VULKAN

VULKAN ..fəaliyyətdə olan ən uca vulkan Kamçatkadakı Klyuçevski sopkadır (“Fiziki coğrafiya”); YANARDAĞ Vezuvi adlı yanardağın lavası altında Qerkülazm və Pompey şəhərləri basdırılıb (F.Ağazadə).

VİZA
VUR-TUT
OBASTAN VİKİ
Berlin (vulkan)
Berlin vulkanı (ing. Berlin) — Antarktida ərazisində yerləşən vulkan. Massiv 3478 metr hündürlüyə malik olaraq 2 kraterdən ibarətdir. Lava axınlarının tərkibi andezit-bazaltdan ibarətdir. Püskürmə müşahidə edilməsə də, aktivlik mövcuddur.
Broun (vulkan)
Broun piki — Antarktidanın Balleni adaları qrupuna daxil olan Struc adasında yerləşən vulkan. Vulkan Viktoriya Torpağı sahilindən bir qədər aralıda yerləşir. Ada ilk dəfə 1839-cu ildə aşkarlanmışdır. Adanı Con Balleni ekspedisiyanı maliyyələşdirən tacir Braunun şərəfinə adlandırmışdır. Zirvənin ikinci adı olan «Rassel piki» Ceyms Klark Rossun ekspedisiyası ilə bağlıdır. Vulkanın aktivliyi barədə son məlumat ABŞ aviasiyasına aiddir. Son zamanlar avtivlik müşahiə edilmir. Vulkan faktiki araşdırılmamışdır.
Vulkan
Vulkan (lat. Vulcanus) və ya bəzən yanardağ — yer qabığındakı tektonik çatlar və kanallar üzərində əmələ gələn, dərin maqma ocaqlarından yerin səthinə lava, qaynar qaz, su buxarı və suxur qırıntıları püskürən, geoloji törəmə. Fəaliyyət xarakterinə görə Vulkan fəaliyyətdə olan, yuxuya gedən və sönmüş; formasına görə mərkəzi və çat tipli olur. Vulkan xaricə lava, vulkanik qazlar, daşlar (vulkanik bombalar) püskürdən, yer kürəsinin üst qatında yaranan geoloji strukturdur. Vulkan yerin daxilində baş verən geoloji dəyişiklik nəticəsində maqmanın xaric edilməsi ilə müşayiət olunur.Vulkan sözü qədim Roma mifologiyasında od tanrısı Vulkanın adından götürülmüşdür. Vulkanla məşğul olan elmə vulkanologiya deyilir. Vulkanlar forma (şit və ya stratovulkanlar), aktiv (hərəkətdə olan, yatan, sönmüş), yerinə görə (yerüstü, sualtı, buzaltı) və s. olaraq təsnifləşdirilirlər. Yerin 100 km dərinliyində təxminən 1000 və 1300 °C arasında temperatur mövcudur. Bu istiliyin təsirindən ərimiş daş qarışığı özülü plastik formaya malik maqmaya çevrilir.
Kamen (vulkan)
Kamen — Rusiyanın Kamçatka yarımadasında yerləşən sönmüş stratovulkan. Vulkan Şərqi vulkan qurşağında yerləşir. Konus formalı olub ən qədim vulkanlardan biri hesab olunur. Kamen vulkanı Kamçatka yarımadasının mərkəzində, Klyoçevskaya Sopka və Bezımyannıy vulkanlarını arasında yerləşir. Kamen vulkanı yaxınlığında Şmidt və Boqdanoviş buzlaqları var. Ümumən vulkan Klyoçevskaya vulkan qrupuna daxildir. Dəniz səviyyəsindən 4585 metr yüksəkliyi olan Kamen Kamçatkanın ikinci ən hündür vulkan hesab olunur. Vulkan yamacı dikdir. Cənub-şərq hissəsində dərin sirk mövcuddur. Sirk 1000-1200 il əvvəl, uçqun nəticəsində meydana gəlmiş.
Konusvari vulkan
Konusvari vulkan (rus. формы рельефа кон-вергентные, ing. convergentive landforms) — mərkəzi tipli vulkanın daha geniş yayılmış forması, vulkan boğazında qaymalar, bombalar, lapillər və kül atan buxar və qaz partlayışı və lava axını nəticəsində əmələ gəlir. Vulkanın az yuyulduğu vaxtlarda kəsilmiş zirvəsi düzgün formalaşmış relyef formalarının zahiri görünüşcə bir-birinə oxşaması.
