, 2019)
Hörümçək-adam: Evdən uzaqda (ing. Spider-Man: Far From Home) — Marvel Comics tərəfindən nəşr edilmiş Hörümçək-adam komiksinə əsaslanan və 2019-cu ilin iyul ayında çıxarılmış ABŞ epik superqəhrəman filmi. Columbia Pictures və Marvel Studiosun əməkdaşlığı ilə çəkilmiş filmin distribütoru Sony Pictures Releasingdir. 2017-ci ildə çıxarılmış "Hörümçək-adam: Evə qayıdış" filminin sikveli olan "Evdən uzaqda", Marvel Kinematoqrafiya Kainatının (MKK) iyirmi üçüncü filmidir. Film, Kris MakKenna və Erik Sommers tərəfindən yazılmış ssenari əsasında Con Uottsun rejissorluğu ilə çəkilmişdir. Filmdə əsas rolları Tom Holland, Ceyk Cillenhol, Semuel L. Cekson, Zendaya, Kobi Smalders, Con Favro və başqaları canlandırmışlar. "Hörümçək-adam: Evdən uzaqda" filmində, sinif yoldaşları ilə Avropa səfərində olan Piter Parker, Nik Fyuri və Misterio tərəfindən təbiət ünsürlərini təmsil edən Elementallarla mübarizəyə cəlb edilir. 2016-cı ilin oktyabrında "Hörümçək-adam: Evə qayıdış" filminin sikvelinin istehsalı ilə bağlı müzakirələrə başlanılır , ilin sonuna yaxın isə filmə reliz tarixi təyin olunur. 2017-ci ilin iyulunda Tom Hollandın Hörümçək-adam roluna qayıdacağı, ilin sonuna kimmi isə rejissor Con Uottsun və ssenari müəlliflərinin öz vəzifələrinə qayıdacaqları təsdiqlənir. 2018-ci ildə Cekson və Cillenhol müvafiq olaraq Fyuri və Misterio rolları ilə filmin aktyor heyətinə qoşulurlar.
Həsən Təhsin Uzər
Həsən Təhsin Uzər (29 avqust 1877, Saloniki – 3 dekabr 1939 və ya 5 dekabr 1939, Ərzurum), Alban əsilli Türk bürokratı və siyasətçisi. == Həyatı və hərbi xidməti == Həsən Təhsin Uzər Alban Hacı İbrahim Ağa və Xədicə xanımın uşaqları olaraq 1878-ci ildə Selanikdə anadan olmuşdur. Albaniya Şkanderbeqinin son nəsil nəslindən olan ailəsi kökləri, albanların nəcib ailələrindən biri olan Kaştriotiyə əsaslanır. Mustafa Kamal Atatürkün uşaqlıq dostu idi. 1897-ci ildə əmlak mühəndisliyini bitirib. İlk dövlət qulluğuna Pruşkan Mahal Müdirliyi ilə başladı. Daha sonra müdirliklərdə çalışdı. 1902-ci ildə Razloq, daha sonra sıra ilə Gevgil, Florina və Kəsəndir valiliyindən ayrıldı. 1913-cü ildə Vanda ilk Qubernator vəzifəsini icra etdi. 1914-cü ildə Ərzurum valisi təyin edildi.
Kiçik uzunqanad
Kiçik uzunqanad (lat. Apus affinis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin uzunqanadlar fəsiləsinin uzunqanad cinsinə aid heyvan növü. Afrika və Asiyada yaşayır. Ömrünün uzun hissəsini həşəratlarla qidalanaraq, uçmaqla keçirir. Yuvalarını binaların açıq yerlərində, yaxud qayalıqlarda qurur. Bir dəfəyə 1—4 yumurta yumurtlayır. Çoxalmaq üçün eyni yerə ildə bir dəfə qayıdır və zəruri hallarda yuvasını bərpa edir. Hindistanda bu quşun yuvasında Cimex hemipterus növlü parazit tapılıb.
