VURULMA
VURULMA
OBASTAN VİKİ
"İranAir"ə aid mülki təyyarənin vurulması
"İranAir"ə aid mülki təyyarənin vurulması — 3 iyul 1988-ci ildə İran Havayollarına (İranAir) aid 655 uşuş nömrəli Airbus A300B2–203 tipli təyyarənin Tehran-Dubay marşrutu üzrə hərəkəti zamanı Fars körfəzində Amerika Birləşmiş Ştatlarına aid Vinsennes raket gəmisi (USS Vincennes (CG-49)) tərəfindən vurulması hadisəsi. Hadisə nəticəsində təyyarədəki 290 nəfər nəfər həlak olmuşdur. Onlardan 16-sı təyyarə ekipaj üzvləri, 274-ü isə sərnişin olmuşdur. Sərnişinlərdən 66-sı uşaq olmuşdur. Hadisə ilə bağlı ABŞ İrandan üzr istəməmişdir.
2015 Rusiya Su-24 təyyarəsinin vurulması
Suriyada Rusiyanın Su-24 təyyarəsinin vurulması — 24 noyabr 2015-ci il tarixində Türkiyə ilə Suriya sərhədinin yaxınlığlnda Türkiyə hərbi hava qüvvələrinin F-16 qırıcı təyyarəsi tərəfindən Rusiyanın Su-24 bombardmançı təyyarəsinin vurulması. == Hadisənin məzmunu == Türkiyə Silahlı Qüvvələrinin açıqladığı radar analizinə görə, Rusiyaya məxsus təyyarə Türkiyə hava sərhədini pozaraq Türkiyə üçün təhlükə yaradıb. Türkiyə silahlı qüvvələri Su-24 təyyarəsi tərəfindən hava sərhədinin pozulduğu vaxt 5 dəqiqə ərzində 10 dəfə xəbərdarlıq edildiyini bildirib. Rusiya Müdafiə Nazirliyi isə Su-24 təyyarəsinin Suriya hava sərhədi daxilində uçduğunu bildirib. Pilotlar paraşütlə tullanaraq təyyarədən evakuasiya olunsalar da, onlardan biri – Su-24 təyyarəsinin pilotu polkovnik-leytenant Oleq Peşkov yerli türkmanların yerdən açdıqları atəşlə havada öldürülüb. Kapitan Konstantin Muraxtin isə sağ tapılaraq Suriyadakı Rusiya hərbi bazasına aparılıb. Rusiya prezidenti Vladimir Putin Oleq Peşkova ölümündən sonra Rusiya Qəhrəmanı adını verib. Ertəsi gün Rusiyanın Su-24 təyyarəsinin vurulması ilə bağlı Türkiyənin Moskvadakı diplomatik missiyasının qarşısına toplaşan yüzlərlə aksiya iştirakçısı səfirlik binasına yumurta, daş, butulka və boya qutuları atıblar. Səfirliyin bir neçə pəncərəsi sındırılıb. Polis aksiyaya müdaxilə etməyib və iştirakçılar arasında saxlanılan olmayıb.