Krater (vulkan)
Vulkan krateri (lat. crater q.yun. κρατήρ sözündən götürülmüşdür) — yer kürəsi] və digər nəhəng səma cisimlərinin səthi üzərində, bir neçə səbəbdən yaranan relyef forması. Bunlardan ən əsasları vulkanik dağlar üzərində yerləşən vulkan aktivliyi nəticəsində yaranan kraterlər və kiçik-xırda səma cismlərinin səthə düşməsindən yaranan kraterlər — zərbə kraterləri (meteor kraterləri). Vulkan krateri- (rus. кратер вулканический, ing. volcanic crater) (yun. krater-kasa, piyalə) –vulkan konusunun zirvəsində və ya yamacında əmələ gəlmiş qıf yaxud kasa şəkilli çökəklik. Köndələn kəsimi nadir halda −2, −2,5 km-dən böyük , dərinliyi isə bir neçə on metrdən yüz metrlərə qədər olur. Vulkan kraterinin dibində maqma ocağından qalxan lava və başqa vulkan məhsullarının yer üzünə çıxması üçün bir və ya bir neçə ağız yerləşir.
Maskarin (vulkan)
Maskarin — Cənubi Afrika Respublikasına məxsus olan Prins-Eduard adaları qruouna daxil olan Marion-Aylend adasında yerləşən vulkan. Cənubi Afrika Respublikasına aid olan Prins-Eduard arxipelaqının Marion-Aylend dasında yerləşir. Pikin hündürlüyü 1230 metrdir. Vulkanın sonuncu püskürməsi 2004-cü ilə təsadüf edilir. Volcano Live Vulkan nədir? Dünyanın Ən Təhlükəli 10 Vulkanı Vulkanlar Volcanoes Live, Worldwide.
Melburn (vulkan)
Melburn (ing. Melbourne) — Antarktidada fəaliyyətdə olan vulkan. Vulkan kraterinin araşdırılması onu göstərir ki, vulkan 1750-ci ilə qədər aktiv olmuşdur. Kraterdə aktiv fumorlar mövcuddur. Yaxşı havada Ross adasından Terror və Melbrun vulkanlarını görmək olur. Zirvəsində helikopterlərin eniş meydançası və qütb stansiyası fəaliyyət göstərir. "Global Volcanism Program. Melbourne" (ingilis). Smithsonian Institution. 2012-05-11 tarixində arxivləşdirilib.
Merfi (vulkan)
Merfi (ing. Mount Murphy) — Antarktida ərazisində yerləşən sönmüş vulkan. Zirvəsinin hündürlüyü 2703 metrdir. Bu hündürlük Andrus-Uaiş-Merfi massivində yerləşən ikinci hündürlükdür. Son püskürmə haqqında məlumat yoxdur. Meri Berd Torpağında yerləşən Ayı yarımadasının cənubunda yerləşir. Smit dağı və Hayns buzlağı ilə əhatələnir. Vulkan Amerikan Təbiət taroxi muzeyinin işçisi Robert Kuşman Merfinin şərəfinə adlandırılmışdır. O, antarktik və subantarktik quşları üzrə mütəxəssis olmuşdur.
Paulet (vulkan)
Paulet vulkanı — Antarktida ərazisində yerləşən vulkan. Vulkan Antarktik yarımadasında şərqdə yerləşən Paulet adasında yerləşir. Vulkanın hündürlüyü 353 metr təşkil edir. Vulkanın krateri adanın cənubunda qərarlaşır. Ola bilsin ki, vulkan min il öncəyə qədər aktiv olmuşdur. Adada vulkanın yeraltı istiliyi səbəbindən il boyu buz qatından azad olur. Vulkanik ada pinqivinlərin müvəqqəti istirahət yeridir.
Vulkan platosu
Vulkan platosu (rus. вулканическое плато, ing. volcanic plateau, lava plateau) — vulk. püskürmələri zamanı iri həcmli lava axınlarının qədim relyefin çala-çuxurlarını dolduraraq əmələ gətirdiyi yüksək düzənlik (Qarabağ vulkanik yaylasında bir çox platolar, Şm. Amerikada Kolumbiya platosu, Yeni Zelandiyadakı bəzi platolar).
