VERMƏK
VEYL-VEYL
OBASTAN VİKİ
German Veyl
Herman Veyl (ing. Hermann Klaus Hugo Weyl; 9 noyabr 1885[…] – 8 dekabr 1955, Sürix) — alman riyaziyyatçısı, nəzəri fiziki və filosofu. 1933-cü ildə nasistlərin hakimiyyətə gəlməsi ilə Almaniyanı tərk edərək ABŞ-də məskunlaşmış və 1951-ci ilədək Prinston Universitetində işləmişdir. Funksiyalar nəzəriyyəsi, ədədlər nəzəriyyəsi, qruplar nəzəriyyəsi üzrə əsərlərin müəllifidir. Həndəsənin vektor aksiomatikasını qurmuşdur. == Həyatı == == İstinadlar == == Ədəbiyyat == "Uşaqlar üçün ensiklopediya. Riyaziyyat.", Bakı, "Şərq-Qərb", 2008.
Herman Veyl
Herman Veyl (ing. Hermann Klaus Hugo Weyl; 9 noyabr 1885[…] – 8 dekabr 1955, Sürix) — alman riyaziyyatçısı, nəzəri fiziki və filosofu. 1933-cü ildə nasistlərin hakimiyyətə gəlməsi ilə Almaniyanı tərk edərək ABŞ-də məskunlaşmış və 1951-ci ilədək Prinston Universitetində işləmişdir. Funksiyalar nəzəriyyəsi, ədədlər nəzəriyyəsi, qruplar nəzəriyyəsi üzrə əsərlərin müəllifidir. Həndəsənin vektor aksiomatikasını qurmuşdur. == Həyatı == == İstinadlar == == Ədəbiyyat == "Uşaqlar üçün ensiklopediya. Riyaziyyat.", Bakı, "Şərq-Qərb", 2008.
Qustav Veyl
Qustav Veyl (alm. Gustav Weil‎; 25 aprel 1808, Zaltsburq — 29 avqust 1889, Frayburq) — yəhudi əsilli alman şərqşünası. Qustav Veyl 25 aprel 1808-ci ildə Almaniyanın Beden əyalətinə bağlı Zaltsburq şəhərində doğulmuşdu. Yəhudi əsilli bir ailənin övladıdər. Kiçik yaşlarında ailəsi tərəfindən din adamı olması üçün yönləndirildi; İbranicə, Fransızca və Latınca dərslər aldı. On iki yaşında ikən bu gün Fransa sərhəd-sınırları içərisində olan Metz şəhərinə gedərək xaxam olan babasından Talmud öyrəndi. 1828-ci ildə Heydelberq Universitetinə qeyd oldu. 1830-cu ildə təhsilinə davam etmək üçün Parisə getdi. Burada Silvestre de Sacy, E. Quatremère və A. Perron kimi müəllimlərdən Ərəbcə və Aysorca öyrəndi. Fransızların Əlcəzayiri işğal etməsinə görə təhsilinə ara verib, "Augsburger Allgemeine Zeitung" qəzetinin müxbiri sifətiylə Əlcəzayirə getdi.
Veyl adası
Veyl adası (ing. Whale Island, rus. остров Кита) — Sakit okeanın şimalında, Alyaskanın cənub sahillərində, Kadyak adasında şimalda yerləşən ada. Kadyak arxipelaqına daxildir. Kadyak adasının şimal hissəsi ilə Afoqnak adasının cənub hissəsi arasında yerləşir. Kadyak adasından statistik cəhətdən təcrid olunmuş ərazi ilə Veyl boğazı, Afoqnakdan isə Afoqnak boğazı ilə ayrılır. Veyl adasının qərbində Malinovı adası, şərqində isə Sprus adası yerləşir. Veyl adası 39.235 kvadrat kilometr (15.149 kvadrat mil) ərazini əhatə edir və yaşayışı yoxdur. Mixail Muraşev adlı rus gəmi leytenantı 1839 və ya 1840-cı illərdə adaya “Qovoruşeçi” və ya “Kitovı” adını vermiş, bu adla Rusiya Hidroqrafiya İdarəsinin 1849-cu ildə buraxılmış 1425 nömrəli xəritəsində qeyd edilmişdir.