An-2 təyyarəsinin vurulması (1991)
An-2 təyyarəsinin vurulması — 1991-ci il oktyabrın 29-da erməni silahlıları tərəfindən An-2 təyyarəsinin vurulması hadisəsi. == Haqqında == 29 oktyabr 1991-ci il An-2 təyyarəsinin komandiri Əsəd Əsədov 7 nəfər uçuş və texniki heyətlə Yevlax aeroportundan səmaya qalxmış, Xocalı aeroportunda enmişdir. Əməkdaşlar ilə geriyə uçarkən təyyarə Xocalı rayonunun Xanabad kəndi ərazisində düşmən tərəfindən Alazan raketi ilə vurulmuşdur. Hadisə zamanı heyət üzvlərinin hamısı həlak olmuşdur. Həlak olanlardan 2-si təyyarəçi, 5 nəfər isə Xocalı aeroportunda çalışan heyət olub. Təyyarəçilərə ölümündən sonra, 25 noyabr 1992-ci ildə Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir. == Həlak olanların siyahısı == Əsədov Əsəd Soltan oğlu — təyyarənin komandiri, Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra) Muradov Hikmət Oqtay oğlu — II pilot, Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra) Əhmədağa Baxşıyev — rabitə xidməti üzrə mühəndis Yunis Misirov — işıq sistemləri üzrə mühəndis Hamlet Rəcəbov — Xocalı aeroportunun komendantı Ceyhun — daşınma xidmətinin əməkdaşı Sadıqov Azad Əli oğlu — hava hərəkətinin idarəedilməsi üzrə dispetçer == İstinadlar == == Ədəbiyyat == Ramiz Xasıoğlu, "Şəhidlər", Bakı, "Səda", 1993. "Gözlərimiz göydə qalıb", "Azərbaycan gəncləri" qəzeti, 1991, noyabr. Fəridə Ləman, "Təyyarələr də şəhid olur", 1991, dekabr.
C-130 İran təyyarəsinin vurulması (1994)
C130 İran təyyarəsinin vurulması — 17 mart 1994-cü ildə İran HHQ-sinə məxsus içərisində İran diplomatları və onların ailə üzvləri olan C-130 hərbi-nəqliyyat təyyarəsinin erməni ordusu tərəfindən Dağlıq Qarabağ üzərində, Xankəndi şəhərinin yaxınlığında vurulması. == Qəza == İçərisində İranın Moskvadakı səfirliyinin əməkdaşları və onların ailə üzvləri olan təyyarə Novruz bayramı münasibətilə Tehrana tərəf yönəlmişdi. Ermənistanın Xarici İşlər nazirinin birinci müavini Jirayr Libaridyan mətbuat konfransında bildirdi ki, təyyarə Rusiya, Gürcüstan və Ermənistan vasitəsilə İrana getməli idi. Ancaq o təxminən 100 km şərqə yönələrək, Gürcüstanın hava sərhədini tərk edib, Azərbaycanın hava sərhədinə aid olan Dağlıq Qarabağa daxil olmuşdur və burada da Ermənistan ordusu tərəfindən məhv edilmişdir. Moskvadakı İran səfirliyindən bildirildi ki, aviaqəza nəticəsində təyyarədə olan bütün şəxslər — daha dəqiq 9-u uşaq daxil olmaqla 19 sərnişin və 13 ekipaj üzvü həlak olmuşdur. Qəza zamanı həlak olmuş iran vətəndaşlarının qalıqlarları Ermənistana gətirilmiş və İrəvanın Zvartnos Beynəlxalq aeroportundan Tehrana göndərilmişdir. Mərasimdə Ermənistanın vitse-prezidenti Qaqik Artünyan və Ermənistanın baş nazirin müavini Viqen Çiteçyan iştirak etmişdir. Faciə şəraitinin müəyyənləşdirilməsi üçün İran HHQ-si xüsusi komissiyasını yaratmışdır. Komissiyasının rəhbəri Abdat Aminian faciə ilə bağlı Ermənistanın vitse-prezidenti Qaqik Artünyanın irəli sürdüyü "təyyarə havada idarəetmənı itirərək yerə çırpılıb" versiyasını rədd etmişdir. İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirdi ki, "təyyarə naməlum səbəblərdən istiqamətini dəyişdikdən sonra havada partladılmışdır".