Vulkan püskürməsi
Vulkan püskürməsi — Yerin mantiyasından "maqma" (yunanca "maqma" qatı maz deməkdir) adlanan ərimiş maddələrin səthə çıxmasıdır. Lakin bütün püskürmələr eyni deyildir. Onların bəziləri nisbətən sakit baş verir, bu zaman duru maqma səthə çatır və onun üzərinə lava axımları ilə püskürərərək böyük məsafəyə yayılır. Digər püşkürmələr isə sakit lava axımları ilə yanaşı, dalbadal partlayışlarla d a müşahidə olunur. Bəzi hallarda isə püşkürmə yalnız bir güclü partlayışla məhdudlaşır. Ona görə də Vulkan püskürməsindən bir şəhər də məhv olub. Püskürmənin təbiəti maqmanın xüsusiyyətlərində - onun temperaturundan, tərkibindən və qazların miqdarından asılıdır. Bu baxımdan qazlar xüsusilə əhəmiyyət daşıyır. Çünki onlar maqmada böyük təziq altında olur. Maqmanın daşıyıcı kanalla yer səthinə qalxdığı zaman aşağı təziqli sahəyə düşdükdə öz həcmini dəfələrlə artıran həll olunmuş qazlar maqmadan ayrılmağa başlayır.
Vulkan qaymaları
Vulkan qaymaları (rus. вулканические глыбы, ing. volcanic blocks) — vulkan boğazından atılan və kraterin divarlarını təşkil edən süxurlardan ibarət, ən böyük (> 1m) qaymalar. Bəzən şlak qabığı ilə örtülür.
Vulkan qurşaqı
Vulkan qurşaqı (rus. вулканический пояс, ing. volcanic belt) — yer səthində bir neçə min kilometrlərlə xətti uzanan, vulkanizmin inkişafı ilə səciyyələnən zona. Cavan qırışıqlıq və tektonik cəhətdən fəal vilayətlər üçün səciy-yəvidir.
Vulkan relyefi
Vulkan relyefi (rus. рельеф вулканический, ing. volcanic relief) — maqmanın püskürməsi və həmçinin litosferin üst qatına soxulması nəticəsində yaranmış relyef.
Vulkan sahili
Vulkan sahili (rus. берег вулканический, ing. volcanic coast) — vulkan adaları və yaxud dənizə çıxan vulk. konusları və lava axınları ilə qovuşan sahil.
Vulkan salamı
Vulkan salamı — 1960-cı illərdə yayımlanan televiziya serialı Ulduz Yolunda populyarlaşan əl jestidir. Jest orta və üzük barmağını bir-birindən ayırıb ovuc içini qabağa verib baş barmağı açmaqla yaranır.
Vulkan sikli
Vulkan sikli (rus. цикл вулканический, ing. volcanic cycle) — bir tektonik-maqmatik mərhələdə təzahür edən vulkan prosesləri.
Vulkan silsiləsi
Vulkan silsiləsi (rus. хребет вулканический, ing. volcanic ridge) — püskürmə mərkəzlərini təşkil edən və bir –biri ilə qovuşan ayrı-ayrı vulkan konuslardan ibarət, xətti uzanan yüksəklik.
Vulkan sütunu
Vulkan sütunu (rus. столб вулканический, ing. volcanic plug, volcanic column) — vulkan kanalını dolduran və kanalın dağılması zamanı aşınmaya qarşı davamlı olması sayəsində saxlanılan, vulkan məhsullarının qalığı.
Vulkan uçqunu
Vulkan uçqunu (rus. провал вулканический, ing. volcanic collapse) — kövrək vulkan materiallarının qrunt suları vasitəsilə yuyulması və qisməndə həll olması nəticəsində əmələ gəlmiş, mənfi relyef forması.
Vulkan yaylası
Vulkan yaylası (rus. нагорье вулканическое, ing. volcanic highland) — vulkan mərkəzləri sıx və düzgün yerləşməyən yüksəklik. Vulkan yaylası vulkanların akkumulyativ konusları və lava axınları bir- birilə elə qovuşurlar ki, onların fərdliyi demək olar ki, itir.
Vulkan zonaları
Vulkan zonaları (rus. вулканические зоны, ing. volcanic zones) — müasir vulkanizmin təzahür etdiyi vilayətlər. V. z. Alp qırışıqlıq vilayətlərinə və yer qabığının yeni tektonik pozulmalarına uyğun gəlir. V. z. biri Sakit okean sahili boyu uzanaraq C. və Şm. Amerikadan, Aleut adalarından, Kamçatkadan, Kuril adalarından, Yapon adalarından, İndoneziya arxipelaqından və Yeni Zelandiyadan keçərək Sakit okean vulkan həlqəsini əmələ gətirir; ikinci V. z. – Aralıq dənizi hövzəsinə müvafiqdir.