Veyl Kornell Tibb Kolleci (Qətər)
Veyl Kornel Tibb Kolleci (ing. Weill Cornell Medical College in Qatar – WCMC-Q) — Kornel Universitetinin Qətərdəki təhsil şəhərciyində. Kollec 2004-cü ilin sentyabrında açılmışdır. Qətər dövləti ilə Kornel Universitetinin birgə layihəsi olan bu kollec ABŞ hüdudlarından kənarda açılmış ABŞ-yə bağlı olan ilk tibb məktəbidir. Bu layihə Qətərdə akademik proqramların və tibbi xidmətlərin yüksəldilməsi üçün həyata keçirilir. Kollec Qətər dövləti tərəfindən maliyyələşir və Qətər Fondu məktəbin tikintisinə 750 milyon dollar vəsait ayırmışdır. Kollec memar Arat İsodzaki tərəfindən inşa edilən ikimərtəbəli böyük binada yerləşir. 2004-cü ildən Qətər Fondu Veyl Tibb Kollecinin yerləşdiyi ərazidə xəstəxana tikintisinə başlamışdır.
Artur Veyli
Artur David Veyli (ing. Arthur David Waley; 19 avqust 1889[…] – 27 iyun 1966[…], London) – ingilis tərcüməçi və şərqşünas. Klassik Çin və Yaponiya ədəbiyyatını tərcümə edərək Qərb oxucuları ilə tanış etməsinə görə tanınır. O, həm çin, həm də yapon dilindən tərcümələr etmişdir. == Həyatı == Artur Veyli 1889-cu ildə yəhudi əsilli ailədə doğulmuşdur. Əsl soyadı Şlos olsa da, Birinci dünya müharibəsi zamanı düşmən kimi ayrı-seçkilik yaşamamaq üçün soyadını dəyişdirib. Reqbi məktəbində (1903-06) təhsil aldıqdan sonra Kembric Kral Kollecinə (1907-10) daxil olub. Lakin görmə qabiiliyyəti zəif olduğu üçün məzun olmadan təhsili tamamlaya bilməyib. Çin və yapon dilləri üzrə öz-özünə təhsil verdikdən sonra Britaniya muzeyində köməkçi kimi işləməyə və tərcüməçiliklə məşğul olmağa başlayıb. Veyli heç vaxt ştatlı universitet vəzifəsini qəbul etməyib və həyatı boyunca Asiyaya səyahət etmədən imtina edib.
Veyllənən ruh əməliyyatı
Veyllənən ruh əməliyyatı (ing. Operation Wandering Soul) — Vyetnam müharibəsi zamanı ABŞ qüvvələri tərəfindən həyata keçirilən təbliğat kampaniyası və psixoloji müharibə səyləri. Bu, Vyetkonq qüvvələrində fərarilik hallarını artırmaq və onların mənəviyyatını zəiflətmək cəhdi idi. Əksər mədəniyyətlərdə olduğu kimi, Vyetnam mədəniyyətində də ölülərə ehtiram göstərmək haqqında inanclar və mərasimlər var. Vyetnam mədəniyyəti mərhumun nəşinin düzgün formada dəfn edilməsini tələb edir və güman edilir ki, bu baş verməsə, mərhumun ruhu yer üzündə dolaşmağa davam edir və beləliklə, o, bir ruha bərabər olan "veyllənən ruh"a çevrilir. İnanca görə, onlarla bəzən ölüm ildönümündə və öldüyü yerin yaxınlığında əlaqə saxlamaq mümkündür. Vyetnamlılar bu ölü ruhları bayram günlərində vəfat etdikləri yeri ziyarət edərək ehtiram göstərirlər. ABŞ Vyetnam müharibəsində bundan öz xeyrinə istifadə etmiş və ölmüş dostlarının səs yazısını səsucaldıcılarına verməklə Vyetkonq qüvvələrini aldatmağa çalışmışdır. ABŞ mühəndisləri öldürülən Vyetkonq əsgərlərinin rolunu daşıyan qorxunc və dəyişdirilmiş səsləri lentə yazmaq üçün həftələr sərf etmişdilər. ABŞ komandanlığı həmçinin, etibarlılığı artırmaq məqsədilə səsyazılarını lentə almaq üçün Cənubi Vyetnam əsgərlərindən istifadə etmişdir.

Digər lüğətlərdə