Determinantların vurulması
n-tərtibli iki D 1 {\displaystyle D_{1}} və D 2 {\displaystyle D_{2}} determinantlarının verildiyini fərz edək: D 1 = | a 11 a 12 … a 1 j … a 1 n a 21 a 22 … a 2 j … a 2 n … … … … … … a i 1 a i 2 … a i j … a i n … … … … … … a n 1 a n 2 … a n j … a n n | {\displaystyle D_{1}={\begin{vmatrix}a_{11}&a_{12}&\ldots &a_{1j}&\ldots &a_{1n}\\a_{21}&a_{22}&\ldots &a_{2j}&\ldots &a_{2n}\\\ldots &\ldots &\ldots &\ldots &\ldots &\ldots \\a_{i1}&a_{i2}&\ldots &a_{ij}&\ldots &a_{in}\\\ldots &\ldots &\ldots &\ldots &\ldots &\ldots \\a_{n1}&a_{n2}&\ldots &a_{nj}&\ldots &a_{nn}\\\end{vmatrix}}} , D 2 = | b 11 b 12 … b 1 j … b 1 n b 21 b 22 … b 2 j … b 2 n … … … … … … b i 1 b i 2 … b i j … b i n … … … … … … b n 1 b n 2 … b n j … b n n | {\displaystyle D_{2}={\begin{vmatrix}b_{11}&b_{12}&\ldots &b_{1j}&\ldots &b_{1n}\\b_{21}&b_{22}&\ldots &b_{2j}&\ldots &b_{2n}\\\ldots &\ldots &\ldots &\ldots &\ldots &\ldots \\b_{i1}&b_{i2}&\ldots &b_{ij}&\ldots &b_{in}\\\ldots &\ldots &\ldots &\ldots &\ldots &\ldots \\b_{n1}&b_{n2}&\ldots &b_{nj}&\ldots &b_{nn}\\\end{vmatrix}}} Məqsədimiz bu iki determinantın hasilini yeni bir -tərtibli determinant şəklində axtarmaqdır. Bunun üçün determinantların vurulma qaydası var ki, bu da aşağıdakı teoremə əsaslanır: TEOREM: n-tərtibli iki D 1 {\displaystyle D_{1}} və D 2 {\displaystyle D_{2}} determinantlarının hasili elə bir n {\displaystyle n} -tərtibli D {\displaystyle D} determinantına bərabərdir ki, D {\displaystyle D} -nin ixtiyari c i j {\displaystyle c_{ij}} elementi D 1 {\displaystyle D_{1}} -in i {\displaystyle i} -ci sətir elementləri ilə D 2 {\displaystyle D_{2}} -nin j {\displaystyle j} -ci sütununun uyğun elementlərinin hasilləri cəmindən ibarətdir, yəni: c i j = a i 1 b 1 j + a i 2 b 2 j + + a i n b n j , ( i , j = 1 , 2 , . . . , n ) . {\displaystyle c_{ij}=a_{i1}b_{1j}+a_{i2}b_{2j}++a_{in}b_{nj},(i,j=1,2,...,n).} (1) Burada c i j {\displaystyle c_{ij}} elementi hasil D {\displaystyle D} determinantının ixtiyari elementidir. Ədəbiyyat Maarif Əkbərov "Cəbr və Ədədlər nəzəriyyəsi" В. А. Ильин, Э. Г. Позняк Линейная алгебра, М.: Наука — Физматлит, 1999. Беклемишев Д. В. Курс аналитической геометрии и линейной алгебры. М.: Физматлит, 2000. Кострикин А. И. Введение в алгебру.