Vulkan zəlzələsi
Vulkan zəlzələsi (rus. вулканическое землетрясение, ing. volcanic earthquake, earth shocks) — vulkan püskürməyə hazırlaşdığı və ya bilavasitə püskürməsi prosesində maqmanın hərəkəti zamanı kanalın divarlarının titrəməsi nəticəsində yer səthinin zəif titrəyişi.
Vulkan çökəkliyi
Vulkan çökəkliyi (rus. вулканическая впадина, ing. basin of volcanic origin, caldera) — vulk. partlayışı (krater, maar) və ya uçması (kaldera) nəticəsində yaranmış, çökəklik.
Azərbaycandakı vulkanların siyahısı
Azərbaycandakı aktiv və sönmüş vulkanların siyahısı. Bu siyahı lava püskürən vulkanlar haqqındadır. Siebert L, Simkin T (2002-). Volcanoes of the World: an Illustrated Catalog of Holocene Volcanoes and their Eruptions. Smithsonian Institution, Global Volcanism Program Digital Information Series, GVP-3, (http://www.volcano.si.edu/world/).
Azərbaycanın palçıq vulkanları
Azərbaycanda olan palçıq vulkanları Azərbaycan yer kürəsində palçıq vulkanlarının unikal və klassik inkişaf regionu kimi tanınmışdır. Yer kürəsində məlum olan 2000-dən artıq palçıq vulkanlarından 344-ü Azərbaycanın şərqində və onunla həmsərhəd Xəzər akvatoriyasında yerləşir. Palçıq vulkanlarının əksəriyyəti Bakı, Abşeron yarımadasında yayılmış və onlardan bəziləri təbiət abidəsi kimi formalaşmışdır. Tam qətiyyətlə Azərbaycanı palçıq vulkanları diyarı adlandırmaq olar və bu vulkanlar bizim həm milli, həm də təbii sərvətimizdir. Palçıq vulkanları neft-qaz yataqlarının müəyyən edilməsində xərcsiz başa gələn kəşfiyyat quyusu rolunu oynayır. Bundan əlavə palçıq vulkanlarının gili faydalı qazıntı hesab olunur. Həmçinin, vulkan palçığı bir sıra xəstəliklərin — əsəb sistemi, dəri və oynaq xəstəliklərinin müalicəsində uğurla istifadə olunur. Eyni zamanda vulkanlar seysmik hadisələrlə sıx bağlı olmaq etibarilə, zəlzələlərin baş verməsi və bu kimi hadisələrin proqnozlaşdırılmasında əhəmiyyət daşıyır. Son illər Bakı və Abşeron yarımadasında yerləşən palçıq vulkanlarına antropogen təsirlərin artması nəticəsində onların əraziləri dağıdılır, orada intensiv inşaat işləri aparılır, vulkanların püskürmə ehtimalı olan zonalarında yaşayış binaları inşa olunurdu. Bu səbəbdən ölkə ərazisində mövcud olan palçıq vulkanlarının mühafizəsini təşkil etmək, təbiətin bu nadir hadisələrinə daha qayğı ilə yanaşmaq aktual əhəmiyyət kəsb edirdi.
Azərbaycanın palçıq vulkanları (film, 1979)
Azərbaycanın palçıq vulkanları qısametrajlı sənədli filmi rejissor Tofiq İsmayılov tərəfindən 1979-cu ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə palçıq vulkanları və onun əhəmiyyəti barədə söhbət gedir. Yer üzərində 369 palçıq vulkanı vadır. Bunlardan 325-i Azərbaycandadır. Filmdə palçıq vulkanları və onun əhəmiyyəti barədə söhbət gedir. Ssenari müəllifi: Tofiq İsmayılov Rejissor: Tofiq İsmayılov Operator: Rafiq Qəmbərov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".
Ağtəpə palçıq vulkanı
Ağtəpə palçıq vulkanı — Bakının Qaradağ rayonu ərazisində yerləşən vulkan. Vulkandan cənubda Torağay palçıq vulkanı yerləşir.
