VƏHŞİLİK
VƏKALƏT
OBASTAN VİKİ
Almanların Şimali Qafqazda vəhşilikləri (film, 1943)
Almanların Şimali Qafqazda vəhşilikləri qısametrajlı sənədli filmi rejissor Muxtar Dadaşov tərəfindən 1943-cü ildə çəkilmişdir. Film Bakı Kinostudiyasında istehsal edilmişdir. Film alman-faşist işğalçılarının Şimali Qafqazda törətdikləri vəhşiliklərdən, 1943-cü ildə rus yazıçısı Aleksey Tolstoyun başçılığı ilə bu cinayətləri təhqiq edən dövlət komissiyasının fəaliyyətindən danışır. Çəkilmiş kinokadrlar ifşaedici materiallar kimi Nürnberq məhkəmə prosesində göstərilmiş və "Ordenli Azərbaycan" kinojurnalına da daxil edilmişdir. == Məzmun == Film alman-faşist işğalçılarının Şimali Qafqazda törətdikləri vəhşiliklərdən, 1943-cü ildə rus yazıçısı Aleksey Tolstoyun başçılığı ilə bu cinayətləri təhqiq edən dövlət komissiyasının fəaliyyətindən danışır. Filmdə faşistlərin Mineralnıye Vodı, Kislovodsk, Pyatiqorsk və Nalçik şəhərlərində törətdikləri vəhşiliklər təkzibolunmaz faktlarla ifşa edilir. == Film haqqında == Çəkilmiş kinokadrlar ifşaedici materiallar kimi Nürnberq məhkəmə prosesində göstərilmiş və "Ordenli Azərbaycan" kinojurnalına da daxil edilmişdir.
Şamaxıda erməni vəhşilikləri
Şamaxı soyqırımı — 1918-ci ilin mart-aprel aylarında ermənilərin Şamaxı qəzasında azərbaycanlılara qarşı törətdikləri soyqırım, etnik təmizləmə siyasəti. Azərbaycanın Ümumilli lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. == Soyqırımdan əvvəlki vəziyyət == 1918-ci il mart soyqırımının əsas səbəbləri barədə əvvəllər Bakıda yaşamış, sonralar Almaniyaya mühacirət etmiş, Kadet partiyasının üzvü B. Baykov öz xatirələrində belə yazırdı: Stepan Şaumyanın göstərişi ilə Stepan Lalayev yerli əhaliyə qarşı palanlaşdırılan soyqırıma hazırlıq məqsədilə 1917-ci ilin sonu, 1918-ci ilin əvvələrindən başlayaraq gizli surətdə Şamaxıda yaşayan ermənilərə silah paylamışdır. Bu dövrdə müxtəlif cəbhələrdən 7000 erməni əsgəri Bakıya gətirilərək Bakı Sovetinin hərbi qüvvələrinin tərkibinə daxil edilmişdi. İstintaq Komissiyası tərəfindən hazırlanan sənədə görə hələ yanvar ayında Bakı Soveti tərəfindən 15 maşın silah, mart ayının ortalarında isə 60 maşın silah və 2000 erməni əsgəri Şamaxıya göndərilmişdi. == Soyqırım == Şamaxı soyqırımının baş verdiyi dəqiq tarix bilinmir. Bəzi kitab və məqalələrdə hadisələrin 1918-ci il martın 18-də, bəzilərində 1918-ci ilin aprel ayında, bəzilərində isə 3–16 apreldə baş verdiyi qeyd olunur. Araşdırmalar Şamaxı soyqırımının qısa fasilələrlə bir neçə mərhələdə, Bakı və Qubadakı qırğınlardan əvvəl baş verdiyini təsdiq edir: I mərhələ — martın əvvələri – 27 mart 1918-ci il II mərhələ — 30 mart – 9 aprel 1918-ci il III mərhələ — 18 aprel – 1 avqust 1918-ci il 18 mart 1918-ci il, səhər saat 6-da ermənilər Şamaxını mühasirəyə alaraq 10 top, yüzlərlə pulemyot və digər silahlarla şəhəri atəşə tutmuşlar. Bundan sonra şəhərin bir neçə məhəlləsində yanğınlar başlamış, şəhər əhalisi təslim olmağa məcbur olmuşdu. Şamaxıya daxil olan ermənilər şəhəri yenidən talan etmişlər.
Şamaxıda vəhşiliklər

Digər lüğətlərdə