VƏHŞİLİK

VƏHŞİLİK [Zöhrə:] Adam döymək köhnəlikdir, vəhşilikdir (M.İbrahimov); AZĞINLIQ Ekzüperi: İşıqla zülmət arasında, insan ləyaqətiylə vəhşilik, azğınlıq arasında dava gedir (R.Rza); BARBARLIQ ..Vasilyevskaya qələminə daha möhkəm sarılmış murdar faşizm barbarlığım daha inadla xalqına tanıtdırmışdır (M.Hüseyn); BƏRBƏRİYYƏT Bir əlac eylə ki, bu bərbəriyyət zəmanəsinin əlifbasında erab hüruf ilə mütəəssil yazılsın (M.F.Axundzadə); CANAVARLIQ (məc.) Onlar öz hərb şöhrətlərini artırmaq üçün canavarlığa qurşanırlar (S.Rəhimov); VƏHŞƏT Maşədi bəy: Bizdəki vəhşətlərdən xəbərin var (M.Hüseyn); VƏHŞİYYƏT Elmə, fənnə, idabəyə baxalım nifrət ilə; Uyalım fitnələrə əldəki vəhşiyyət ilə (M.Ə.Sabir); BARBARİZM, QUDURĞANLIQ, VANDALİZM, VANDALLIQ.

VƏHŞİCƏSİNƏ
VƏHŞİYANƏ

Digər lüğətlərdə