Ağzıbir (Bozdağ) palçıq vulkanı
Ağzıbir (Bozdağ) palçıq vulkanı -Xəzər dənizi sahilində Ələt Körpü qəsəbəsindən 17 km cənubda, Xıdırlı qəsəbəsindən 4,5-5 km cənub-şərqdə yerləşir. Ondan şimal-şərqə Hamamdağ, cənub-şərqdə isə Bəndovan palçıq vulkanları yerləşir. Ağzıbir, Bozdağ və Dovşandağ palçıq vulkanları bir xətt üzrə şimal-qərbdən cənub-şərq istiqamətində uzanmaqla nida şəkillidirlər. Ağzıbir palçıq vulkanının geoloji quruluşunda Məhsuldarqat, Ağcagil, Abşeron və Dördüncü dövr çöküntüləri iştirak edir. Bu vulkan Bəndovan antiklinal quruluşunun catmavari hissəsində yerləşir. O, həmin quruluşun şimal-qərb periklinal hissəsinə uyğun gəlir. Bu tektonik quruluşun istər şimal-qərbdən cənub- şərqə doğru və istərsə də qərbdən-şərqə doğru uzanan tektonik sınmalarla kəsilir. Sonuncuların mürəkkəbləşdiyi hissədə də Ağzıbir palçıq vulkanı yaranmışdır. Öz geomorfoloji quruluşuna görə Ağzıbir palçıq vulkanı on xarakter vulkanlardan biridir. Antiklinal quruluşun ox hissəsinə yaxın zonalarda yerləşmiş vulkan ocaqları onun çatma hissəsini xeyli sahədə parçalamışdır.
Ağzıbir palçıq vulkanı
Ağzıbir palçıq vulkanı — eyni adlı dağ silsiləsində Ağzıbir vulkanlar qrupuna aiddir. Burada Ağzıbir, Aralıq, Dovşandağ palçıq vulkanları diqqəti cəlb edir. Bu vulkanlar Azərbaycanın cənubunda, cənub-şərqi Şirvan düzünün sahil zolağında, Ələt dəniz körpüsü stansiyasından 15–20 km cənub və cənub-qərbdə yerləşir. Ağzıbir iri vulkan olub, 120 m yüksəkliyə malik, eyni adlı dağ silsiləsinin şimal-qərb hissəsinin kənarında yerləşmişdir. Vulkanın krateri Bozdağ dağının zirvəsindədir. Onun yamaclarının düşmə bucaqları müxtəlifdir, müxtəlif dərəcədə də parçalanmaya məruz qalmışlar. Şimal yamacı – ən çox yastı və hamar, qərb və şərq yamacları isə daha dikdir. Vulkanda 3 püskürmə – 1964, 1978 və 2002-ci il püskürmələri qeydə alınmışdır. Vulkan brekçiyası ilə örtülən sahə 514 ha, orta qalınlıq 80 m, kütlənin həcmi 410 min m³-dir. Krater sahəsində bir neçə qaz, su, palçıq çıxaran qrifoncıqlar vardır.
Babazanlı palçıq vulkanı
Babazanlı palçıq vulkanı - Salyan rayonu ərazisində, Kürün sol sahilində yerləşən vulkan. Vulkandan cənubda Duzdağ gölündən şimaldadır.
Bahar (Ələt) palçıq vulkanı
Bahar palçıq vulkanı
Bahar (Ələt) palçıq vulkanı — Xəzərətrafı düzənliyin dəniz sahili ilə qovuşduğu bir hissədə, Qobustan qəsəbəsindən 15 km cənub-şərqə, Daşgil antiklinal quruluşunun cənub-şərq qurtaracağında yerləşmiş, 28 m mütləq yüksəkliyə malikdir. Bahar palçıq vulkanı mərkəzi hissədə məhsuldarqat, ətraf hissədə isə Ağcagil və Abşeron süxurlarından təşkil olunmuşdur. Bu palçıq vulkanı 1853, 1859, 1882, 1886, 1908, 1909, 1911, 1912, 1926 və 1967-ci ildə püskürmüşdür. Püskürmə zamanı səthə yayılmış brekçiyanın eni 70–80 m, tutduğu sahə 20 ha, brekçiyanın orta qalınlığı 3 m, ümumi həcmi isə 370 min m³ olmuşdur, ən iri dilinin uzunluğu 350 m-dir. Bu palçıq vulkanının kökü üst Təbaşir çöküntülərinə qədər çatır ( Ə.Ə.Yaqubov və b. 1970). Bahar palçıq vulkanının yastan (krater) hissəsi əsasən hamar, şimal-şərq kənarı isə kələ kötürdür. Brekçiya valları demək olar ki, yox dərəcəsindədir. Nisbi yüksəkliyi 5–8 m-ə çatan ayrı-ayrı kiçik vallar bir neçə metr məsafədən artıq uzanır. Son 1967-ci il püskürməsindən ayrılmış brekçiya axını vulkan səthini hamarlanmışdır.
