VUR-TUT [Qiyas:] Maşını gecikdiriblər, mənim də cibimdə vur-tut bircə manat pulum var (Anar); CƏMİ Pyotr Anisimoviçgillə onların evləri arasında cəmi bircə tin vardı (H.Abbaszadə); CƏMİ-CÜMLƏTANI Sahildən cəmi-cümlətanı bircə kilometr uzaqda, yəni usta Pirvəlinin buruğunda işi dayandırmalı oldular (M.Hüseyn); CÜMLƏTANİ Cümlətani 11-12 qələm ələf və toxum, badyan, quluncan kimi ədviyyat, bal və s. alıb, bir neçə gün həvəngdəstədə döyər və bundan həblər, yaxmalar qayınb övladı olmayan, cam nasaz, beli ağrılı qadınları müalicə edərdi (Ə.Cəfərzadə); VAR-YOX Müsəlman qəzetlərinin yolunda canü dildən çalışan var-yox Ağdaş vilayətində bircə nəfər şəxsdir (C.Məmmədquluzadə).