Kürəni ev uzunbığı
Kürəni ev uzunbığı (lat. Stromadium unicolor) — sərtqanadlılar dəstəsinin uzunbığlar fəsiləsinə aid böcək növü. == Təsviri == == Yayılması == Kürəni ev uzunbığı Cənubi Avropada, Krımda, Qafqazda, Qərbi Asiyada yayılmışdır. Azərbaycanda bu növə bütün rayonlarda təsadüf edilir. == Həyat tərzi == Sürfəsi müxtəlif ağac cinslərinin oduncaq hissəsində yaşayır. Yemləndiyi bitkilərdən palıd, püstə, fıstıq, qarağac, cökə, şabalıd, meyvə ağacları, söyüd, şam və s. xüsusi yer tutur. Bu uzunbığ nəinki tələf olmuş və ya qurumaqda olan ağac budağı və gövdəsi, həmçinin müxtəlif taxta-şalban, tir, ağac məmulatları və tikililəri də yoluxdurur. O, qismən quru olan oduncaqlara üstünlük verir. Çoxalma illərində böyük zərər verə bilir.
Kəkilli uzunqanad
Kəkilli uzunqanad (lat. Hemiprocne) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin kəkilli uzunqanadlar fəsiləsinə aid heyvan cinsi.
Kəkilli uzunqanadlar
Kəkilli uzunqanadlar (lat. Hemiprocnidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinə aid heyvan fəsiləsi.
Lerik Uzunömürlülər Muzeyi
Lerik Uzunömürlülər Muzeyi — Lerikdə muzey Muzey 1991-ci ildən fəaliyyət göstərir. Dünya üzrə yeganə muzeydir. Muzeydə 168 yaşlı Şirəli Müslümov, 150 yaşlı Mahmud Eyvazov, 145 yaşlı Məcid Ağayev, 120 yaşlı Qızıl Quliyeva, 113 yaşlı Məhbubə Fətullayeva haqqında foto guşələr və onlara aid şəxsi əşyaların saxlanıldığı bölmələr var. Lerikdə yaşayan uzunömürlülər çox yaşamalarının sirrini təmiz dağ havası, təmiz və keyfiyyətli qida məhsulları,müxtəlif növ dağ bitkiləri, stres və əsəbdən uzaq olmaları və çox hərəkətdə olmaqla əlaqələndirirlər. Çox yaşamaqda genetik faktorların rolu böyükdür. Məsələn, Bilaband kəndində: Əbdül Heydərov (130 yaş),Canəli Heydərov və Əlif Heydərov(1898-ci il təvüllüdlü), Nənni Məmmədova (1910-2011) kimi şəxsləri misal göstrəmək olar. Muzeyə Hollandiyadan, Almaniyadan, Fransadan, Rusiyadan, Koreyadan, Macarıstandan, Böyük Britaniyadan və s. ölkələrdən xarici qonaqlar təşrif buyurur. == Xarici keçidlər == "Əsrlərə meydan oxuyan uzunömürlülər". Kəpəz Müstəqil Teleradio Şirkəti (az.).
Lil Uzi Vert
Symere Woods və ya səhnə adı ilə Lil Uzi Vert (31 iyul 1995, Filadelfiya, Pensilvaniya) — Amerikalı repçi, müğənni və söz yazıçısı. Filadelfiyada anadan olan Lil Uzi ilk dəfə 2015-ci ildə Atlantic Recordsa məxsus olan DJ Dramanın da sahib olduğu Generation Now etiketi ilə yayımladığı mixtape albomu Luv Is Rage ilə tanındı. 2016-cı ildə ilk single mahnısı "Money Longer" Billboard Hot 100 siyahısında 54-cü yeri tutur və bununla RIAAda 4x-Platinum mükafatını qazanır. Mahnı 2016-cı ildə Lil Uzinin növbəti albomu olan Lil Uzi Vert vs. the Worldda aparıcı rol oynayır. Alboma daxil olan digər mahnı "You Was Right" Hot 100-də 40-cı yerə sahib olur, albom isə Billboard 200-də 37-ci yeri tutur. 2016-cı ilin sonunda isə Migos qrupu ilə birgə yayımladıqları "Bad and Boujee" Billboardda 1-ci nömrə oldu. 2017-ci idə yayımlanan və Billboard 200-də 1-ci yeri ələ keçirən Luv Is Rage 2 adlı ikinci studiya albomunda yer alan "XO Tour Lif3", "The Way Life Goes" və Sauce It Up" Uzinin hit mahnılarından bəziləri oldu. 60-cı Grammy mükafatında Ən Yaxşı Rep İfası və Ən Yaxşı Yeni Sənətçi mükafatı’na namizəd göstərilən repçi, 2020-ci ildə sürpriz bir albom olaraq Eternal Atakei yayımladı. == Diskoqrafiya == === Studiya albomları === Luv Is Rage 2 (2017) Eternal Atake (2020) Pink Tape (2023) === EPləri === Purple Thoughtz EP Vol.