Berenberq vulkanı
Berenberq (norv. Beerenberg) — Yan Mayen adasında yerləşən, dünyanın şimal qütbünə ən yaxın fəaliyyətdə olan vulkanı. Vulkan adamnın şimal-şərq qurtaracağında yerləşir. Strato vulkan buzlaqla örtülüdür. Hündürlüyü 2277 metrsir. Vulkan kraterinin eni 1 kilomterə yaxındır. Vulkan uzun illər yatmış olaraq bilinsə də XX əsrin 70-ci illərində aktivləşmişdir. Son püskürmə 1985-ci ilə təsadüf etmişdir. Berenberq norveç dilindən tərcümədə "Ayı adası" mənasını verir.
Berka palçıq vulkanları
Berka palçıq vulkanları — (rum. Vulcanii Noroioși de la Pâclele Mici) - Rumıniyanın Buzeu əyaləti, Berka yaxınlığındakı Skorsoas bələdiyyəsində yerləşən geoloji və botanik rezervasiyası. Onun ən təsir edici xüsusiyyəti arasında palçıq vulkanları, kiçik vulkanik quruluşlar, adətən bir neçə metr yüksəkliyə çatan palçıq və təbii qazların püskürməsini göstərmək olar. Păclele Mici 341 m yüksəklikdə yerləşir və 16.5 ha ərazini əhatə edir. Qazlar 3000 metr dərinlikdən səthə, gil və suyun yeraltı təbəqələri vasitəsilə püskürdükdə, yeraltı duzlu suyu və palçığı itələyərək vulkanların ağzından axır, qaz isə baloncuklar şəklində yuxarıya çıxır. Palçıq səthdə quruyur, həqiqi bir vulkana bənzər nisbətən möhkəm bir konik quruluş formalaşdırır. Onların yuxarıya çıxartdığı palçıq soyuqdur, çünki mantiyadan deyil, yerin kontinental qabığının təbəqələrindən gəlir. Rumıniyada yerləşən rezervasiyalar arasında Berka palçıq vulkanlarını bənzəri yoxdur. Digər Avropa ölkələrində oxşar buna bənzər rezervasiyalar İtaliyada (şimali Apennin və Siciliya), Ukraynada (Kerç yarımadasında), Rusiyada (Taman yarımadasında), eləcə də Azərbaycanda müşahidə edilə bilər. Bir neçə aparılan qaz analizi göstərir ki, tərkib yerdən asılı olaraq dəyişir, lakin əsasən metan, 10-25% helium və 2-15% azot üstünlük təşkil edir.
Berutarube vulkanı
Berutarube (rus. Берутарубе) — Böyük Kuril cərgəsinə daxil olan İturup adasında yerləşən aktiv vulkan. Strato vulkanın hündürlüyü 1223 metrdir. Adanın cənubunda yerləşir və Çasovoy yarımadasını əmələ gətirir. Hazırda qərb ətələklərində termal aktivlik müşahidə edilir. Активные вулканы Курильских островов.
Boğ-Boğa palçıq vulkanı
Boğboğa — Abşeron yarımadasında, Sabuncu Şəhər tipli qəsəbə.-nin qərbində palçıq vulkanı. Hündürlüyü 87 m. Palçıq vulkanları püskürərkən yer səthinə çıxan su, palçıq və qaz müxtəlif səslər çıxarır. Belə vulkanlar əhali arasında boğ-boğa və ya pilpilə adlandırılır. Boğboğa sözü vulkanın çıxardığı səsə muvafiq olaraq təqlidi təkrar xarakteri daşıyır. Boğ-boğa palçıq vulkanı üçərində triqometrik məntəqə qurulmuş təpənin çirvəsini tutur. Təpə vulkan püskürmələrinin brekçiyadan təşkil olunmuşdur. Burada külli miqdarda qrifon vardır. Qrifonlardan axan qatı neftli sular qır örtüyü əmələ gətirir. Boü-boüa vulkanı tektonik cəhətdən Balaxanı - Sabunçu - Ramana qırışıüının qərb hissəsində yerləşib, bu strukturun şimal qalxmasını əmələ gətirir.
Bumeranq (sualtı vulkan)
Bumeranq sualtı vulkanı — Amsterdam adasından 12 km şimal-şərdə yerləşən sualtı vulkan. Vulkan Sent-Pol qaynar nöqtəsini əmələ gətirir və 2 km-lik kalderaya sahibdir. Kalderanın dərinliyi 200 metrdir. Aktiv olaraq fəaliyyətdədir.