Erməni helikopterinin vurulması
Erməni helikopterinin vurulması — 12 noyabr 2014-cü il 13:45 radələrində Ağdam rayonunun Kəngərli kəndi yaxınlığında Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında baş vermiş hadisə. == Hadisə == Silahlı insident 12 noyabr 2014-cü ildə Ağdamın Kəngərli kəndi yaxınlığında baş verib. Beləki, qondarma Dağlıq Qarabağ Respublikasına, daha dəqiq desək, Ermənistan Silahlı Qüvvələrinə məxsus 2 ədəd Mi-24 tipli döyüş helikopteri Ağdamın işğal olunmuş Uzundərə adlı poliqonunda keçirilən təlimlər zamanı qəflətən öz səmtini dəyişərək Azərbaycan Silahlı Qüvvələrinin təmas xəttinə doğru döyüş kursuna çıxıb və mövqeləri atəşə tutmağa cəhd ediblər. Nəticədə Azərbaycan Silahlı Qüvvələrində müddətdən artıq hərbi xidmət keçən manqa komadiri İlkin Muradov helikopterlərdən birini İQLA daşınan zenit-raket kompleksi vasitəsi ilə məhv edib. Digər helikopter isə hadisə yerindən uzaqlaşıb. Hadisə nəticəsində Ermənistan Silahlı qüvvələrində xidmət keçən üç nəfər pilot həlak olub. Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində döyüş uçuşları keçirərkən məhv edilən hərbi helikopter Ermənistan Silahlı Qüvvələrinin İrəvan yaxınlığındakı "Erebuni" hərbi aerodurumunda dislokasiya olunan 15-ci helikopter bazasına məxsusdur. Erməni tərəfinin iddiasına görə, noyabrın 12-də erməni hərbi helikopterinin düşdüyü yerdə 8 saatdan artıq intensiv döyüş davam edib və ermənilər helikopterin düşdüyü yerə yaxınlaşa və üç pilotun cəsədini çıxara bilməyiblər. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik Vaqif Dərgahlı isə öz növbəsində bu iddianı inkar edərək bildirib ki, "erməni hərbi helikopterinin vurulduğu ərazidə və qoşunların təmas xəttinin digər istiqamətlərində intensiv döyüşlər getmir", "həmişəki kimi, atəşkəs pozulur". Ermənilər ümid edirdi ki, vurulmuş helikopterin ekipaj üzvlərindən birinin sağ qalması mümkün ola bilər.
Erməni helikopterinin vurulması (2014)

Mi-24 helikopterinin vurulması (1992)
Mi-24 helikopterinin vurulması — 6 avqust 1992-ci il tarixdə Qarabağ müharibəsi zamanı Azərbaycana məxsus döyüş helikopterinin Qasapet yaxınlığında ermənilər tərəfindən raketlə vurulması hadisəsi. == Hadisədən əvvəl == == Həlak olanların siyahısı == Zakir Məcidov — vertolyotun baş komandiri Ruslan Polovinko — təyyarəçi operator Cavanşir Rəhimov — sərrast nişançı-snayperçi == Həmçinin bax == Ağdərə döyüşü == İstinadlar == == Ədəbiyyat == Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 238.
Mi-24 vertolyotunun vurulması (1992)

Mi-2 helikopterinin vurulması (1992)
Mi-2 helikopterinin vurulması — 11 oktyabr 1992-ci il tarixdə Qarabağ müharibəsi zamanı Azərbaycana məxsus döyüş helikopterinin Səfiyan yaxınlığında ermənilər tərəfindən vurulması hadisəsi. == Hadisədən əvvəl == 6 avqust 1992-ci il tarixdə Qarabağ müharibəsi gedişində Azərbaycana məxsus Mi-24 döyüş helikopterinin Qasapet yaxınlığında ermənilər tərəfindən raketlə vurulmuşdur. == Həlak olanların siyahısı == Zakir Yusifov — Azərbaycanın Milli Qəhrəmanı. == Həmçinin bax == Laçın rayonu == İstinadlar == == Ədəbiyyat == Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 279.