Meryem Uzerli
Məryəm Sahra Uzərli (türk. Meryem Sahrah Uzerli; 12 avqust 1983, Kassel, Hessen) — Möhtəşəm əsr serialında Hürrem Sultan rolu ilə tanınan türk əsilli almaniyalı aktrisa. Ailənin üçüncü uşağı olan Məryəm Üzərlinin atası türk, anası almandır. Hamburqun Schauspielstudio Frese'də aktyorluq təhsili alıb. İki böyük qardaşı və bir bacısı vardır. Almaniyada bir çox filmdə rol almışdır. 172 sm boyunda olan gənc aktrisa 8 ay davam edən seçmələr sonrasında Meral Okay'ın yazdığı Teymur Savcı'nın prodüserliyini etdiyi 2011-ci ilin iddialı seriallarından olan "Möhtəşəm yüzil" serialında Qanuni Sultan Süleymanı Xalid Ergenç oynayarkən, Xürrəm rolunu canlandırmışdır. Aktrisanın ana dili Alman dilidir bununla yanaşı əla səviyyədə ingilis dili bilir. Türk dilini isə Möhtəşəm Yüzil serialında olarkən Xürrəm Sultan kimi danışacaq qədər inkişaf etdirmişdir. Atıcılıq, üzmə və basketbol idmanları ilə məşğul olub.
Mil (uzunluq)
Mil — uzunluq ölçü vahidi. Fərsənglə eyni vaxtda uzunluq ölçmək məqsədilə mildən də istifadə olunmuşdur. Qeyd edək ki, 1 mil fərsəxin üçdə birinə bərabərdir ki, bu da 1,6 km deməkdir. Qədim Romada mil min qoşa addıma, yəni 2000 metrə bərabər götürülmüşdür ki, bu da orta hesabla 2 km edir.
Musa Uzunlar
Musa Uzunlar (22 aprel 1959 və ya 21 aprel 1959, Antalya) – Türkiyə aktyoru. Musa Uzunlar 22 aprel 1959-cu ildə Antalyada anadan olmuşdur. 1983-cü ildə Memar Sinan Universitetinin teatr bölümünün məzunu olub. Həmin il İstanbul Dövlət Teatrına daxil olub. Otuza yaxın əsərdə rol alıb. Dostoyevskinin "Budala"sında Mışkin, hötenin "Urfaust"unda Faust, Yaqub Kadri Karaosmanoğlunun "Yaban"ında Əhməd Cəlal kimi önəmli rolları məharətlə ifa edib. Teatr sənətçisi olan aktyor “Üzləşmə”, “Ful yarpaqları”, “Yaban”, “Haydutlar”, “?frasiyabın hekayələri”, “Şərəfə XX əsr” və “Urfaust” kimi tamaşalarda rol alıb. "Qurdlar Vadisi Pusqu"da və Qurdlar Vadisi Qladio filmində İsgəndər Böyük rolunu canlandıran Musa Uzunlar daha öncə bir çox filmlərdəki uğurlu çıxışları ilə tamaşaçıların yaddaşında qalmağı bacarıb. 