Böyük Kənizədağ palçıq vulkanı
Böyük Kənizədağ palçıq vulkanı — Azərbaycanın ən iri palçıq vulkanlarından biri. Vulkanın mütləq yüksəkliyi 399,4 m olub, Torağay palçıq vulkanının mütləq yüksəkliyinə demək olar ki, bərabərdir. O, şərqdən Ceyrankeçməz çayı dərəsindəki düzənlikdən 375 m, qərbdə isə geniş dəniz terrası düzənliklərindən 100 m-ə qədər ucalır. Böyük Kənizədağ palçıq vulkanı Qılınc-Torağay-Kənizədağ-Sanqaçal (dəniz)-Duvannı (dəniz) antiklinal qırışıqlığı zonasına daxildir. Böyük Kənizədağ palçıq vulkanı braxiantiklinal qırışıq üzərində yerləşir, şimal-qərbdən cənub-şərq istiqamətində uzanır. Vulkan eninə və uzununa istiqamətlənən tektonik pozulmaların kəsişdiyi yerdə yaranmışdır. Bu pozulmaların amplitudası 125–150 m-ə çatır. Vulkanın ətraf hissəsində və eləcə də onun gövdəsində Məhsuldarqat, Ağcagil və Abşeron çöküntüləri intişar tapmışdır. Böyük Kənizədağ palçıq vulkanının krater sahəsi dairəvi şəkildə olub, səthi son püskürmə materialları ilə kələ-kötürləşmişdir. Onun şimal hissəsində zəif parçalanmış krater valı aypara şəklində uzanır.
Böyük Mişovdağ palçıq vulkanı
Böyük Mişovdağ palçıq vulkanı- (288 m) Qobustanın cənub qurtaracağında yerləşmiş ən iri vulkanlardan biridir. Bu vulkan qərbdən şərqə doğru uzanan Mişovdağ tirəsinin suayrıcının cənub hissəsində yerləşmişdir. Vulkan kraterinin burada yerləşməsinə baxmayaraq onun bütün axın materiallları cənub yamaca toplanmışdır. Palçıq vulkanının qurluşunda Paleogen, orta Miosen və aşağı Pliosen dövr süxurları iştirak edir. Brekçiyalarda Məhsuldarqatın qumdaşları, təbaşir dövrünün əhəngdaşları parçalarına da rast gəlinir. Palçıq vulkanının əsasında Paleogen dövr çöküntüləri iştirak edir. Vulkan iri Mişovdağ tektonik quruluşunun çatmavari hissəsinə yaxın bir zolaqda yerləşmişdir. Onun ox hissəsində Məhsuldarqat, səthində isə Abşeron dövr çöküntüləri iştirak edir. Antiklinal bir neçə dizyunktiv pozulmalarla parçalanmışdır. Qırışığın şimal qanadı 300°, cənub qanadı isə 500° -yə qədər olan bucaq altında düşür (Ə.Ə.Yaqubov, Ə.Ə.Əlizadə, M.M.Zeynalov, 1971).
Bəndovan palçıq vulkanı
Bəndovan palçıq vulkanı — Vulkan Bakıdan 80 km cənub-qərbdə, Xəzər dənizi sahilində yerləşir. Bəndovan palçıq vulkanı Bakı şəhərindən 80 km cənub-qərbdə, Xəzər dənizinin sahilində yerləşir. Oturacağının diametri 1.4 km olub, morfoloji təcrid olunmuş yüksəklikdir. Yamacları, xüsusilə, şimal-şərq və cənub-qərb yamacları dərin yarğanlarla parçalanmışdır. Mütləq hündürlüyü 67 m, nisbi hündürlüyü isə 87 m-dir, zirvəsi yaylavarı səthi təmsil edir. Brekçiyanın sahəsi 119 ha, qalınlığı -35 m, həcmi -42 mln.m³-dur.Zirvəsi kəskin dərə-təpəli yaylaşəkilli səthdir və burada qaz, lil, neft qabarcıqlı bulanıq su çıxan çoxlu sayda sopkalar, qrifonlar və salzalar qrupu vardır. Bəzi sopkaların hündürlüyü 3–4 m-ə çatır, salzların diametri isə 1–2 m-dir. Kürovdağ-Babazənan-Neftçala antiklinal zonasının vulkanları vulkan(Pirqarı, Yandərə, Göytəpə, Durovdağ, Duzdağ) və təzahürlərlə (Babazənan, Tatarməhlə, Kiçik Pilpilə, Neftçala Pilpiləsi, Yeniqışlaq) təmsil edir.