Mi-2 vertolyotunun vurulması (11.10.1992)

Mi-2 vertolyotunun vurulması (1992)

Rusiyaya məxsus Mi-24 helikopterinin vurulması (2020)
Rusiyaya məxsus Mi-24 helikopterinin vurulması — 9 noyabr 2020-ci il tarixində Rusiyanın Mi-24 hücum helikopteri (NATO kod adı: "Hind") Azərbaycan Silahlı Qüvvələri tərəfindən İkinci Qarabağ müharibəsi zamanı vurulur. Helikopter daşınabilən hava hücumundan müdafiə sistemi ilə yerdən açılan atəş nəticəsində Ermənistanın Yerasx kəndi yaxınlığında, Azərbaycanın Naxçıvan Muxtar Respublikasından bir neçə kilometr aralıda vurulur. Ekipaj üzvlərindən ikisi ölür, biri isə yaralanır. Azərbaycanın Xarici İşlər Nazirliyi Rusiyanın Hərbi Hava Qüvvələrinə məxsus helikopterin vurulmasına görə qarşı tərəfdən üzr istəyib, atışmanın səhvən baş verdiyini və bununla bağlı təzminat təklif edib. == Hadisələr == === Arxa plan === Hadisə Ermənistan tərəfindən dəstəklənən, lakin Azərbaycanın de-yure ərazisi olan, öz müstəqilliyini elan etmiş, lakin tanınmamış Qondarma Dağlıq Qarabağ Respublikası tərəfindən faktiki olaraq nəzarət edilən mübahisəli Dağlıq Qarabağ bölgəsi üzərində başlanan müharibə zamanı baş verir. 8 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri Şuşa üzərində nəzarəti ələ keçirir. Nəticədə Şuşanın azad edilməsindən sonra Azərbaycan Ordusunun Xankəndini ələ keçirməsi artıq an məsələsi olur. === Helikopterinin vurulması === 9 noyabr 2020-ci il tarixində, Ermənistanın Yerasx kəndi yaxınlığında, Azərbaycanın Naxçıvan Muxtar Respublikasından bir neçə kilometr aralıda və Dağlıq Qarabağdan 70 kilometr (43 mil) məsafədə daşınabilən hava hücumundan müdafiə sistemindən atılan atəş nəticəsində helikopter vurulur. Helikopter Gümrüdəki 102-ci Rusiya hərbi bazasının konvoyunu müşayiət etdiyi bildirilir. Qısa müddət sonra Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən vuruşun təsadüfən baş verdiyini bildirərək Rusiyaydan üzr istədiyini və təzminat ödəməyə hazır olduğunu bildirərək hücuma görə məsuliyyəti öz üzərinə götürür.
Seyidlər kəndi yaxınlığında Mi-26 helikopterinin vurulması
Seyidlər kəndi yaxınlığında Mi-26 helikopterinin vurulması — 3 mart 1992-ci il tarixində Gülüstan kəndinə uçuş edən ruslara məxsus Mi-26 helikopteri ermənilər tərəfindən Azərbaycana məxsus olduğu güman edilərək vurulub. Helikopterdə elə ermənilərə yardım aparan 12 nəfər ölüb. == Hadisədən əvvəl == Hadisədən bir ay əvvəl - 1992-ci il yanvarın 28-də Ağdamdan Şuşaya uçan "Mİ-8" mülki helikopteri erməni terrorçuları tərəfindən Xankəndi istiqamətindən qumbaraatanla vurulmuşdu. Terror hadisəsi Şuşanın Xəlfəli kəndi yaxınlığında baş vermiş, hadisə nəticəsində əksəriyyəti qadın və uşaqlardan ibarət 41 sərnişin və 3 ekipaj üzvü, ümumilikdə 44 nəfər həlak olmuşdu.
Seyidlər kəndi yaxınlığında Mi-26 vertolyotunun vurulması

Su-25 təyyarəsinin vurulması (1992)
Su-25 təyyarəsinin vurulması — 13 iyun 1992-ci il tarixdə Qarabağ müharibəsi zamanı Azərbaycana məxsus döyüş təyyarəsinin Əsgəran yaxınlığında ermənilər tərəfindən vurulması hadisəsi. == Hadisədən əvvəl == === Təyyarənin qaçırılması === Baş leytenant Vaqif Qurbanov Qarabağ müharibəsinin alovlandığı bir vaxtda keçmiş sovet aviabazasından "Su-25" təyyarəsini qaçıran ilk azərbaycanlı pilot olub. Şuşanın işğalı günündən sonra bu təyyarə ilə döyüş uçuşlarını həyata keçirməyə başlayıb. == Döyüşlərdə iştirakı == Vaqif Qurbanov 8 may 1992-ci il tarixindən hərbi əməliyyatlar gedən Azərbaycan ərazilərində hərbi uçuşlara başlayır. Mayın 8-i və 9-u Qurbanovun reydləri nəticəsində erməni silahlı qruplarının 30 nəfər döyüşçüsü öldürüldü, 120 nəfər yaralandı. Ermənilərin iddialarına görə isə ölənlərin hamısı mülki şəxslər olublar. 9 may 1992-ci ildə Vaqif Qurbanov Xankəndidən İrəvana uçan "Yak-40" erməni təyyarəsinə hücum edərək onu vurub. Təyyarə Sisianda təcili eniş etmişdir. Bütün sərnişinlər təhlükəsiz şəkildə evakuasiya edilmiş, təyyarə isə tamamilə yanmışdır. Qurbanov həmçinin Martunidə, Əsgəran rayonunun Şoş və Xramort kəndlərində, eləcə də Çaykənd və Ay-Parisdə döyüşlərdə iştirak edib.