1981: Kösem Sultan : Turan Oflazoğlu - İstanbul Dövlət Teatrı 1983: İstanbul Efendisi : Musahipzade Celal - İstanbul Dövlət Teatrı 1983: Küçük Nasreddin : Serpil Akıllıoğlu - İstanbul Dövlət Teatrı 1983: Lysistrata : Aristophanes - İstanbul Dövlət Teatrı 1984: Sevgili Doktor : Neil Simon - İstanbul Dövlət Teatrı 1984: Düşüş : Nahit Sırrı Örik, Oyunlaştıran: Kemal Bekir - İstanbul Dövlət Teatrı 1986: Ermiş Jeanne : Bernard Shaw - İstanbul Dövlət Teatrı 1987: İnsan Maiere : Franz Xaver Roetz - İstanbul Dövlət Teatrı 1988: Oyunun Oyunu : Michael Frayn - İstanbul Dövlət Teatrı 1989: Ballar Balını Buldum (Yunus Emre) : Nezihe Araz - İstanbul Dövlət Teatrı 1990: Budala : Fyodor Dostoyevski\Simon Gray - İstanbul Dövlət Teatrı 1991: Afife Jale : Nezihe Araz - İstanbul Dövlət Teatrı 1992: Savaş Yorgunu Kadınlar : Nezihe Araz - İstanbul Dövlət Teatrı Lozan : Ataol Behramoğlu - Antalya Dövlət Teatrı Geyikler Lanetler : Murathan Mungan - Antalya Dövlət Teatrı Mahmut ile Yezida : Murathan Mungan - Antalya Dövlət Teatrı 1995: Maymun Davası : Jerome Lawrance - Robert E. Lee - Antalya Dövlət Teatrı 1997: Ölüler konuşmak İster - Melih Cevdet Anday - Antalya Dövlət Teatrı 1998: Urfaust : Goethe - İstanbul Dövlət Teatrı 1999: Merhaba 20. Yüzyıl : Steve Martin - Tiyatrokare 2000: Haydutlar : Schiller - İstanbul Dövlət Teatrı 2001: Efrasıyab'ın Hikayeleri : İhsan Oktay Anar - İstanbul Dövlət Teatrı 2003: Yaban : Yakup Kadri Karaosmanoğlu - İstanbul Dövlət Teatrı 2004: Ful Yaprakları : Civan Canova - İstanbul Dövlət Teatrı Valizdeki Kayıp Şehir : Zeynep Utku, Gülce Uğurlu - Stüdyo Drama 2008: Kara Kaplı : Jean-Claude Carriere - Tiyatro Yüzleşme 2010: Ölüleri Gömün : Irwin Shaw - İstanbul Dövlət Teatrı 1999: Hayal Kurma Oyunları 2009: Kurtlar Vadisi Gladio 1989: Geçmiş Bahar Mimozaları 1990: Bütün Kapılar Kapalıydı 1993: Süper Baba (Sinan) 1998: Ateş Dansı (Sinan) 1999: Nilgün (Sinan) 2000: Merdoğlu 2004: Yağmur Zamanı (Levent) 2007: Kurtlar Vadisi Pusu (İskender Büyük) 2010: Fatmagül'ün Suçu Ne?
Mustafa Münip Uzsoy
Mustafa Münip Uzsoy (türk. Mustafa Münip Uzsoy; d. 1878, İstanbul, Osmanlı İmperiyası – ö. 1950, İstanbul, Türkiyə) — Türk əsgəri. 1888-ci ildə hərbi məktəbə daxil olmuş və 1892-ci ildə oranı bitirmişdir. 1897-ci ildə Osmanlı-Yunan müharibəsində , Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdir. 4 may 1921-ci ildə Anadoluya gələrək Türkiyə İstiqlaliyyət Müharibəsinə qoşuldu. Müharibədən sonra “İstiqlaliyyət medalı” ilə təltif edildi. 25 fevral 1931-ci ildə öz istəyi ilə təqaüdə çıxdı. 29 iyul 1950-ci ildə İstanbulda vəfat etdi.