CAR-dakı vulkanların siyahısı
Cənubi Afrika ərazisindəki vulkanların siyahısı Siebert L, Simkin T (2002-). Volcanoes of the World: an Illustrated Catalog of Holocene Volcanoes and their Eruptions. Smithsonian Institution, Global Volcanism Program Digital Information Series, GVP-3, (http://www.volcano.si.edu/world/).
Cənubi Afrika Respublikasındakı vulkanların siyahısı
Cənubi Afrika ərazisindəki vulkanların siyahısı Siebert L, Simkin T (2002-). Volcanoes of the World: an Illustrated Catalog of Holocene Volcanoes and their Eruptions. Smithsonian Institution, Global Volcanism Program Digital Information Series, GVP-3, (http://www.volcano.si.edu/world/).
Daşgil palçıq vulkanı
Daşgil palçıq vulkanı — Azərbaycan Respublikasının palçıq vulkanlarından biridir. Daşgil palçıq vulkanı yetərincə yastı və en dairəsi istiqamətində uzanmış yüksəklik olaraq hazırda fəaliyyət göstərən kiçik vulkanlar kateqoriyasına aid edi­lir. Tektonik cəhətdən vulkan alt pliosen süxurlarından təşkil olunmuş və uzu­nuna pozulmalarla mürəkkəbləşmiş eyniadlı antiklinalın periklinalında yer­ləşir. Onun krater sahəsində hal-hazırda fəaliyyətdə olan və intensiv surətdə qaz və az miqdarda qatı neft pərdəcikli palçıq ifraz edən 45 salz və qrifon, həmçinin bir neçə sönmüş pilpilə yerləşmişdir. Salzlar qaynayaraq, böyük miqdarda qaz bura­xır və hesablamalara görə, sutka ərzində hərəsi 700 kub.m-ə qədər qaz ifraz edir. Vulkanın krater bəndinin diametri 200, palçıq brekçiyasının sahəsi , orta qalınlığı isə, qazıma məlumatlarına görə təşkil edir. Vulka­nın yer səthinə çıxardığı palçıq brekçiyasının ümumi həcmi 260 mln. kub.m-dən çoxdur. Tələt Kəngərli. Azərbaycan Respublikasının geoloji irsi.
Diləngəz palçıq vulkanı
Diləngəz palçıq vulkanı — Bakının Qaradağ rayonu ərazisində yerləşən vulkan. Vulkandan cənubda Qoturdağ, şərqdə Daşgil, şimalda isə Göyərçin palçıq vulkanları yerləşir.
Durovdağ palçıq vulkanı
Durovdağ palçıq vulkanı — Azərbaycanın şərqində yerləşən gözəl və aktiv olan vulkanlardan biridir. Salyan stansiyasından 16 km cənub-şərqdə yerləşmiş və nisbi hündürlüyü 30 m, nəhəng kraterinin diametri 1 km-ə kimi olan yüksəklikdir. Kraterin mərkəzi ölçüləri 700x400 m olan qabarıq-müstəvi şəklindədir. Krater sahəsində onlarla sayda sopkalar və 800-dən çox qrifonlar vardır ki, bunlardan nazik neft pərdəsi olan lilli su və qaz qabarcıqları çıxır. Vulkan brekçiyasının yayılma sahəsi 50 ha, orta qalınlıq 60 m, həcmi isə 30 mln m³-dir.
Dəmirçi palçıq vulkanı
Dəmirçi palçıq vulkanı — Azərbaycan Respublikasının Şamaxı rayonu, Dəmirçi kəndi ərazisində yerləşən palçıq vulkanı. Dəmirçi Azərbaycanda yeganə vulkandır ki, Şamaxı rayonunda sıx bitki örtüyü olan yüksəkliklərin əhatəsində yerləşir. Vulkan Bakıdan 120 km şimal-qərbdə, eyni adlı kənddən 2.5 km cənub-şərqdə, Pirsaat çayının saö sahilindədir, nisbi hündürlüyü 20 m olan az qabarıqlı yüksəkliyi təşkil edir. Palçıq vulkanı örtüyü 12.*80m ölçülü sahəni tutur. Şamaxı-Qobustan regionunun palçıq vulkanlarında olduğu kimi bu vulkanda, yerin üzərinə çıxan axıntılarda müxtəlif növ minerallar öyrənilib, sulfatlar ˗ mirabilit, tenardit, yarozit, gips, eləcə də onların kalsium, maqnezium və dəmirlə qarışığı müəyyən edilib. Aktiv vulkanlar sırasına daxildir. 1958, 2008-ci il-ci ildə püskürüb.

Digər lüğətlərdə