Suriyada Rusiyanın Su-24 təyyarəsinin vurulması
Suriyada Rusiyanın Su-24 təyyarəsinin vurulması — 24 noyabr 2015-ci il tarixində Türkiyə ilə Suriya sərhədinin yaxınlığlnda Türkiyə hərbi hava qüvvələrinin F-16 qırıcı təyyarəsi tərəfindən Rusiyanın Su-24 bombardmançı təyyarəsinin vurulması. == Hadisənin məzmunu == Türkiyə Silahlı Qüvvələrinin açıqladığı radar analizinə görə, Rusiyaya məxsus təyyarə Türkiyə hava sərhədini pozaraq Türkiyə üçün təhlükə yaradıb. Türkiyə silahlı qüvvələri Su-24 təyyarəsi tərəfindən hava sərhədinin pozulduğu vaxt 5 dəqiqə ərzində 10 dəfə xəbərdarlıq edildiyini bildirib. Rusiya Müdafiə Nazirliyi isə Su-24 təyyarəsinin Suriya hava sərhədi daxilində uçduğunu bildirib. Pilotlar paraşütlə tullanaraq təyyarədən evakuasiya olunsalar da, onlardan biri – Su-24 təyyarəsinin pilotu polkovnik-leytenant Oleq Peşkov yerli türkmanların yerdən açdıqları atəşlə havada öldürülüb. Kapitan Konstantin Muraxtin isə sağ tapılaraq Suriyadakı Rusiya hərbi bazasına aparılıb. Rusiya prezidenti Vladimir Putin Oleq Peşkova ölümündən sonra Rusiya Qəhrəmanı adını verib. Ertəsi gün Rusiyanın Su-24 təyyarəsinin vurulması ilə bağlı Türkiyənin Moskvadakı diplomatik missiyasının qarşısına toplaşan yüzlərlə aksiya iştirakçısı səfirlik binasına yumurta, daş, butulka və boya qutuları atıblar. Səfirliyin bir neçə pəncərəsi sındırılıb. Polis aksiyaya müdaxilə etməyib və iştirakçılar arasında saxlanılan olmayıb.
Şuşa yaxınlığında Mi-8 helikopterinin vurulması
Şuşa yaxınlığında Mi-8 helikopterinin vurulması — 1992-ci il yanvarın 28-də Ağdamdan Şuşaya uçan "Mİ-8" mülki helikopterinin erməni terrorçuları tərəfindən Xankəndi istiqamətindən Stinger raketi ilə vurulması hadisəsi. Terror hadisəsi Şuşanın Xəlfəli kəndi yaxınlığında baş vermiş, hadisə nəticəsində əksəriyyəti qadın və uşaqlardan ibarət 41 sərnişin və 3 ekipaj üzvü, ümumilikdə 44 nəfər həlak olmuşdur. == Hadisədən əvvəl == Hadisədən iki ay əvvəl - 20 noyabr 1991-ci ildə ermənilərin Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında "Mİ-8" helikopterini atəşə tutması nəticəsində Azərbaycanın bir çox dövlət xadimləri və jurnalistlər həlak olmuşdular. Həlak olanların arasında dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov, Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri, jurnalist Osman Mirzəyev, Qazaxıstan daxili işlər nazirinin müavini Sanlal Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev vardı. Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olmuşdu. == Həlak olanların siyahısı == Abbasov Şahin Əli oğlu (d.01.06.1951, Ərikli, Laçın rayonu) — mülki Abbasova Səadət Şahin qızı (d.1980) — mülki Abbasova Sədaqət Kamran qızı (d.21.12.1959, Ağdam rayonu) — mülki Axundov Səfa Fətulla oğlu (d.1958, Masallı rayonu) — pilot, Azərbaycanın Milli Qəhrəmanı Cabbarov Xıdır Sədrəddin oğlu (d.5 fevral, 1969, Arduşlu, Laçın rayonu) — mülki Hüseynov Saleh Şahmar oğlu (d. 21 dekabr, 1936, Şuşa rayonu) — mülki. Mahmudov Ərəstun İspəndi oğlu (d.1957, Pirəbülqasım, İsmayıllı rayonu) — Azərbaycanın Milli Qəhrəmanı Salahov Şakir Şamil oğlu (d.1966, Cəmilli, Xocalı rayonu) — Azərbaycanın Milli Qəhrəmanı Seryogin Viktor Vasilyeviç (d.23 mart 1944, Tbilisi) — pilot, Azərbaycanın Milli Qəhrəmanı Sevindikov Qara Ərşad oğlu (d.1935, Ərikli, Laçın rayonu) — mülki == İstinadlar == == Ədəbiyyat == Керимли Керим // Журналисты на войне в Карабахе / ред. — Илья Максаков. — М.: Права человека, 2002.
Şuşa yaxınlığında Mi-8 vertolyotunun vurulması

Ermənistanın Mİ-24 vertolyotunun vurulması (2014)
Erməni helikopterinin vurulması — 12 noyabr 2014-cü il 13:45 radələrində Ağdam rayonunun Kəngərli kəndi yaxınlığında Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında baş vermiş hadisə. == Hadisə == Silahlı insident 12 noyabr 2014-cü ildə Ağdamın Kəngərli kəndi yaxınlığında baş verib. Beləki, qondarma Dağlıq Qarabağ Respublikasına, daha dəqiq desək, Ermənistan Silahlı Qüvvələrinə məxsus 2 ədəd Mi-24 tipli döyüş helikopteri Ağdamın işğal olunmuş Uzundərə adlı poliqonunda keçirilən təlimlər zamanı qəflətən öz səmtini dəyişərək Azərbaycan Silahlı Qüvvələrinin təmas xəttinə doğru döyüş kursuna çıxıb və mövqeləri atəşə tutmağa cəhd ediblər. Nəticədə Azərbaycan Silahlı Qüvvələrində müddətdən artıq hərbi xidmət keçən manqa komadiri İlkin Muradov helikopterlərdən birini İQLA daşınan zenit-raket kompleksi vasitəsi ilə məhv edib. Digər helikopter isə hadisə yerindən uzaqlaşıb. Hadisə nəticəsində Ermənistan Silahlı qüvvələrində xidmət keçən üç nəfər pilot həlak olub. Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində döyüş uçuşları keçirərkən məhv edilən hərbi helikopter Ermənistan Silahlı Qüvvələrinin İrəvan yaxınlığındakı "Erebuni" hərbi aerodurumunda dislokasiya olunan 15-ci helikopter bazasına məxsusdur. Erməni tərəfinin iddiasına görə, noyabrın 12-də erməni hərbi helikopterinin düşdüyü yerdə 8 saatdan artıq intensiv döyüş davam edib və ermənilər helikopterin düşdüyü yerə yaxınlaşa və üç pilotun cəsədini çıxara bilməyiblər. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik Vaqif Dərgahlı isə öz növbəsində bu iddianı inkar edərək bildirib ki, "erməni hərbi helikopterinin vurulduğu ərazidə və qoşunların təmas xəttinin digər istiqamətlərində intensiv döyüşlər getmir", "həmişəki kimi, atəşkəs pozulur". Ermənilər ümid edirdi ki, vurulmuş helikopterin ekipaj üzvlərindən birinin sağ qalması mümkün ola bilər.

Digər lüğətlərdə