Məhəmməd Uzuyev
Məhəmməd Uzuyev (rus. Uzuyev, Məhəmməd Yəhyayeviç; d. 1917, İtum-Kali — ö. 22 iyun, 1941, Brest qalası) — çeçen, Fəhlə-Kəndli Qırmızı Ordusunun baş serjantı, Böyük Vətən Müharibəsinin iştirakçısı, 6-cı atıcı Orlovski Qırmızı Bayraq diviziyasının 333-cü atıcı alayının tədris taqımı komandirinin müavini, Rusiya Federasiyasının Qəhrəmanı (1996-cı ildə, ölümündən sonra). 1917-ci ildə Ter vilayətinin Çeçen dairəsinin İtum-Kali kəndində (hazırda isə Çeçenistan Respublikasının İltum-Kali rayonu) anadan olub. 1937-ci ildə Qroznı Neft İnstitutunun işçi fakültəsini bitirib. ÜKP (b) İtum-Kali raykomunda işləyib. 1940-cı ildə Brestdə Qırmızı Ordu sıralarında, Belarus Xüsusi hərbi dairəsinin 6-cı atıcı diviziyasında xidmətə başlayıb. Kiçik Komanda heyətində alay məktəbini başa vurub. 333-cü atıcı alayının tədris taqımının komandir müavini təyin edilib.
Məryəm Uzerli
Məryəm Sahra Uzərli (türk. Meryem Sahrah Uzerli; 12 avqust 1983, Kassel, Hessen) — Möhtəşəm əsr serialında Hürrem Sultan rolu ilə tanınan türk əsilli almaniyalı aktrisa. Ailənin üçüncü uşağı olan Məryəm Üzərlinin atası türk, anası almandır. Hamburqun Schauspielstudio Frese'də aktyorluq təhsili alıb. İki böyük qardaşı və bir bacısı vardır. Almaniyada bir çox filmdə rol almışdır. 172 sm boyunda olan gənc aktrisa 8 ay davam edən seçmələr sonrasında Meral Okay'ın yazdığı Teymur Savcı'nın prodüserliyini etdiyi 2011-ci ilin iddialı seriallarından olan "Möhtəşəm yüzil" serialında Qanuni Sultan Süleymanı Xalid Ergenç oynayarkən, Xürrəm rolunu canlandırmışdır. Aktrisanın ana dili Alman dilidir bununla yanaşı əla səviyyədə ingilis dili bilir. Türk dilini isə Möhtəşəm Yüzil serialında olarkən Xürrəm Sultan kimi danışacaq qədər inkişaf etdirmişdir. Atıcılıq, üzmə və basketbol idmanları ilə məşğul olub.
Məryəm Uzərli
Məryəm Sahra Uzərli (türk. Meryem Sahrah Uzerli; 12 avqust 1983, Kassel, Hessen) — Möhtəşəm əsr serialında Hürrem Sultan rolu ilə tanınan türk əsilli almaniyalı aktrisa. Ailənin üçüncü uşağı olan Məryəm Üzərlinin atası türk, anası almandır. Hamburqun Schauspielstudio Frese'də aktyorluq təhsili alıb. İki böyük qardaşı və bir bacısı vardır. Almaniyada bir çox filmdə rol almışdır. 172 sm boyunda olan gənc aktrisa 8 ay davam edən seçmələr sonrasında Meral Okay'ın yazdığı Teymur Savcı'nın prodüserliyini etdiyi 2011-ci ilin iddialı seriallarından olan "Möhtəşəm yüzil" serialında Qanuni Sultan Süleymanı Xalid Ergenç oynayarkən, Xürrəm rolunu canlandırmışdır. Aktrisanın ana dili Alman dilidir bununla yanaşı əla səviyyədə ingilis dili bilir. Türk dilini isə Möhtəşəm Yüzil serialında olarkən Xürrəm Sultan kimi danışacaq qədər inkişaf etdirmişdir. Atıcılıq, üzmə və basketbol idmanları ilə məşğul olub.
Pippi Uzuncorablı
Uzuncorab Peppi (isveçcə tam adı "Pippilotta Viktualia Rullgardina Krusmynta Efraimsdotter Långstrump") – İsveç uşaq yazıçısı Astrid Lindqrenin üç cildlik uşaq hekayəsinin baş qəhrəmanı olan qız obrazıdır. Peppi nadinc, üzündə çilləri olan doqquzyaşlı bir qızdır. Onun qırmızı hörükləri hər iki tərəfdən burularaq yuxarıya baxır. Bundan əlavə, bu qızcığaz özündə bütün uşaqların xassiyyətini cəmləşdirir. Onun öz şəxsi atı var. O ən güclü qız olduğundan öz atını istənilən vaxt əl ilə yuxarıya qaldıra bilir. Peppi valideynlərsiz bir villada yaşayır və istədiyi hər şeyi etməyə qadirdir. Astrid Lindqrenin bu romanı 50-dən çox dilə tərcümə edilmişdir. Əsasən İnqer Nilsonun ifasında çəkilmiş film başqa dillərə çevrilərək böyük şöhrət qazanmışdır.
Planck uzunluğu
Plank uzunluğu (ℓP), Planck birimləri olaraq bilinən təbii ədədlər sistemindəki uzunluq vahididir və Plank vaxtına çarpan vakuumda işıq sürətinə bərabərdir.
Qanad uzunluğu
Qanad uzunluğu, qanad genişliyi (və ya sadəcə olaraq qanad bucağı) bir quşun və ya təyyarənin bir qanad ucundan digər qanad ucuna qədər olan məsafəsidir. Məsələn, Boeing 777-200 təyyarəsinin qanad uzunluğu 60,9 (64,8) metrdir (199 ft 11 in) və 1965-ci ildə tutulan gəzən bir albatrosun (Diomedea exulans) qanadlarının uzunluğu isə hal-hazırda həyatda olan quş üçün rekord olan 363 metr (1.190 ft 11 in) olmuşdur. Qanad genişliyi termini daha texniki bir ölçüdə pterozavrlar, bitlər, böcəklər və ornitopterlər kimi digər avianəqliyyat vasitələri üçün də istifadə olunan bir termindir. İnsanlarda qanad uzunluğu termini, 90° bucaq altında çiyin hündürlüyündə yerə paralel qaldırıldıqda, fərdin qollarının barmaq uclarından ölçülən, bir ucundan digər bir ucuna kimi məsafə olan qol uzunluğu deməkdir. Keçmiş peşəkar basketbolçu Manute Bol 7 fut 7 düym (2.31 m) hündürlüyə malik olub və 8 fut 6 düym (2.59 m) ilə insanlar arasında ən böyük qanad uzunluqlarından birinə malikdir. Təyyarənin qanad uzunluğu, qanad formasından və süpürməsindən asılı olmayaraq həmişə bir qanad ucundan digərinə düz bir xəttlə ölçülür. Qanad qaldırıcısı qanadların sahəsi ilə mütənasibdir, buna görə heyvan və ya təyyarə nə qədər ağır olsa, qanad sahəsi o qədər böyük olmalıdır. Sahə qanad uzunluğunun qanad genişliyinə vurulması (ortalama akkord) olduğu üçün uzun, dar bir qanad və ya daha qısa, daha geniş bir qanad eyni kütləyə dəstək olacaqdır. Səmərəli sabit uçuş üçün diafraqmanın akkord nisbəti və en-hündürlük nisbəti mümkün qədər yüksək olmalıdır (məhdudiyyətlər ümumiyyətlə struktura görədir); çünki bu qaçılmaz qanad ucu ilə əlaqəli induksiyanı azaldır. Albatroslar kimi uzun mənzilli quşlar və əksər ticarət təyyarələri en-hündürlük nisbətini ən yüksək səviyyəyə çatdırır.
Qara uzunbığ
Qara uzunbığ (lat. Morimus asper) — sərtqanadlılar dəstəsinin uzunbığlar fəsiləsinə aid böcək növü. Təhlükə həddinə (VU) yaxınlaşır, yaxın gələcəkdə təhlükəli vəziyyətə düşə bilər. Bədəni qara rəngdə olub, 16–38 mm uzunluqdadır. Qanad üstlükləri və ön döşün üzəri dənəvərdir. Qanadüstlüklərin üzərində qara ləkələr vardır. Krım, Qafqaz, Cənubi Qafqaz; Türkiyə, Şimali İranda rast gəlinir. Azərbaycanda Bakı, Abşeron, Zaqatala, Lənkəran, Astara və Yardımlı rayonlarında rast gəlinir. Ölkəmizdə bu böcəyin Morimus vercundus yarımnövü yayılmışdır. Sürfələr müxtəlif enliyarpaqlı və iynəyarpaqlı ağacların oduncağı və qabığı altında yaşayırlar.

Значение слова в других словарях